Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə40/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   36   37   38   39   40   41   42   43   ...   278

58 

 

 



 

BOLġEVĠK RUSIYASININ GÜNEY QAFQAZ SĠYASƏTĠ 

(1917-1918) 

 

Musa Qasımlı

 



 

Brest-Litovsk barıĢığı 

 

BolĢevik Rusiyasının 1917-ci il 8 (21) noyabr tarixdə Almaniyaya danıĢıqlara baĢlamağa dair təklifinə Almaniya noyabrın 14 (27)-də müsbət cavab verdi. Noyabrın 20-də 



Almaniya  ġərq  Orduları  baĢ  komandanı  Prens  fon  Beyernin  Brest-Litovskda  yerləĢmiĢ  qərargahında  danıĢıqlar  baĢlandı.  Rus  nümayəndə  heyətinin  baĢçısı  A.A.Ġoffe,  alman 

nümayəndə heyətinin baĢçısı isə general  A.Hofman idi. Müzakirələrdə türk heyətinə  Almaniyadakı Osmanlı dövləti səfirliyində hərbi at polkovnik Fokornu, Bolqarıstan heyətinə 

polkovnik Qantçev baĢçılıq edirdilər. DanıĢıqlara  hərbi ekspertlər də  cəlb olunmuĢdular. Noyabrın 22-də  hərbi  əməliyyatları 10 gün  müddətində  dayandırmaq barədə  razılıq  əldə 

olundu. Noyabrın 24-dən cəbhələrdə hərbi əməliyyatlar dayandırıldı (1). 

Bir tərəfdən, Rusiya, digər tərəfdən, Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Osmanlı dövləti arasında aparılan danıĢıqlar nəticəsində Brest-Litovskda 17-ci il 2 (15) 

dekabr  tarixdə  barıĢıq  haqqında  11  maddəlik  müqavilə  imzalandı.  Müqavilə  ilə  tərəflər arasında  28  günlük  (17 dekabr  1917-ci  ildən  14  yanvar  1918-ci  ilədək)  barıĢıq  elan  edildi. 

Hərbi  əməliyyatlara  baĢlamaq  istəyən  tərəf  7  gün  əvvəl  digər  tərəfə  məlumat  verməli  idi  (2).  ABġ  tarixçisi  Robert  H.Forrel  yazır  ki,  bolĢeviklər  Rusiya  hökumətini  devirdilər  və 

bundan sonra tezliklə Almaniya ilə separat sülhə getdilər (3). 

BarıĢıq  müqaviləsinin  qüvvəyə  mindiyi  gün  bolĢevik  hökuməti  "Rusiya  xalqlarının  hüquq  bəyannaməsi"ni  verdi  (4).  Cəlbedici  olan  bu  bəyannamə  Rusiya  xalqlarının 

həyatına ciddi təsir etdi. 



 

 

Ərzincan barıĢığı 

 

Çar hökuməti devrildikdən sonra Rusiyanın Qafqaz ordularının komandanı vəzifəsindən uzaqlaĢdırılan böyük knyaz Nikolay Nikolayeviçin yerinə general Yudeniç təyin 



edilmiĢdi.  Yeni  komandan  cəbhədəki  bərbad  vəziyyəti  düzəltmək  üçün  səylər  göstərsə  də,  nəticəsi  olmadığından  istefaya  getdi.  Komandan  vəzifəsinə  general  M.A.Prjevalski 

gətirildi. Lakin ordudakı anarxiyanın qarĢısını almaq mümkün olmadı. 1917-ci ilin dekabrında Qafqaz cəbhəsindəki rus əsgərlərinin 200 min nəfəri fərarilik etmiĢdi. Yalnız 400 min 

əsgər qalmıĢdı. Təkcə 1917-ci ilin qıĢında rus ordusunda iĢsizlik, xəstəlik və aclıqdan 100 min nəfər ölmüĢdü. Orduda inqilabi ruh güclənmiĢdi (5). Belə Ģəraitdə rus ordusu Qafqaz 

cəbhəsində  hərbi  əməliyyatları  davam  etdirmək  iqtidarında  deyildi.  Az  vaxtda  cəbhədən  geri  çəkilən  rus  əsgərlərinin  sayı  125  minə  çatdı.  Rus  ordusunun  türk-alman  hücumunun 

qarĢısını almaq üçün heç bir imkanı yox idi. Rusiya daxilindəki vəziyyət də qənaətbəxĢ deyildi. Zəif bolĢevik hökumətinə sülh lazım idi. BolĢevik hökumətinin tanınma və "ilhaqsız 

və təzminatsız" sülh Ģüarını irəli sürməsi Osmanlı dövləti üçün fürsət idi. Rusiyanın müharibədən çıxmaq istəyi Mərkəz dövlətlərinin mənafeyinə cavab  verirdi. 

Brest-Litovsk  barıĢığının  ikinci  maddəsi  Rusiya  -  Osmanlı  dövləti  münasibətlərinə  aid  idi.  Bu  maddəyə  görə,  iki  dövlət  müharibə  halına  son  verərək  cəbhə  xəttini  baĢ 

komandanlar tərəfindən müəyyənləĢdirməli idilər. Belə vəziyyət Osmanlı dövlətinin Qafqaz cəbhəsində üstünlük qazanmasına və Osmanlı - Qafqaz münasibətlərinə yeni keyfiyyət 

halı verməsinə səbəb olmalı idi. Qeyd etmək lazım-dır ki, Qafqaz cəbhəsində barıĢığa dair danıĢıq cəhdləri Brest-Litovskdan əvvəl olsa da, uğursuz nəticələnmiĢdi. Bununla belə, 

Qafqaz cəbhəsində barıĢıq imzalamaq zərurətə çevrildi. BarıĢıq məsələsi rus-türk cəbhəsində də müzakirə olundu. Ənvər PaĢanın göstəriĢi ilə III türk Qafqaz ordusunun komandanı 

general-leytenant Mehmed Vehib PaĢa rus ordusunun baĢ komandanı general Prjevalskiyə 1917-ci il noyabrın 24-də barıĢıq haqqında təkliflə müraciət etdi. 

                                                           

 

Tarix elmləri doktoru, professor, Bakı Dövlət Universiteti. 



 


59 

 

 



 

Mehmed Vehib PaĢa müraciət məktubunu Qəhrəman adlı Teğmen və yanında iki süvari əsgərlə noyabrın 25-də səhər tezdən Ərzincandakı rus ordusu komandanı general 

Lyaxova  göndərdi.  Rus  cəbhə  xəttindən  türk  heyəti  maĢınla  Ərzincana  gətirildi.  Məktub  Lyaxova  verildi.  Qəhrəman  axĢam  yeməyini  də  rus  generalı  ilə  yedi.  Lyaxov  rus 

komandanlığından  alacağı  cavabı  bildirəcəyini  söyləyərək  türk  heyətini  noyabrın  26-da  geri  göndərdi.  Vehib  PaĢanın  noyabrın  24-də  qələmə  aldığı,  noyabrın  25-də  göndərdiyi 

məktubu Rusiya Qafqaz ordusu komandanı general Prjevalski noyabrın 30-da aldı. 

Osmanlı dövləti tərəfi imzalanacaq barıĢıq  müqaviləsində  aĢağıdakı Ģərtlərin gözlənilməsini zəruri saydı: ruslar  Rusiya  sərhədlərinədək  geri çəkilməli idilər; türk ordusu 

rusları təqib etməyəcəkdi; rusların boĢaltdıqları ərazilərə sadəcə məmurlar və bunların sərəncamına verilən lazımi sayda jandarma birlikləri verilməli idi; həmin ərazilərin mühafizəsi 

üçün əlavə qüvvələr göndərilməli idi. 

Bu təkliflərin almanlarda narahatlıq doğuracağını görən sədrəzəm Tələt PaĢa onlardan da razılıq aldı. 

Ġndi söz rus tərəfində idi. Lakin məktuba cavab tez verilmədi. Türk tərəfinin məktubu Tiflisdəki Zaqafqaziya Transqafqaz Komissarlığına göndərildi. 

BarıĢıq tərəflərin hər birinə vaxt qazanmaq üçün sərfəli idi. Həm də Mehmed Vehib PaĢa M.A.Prjevalski vasitəsi ilə Zaqafqaziya Komissarlığına müstəqil hökumət kimi 

müraciət etdi. 

Dekabrın 4-də Zaqafqaziya Komissarlığının iclası keçirildi. Ġclasda Qafqaz ordusunun baĢ komandanı general Prjevalskinin məlumatı dinlənildi. Məlumatda Osmanlı ordusu 

Qafqaz cəbhəsinin komandanı Vehib PaĢadan atəĢkəs haqqında müqavilə imzalanması təklifi daxil olduğu deyilirdi. 

Bu  məsələ  ilə  bağlı  Zaqafqaziya  Komissarlığının  qəbul  etdiyi  qərarda  göstərilirdi  ki,  Rusiyada  vahid,  mərkəzi  və  hamı  tərəfindən  qəbul  olunmuĢ  hökumət  olmadığından, 

vətəndaĢ  müharibəsi  nəticəsində  Ali  baĢ  komandanlıq  sistemi  dağıldığından,  о  cümlədən  Rusiyanın  ümumi  siyasi  vəziyyətini  nəzərə  alaraq  Zaqafqaziya  Komissarlığı  Osmanlı 

komandanlığının təklifinə müsbət yanaĢır və Osmanlı tərəfinə heç bir Ģərt irəli sürmədən, Ġngiltərənin Mesopotamiya ordusuna təhlükə yaradacaq hər hansı strateji əhəmiyyətli hərbi 

yerdəyiĢmə aparmadan Qafqaz cəbhəsində atəĢkəs rejiminin tətbiq olunmasını məqsədəuyğun hesab edir. 

Zaqafqaziya  Komissarlığının  bu  mövqeyi  1917-ci  il  dekabrın  4-də  Fəhlə,  Əsgər  və  Kəndli  Deputatları  Mərkəzi  Diyar  Sovetində  də  müzakirə  olundu.  AĢətkəslə  bağlı 

Zaqafqaziya  Komissarlığının  fəaliyyəti  bəyənildi.  Zaqafqaziya  Komissarlığı  Mesopotamiyadakı  ingilis  ordu  qrupuna  atəĢkəs  müqaviləsi  bağlayacağı  haqqında  məlumat  verdi. 

Beləliklə, yaranmıĢ Ģəraitdə barıĢığın təkcə Rusiya ilə deyil, Zaqafqaziya Komissarlığı ilə imzalanacağı zərurətə çevrildi. Zaqafqaziya Komissarlığı hərbi əməliyyatları dayandırmaq 

barədə danıĢıqlara baĢlamaq üçün P.A.Prjevalskiyə göstəriĢ verdi (6). 

Dekabrın  5-də  Qafqaz  cəbhəsinin  baĢ  komandanı  general  Prjevalski  3-cü  Osmanlı  ordusunun  komandanı  Vehib  PaĢaya  məktub  göndərərək  atəĢkəs  haqqın-da  saziĢin 

imzalanmasına  razı  olduğunu  bildirdi.  Məktubda  deyilirdi:  "BarıĢıq  təklifini  nəzərdə  tutan  məktubunuzu  aldım,  PaĢa  həzrətləri,  Sizi  xəbərdar  etmək  xüsusunda  bildirirəm  ki, 

insanpərvərlik təklifinizə hazıram. Və bu məqsədə nail olunmaq üçün müqavilə imzalananadək bir-birinə qarĢı müharibə edən ordu-larımızın bütün Qafqaz cəbhəsində hərəkət hərbi 

təklifini  bu  gün  iĢğal  etdikləri  ərazilərdə  qalmalarını  təklif  edirəm.  Bu  Ģərtə  razı  olacağınız  təqdirdə,  təsdiq  cava-bını  aldığım  anda  Osmanlı  və  rus  orduları  mənsublarından  bir 

komissiya təĢkilini və bu komissiyaya hər iki tərəf üçün məqbul olan barıĢıq Ģərtlərinin təfərrüatını izhar etmələrini təklif edirəm. Beynimizdə keçən bu müharibənin də Ġraq-ingilis 

komandanına bildirməyinizi də lazım bilirəm. Dərin hörmətlərimin qəbulunu rica edirəm". 

Prjevalskinin bu məktubunda iki cəhət diqqəti çəkir. Birinci, o, məktubda "rus orduları" ifadəsini iĢlədir. Bu, onun Transqafqazı hələ də Rusiyanın tərkib hissəsi kimi qəbul 

etməsi  demək  idi.  Ġkinci,  imzalanacaq  barıĢıq  barədə  Ġraq-ingilis  cəbhə  komandanlığına  məlumat  verilməsini  lazım  bilir.  Bu  isə  hələ  də  onun  Ġngilislərə  müttəfiq  kimi  baxmasını 

göstərirdi. Beləliklə, Prjevalski bolĢevik Rusiyasını deyil, Müəssislər Məclisinin söz sahibi olacağı Rusiyanı düĢünürdü. 

Prjevalski  dekabrın  5-də  Bağdaddakı  Ġngilis  Mesopotamiya  ordusu  ko-mandanlığına  teleqramla,  Tiflisdəki  ingilis  və  fransız  konsullarına  isə  yazılı  məlumat  verdi.  O, 

dağılan  ordu  hissələrinin  bolĢeviklərin  əlinə  keçməsinə  yol  vermək  istəmirdi.  Lakin  ingilis  və  fransız  heyətləri  Almaniya-Osmanlı  bloku  ilə  barıĢığın  əleyhinə  çıxdılar.  Onlar 

Zaqafqaziya Komissarlığını bundan çəkindirməyə  çalıĢdılar. 

Əslində bu yazıĢmalar birbaĢa Osmanlı-Qafqaz əlaqələrinin qurulması demək idi. Vehib PaĢa Prjevalskinin teleqramını türk hökumətinə göndərdi. Osmanlı hökumətindən 

müsbət  cavab  aldıqdan  sonra  danıĢıqlar  üçün  heyət  formalaĢdırıldı.  SaziĢin  hazırlanması  üçün  türk  və  rus  ordusu  mütəxəssislərindən  ibarət  komissiya  yaradıldı.  Dekabrın  5-də 

Zaqafqaziya Komissarlığının Qafqaz əhalisinə və orduya etdiyi müraciətdə deyilirdi ki, Fəhlə, Əsgər və Kəndli Deputatları  Soveti Diyar Mərkəzi ilə ümumi razılığa əsasən Qafqaz 

cəbhəsində  atəĢkəs  elan  olunmasına  razılıq  vermiĢik.  Zaqafqaziya  Komissarlığı  bunu  Rusiya  və  onun  ərazisində  yaĢayan  xalqların  tarixində  böyük  hadisə  kimi  qiymətləndirir. 

Müraciətdə daha  sonra göstərilirdi ki, gələcək nəsillərin, vətənimizin və inqilabın taleyi bizim ümumi birliyimizdən və təmkinimizdən asılıdır. 

Zaqafqaziya  Komissarlığı  atəĢkəs  rejiminin  gələcək  böyük  sülh  üçün  bir  Ģans  olacağını  güman  edirdi.  Müraciətdə  deyilirdi  ki,  atəĢkəs  dövründə  Ümumrusiya  Müəssislər 

Məclisi toplanaraq ədalətli və demokratik sülh əldə olunmasına nail olacaqdır. 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə