Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə2/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   2   3   4   5   6   7   8   9   ...   278

 

 



 

ġərq Ordular qrupunun 1918-ci il iyunun 9-na olan quruluĢu 

1918-ci ilin iyununda Qafqaz Ġslam Ordusunun quruluĢu 

Ordunun maddi təminatı 

5-ci Qafqaz diviziyasının iaĢə tələbatı 

Kadr və səfərbərlik iĢinin vəziyyəti 

 

QAFQAZ ĠSLAM ORDUSUNUN AZƏRBAYCANIN ƏRAZĠ BÜTÖVLÜYÜ UĞRUNDA MÜBARĠZƏSĠ (Mehman Süleymanov) 



Gəncə ermənilərinin tərksilah edilməsi 

Göyçay ətrafında baĢ verən döyüĢlər 

Salyan döyüĢü 

Ağsu və Kürdəmir ətrafında baĢ verən döyüĢlər 

ġamaxı və Hacıqabul ətrafında baĢ verən döyüĢlər 

 

QAFQAZ ĠSLAM ORDUSUNUN BAKI ġƏHƏRĠNĠ AZAD ETMƏSĠ (Nasir Yüceer) 



Ġlk cəhdlər 

Birinci Bakı hücumu 

Bakının hərbi vəziyyəti 

Ġkinci Bakı hücumuna qədər aparılan döyüĢlər 

Qafqaz Ġslam Ordusunun hazırlıqlarını tamamlaması 

Ġkinci Bakı hücumu və Ģəhərin azad edilməsi 

 

QAFQAZ ĠSLAM ORDUSUNUN DĠGƏR FƏALĠYYƏTLƏRĠ VƏ MĠSSĠYASININ SONA ÇATMASI (Mehman Süleymanov) 



Qarabağda erməni təcavüzünə qarĢı mübarizə  

Azərbaycan ordusunun möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlər 

1918-ci il oktyabr ayının ilk günlərində Azərbaycan korpusunun quruluĢu 

1918-ci ilin oktyabr ayının ortalarında 1-ci Azərbaycan diviziyasına daxil olan 

alayların quruluĢu 

1918-ci il oktyabr ayının ortalarında Qafqaz Ġslam Ordusunun quruluĢu 

Qafqaz Ġslam Ordusunun ləğvi 

 

QAFQAZ ĠSLAM ORDUSUNUN DAĞISTAN HƏRƏKATI (Altay GöyüĢov) 



Osmanlının Dağlılara diplomatik yardımı 

Osmanlının hərbi yardımı və Dağıstanın xilası 

Ağ Rusiyanın ġimali Qafqazı yenidən iĢğal etmək cəhdi və Osmanlı əsgərləri 

Türk zabitlərinə qarĢı bolĢevik təxribatları 

Qafqazın sovet Rusiyası tərəfindən iĢğalı 

 

YUXARI QARABAĞDA MÜVƏQQƏTĠ GENERAL- QUBERNATORLUĞUN YARADILMASI VƏ ERMƏNĠ SEPARATĠZMĠNĠN LƏĞV EDĠLMƏSĠ (Havva Məmmədova) 



 

 



 

 



 

ÜÇÜNCÜ BÖLÜM 

 

QAFQAZ ĠSLAM ORDUSU: 



MATERĠALLAR. MƏLUMATLAR. SƏNƏDLƏR. 

 

NURU PAġANIN QAFQAZ ĠSLAM ORDUSU HAQQINDA RAPORTU (Mustafa Budak) 



Nuru PaĢanın Qafqaz Ġslam Ordusu raportunu hazırlaması 

Raportun ortaya çıxarılması 

Raportun qiymətləndirilməsi 

Qafqaz Ġslam Ordusu hərəkatı 

Əməliyyat 

Bakının ələ keçirilməsindən sonrakı əməliyyatlar 

Bakının azad olunmasından (14 sentyabr 1918-ci il) tərk edilməsinə qədər (17 noyabr 

1918-ci il) Azərbaycanda və Quzey Qafqazda fəaliyyət, vəziyyət və hadisələr 

Xarici iĢlər təĢkilatlanması və siyasəti 

Avstriya hərbi heyəti 

Mazut və digər neft məhsulları 

Qafqaz alman nümayəndə heyətinin əlavə Ģərti 

Osmanlı hökuməti və müttəfiqlərinin müqaviləsi 

Əhməd Ġzzət PaĢanın baĢ nazir və BaĢ Komandanlıq Hərbi Qərargah rəisi olmasından 

sonra Azərbaycanın vəziyyəti 

Bakının boĢaldılması (17 noyabr 1918-ci il) 

QayıdıĢım zamanı Azərbaycanda baĢ verən hadisələr 

Hökumətin fəaliyyətləri 

 

ĠNGĠLĠSLƏRĠN BAKI VƏ XƏZƏR DƏNĠZĠNƏ HAKĠM OLMAQ XÜSUSUNDA 



CƏHDLƏRĠ (Mehmet Rıhtım) 

GĠRĠġ 


MƏTN. Ġran ərazisində düĢmənin irəliləməsini dayandırmaq və Xəzər dənizinə hakim olmaq xüsusunda ingilis planları 

 

CÜMHURĠYYƏT DÖVRÜ MƏTBUATINDA QAFQAZ ĠSLAM ORDUSU (Akif AĢırlı) 



 

CÜMHURĠYYƏT ƏDƏBĠYYATINDA QAFQAZ ĠSLAM ORDUSU (Alxan Bayramoğlu) 

 

AZƏRBAYCAN TARĠXĠ MUZEYĠNDƏ MÜHAFĠZƏ EDĠLƏN QAFQAZ ĠSLAM ORDUSUNA AĠD ƏġYALAR (Səbuhi Əhmədov) 



 

AZADLID VƏ QURTULUġ ORDUSU HAQQINDA "SON SÖZ" VƏ YA TÜRK ĠSLAM ORDUSUNUN "DƏRSLƏRĠ" (Minaxanım Təkləli) 

 

ƏLAVƏLƏR 



Əlavə 1: Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında imzalanan andlaĢma 

Əlavə 2: AndlaĢma mətni 

Əlavə 3: Qafqaz Ġslam Ordusu Ģəhidlərinin siyahısı 

Əlavə 4: Qafqaz Ġslam Ordusunun hərəkat xəritələri 

Əlavə 5: Fotolar 

 



 

 



 

 

TƏQDĠM 

1917-ci ilin oktyabrında BolĢevik çevriliĢi nəticəsində yaranmıĢ Ģəraitdən istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulur. YaranmıĢ siyasi 

boĢluqdan bəhrələnən ermənilər illərdən bəri saxladığı gizli niyyəti  -  "Böyük Ermənistan" planının həyata  keçirilməsi uğrunda  silahlı  fəaliyyətə  baĢlayır; baĢda  Bakı və  Qarabağ 

olmaq üzrə Azərbaycanın müxtəlif yerlərində qətliamlara giriĢərək mümkün olduğu qədər geniĢ ərazilər ələ keçirməyə çalıĢırlar. Bu faciədən mövcud Ģərtlər altında öz imkanları ilə 

xilas ola bilməyəcəklərini görən Azərbaycanlılar Osmanlı Türkiyəsinə təcili yardım tələbi ilə müraciət etdilər. 

Azərbaycan  türklərinin  yox  olma  təhlükəsi  qarĢısında  olduğunu  anlayan  Osmanlı  Dövləti  hərbi  hazırlıqlar  görmək  məqsədilə  Nuru  PaĢa  komandası  altında  bir  əsgəri 

heyəti  Gəncəyə  göndərir.  Dərhal  ardınca  "Qafqaz  Ġslam  Ordusu"  adı  verilən  bir  ordu  Azərbaycana  sövq  edilir.  Bu  ordu  yerli  Azərbaycan  könüllülərilə  birləĢərək  irəli  hərəkata 

baĢlayır;  Göyçay  Kürdəmir,  Ağsu,  ġamaxıda  erməni-bolĢevik  qüvvələrini  məğlubiyyətə  uğradaraq,  avqustun  əvvəllərində  Bakının  ətrafına  yetiĢir.  Burada  45  gün  davam  edən 

mühasirə və çarpıĢmalar nəticəsində Qafqaz Ġslam Ordusu erməni, bolĢevik-rus və ingilislərdən ibarət qüvvələri yenərək 1918-ci il sentyabrın 15-də Bakını xilas edir. BeĢ aydan artıq 

sürən və 1200 civarında Osmanlı və Azərbaycan türkünün Ģəhid olduğu bu hərəkat nəticəsində Azərbaycan tamamən xilas olur və ölkənin ərazi bütövlüyü təmin olunur. 

Qafqaz Ġslam Ordusunun bu hərəkatının siyasi, əsgəri, ictimai və s. kimi tarixi əhəmiyyətə malik nəticələri olmuĢdur. Lakin onun ən ümdə və önəmli nəticəsi yeni qurulan 

Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənib bərqərar olması və onun torpaq bütünlüyünün təminidir. Bununla bərabər digər bir nəticəsi isə Azərbaycan və Türkiyə arasındakı 

qardaĢlıq və  inam duyğularını sarsılmaz bir Ģəkildə  möhkəmləndirməsidir.  Azərbaycan Xalq Cümhuriyyəti ilə  Qafqaz  Ġslam Ordusunun doğuluĢu  eyni tarixi daĢıyır. Azərbaycan 

Xalq Cümhuriyyəti quruluĢu və Qafqaz Ġslam Ordusunun Azərbaycandakı qəhrəmanlıq dastanının 90 illiyi münasibəti ilə bu Ģərəfli tarixin araĢdırılması və millətimizə layiqli Ģəkildə 

tanıdılması  Ģəhid  və  qazilərimizə  vəfa  borcumuzdur.  Eyni  zamanda  Azərbaycan  və  Türkiyə  arasındakı  əlaqələrin  idraki,  elmi  və  tarixi  zəmin  üzərində  sağlam  bir  Ģəkildə  qərar 

tutması ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkiĢaf etməsi səbəbilə bu hadisənin ifadə etdiyi mənanın dərk olunmasının mühüm əhəmiyyəti vardır. Bu tarixi hadisənin bizlərə 

verdiyi dərslərdən düzgün nəticələr çıxarılmalı, bizim bir-birimizə daim gərək olacağımız unudulmamalıdır. 

Bu düĢüncə ilə Qafqaz AraĢdırmaları Ġnstitutu tərəfindən baĢladılan bu araĢdırmada elm adamlarından ibarət bir heyət tərəfindən əvvəlcə əsərdə yer alınması vacib olan 

mövzular müəyyən edilmiĢdir. Daha sonra həmin sahələr üzrə tanınmıĢ azərbaycanlı və türkiyəli mütəxəssis alimlərə göstərilən mövzular üzrə tədqiqatlar aparılması təklif edilmiĢ və 

həmin araĢdırmalar kitaba daxil edilmiĢdir. 

Əsərdə bu dərin tarixi faktın əvvəlindən sonuna qədər əks olunduğu yazılar xronoloji sistem üzrə tərtib edilərək Qafqaz Ġslam Ordusunun Azərbaycan və Qafqazlardakı 

fəaliyyətləri  tarixi,  ictimai-siyasi,  mədəni  istiqamətlərdə  səbəb  və  nəticələri  ilə  ortaya  çıxarılmağa  çalıĢılmıĢdır.  Hər  bir  mövzu  elmi  Ģəkildə  incələn-məklə  bərabər  obyektiv 

mövqedən də iĢlənilmiĢdir. 

Bu araĢdırma vasitəsilə aĢağıdakı vəzifələr yerinə yetirilməyə çalıĢılmıĢdır: 

 



Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və müstəqilliyini əldə etməsində üzləĢdiyi amansız çətinliklər və bu uğurda verilən mücadilələr göstərilmiĢdir. 

 



Azərbaycan  ilə  Türkiyə  arasındakı  tarixi  irtibatlar  meydana  çıxarılmıĢ;  iki  ölkə  xalqlarının  qardaĢlığının  bünövrə  təməlləri  göstərilərək;  Türkiyə-Azərbaycan 

qardaĢlığının parlaq təzahürü olan, ümummilli liderimiz Heydər Əliyevin ifadə etdiyi "BĠR MĠLLƏT ĠKĠ DÖVLƏT" Ģüarının tam bir həqiqət olduğunu təsdiqləyən məsələlər öz 

izahını tapmıĢdır. 

 



Türkiyə dövlətinin və xalqının  Azərbaycan xalqı üçün etdiyi fədakarlıqlar aĢkarlanaraq; bu fədakarlığın səbəbləri açıqlanmıĢ; Azərbaycan türklərinin Türkiyəyə olan 

güvən və inancı göstərilmiĢdir; Azərbaycanın dostu və düĢməni bütün açıqlığı ilə, öz simasında əks olunmuĢdur. 

 

Tarixi  gerçəkliyi  ortaya  çıxarmaqla  bu  tarixə  sevgi  və  hörmət  oyatmaq;  bu  mövzuda  keçmiĢdə  yol  verilən  yalan  və  iftiralara  gerçəklərin  özü  ilə  və  sözü  ilə  cavab 



vermək;  saxtakarlıqlara  qarĢı  ciddi,  elmi  ədəbiyyatlar  yaratmaqla  çıxmaq  lazım  idi.  Məhz  bu  istiqamətdə  Azərbaycan  uğrunda  canını  və  qanını  vermiĢ  Ģəhid  və  qazilərimizi  yad 

etməklə vəfa borcundan saydığımız iĢlərdən biri yerinə yetirilmiĢ; tarixdən ibrət dərsləri alaraq, gələcəkdə görüləcək iĢlər üçün iĢıq tutulmuĢdur. 

Qafqaz  Universiteti  öz  qəhrəman  sələflərini  unutmamıĢdır.  Onların  baĢladıqları  böyük  xeyirxah  iĢləri  bu  gün  var  qüvvəsi  ilə  davam  etdirməyə  çalıĢır.  Universitet 

Azərbaycan ilə Türkiyə arasında hazırda təhsil və mədəniyyət əlaqələri sahəsində körpü olmaq vəzifəsini tam könüllə, inamla daĢımaqdadır. 

ġübhəsiz,  bu  mövzu  ilə  bağlı  görüləcək  iĢlər  hələ  vardır  və  bu  çalıĢmalar  davam  edəcəkdir.  Ġnstitutumuz  Azərbaycan  -  Türkiyə  ortaq  tarix  və  mədəniyyət  sahəsində 

çalıĢmalarını və nəĢrlərini davam etdirəcəyini çatdırmaq istəyir. 




Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə