Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə33/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   29   30   31   32   33   34   35   36   ...   278

50 

 

 



 

Müsəlmanları qırıb-çatmaqla  yanaĢı,  ermənilər  onların  əmlaklarını da  məhv edir, az-çox qiymətli olan Ģeyləri isə  özləri ilə  aparırdılar. Sonralar təkcə  bir  yerdə  torpağın 

altından 57 müsəlman qadın və  qızın  meyiti tapılmıĢdı.  Onların  qulaqlarını,  burunlarını kəsmiĢ, qarınlarını  yırtmıĢdılar. Ermənilər  öldürməyə  macal  tapmadıqları qadınları isə  öz 

hörükləri ilə bir-birinə bağlayaraq baĢıaçıq, ayaqyalın arabalara mindirib aparır, yolda isə tüfənglərin qundaqları ilə onları döyür, Ģikəst edirdilər (5). 

Təhqiqat  Komissiyasının  sənədlərinə  əsasən  məlum  olur  ki,  1918-ci  ilin  mart  soyqırımı  zamanı  Bakı  Ģəhərində  11  min  nəfərədək  türk-müsəlman  öldürülmüĢdür.  Onların 

çoxunun meyitləri tapılmamıĢdır. Çünki Ģahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüĢ evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər (6). 

Bakının Ģəhər camaatından 400 milyon manatlıq daĢ-qaĢ və əmlak müsadirə olunmuĢdur. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmiĢdir. 

Uzaqvuran toplarla Təzəpir məscidi zədələnmiĢdir. DaĢnaklar Bakıda dünya memarlığının incilərindən sayılan "Ġsmailiyyə" binasına od vurub yandırmıĢdılar (7). 

Təhqiqat  Komissiyasının  materiallarında  bu  vəhĢiliklər  barəsində  deyilir:  "1918-ci  il  martın  18-də  bir  erməni  zabiti,  yanındakı  üç  erməni  əsgəri  ilə  "Kaspi"  qəzeti 

redaksiyasının və "Ġsmailiyyə" müsəlman xeyriyyə cəmiyyətinin binaları arasındakı dalana gəldi və "Ġsmailiyyə" binasına daxil oldu. Bir azdan binanın pəncərəsində tüstü və alov 

göründü.  Nəinki  Bakı  müsəlmanlarının  iftixarı  sayılan,  həm  də  bütün  Ģəhərin  yaraĢığı  olan  bu  əzəmətli  bina  yanğından  məhv  oldu.  Yanğını  söndürməyə  adam  yox  idi,  çünki 

müsəlmanlar küçəyə çıxa bilmirdilər, onları pulemyotlarla və tüfənglə atəĢə  tuturdular". Həmin zabit DaĢnaksütyun partiyasının  görkəmli  xadimi Tatevos Əmirov idi. Bu, həmin 

Tatevos Əmirov idi ki, uzun illər ərzində tariximiz, mətbuatımız onu "yenilməz inqilabçı", "xalqlar dostluğu uğrunda mətin mübariz" kimi təbliğ etmiĢdi. 

Talançılar "Kaspi" qəzeti redaksiyasının və "Dağıstan" mehmanxanasının binalarını, "Ġsgəndəriyyə"ni, "Ġsmailiyyə"ni də yandırmıĢlar (8). 

Bu qırğınlarda təkcə Azərbaycan müsəlmanları deyil, bütün Qafqaz müsəlmanları ziyan çəkmiĢ oldu. ―Ġsmailiyyə"də Bakı müsəlman xeyriyyə cəmiyyəti, Qafqaz müsəlman 

komitələri  yerləĢirdi,  burada  həmin  təĢkilatlara  məxsus  pul  və  sənədlər  saxlanılır,  müsəlmanların  yığıncaq  və  qurultayları  keçirilirdi.  ―Kaspi"  qəzeti  redaksiyasında  Azərbaycan 

dilində kitablar nəĢr edilirdi. Bina yandırılan vaxtadək burada Quranın yenicə çap edilmiĢ 5 min nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönmüĢdü. 

Mart talanlarında yaxĢı təĢkil olunmuĢ hərbi hissələrlə yanaĢı erməni ziyalıları, gəncləri də iĢtirak edirdilər. Təhqiqat Komissiyasının materiallarında göstərilirdi ki, erməni 

əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu "müharibə"də iĢtirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, kontor iĢçiləri var idi, bir 

sözlə, erməni əhalisinin bütün təbəqələri öz "vətəndaĢ borcu"nu yerinə yetirirdi" (9). 

"Nikolay  Buniatov"  gəmisi  komandirinin  köməkçisi  Kazım  Axundova  Bakının  Çənbərəkənd  adlandırılan  dağüstü  hissəsinin  mühafizəsi  üçün  martın  24-də  təyyarəçi 

Rozenblyumun baĢçılığı ilə 10 silahlı matros göndərilmiĢdir. Axundov martın 25-dən Nikolayev küçəsindəki meyitlərin yığıĢdırılmasına baĢladı. Onların arasında süngülərlə didik-

didik edilmiĢ və qılıncla tikə-tikə doğranmıĢ 3 müsəlman gimnaziyaçısının, 11 gimnaziyaçı qızın, 1 rus qadının, 3-5 yaĢlarında 3 müsəlman oğlan uĢağının, 8 rus kiĢinin, 19 Ġran 

təbəəli müsəlman qadının və müxtəlif peĢə sahibləri olan 67 azərbaycanlının meyitləri var idi. Bundan baĢqa, "Vulkan" cəmiyyətinin köhnə yanalma körpüsünə müsəlman kiĢilərin, 

qadın və uĢaqların 18 meyiti gətirilmiĢdi. Axundov öz tanıĢı texnik Vladimir Sokolovu "Kərpicxana" deyilən yerə aparmıĢdı. Burada, о, 3 fotoĢəkil çəkmiĢdi. Birinci Ģəkildə baĢında 

güllə  yarası,  bədənində  beĢ  süngü  yarası  olan  və  sağ  körpücük  sümüyünə  qılınc  zərbəsi  endirilmiĢ  qadın  meyiti  təsvir  olunmuĢdur.  Onun  sağ  döĢü  üstündə  hələ  sağ  olan  körpə 

uzanmıĢdır. Anasının döĢünü əmən bu körpənin ayağında süngü yarası var-dır. Ġkinci Ģəkildə iri mismarla divara vurulmuĢ 2 yaĢlı uĢaq təsvir edilmiĢdir. Mismarın baĢından aydın 

görünür ki, onu divara daĢla vurmuĢlar. DaĢ elə oradaca idi. Üçüncü Ģəkildə 13-14 yaĢlı qızın meyitidir. Biçarənin bədənindən görünür ki, onu bir dəstə kiĢi (əgər bu alçaqlara "kiĢi" 

demək mümkündürsə) zorlamıĢdır. 

Axundovla  Sokolov 4-cü  evə daxil  olduqda  onlar dəhĢətli  bir mənzərə görmüĢdülər: geniĢ bir otağın döĢəməsi üstündə 22-23 yaĢlı bir qadının, iki qarının, 9 yaĢlı qızın, 8 

yaĢlı oğlanın və südəmər körpənin meyitləri var idi. Körpənin əl-ayağını itlər gəmirib yemiĢdi. Təsvir olunan mənzərə Sokolova elə ağır təsir göstərmiĢdi ki, о daha fotoĢəkil çəkə 

bilməmiĢdi. 

Talançılar hətta öz tanıĢlarına da rəhm etmirdilər. Məsələn, martın 20-də Stepan Lalayev erməni əsgərlərdən ibarət dəstə ilə Vorontsov küçəsində yaĢayan həkim Bəybala bəy 

Sultanovun mənzilinə soxulmuĢ və revolverini çıxarıb onu öldürmüĢdür. Həyətə düĢən Lalayev müsəlman dalandarı, onun arvadını və iki yaĢlı oğlunu da güllələmiĢdir. Otuzadək 

silahlı erməni MəĢ'ədi Əhməd Rəhim oğlnun evinə  soxulmuĢ, 34 min 840 manat dəyərində qiymətli əĢya oğurlamıĢdır. MəĢədi Əhməd  cinayətkarlar arasında qonĢuları - dərzi Haykı 

və dükançı YexuĢu tanımıĢdır. 

Bakıda baĢ vermiĢ faciəli hadisələr Ģəhərə olduqca böyük ziyan vurmuĢdur.  Epidemiya  tüğyan edərək minlərlə insanı qırmıĢ, əhalinin su, ərzaqla təchizatı dayanmıĢdır. 

Bazar və mağazalardan, demək olar, bütün ərzaq məhsulları yoxa çıxmıĢdır. Talançılar olub-qalan ərzaq ehtiyatlarını toplayıb aparmıĢdılar. Mətbuat yazırdı ki;"əhali aclıqdan əməlli-

baĢlı zillət çəkirdi". 

Qədim Azərbaycan Ģəhəri ġamaxı dəhĢətli talan və vəhĢiliklərə məruz qalmıĢdır. ġamaxı Ģəhəri və ġamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhĢiliklər haqqında 7 cild, 

925  vərəqdən  ibarət  təhqiqat  materialları  toplanmıĢdı.  Burada  bədnam  S.Lalayevin  baĢçılıq  etdiyi  əsgərlər  və  T.Əmirovun  dəstəsi  azğınlaĢaraq  müsəlmanları  soyub-talayır  və 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə