58
BOLġEVĠK RUSIYASININ GÜNEY QAFQAZ SĠYASƏTĠ
(1917-1918)
Musa Qasımlı
Brest-Litovsk barıĢığı
BolĢevik Rusiyasının 1917-ci il 8 (21) noyabr tarixdə Almaniyaya danıĢıqlara baĢlamağa dair təklifinə Almaniya noyabrın 14 (27)-də müsbət cavab verdi. Noyabrın 20-də
Almaniya ġərq Orduları baĢ komandanı Prens fon Beyernin Brest-Litovskda yerləĢmiĢ qərargahında danıĢıqlar baĢlandı. Rus nümayəndə heyətinin baĢçısı A.A.Ġoffe, alman
nümayəndə heyətinin baĢçısı isə general A.Hofman idi. Müzakirələrdə türk heyətinə Almaniyadakı Osmanlı dövləti səfirliyində hərbi at polkovnik Fokornu, Bolqarıstan heyətinə
polkovnik Qantçev baĢçılıq edirdilər. DanıĢıqlara hərbi ekspertlər də cəlb olunmuĢdular. Noyabrın 22-də hərbi əməliyyatları 10 gün müddətində dayandırmaq barədə razılıq əldə
olundu. Noyabrın 24-dən cəbhələrdə hərbi əməliyyatlar dayandırıldı (1).
Bir tərəfdən, Rusiya, digər tərəfdən, Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Osmanlı dövləti arasında aparılan danıĢıqlar nəticəsində Brest-Litovskda 17-ci il 2 (15)
dekabr tarixdə barıĢıq haqqında 11 maddəlik müqavilə imzalandı. Müqavilə ilə tərəflər arasında 28 günlük (17 dekabr 1917-ci ildən 14 yanvar 1918-ci ilədək) barıĢıq elan edildi.
Hərbi əməliyyatlara baĢlamaq istəyən tərəf 7 gün əvvəl digər tərəfə məlumat verməli idi (2). ABġ tarixçisi Robert H.Forrel yazır ki, bolĢeviklər Rusiya hökumətini devirdilər və
bundan sonra tezliklə Almaniya ilə separat sülhə getdilər (3).
BarıĢıq müqaviləsinin qüvvəyə mindiyi gün bolĢevik hökuməti "Rusiya xalqlarının hüquq bəyannaməsi"ni verdi (4). Cəlbedici olan bu bəyannamə Rusiya xalqlarının
həyatına ciddi təsir etdi.
Ərzincan barıĢığı
Çar hökuməti devrildikdən sonra Rusiyanın Qafqaz ordularının komandanı vəzifəsindən uzaqlaĢdırılan böyük knyaz Nikolay Nikolayeviçin yerinə general Yudeniç təyin
edilmiĢdi. Yeni komandan cəbhədəki bərbad vəziyyəti düzəltmək üçün səylər göstərsə də, nəticəsi olmadığından istefaya getdi. Komandan vəzifəsinə general M.A.Prjevalski
gətirildi. Lakin ordudakı anarxiyanın qarĢısını almaq mümkün olmadı. 1917-ci ilin dekabrında Qafqaz cəbhəsindəki rus əsgərlərinin 200 min nəfəri fərarilik etmiĢdi. Yalnız 400 min
əsgər qalmıĢdı. Təkcə 1917-ci ilin qıĢında rus ordusunda iĢsizlik, xəstəlik və aclıqdan 100 min nəfər ölmüĢdü. Orduda inqilabi ruh güclənmiĢdi (5). Belə Ģəraitdə rus ordusu Qafqaz
cəbhəsində hərbi əməliyyatları davam etdirmək iqtidarında deyildi. Az vaxtda cəbhədən geri çəkilən rus əsgərlərinin sayı 125 minə çatdı. Rus ordusunun türk-alman hücumunun
qarĢısını almaq üçün heç bir imkanı yox idi. Rusiya daxilindəki vəziyyət də qənaətbəxĢ deyildi. Zəif bolĢevik hökumətinə sülh lazım idi. BolĢevik hökumətinin tanınma və "ilhaqsız
və təzminatsız" sülh Ģüarını irəli sürməsi Osmanlı dövləti üçün fürsət idi. Rusiyanın müharibədən çıxmaq istəyi Mərkəz dövlətlərinin mənafeyinə cavab verirdi.
Brest-Litovsk barıĢığının ikinci maddəsi Rusiya - Osmanlı dövləti münasibətlərinə aid idi. Bu maddəyə görə, iki dövlət müharibə halına son verərək cəbhə xəttini baĢ
komandanlar tərəfindən müəyyənləĢdirməli idilər. Belə vəziyyət Osmanlı dövlətinin Qafqaz cəbhəsində üstünlük qazanmasına və Osmanlı - Qafqaz münasibətlərinə yeni keyfiyyət
halı verməsinə səbəb olmalı idi. Qeyd etmək lazım-dır ki, Qafqaz cəbhəsində barıĢığa dair danıĢıq cəhdləri Brest-Litovskdan əvvəl olsa da, uğursuz nəticələnmiĢdi. Bununla belə,
Qafqaz cəbhəsində barıĢıq imzalamaq zərurətə çevrildi. BarıĢıq məsələsi rus-türk cəbhəsində də müzakirə olundu. Ənvər PaĢanın göstəriĢi ilə III türk Qafqaz ordusunun komandanı
general-leytenant Mehmed Vehib PaĢa rus ordusunun baĢ komandanı general Prjevalskiyə 1917-ci il noyabrın 24-də barıĢıq haqqında təkliflə müraciət etdi.
Tarix elmləri doktoru, professor, Bakı Dövlət Universiteti.
59
Mehmed Vehib PaĢa müraciət məktubunu Qəhrəman adlı Teğmen və yanında iki süvari əsgərlə noyabrın 25-də səhər tezdən Ərzincandakı rus ordusu komandanı general
Lyaxova göndərdi. Rus cəbhə xəttindən türk heyəti maĢınla Ərzincana gətirildi. Məktub Lyaxova verildi. Qəhrəman axĢam yeməyini də rus generalı ilə yedi. Lyaxov rus
komandanlığından alacağı cavabı bildirəcəyini söyləyərək türk heyətini noyabrın 26-da geri göndərdi. Vehib PaĢanın noyabrın 24-də qələmə aldığı, noyabrın 25-də göndərdiyi
məktubu Rusiya Qafqaz ordusu komandanı general Prjevalski noyabrın 30-da aldı.
Osmanlı dövləti tərəfi imzalanacaq barıĢıq müqaviləsində aĢağıdakı Ģərtlərin gözlənilməsini zəruri saydı: ruslar Rusiya sərhədlərinədək geri çəkilməli idilər; türk ordusu
rusları təqib etməyəcəkdi; rusların boĢaltdıqları ərazilərə sadəcə məmurlar və bunların sərəncamına verilən lazımi sayda jandarma birlikləri verilməli idi; həmin ərazilərin mühafizəsi
üçün əlavə qüvvələr göndərilməli idi.
Bu təkliflərin almanlarda narahatlıq doğuracağını görən sədrəzəm Tələt PaĢa onlardan da razılıq aldı.
Ġndi söz rus tərəfində idi. Lakin məktuba cavab tez verilmədi. Türk tərəfinin məktubu Tiflisdəki Zaqafqaziya Transqafqaz Komissarlığına göndərildi.
BarıĢıq tərəflərin hər birinə vaxt qazanmaq üçün sərfəli idi. Həm də Mehmed Vehib PaĢa M.A.Prjevalski vasitəsi ilə Zaqafqaziya Komissarlığına müstəqil hökumət kimi
müraciət etdi.
Dekabrın 4-də Zaqafqaziya Komissarlığının iclası keçirildi. Ġclasda Qafqaz ordusunun baĢ komandanı general Prjevalskinin məlumatı dinlənildi. Məlumatda Osmanlı ordusu
Qafqaz cəbhəsinin komandanı Vehib PaĢadan atəĢkəs haqqında müqavilə imzalanması təklifi daxil olduğu deyilirdi.
Bu məsələ ilə bağlı Zaqafqaziya Komissarlığının qəbul etdiyi qərarda göstərilirdi ki, Rusiyada vahid, mərkəzi və hamı tərəfindən qəbul olunmuĢ hökumət olmadığından,
vətəndaĢ müharibəsi nəticəsində Ali baĢ komandanlıq sistemi dağıldığından, о cümlədən Rusiyanın ümumi siyasi vəziyyətini nəzərə alaraq Zaqafqaziya Komissarlığı Osmanlı
komandanlığının təklifinə müsbət yanaĢır və Osmanlı tərəfinə heç bir Ģərt irəli sürmədən, Ġngiltərənin Mesopotamiya ordusuna təhlükə yaradacaq hər hansı strateji əhəmiyyətli hərbi
yerdəyiĢmə aparmadan Qafqaz cəbhəsində atəĢkəs rejiminin tətbiq olunmasını məqsədəuyğun hesab edir.
Zaqafqaziya Komissarlığının bu mövqeyi 1917-ci il dekabrın 4-də Fəhlə, Əsgər və Kəndli Deputatları Mərkəzi Diyar Sovetində də müzakirə olundu. AĢətkəslə bağlı
Zaqafqaziya Komissarlığının fəaliyyəti bəyənildi. Zaqafqaziya Komissarlığı Mesopotamiyadakı ingilis ordu qrupuna atəĢkəs müqaviləsi bağlayacağı haqqında məlumat verdi.
Beləliklə, yaranmıĢ Ģəraitdə barıĢığın təkcə Rusiya ilə deyil, Zaqafqaziya Komissarlığı ilə imzalanacağı zərurətə çevrildi. Zaqafqaziya Komissarlığı hərbi əməliyyatları dayandırmaq
barədə danıĢıqlara baĢlamaq üçün P.A.Prjevalskiyə göstəriĢ verdi (6).
Dekabrın 5-də Qafqaz cəbhəsinin baĢ komandanı general Prjevalski 3-cü Osmanlı ordusunun komandanı Vehib PaĢaya məktub göndərərək atəĢkəs haqqın-da saziĢin
imzalanmasına razı olduğunu bildirdi. Məktubda deyilirdi: "BarıĢıq təklifini nəzərdə tutan məktubunuzu aldım, PaĢa həzrətləri, Sizi xəbərdar etmək xüsusunda bildirirəm ki,
insanpərvərlik təklifinizə hazıram. Və bu məqsədə nail olunmaq üçün müqavilə imzalananadək bir-birinə qarĢı müharibə edən ordu-larımızın bütün Qafqaz cəbhəsində hərəkət hərbi
təklifini bu gün iĢğal etdikləri ərazilərdə qalmalarını təklif edirəm. Bu Ģərtə razı olacağınız təqdirdə, təsdiq cava-bını aldığım anda Osmanlı və rus orduları mənsublarından bir
komissiya təĢkilini və bu komissiyaya hər iki tərəf üçün məqbul olan barıĢıq Ģərtlərinin təfərrüatını izhar etmələrini təklif edirəm. Beynimizdə keçən bu müharibənin də Ġraq-ingilis
komandanına bildirməyinizi də lazım bilirəm. Dərin hörmətlərimin qəbulunu rica edirəm".
Prjevalskinin bu məktubunda iki cəhət diqqəti çəkir. Birinci, o, məktubda "rus orduları" ifadəsini iĢlədir. Bu, onun Transqafqazı hələ də Rusiyanın tərkib hissəsi kimi qəbul
etməsi demək idi. Ġkinci, imzalanacaq barıĢıq barədə Ġraq-ingilis cəbhə komandanlığına məlumat verilməsini lazım bilir. Bu isə hələ də onun Ġngilislərə müttəfiq kimi baxmasını
göstərirdi. Beləliklə, Prjevalski bolĢevik Rusiyasını deyil, Müəssislər Məclisinin söz sahibi olacağı Rusiyanı düĢünürdü.
Prjevalski dekabrın 5-də Bağdaddakı Ġngilis Mesopotamiya ordusu ko-mandanlığına teleqramla, Tiflisdəki ingilis və fransız konsullarına isə yazılı məlumat verdi. O,
dağılan ordu hissələrinin bolĢeviklərin əlinə keçməsinə yol vermək istəmirdi. Lakin ingilis və fransız heyətləri Almaniya-Osmanlı bloku ilə barıĢığın əleyhinə çıxdılar. Onlar
Zaqafqaziya Komissarlığını bundan çəkindirməyə çalıĢdılar.
Əslində bu yazıĢmalar birbaĢa Osmanlı-Qafqaz əlaqələrinin qurulması demək idi. Vehib PaĢa Prjevalskinin teleqramını türk hökumətinə göndərdi. Osmanlı hökumətindən
müsbət cavab aldıqdan sonra danıĢıqlar üçün heyət formalaĢdırıldı. SaziĢin hazırlanması üçün türk və rus ordusu mütəxəssislərindən ibarət komissiya yaradıldı. Dekabrın 5-də
Zaqafqaziya Komissarlığının Qafqaz əhalisinə və orduya etdiyi müraciətdə deyilirdi ki, Fəhlə, Əsgər və Kəndli Deputatları Soveti Diyar Mərkəzi ilə ümumi razılığa əsasən Qafqaz
cəbhəsində atəĢkəs elan olunmasına razılıq vermiĢik. Zaqafqaziya Komissarlığı bunu Rusiya və onun ərazisində yaĢayan xalqların tarixində böyük hadisə kimi qiymətləndirir.
Müraciətdə daha sonra göstərilirdi ki, gələcək nəsillərin, vətənimizin və inqilabın taleyi bizim ümumi birliyimizdən və təmkinimizdən asılıdır.
Zaqafqaziya Komissarlığı atəĢkəs rejiminin gələcək böyük sülh üçün bir Ģans olacağını güman edirdi. Müraciətdə deyilirdi ki, atəĢkəs dövründə Ümumrusiya Müəssislər
Məclisi toplanaraq ədalətli və demokratik sülh əldə olunmasına nail olacaqdır.