Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə43/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   39   40   41   42   43   44   45   46   ...   278

62 

 

 



 

Ərzincan barıĢığının imzalanmasına müxtəlif ölkələrin tarixçiliyində verilən qiymətlərə rast gəlmək mümkündür. Məsələn, ingilis tarixçisi Marian Kentyazırki, dekabrın 18-

də  Rusiya  və  Türkiyə  ordu  baĢçıları  Ərzincanda  atəĢkəs  imzaladılar.  Buna  müvafiq  olaraq  türklərə  qarĢı  yalnız  erməni  birliklərini  saxlayan  rus  qüvvələri  geri  çəkildilər,  türklər 

ġərqdəki mövqelərini tədricən geri aldılar və özlərinin Transqafqazda qısa ömürlü panislamçı yürüĢlərini etdilər (10). BarıĢığı imzalayan Qafqaz cəbhəsi rus komandanlığı sonralar 

sovet  hökumətini  tanımaqdan  imtina  edərək  Güney  Qafqaz  hökuməti  ilə  əlaqələr  qurdu  (11).  Zaqafqaziya  Komissarlığı  isə  Brest-Litovsk  barıĢıq  saziĢini  deyil,  Ərzincan  barıĢıq 

saziĢini tanıdığını bildirdi.  

Sovet tarixçisi E.F.LudĢuveyt isə Ərzincan barıĢıq saziĢinin tanınmasının türklərin razılığı ilə edildiyini yazır (12). 

Bəs Ərzincan barıĢığı hansı tərəfə sərfəli idi? BolĢevik çevriliĢinin yaratdığı ağır vəziyyətdə bu barıĢığın daha çox Rusiyaya xeyri var idi. Hər Ģeydən əvvəl, türklər yüksək 

insani  münasibət  göstərərək  bərbad  vəziyyətə  düĢmüĢ  və  müqavimət  gücü  olmayan  rus  ordusuna  itkisiz  geri  çəkilmək  imkanı  verdilər.  Mövcud  Ģərait  nəticəsində  güclənən  türk 

ordusu rııs ordusunda yaranmıĢ anarxiya və fərarilikdən sui-istifadə etmək istəmədi. 

Lakin türklərin bu xeyirxahlığı onlar üçün baĢağrısı yaratdı. Fasilədən istifadə edən türk düĢməni olan qüvvələr rus ordusunun yerini erməni silahlı dəstələri ilə doldurmaq 

üçün vaxt qazandılar. Nəticədə yaradılan erməni terrorçu dəstələri Anadoluda, Güney Azərbaycanda dinc türk və digər müsəlman xalqlara qarĢı törətdikləri kütləvi qırğınları bu dəfə 

Güney Qafqazda daha amansız Ģəkildə həyata keçirməyə baĢladılar. 

 

 

 

 

Brest-Litovsk sülh konfransı 

 

1917-ci  il  dekabrın  9  (22)-da  Brest-Litovskda  bolĢevik  Rusiyası,  Almaniya,  Avstriya-Macarıstan,  Bolqarıstan  və  Osmanlı  dövləti  nümayəndələrinin  iĢtirakı  ilə  sülh 



konfransı  öz  iĢinə  baĢladı.  BolĢevik  nümayəndə  heyətinə  A.A.Ġoffe  baĢçılıq  edirdi.  Nümayəndə  heyətinin  tərkibinə  L.B.Kamenev,  M.N.Pokrovski,  A.A.Bitsenko,  L.M.Qaraxan, 

hərbi məsləhətçilər V.M.Altfater, A.A.Samoylo və b. daxil idilər. Dördlər Ġttifaqı tərəfdən konfransın iĢində Almaniya Xarici ĠĢlər nazirliyinin  stats-sekretarı R.Fon Külman, hərbi 

komandanlığın  nümayəndəsi,  ġərq  cəbhəsi  qərargahının  rəisi  M.Hofman,  Avstriya-Macarıstanın  xarici  iĢlər  naziri  O.Çernin,  Bolqarıstanın  ədliyyə  naziri  X.Ġ.Popov,  Osmanlı 

dövlətinin böyük vəziri M.Tələt PaĢa iĢtirak edirdilər (13). 

Müharibə davam etdiyindən konfransın gediĢi hərbi qərarlara təsir edə bilərdi. Sədrliyi Dördlər Ġttifaqının üzvləri növbə ilə etməyə baĢladılar. Sülh konfransında Rusiyanın 

səlahiyyətli nümayəndələri də tam bərabərhüquqlu idilər (14). 

Dekabrın  12  (25)-də  Avstriya-Macarıstanın  xarici  iĢlər  naziri  O.Çernin  danıĢıqların  aparılması  prinsipləri  haqqında  bəyanatla  sülh  konfransının  plenar  iclasında  Dördlər 

Ġttifaqı adından çıxıĢ etdi (15). Dördlər Ġttifaqı dövlətləri tezliklə təzminatsız sülh bağlamağa razı olduqlarını bildirdilər. Çernin bildirdi ki, rusların təklif etdikləri zorakı ilhaqın və 

hərbi ziyanların ödənilməsinin əleyhinədir. Çernin xalqların öz müqəddəratını təyin etməsi hüququnu həm qeyri-müəyyən, həm də alman mənafelərinə cavab verməyən Ģəkildə izah 

etdi.  Bu  isə  ġərqdə  Almaniyanın  məqsədlərinin  həyata  keçirilməsini  Ģübhə  altına  alırdı  (16).  Dekabrın  15  (28)-də  konfransın  iĢində  10  günlük  fasilə  elan  edildi.  Fasilədə  baĢlıca 

məqsəd sülh danı-Ģıqlarına digər döyüĢən dövlətlərin cəlb edilməsi idi (17). BolĢevik Rusiyası sülh konfransının iĢində iĢtirak etmək təklifi ilə Antanta ölkələrinə müraciət etdi (18). 

Fasilənin yaranmasına Almaniya-Osmanlı bloku dövlətləri Antanta cəbhəsini par-çalamaq və yeni dövlətləri sülh konfransına cəlb etmək üçün imkan kimi baxırdılar. Alman və türk 

diplomatiyaları bu iĢdə Rusiyanın roluna mühüm önəm verirdilər. BolĢevik diplomatiyası isə fasilənin yaranmasına öz mövqelərini möhkəmlən-dirmək, qüvvələrini səfərbər etmək 

və  ideoloji  təbliğatı  gücləndirmək  üçün  imkan  kimi  baxırdı.  Fasilədən  istifadə  edən  Rusiyanın  danıĢıqları  daha  da  uzatmağa  baĢ-laması  Hindenburq  və  Lüdendorfun  kəskin 

narazılığına səbəb oldu.Lüdendorf qəti Ģəkildə bildirdi ki, əgər Rusiya danıĢıqları uzadacaqsa, onda biz barıĢığı dayandır-malı və düĢməni darmadağın etməliyik (19). 

E.Lüdendorf bolĢeviklərin danıĢıqları uzatması səbəblərini aĢağıdakı kimi izah edirdi. Rusiyanın bolĢevik nümayəndələrinin çıxıĢlarında lap əvvəldən bildirilirdi ki, Antanta 

dövlətləri  danıĢıqları  uzatmağa  çalıĢır,  bolĢeviklər  isə  arzuladıqları  dünya  inqilabını  törətməkdə  Antantaya  ümid  edirlər.  Onlar  Brest  danıĢıqlarını  öz  ideyalarının  geniĢ  təbliği 

yürüĢünə çevirmək istəyirdilər. Almaniyanın daxili iqtisadi, ictimai-siyasi Ģərtləri baxımından bu, böyük təhlükə idi. Çünki bolĢevik Ģüarlarınm sosial həyata təsirini çox az adam 

baĢa düĢürdü. Reyxstaqda bütün partiyalar onu lazımınca qiymətləndirə və diqqətə ala bilmirdilar. Onlar Brestdə bolĢevik nümayəndələrinin çıxıĢlarında yalnız pasifist cəhətləri və 

ümumdünya qardaĢlığını görürdülər (20). Lüdendorf isə baĢqa mövqedə idi. Onun düĢüncəsinə görə, Antantasız və ya Antanta ilə birlikdə bolĢevzm təhlükəli düĢmən idi. Hətta sülh 

bağlansa da, onun qarĢısını almaq üçün çoxlu hərbi qüvvə xərcləmək lazım gələcəkdi. 



63 

 

 



 

BolĢeviklərin danıĢıqları uzatmasının baĢqa səbəbləri də var idi. Bu da bolĢevik hakimiyyəti daxilində mövcud olan ixtilaflardan doğurdu. Onu bir sıra tarixçilər də etiraf 

edirlər. Məsələn, ingilis tarixçisi C.M.Roberts Brest-Litovsk danıĢıqlarının uzadılmasını və Rusiyanın Almaniya Ģərtlərini qəbul etməsini yubatmasını bolĢeviklərin daxilindəki fikir 

ayrılıqları ilə əlaqələndirir (21). O, eyni zamanda Brest- Litovsk danıĢıqlarının almanları qəzəbləndirdiklərini və ölkəni tətil dalğasının bürüdüyünü də yazır (22). 

 

 

Brest-Litovsk barıĢığında Güney Azərbaycandan rus ordularının çıxarılması məsələsi 



 

BarıĢıq haqqında saziĢin 10-cu maddəsində deyilirdi ki, rus və türk ali komandanları Ġrandan (Güney Azərbaycandan) ordularını çıxartmağa hazır olduqlarını bildirirlər (23). 

Bu maddəni əsas tutaraq Ġranın Petroqraddakı müvəqqəti ĠĢlər vəkili Əsəd xan Güney Azərbaycan ərazisindən rus ordu hissələrinin çıxarılması barədə danıĢıqlara baĢlamaq haqqında 

nota verdi (24). 

1917-ci  il  dekabrın  19-da  sovet  hökuməti  Güney  Azərbaycan  ərazisindəki  rus  qoĢunlarının  çıxarılmasını  müzakirə  etməyə  hazır  olduğunu  bildirdi  (25).  Bu  da  səbəbsiz 

deyildi.  Ġran  tədqiqatçısı  Müctəba  Əttarzadənin  yazdığına  görə,  ideoloji  məqsədlər  bolĢevik  Rusiyasının  xarici  siyasətinin  müəyyənləĢdirilməsində  əsas  rol  oynayırdı.  Moskva 

sevinirdi ki, Ġran bolĢevzmə qarĢı rəqibə və bazaya çevrilməyəcəkdir. Buna görə də Ġrana hücum etməyi planlaĢdırmırdı (26). Digər tə-rəfdən, Ġranın bu təklifi qarĢılıqlı tanınma və 

əməkdaĢlıq üçün baza rolunu oynaya bilərdi. 

Dekabrın  23-də  RSFSR  Xalq  Xarici  ĠĢlər  Komissarlığı  Əsəd  xana  cavab  notası  göndərdi  (27).  Notada  beĢ  əsas  məsələ  irəli  sürülürdü:  1.  Qısa  vaxtda  Ġrandan  (Güney 

Azərbaycandan) rus qoĢunlarının çıxarılmasının ümumi müddətini iĢləyib hazırlamaq. Ġran hökuməti və Brest-Litovskda iĢtirak edən bilavasitə türk nümayəndə heyəti vasitəsi ilə rus 

ordularının çıxarılmasını türk ordularının çıxarılması vaxtı ilə uzlaĢdırmağı Osmanlı dövlətinə təklif etmək; 2. Ġran ərazisində hərbi nöqteyi-nəzərdən əhəmiyyətli olmayan və Ġran 

ərazisinin iĢğalı aləti rolunu oynayan orduların təcili çıxarılmasına baĢlamaq; 3. Kazak briqadası təlimatçıları kimi fəaliyyət göstərən rus hərbi missiyasını Ġrandan geri çağırmaq; 4. 

Ġrandakı rus hakimiyyətində təcili komissarlar təyin etmək... Bu komissarların vəzifəsi ordunun az Ģüurlu elementləri tərəfindən Ġran əhalisinin heç cür incidilməsinə yol verməmək 

olmalıdır; 5. Hələlik Ġranda qalan rus ordusunun ərzaq təchizatının bu dövr ərzində əhalinin kasıb hissəsi üzərinə az düĢməsi üçün tədbirlər görmək. 

 Notada daha sonra deyilirdi: "Rusiyanın çarizmin və burjua hökumətlərinin  Ġran əhalisi üzərində zorakılığını mümkün qədər tezliklə ləğv etməsi üçün bu iĢdə fövqəladə 

dərəcədə tələsmək lazımdır" (28). 

1917-ci  il  dekabrın  28-də  isə  Ġran  hökuməti  "Rusiyada  Oktyabr  inqilabından  sonrа  Rusiya  ilə  Ġran  arasında  qarĢılıqlı  münasibətlərin  yeni  prinsipləri"  haqqında 

memorandumu verdi (29). Memorandumda deyilirdi ki, Ġran xalqı həmiĢə rus xalqı ilə səmimi dostluğa can atmıĢdır. Ġki qonĢu xalq arasında bu səmimiyyətə nail olunmamıĢdırsa, 

onun səbəblərini Rusiyanın keçmiĢ hökumətinin yaratmıĢ olduğu çətinliklərdə və anlaĢılmazlıqlarda axtarmaq lazımdır. Belə ki, Ģəksiz, egər xalq silahlı zorakılıq və digər müxtəlif 

təzyiqlər  nəticəsində  öz  iradəsinin  əksinə  olaraq  hər  hansı  öhdəliyi  məcburi  qəbul  edirsə,  xüsusən  onun  siyasi  müstəqilliyini  məhdudlaĢdıran  öhdəlikləri  məcburi  yerinə  yetirirsə, 

onda  bu  öhdəliklərin  yerinə  yetirilməsi  onun  üzərinə  ağır  yük  kimi  düĢür  və  bu  öhdəliklərin  onun  hökuməti  tərəfindən  həyata  keçirilməsi  səmimi  ola  bilməz.  Rusiya-Ġran 

münasibətləri tarixində belə öhdəliklər və müqavilələr Ġran xalqı üçün adidir və misal olaraq Türkmənçay müqaviləsini və Gömrük bəyannaməsini göstərmək olar... Ġran xalqı inanır 

ki, böyük rus xalqı hakimiyyəti öz əlinə aldığı indiki vaxtda istisnasız olaraq bütün xalqların bərabərliyi, qardaĢlığı barədə çağırıĢını bütün dünyaya elan etmiĢdir, o, öz qonĢuları 

üzərində zorakılığı istəmir və tezliklə və təntənəli Ģəkildə 1907-ci il saziĢində və buna əlavə olaraq aĢağıda göstərilən və Ġrana zorla qəbul etdirilən, onu müstəqillikdən məhrum edən 

1911-ci  il  saziĢinin  maddələrindən  və  həmçinin,  Rusiyanın  keçmiĢ  hökumətinin  digər  dövlətlərlə  bağladığı  və  Ġran  xalqının  suveren  hüquqlarını  sarsıtmağa  yönələn  və  onu  xarici 

ölkələrin köləsinə çevirən hər hansı gizli saziĢ və müqavilələrdən imtina edir... Buna görə də əzabkeĢ Ġran xalqı rus xalqından bu ədalətli akta imza atacağını səbirsizliklə gözləyir, onun 

hökuməti  öz  hazırlığını  bildirir  və  rus  xalqının  hökumətindən  köhnə  müqavilələrə  yenidən  baxmağı,  böyük  rus  xalq  inqilabının  irəli  sürdüyü  əsaslar  və  prinsiplər  əsasında  yeni 

müqavilə münasibətlərinə, konsul konvensiyasına və digər aktlara girməyi xahiĢ edir. 

1918-ci  il  yanvarın  14  (27)-də  Rusiya  XKIK  Ġranın  Petroqraddakı  səfirinə  nota  verərək  Ġrana  dair  1907-ci  il  ingilis-rus  saziĢini  ləğv  etdiyini  və  Ġran  ərazisindən  türk  və 

ingilis ordularının çıxarılmasına çalıĢacağını bildirdi (30). 



 

Brest-Litovsk sülh konfransının öz iĢini bərpa etməsi 

 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə