Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə30/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   26   27   28   29   30   31   32   33   ...   278

44 

 

 



 

xəbəri alınınca buradakı zəif türk birliklərinə yardımçı olmaq məqsədilə Scheuber geri çəkilmək zorunda qalmıĢdı. Həm də bu arada almanların Arslan bəyə olan etimadı, onun qeyri 

sabit davranıĢ və sözlərindən dolayı yox olmuĢdu. Beləcə, Ömər Naci və Scheubnerin bərabər baĢladığı Əmir Arslanın "Difai" təĢkilatına yardım, hərəkatı da nəticəsiz qalmıĢdı.(31) 

 

Qafqaz komitəsi və Qərb dövlətləri nəzdindəki fəaliyyətləri 

 

Osmanlı  dövlətinin  müharibəyə  qoĢulduqdan  sonra  Qafqaz  istiqamətli  fəaliyyətləri  sadəcə  əsgəri  əməliyyatlarla  məhdudlaĢmamıĢdı.  Osmanlı  dövləti  güclü  siyasi 



vasitələrdən istifadə edərək Qərb dövlətlərini də Qafqazı xilas etmə siyasətinə cəlb etməyə çalıĢmıĢdı. Bu məqsədlə çoxlu sayda komitə qurulmuĢ, Av-ropaya heyətlər göndərilmiĢ, 

bu  komitə  üzvlərinin  beynəlxalq  konfranslarda  iĢtirak  etmələrinə  və  öz  iddialarını  ifadə  etmələrinə  imkan  yaradılmıĢdı.  Bunlarla  yanaĢı  Avropanın  populyar  mətbu  orqanlarında 

Qafqaz mövzusu ilə bağlı məqalələr dərc edilmiĢdi. (32) 

Bir  Osmanlı  marĢalı  olan  Fuad  PaĢa,  Ənvər  PaĢanın  istəyi  və  dəstəyi  ilə  Ġstanbulda  "Qafqaz  Komitəsi"  adı  altında  bir  dərnək  qurmuĢdu.  Komitənin  məqsədi,  Qafqaz 

xalqlarının baĢlatmıĢ olduğu müstəqillik mübarizəsini Türkiyənin himayəsi altında birləĢdirməyə çalıĢmaq idi. "Qafqaz Komitəsi"nə ġimal və Cənub Qafqaz xalqları daxil idi. Bu 

komitənin  baĢçısı  marĢal  və  senator  Fuad  PaĢa,  üzvləri:  Ġstanbulda  əkinçilik  professoru  Çərkəz  əsilli  Əziz  Mekker,  Osmanlı  Ordusunda  Səhiyyə  müfəttiĢi  Dağıstan  əsilli  dr.  Ġsa 

Kotseki, Xristiyan Gürcü Georgi Matschabelli və Azəri Səlim Bebutov kimi tanınmıĢ Ģəxsiyyətlərdən təĢkil olunmuĢdu. 

Qafqaz xalqlarını silahlı bir mübarizəyə hazırlamaq; hər dövlətin öz içərisində muxtar quruluĢa sahib olacağı Qafqaz Federasiyası qurmaq; Türkiyə ilə hərbi ittifaqı təmin 

edəcək  andlaĢma  imzalamaq;  Ġran,  Türkistan,  Əfqanıstan,  Hindistan  və  Rusiya  içərisində  qiyamlar  təĢkil  etmək,  bu  qiyamlar  Almaniya  ilə  Avstriya-Macanstanın  köməyini  təmin 

etmək kimi məqsədləri daĢıyan bu komitə özündə bir tərəfdən silahlı hərbi birləĢmələr yaratmağa çalıĢarkən, digər tərəfdən siyasi bır təĢkilatlanma yolunda idi. 

Qafqaz  komitəsi  Fuad  PaĢanın  rəhbərliyi  altında  öz  məqsədinə  yetiĢmək  üçün  Almaniya  və  Avstriya-Macarıstanın  dəstəyini  almağa  çalıĢırdı.  Bu  məqsədlə  təbliğat 

fəaliyyətlərini davam etdirmək üçün Ənvər PaĢanın da istəyi ilə bütün xərcləri Osmanlı  dövləti tərəfindən ödənilmək  Ģərtilə,  yuxarıda adları çəkilən komitə  üzvlərindən ibarət bir 

heyət əvvəlcə Vyana, sonra da Berlində danıĢıqlara girdilər. Ancaq nümayəndələr bu hər iki ölkədə Qafqazdakı Milli azadlıq mübarizəsinə dəstək verdikləri və müstəqil bir Qafqaz 

Dövlətinin qurulması tərafdarı olduqlarını anlatmaqla kifayətlənmiĢ, daha rəsmi olaraq hər hansı bir anlaĢma bağlamamıĢdılar.  

1916-cı  ildə  komitənin  ġimal  və  Cənub  Qafqaz  üzvlərinin  bir-birləriylə  anlaĢmaları  üzündən  "Qafqaz  Komitəsi"  dağılmıĢdır.  Komitənin  Gürcü  və  Azəri  üzvləri  ―ġimali 

Qafqazdan Türkiyəyə iltica edənlər komitəsi"nə qatılaraq fəaliyyətlərini burada davam etdirmiĢdilər. (33) 

 

 

 



Digər fəaliyyətlər 

 

Bu  komitə  dağılsa  da  onun  Avropa  dövlətlərinə  bağlı  olan  siyasi  fəaliyyətləri  davandırılmamıĢdı.  Qafqazın  gələcəyini  Osmanlı  dövləti  ilə  bir  olmada  görən  Yusif 



Akçuraoğlu  tərəfindən  qələmə  alınan  və  Ġngiltərə,  Fransa,  Ġtaliya  kimi  Rusiya  xaricindəki  itilaf  dövlətləri  də  daxil  olmaq  üzrə  ittifaq  dövlətlərinə  və  eləcə  də  tərəfsiz  dövlətlərə 

müraciətlə  "Rusiyadakı  Müsəlman  türk-tatar  xalqlarının  Haqqlarının  Qorunması  üçün  komitənin  qeydi"  adlı  yazı  1915-ci  ilin  sonlarında  BudapeĢtdə  nəĢr  olunmuĢdu.(34) 

Akçuraoğlu və onun məsləkdaĢları bu müraciətdə rusların rus çarizmi suverinliyi adı altındakı Müsəlman Türk xalqlarının yaratmıĢ olduğu möhtəĢəm mədəniyyəti necə yox etdiyini 

və çarizmin hakim olduğu bölgələrdə türk-müsəlman mədəniyyətinin necə gerilədiyini vurğulayaraq, dünya dövlətlərinin diqqətini buralardakı Müsəlman Türk xalqlarına və onların 

müqəddəratına yönəltməyə çalıĢmıĢdılar. 

Müraciətdə yalnız Almaniya və müttəfiqlərinə deyil, Ġngiltərə və tərəfsiz Avropa dövlətlərinə səslənərək, hər bir mədəni dövlətin Müsəlman Türk xalqlarının müstəqillik 

mübarizəsinə  dəstək  olmalarını,  Krım,  Buxara  və  Səmərqənd  kimi  əski  türk  xalqlarının  bərpa  olunaraq  Osmanlı  dövləti  himayəsinə  keçməsinə  kömək  göstərmələri  arzu 

olunurdu.(35) Bu cəhd demokratik mühitdəki haqq, ədalət axtarıĢlarına nümunə olması etibarı ilə təqdir edilsə də əslində siyasi bir səhv olaraq qiymətləndirilməsi gərəkdir. Çünki 

müraciət edilən dövlətlər özü Osmanlı dövlətini gizli andlaĢmalarla bölmüĢ və belə möhtəĢəm bir dövlətin siyasi həyatını bitirmiĢdilər. Bu səbəblə də belə bir tələb həmin dövlətlərin 

siyasi mənfəətlərilə heç bir Ģəkildə uyğun gələ bilməzdi. 

Rusiya türklərinin müstəqillikləri üçün baĢqa dövlətlərin nəzərini Qafqaza, eləcədə digər müsəlman regionlarına cəlb etmə səyləri yalnız bu müraciətdən deyildi. 1916-cı ilin 

9 yanvarında yenə Akçuraoğlunun Almaniya xarici iĢlərinə rus müsəlmanlarının problemlərini ehtiva edən yazısı, Əhməd Ağaoğlu və Əli bəy Hüseyinzadənin 18 may 1916-cı ildə 




45 

 

 



 

"Rusiyanın məzlum xalqları" təĢkilatı adına Amerika BirləĢmiĢ Dövlətləri baĢçısı Vilsona göndərdikləri teleqraf, (36) 27-29 iyun tarixləri arasında Lozanda təĢkil edilən Milliyətlər 

Konqresi"ndə  (37)  və  17  avqust  1917-ci  ildə  Stokholmda  çağrılacaq  Beynəlxalq  Sosialist  konfransında  iĢtirak  (38)  Qafqaz  xalqlarının  problemlərini  Avropa  xalqlarına  yetirmək 

уolunda əhəmiyyətli addımlar olmuĢdur. 

Bu  komitələrdə  xristiyan  və  müsəlman  gürcülərin  yanında  Əziz  Mekkerlə  çərkəzlər  və  Hüseynzadə  ilə  də  azərilər  təmsil  edilmiĢdir.(39)  Bununla  Osmanlı    dövləti 

rəhbərliyinin fikrincə bütöv Qafqazı əhatə edən tam bir heyət Avropalılar  tərəfindən ciddi qarĢılanacaq və daha diqqətə layiq hesab olunacaq idi. 

 

 

Osmanlı və Almaniya qarĢıdurması 

 

Osmanlı dövləti bir tərəfdən Almaniya ilə bağladığı müqaviləyə əsasən cəbhədəki uğurlarını qazanmaq istərkən, digər tərəfdən də ittihadçı komitəçilərin yaratdığı könüllü 



birliklərlə  xüsusən  Qafqaz  cəbhəsində  təbliğat  və  hərbi  hərəkatlarında  bulunmaqda  idi.  Lakin  qeyd  olunmalıdır  ki,  ittihadçıların  Qafqaz-dakı  Turançı  davranıĢları  Almanlarda 

xoĢagəlməz təsir buraxırdı. Almaniyanın Qafqaz agenti Mosel 3 mart 1915-ci il tarixli hesabatında, Gənc Türklər komitəsinin öz iĢçilərini iĢğal altındakı bölgələrə baĢ məmur və ya 

müdir simasında göndərib bu bölgələrdə təbliğatla məĢğul olduqlarını və əsgəri fəaliyətdə olsalar da çoxunun qabiliyyətsiz olduqlarını, eləcə də ətraflarına yığdıqları könüllü birliklər 

ilə  talana-qarətə  giriĢdiklərini,  nəhayət  komitənin  bütün  Qafqazı  Osmanlı  dövlətinin  himayəsi  altına  götürmək  istədiyini  göstərirdi.  О  məlumatında  bu  vəziyyətə  təkcə  xristian 

gürcülərin  deyil,  müsəlman  gürcü  və  tatarların  da  etiraz  etdiklərini  və  qiyam  qaldırmağa  hazırlaĢdıqlarını,  lakin  türklərə  güvənmədiklərinə  görə  qiyama  baĢlamadıqlarını  xəbər 

verirdi.  Agent  Moselin  hesabatının  ardı  da  maraqlıdır;  çünki  o,  zəngin  bir  ölkə  olan  Qafqazın  Almaniya  üçün  əhəmiyyətini  bilir  və  məktubunda  belə  zəngin  diyarın  türklərə 

verilməyəcəyini elan edərək Qafqazdakı bütün hərbi fəaliyyətlərin Almaniyanın idarəsində olmasını təbliğ edirdi. (40) 

Yenə  Mosel  22  mart  1915-ci  il  və  23  mart  1915-ci  il  tarixli  hesabatlarında,  Qafqazdakı  müsəlmanların  və  gürcülərin  türklərə  güvənmədiklərini  və  buna  görə  də  burada 

fəaliyyət  göstərən  Gənc  Türklər  Komitəsinin  tamamilə  Qafqazdan  çəkilməsini,  Türkiyənin  Qafqazın  müstəqilliyi  üçün  zəmanət  verməsini  və  Qafqazdakı  azadlıq  hərəkatlarının 

yalnız almanlar tərəfindən təĢkil edilməsini tələb etməkdə idi. 

Türk komitəçilərinin Qafqazla bağlı fəaliyyətlərindən narahat olan təkcə Mosel deyildi. 5 aprel 1915-ci ildə Nadolnyu Alman Xarici iĢlərinə bildiriĢində Qafqazdaki könüllü 

birliklərin əvvəllər türklərin hərbi hərəkatlarına yardımçı olduqları, fəqət türklərin bu iĢə yanlıĢ yaxınlaĢması, hər Ģeydən öncə Qafqazı öz torpaqlarına qatmaq istəmələri və ələ keçən 

torpaqlarda yerli əhali ilə çox pis keçindiklərini, buna  görə də bu xalqların türklərdən soyuduqlarını göstərirdi. Daha sonra ardından-buradakı xalqların almanların əli ilə mübarizəyə 

qalxmağa hazır olduqlarını, ancaq türklərlə fəaliyyət göstərmək istəmədiklərini" xəbər verir. 

Bölgədə bulunan digər alman zabitlərindən də bu və buna bənzər Ģikayətlər gəlməkdə idi. Qafqazdakı qiyamları yenidən təĢkil etmək üçün Ərzurumdakı " Alman Əlaqə 

Zabitliyi" ndə məsul Ģəxs olan Schulenburq da komitəçilərin onlara kömək etmədiklərinə, əksinə çətinlik yaratdıqlarını və Qafqazı fəth etməyi "xüsüsi hədəfləri‖ hesab etmələri və s. 

barədə Berlinə göndərmiĢ olduğu hesabatlarda dəfələrlə ifadə etmıĢdı.(41) 

Beləliklə,  müharibənin ilk aylarından etibarən Qafqaz üstündə baĢlanmıĢ Türk – Alman anlaĢılmazlığı, müharibə boyunca artaraq davam etmiĢdir. 

 

Əsas Qafqaz cəbhəsi açılır 

 

Birinci    Dünya  müharibəsi  ərəfəsində  artıq  mövcud  olan  Qafqaz  Müsəlmanlarının  öz  müstəqilliyinə  qovuĢması  ideyası,  Azərbaycan  və  Dağıstandan  gələn  təmsilçilərin 



israrlı yardım tələbləri, eləcə də Qafqaz sərhədində qərar tutan rus ordusunun zəifliyi barəsində xəbərlərin alınması bu ideyanın dövlət siyasətinə çevrilməsinə səbəb olmuĢdu. Rus 

ordusunun  zəif  tərəfini  bilən  Ənvər  PaĢa, bir basqın    əməliyyatı  ilə  ġərq  cəbhəsini  açmağı,  birinci  növbədə  rusların  iĢğalı  altında  olan    Osmanlı  torpaqlarını  azad  etməyi,  ardınca 

irəliyə doğru bir hərəkatla Bakı və Dağıstana qədər uzanacaq bir Qafqaz səfəri planlaĢdırmıĢdı. Hər nə qədər Qafqaz siyasəti I Dünya müharibəsinin baĢlanması ilə canlaĢmıĢdısa da 

Ənvər PaĢanın Qafqaz siyasəti, daha əvvəl 1913-cü ildə formalaĢmıĢdır. Onun planına görə Qafqaz ən vacib cəbhələrdən biri idi. Belə ki, o, Qafqazdaki türk və müsəlmanları rus 

zülmündən qurtaracaq, onların müstəqilliyini təmin edecək, "Böyük Turan Dövləti"ni quracaqdı. Bu Ģəkildə Osmanlının təklənməsinə son qoyulacaq güclü, strateji mövqeyə sahib 

bir dost dövlətə qovuĢulacaqdır.(42) 

1914-cü ilin payızında ġərq səfəri elə planlaĢdırıldığı kimı də baĢlamıĢ, uzun illər rus iĢğalı altındakı torpaqlardan bir qismi azad olunmuĢdu. Habelə rusların əks-hücumları 

dayandırılmıĢ, ruslar böyük itkilərə məruz qalmıĢdılar. Bu kimi uğurlar Ənvar PaĢa və onun həmfikirlərini ümidləndirmiĢ və Qafqaza doğru bir hücuma baĢlama qərarı verilmiĢdi. 




Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə