54
1918-1920-ci illərdə erməni vəhĢiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuĢdur. DaĢnak qüvvələrinin təcavüzü nəticəsində bu
qəzanın ġuĢa ilə əlaqələri tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmiĢdi. Qəzanın müsəlman əhalisinin vəziyyəti bir də ona görə ağırlaĢmıĢdı ki, erməni kəndlərindəki silahlı
quldur dəstələri ilə yanaĢı bu qəzada general Andronikin erməni əsgərlərindən ibarət yaxĢı təĢkil olunmuĢ nizami qoĢunları da var idi. Andronik Erməni hökumətinin tapĢırığı ilə
Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən tələb edirdi ki, ya Ermənistan hökumətinə tabe olsunlar ya da qəzanın ərazisini tərk etsinlər. Guya bu ərazi Ermənistan
Respublikasına daxildir. Qəzanın çox zəif silahlanmıĢ müsəlman əhalisi Andronikin bu tələblərini rədd etdiyinə görə ermənilər həmin əhaliyə qarĢı görünməmiĢ vəhĢiliklər törətdilər.
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-1919-ci illərdə Sisyan mahalının birinci polis sahəsində olan bütün müsəlman kəndləri, ikinci polis
sahəsində olan kəndlərin əksəriyyəti, üçüncü, dördüncü və beĢinci polis sahəsindəki müsəlman kəndlərinin isə çox hissəsi məhv edilmiĢdi. Bəzi kəndlər ümumiyyətlə, yer üzərindən
silinmiĢ, həmin kəndlərin torpaqları ermənilər tərəfindən əkin yeri üçün ĢumlanmıĢdır. 50 mindən yuxarı müsəlman qaçqını qismən dördüncü polis sahəsində, qismən də Cəbrayıl
qəzasında özlərinə sığınacaq tapmıĢdılar.
Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd olunur.
DağıdılmıĢ bütün kəndlərin adları bu sənədlərdə sadalanır.
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə görə 115 kənd üzrə 3257 kiĢi, 2276 qadın və 2196 uĢaq öldürülmüĢ, 1060 kiĢi, 794 qadın və 485 uĢaq yaralanmıĢdır.
Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya Ģikəst edilmiĢdir. Məruzədə deyilirdi ki, bu dəhĢətli rəqəmlər
hələ erməni vəhĢilikləri haqqında tam məlumat vermir. Belə ki, daha çox müsəlman erməni vəhĢiliklərinin qurbanı olmuĢdur. Ancaq о zamankı dəhĢətli qarıĢıqlıq Ģəraitində onları
tam Ģəkildə müəyyənləĢdirmək mümkün olmamıĢdır.
Qəzanın Vaqudu kəndində 400-dən yuxarı azərbaycanlı əhali məsciddə sığınacaq tapır və güman edirlər ki, ermənilər müqəddəs yer sayılan məscidə toxunmazlar. Ancaq
məscidi mühasirə edən erməni vandalları əvvəlcə məscidə əl bombaları atır, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırırlar. ġəki kəndinin küçələrində iki yerə ĢaqqalanmıĢ
uĢaq meyitləri atılıb qalmıĢdı. ĠrmiĢli kəndini talan edərkən ermənilər südəmər uĢaqları süngülərə taxaraq göyə qaldırır, öldürülən meyitləri tikə-tikə doğrayırdılar. Aqudi kəndində
ermənilər müsəlmanlardan xristanlığı qəbul etməyi tələb edir, bundan imtina edən qadınlara qarĢı ən amansız cəza tədbirlərini həyata keçirirdilər.
Çullu kəndində ermənilər yorğan-döĢəkdə xəstə yatan 9 nəfər müsəlmanı qılıncla doğramıĢdı. Bağıbəyli kəndində ermənilər 7 nəfər azərbaycanlını bir evə yığıb evlə birlikdə
diri-diri yandırmıĢlar. Müsəlman meyitlərinin əli, ayağı, baĢı kəsilmiĢ və о qədər eybəcər hala salınmıĢdı ki, həmin əzaların hansı meyitə məxsus olduğunu bilmək olmurdu.
Zəngəzur qəzasında 1918-ci il yayın axırları və payızında baĢ verən bu hadisələr bilavasitə cəllad Andronikin rəhbərliyi altında keçirilmiĢdir.
Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılmıĢ, on minlərlə iri-buynuzlu və yüz minlərlə xırda buynuzlu mal-qara ermənilər tərəfindən sürülüb aparılmıĢ,
bağlar, taxıl zəmiləri və otlaq sahələri yandırılmıĢ, dağıdılmıĢ, bir sözlə, qəzanın müsəlman əhalisinin iqtisadi vəziyyəti fəlakətli hala salınmıĢdı. Ermənilər tərəfindən qəzanın
Azərbaycanın müxtəlif kəndələrinə qaçıb dağılmıĢ əhalisinə 1 milyard manata yaxın maddi ziyan vurulmuĢdur.
Ermənilərin Zəngəzurun müsəlman əhalisinə qarĢı hücumları 1919-cu ilin dekabrından yenidən Ģiddətləndi. Noyabr ayında ermənilər müsəlmanlar yaĢayan Oxçu, Atqız,
ġabadan, Pirdavdan kəndlərinə qarĢı geniĢ hərbi əməliyyata baĢladılar (16). Erməni millətçilərinin azərbaycanlılara qarĢı Zəngəzurdakı vəhĢiliklləri 1920-ci ilin əvvələrində daha
amansız bir Ģəkil aldı. 1920-ci ilin yanvarından Zəngəzurda baĢ verən bütün hadisələrin bilavasitə təĢkilatçısı məhz Ararat Respublikasının özü idi. Burada da əsas məqsəd Zəngəzur
qəzasını tamamilə müsəlmanlardan təmizələyərək Paris sülh konfransı dövlətlərinin əli ilə onu Ermənistanın tərkibinə daxil etmək idi. Bu təmizləmə əməliyyatlarında erməni quldur
dəstələri ilə yanaĢı Ararat Respublikasının on mindən yuxarı nizami qoĢun dəstələri iĢtirak edirdi
Ermənilərin irimiqyaslı hücumları ilə əlaqədar 1920-ci il yanvarında Azərbaycan Respublikasının parlamentinə, hökumətinə müxtəlif partiya fraksiyalarının rəhbərlərinə
Zəngəzurdan çoxlu həyəcanlı xəbərlər daxil olurdu.
1920-ci il yanvarın 21-də Azərbaycan Respublikasının parlamentinin üzvü Cəlil Sultanov tərəfindən Azərbaycan parlamentinə göndərilimiĢ teleqramda deyilirdi: "Dörd
gündür ki, erməni quldur dəstələri nizami ordu ilə birlikdə top və pulemyotların atəĢi altında Zəngəzura hücumları davam etdirir. Ġtkilər olduqca çoxdur. Əhali vahimə içərisində
qaçır və kömək umur. Qəzanın bədbəxt əhalisi adından yalvarıram, kağız üzərindəki etirazlardan fəal hərəkətə keçin. Azərbaycanın ən gözəl guĢələrindən birini tamamilə məhv
olmaqdan xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır. Bütün bunların itirilməsi üçün siz Azərbaycan xalqı va Azərbaycan qarĢısında cavab verəcəksiniz" (17).
Yanvarın 22-də isə Cəbrayıl məktəbinin nəzarətçisi H.Axundzadə Azərbaycan parlamentinə göndərdiyi teleqramda yazırdı: "Yanvarın 19-da səhərdən erməni silahlı
qüvvələri Zəngəzurda Xocahandan Qaladərəsinə kimi ərazidə bütün cəbhə boyu toplardan və pulemyotlardan müsəlman kəndlərini atəĢə tuturlar. Altı kənd tamam dağılmıĢ, doqquz
kənd isə od içərisində yanır. Ermənilər qadınlara va uĢaqlara belə rəhm etmədən qəddarlıqla müsəlmanları qırır, kəndləri dağıdırlar. Müqavimət göstərməyə heç bir qüvvələri
olmayan müsəlmanlar bütün əmlaklarını ermənilərə qoyaraq yalnız qaçmaqla canlarını qurtarırlar" (18).