Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə28/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   24   25   26   27   28   29   30   31   ...   278

41 

 

 



 

ümidlərinə ortaq bildiyi yüksək rütbəli zabitləri, həmçinin "Ġittihad və tərəqqi" komitəçilərinin nəzarətində olan xüsusi təĢkilat (təĢkilati mahsusa) üzvlərini bu iĢə cəlb etməsi (10) 

Ənvər PaĢa və tərəfdarlarının Qafqaz siyasətinə böyük əhəmiyyət verdiyini göstərir. 

 

 

 

 

Qafqazlardakı vəziyyət 

 

Rusların Qafqazda Osmanlı ilə münaqiĢələrinin tarixi XVII əsrə qədər uzanmaqdadır. Bu mübarizə 1800-cü illərdən baĢlayaraq Osmanlı dövlətinin zəifləmə dövrünə girmiĢ, 



bu zamandan baĢlayaraq rusların bu regionda qəti hakimiyyətı bərqərar olmuĢdu. Osmanlı dövləti isə ġərqi Anadolu sərhədlərinə çəkilib sığınaraq Türk və Müsəlman xalqlarından 

aralı düĢmüĢdür. (11) Qafqazda hegemonluğu  ələ alan ruslar tezliklə burada çox ciddi assimilyasiya tədbirləri həyata keçirmiĢ, ruslar burada hakimiyyətlərini möhkəmləndiməyə 

müvəffəq olmuĢ, ruscanı ortaq dil olaraq qəbul etdirə bilmiĢdi. Belə bir Ģəraitdə bölgə xalqı tez-tez rus imperializminə qarĢı milli -azdlıq mübarizəsinə qoĢulur, həyəcanlı çıxıĢlar hər 

yeri bürüyürdü. Ġmperiyanın ucqarları hakimiyyət üçün bir növ hədə meydanına çevrilməkdə idi. XX əsrin baĢlanğıcının ilk illərində Rusiya kimi nəhəng imperiyanın indiyə kimi, 

heç  kəsin  nəzərini  cəlb  etməyən  Yaponiyaya  uduzması  nəticəsində  imperiyanın  bir  çox  bölgələrində  olduğu  kimi  Qafqazı  da  sözün  əsl  mənasında  çaxnaĢma  bürümüĢ,  bölgə 

xalqlarının müstəqillik arzularını coĢdurmuĢdu. Rus-Yapon Müharibəsindən zəif düĢən Çar Rusiyası bölgə xalqları arasında ortaya çıxan münaqiĢələrə müdaxilə etmək iqtidarında 

deyildi. Bu iqtidarsızlıq da qarıĢıqlıq və özbaĢınalığa  səbəb olur, xalqlar arasında  hətta günümüzə qədər sürən  nifrət  və kin  yaranıb alovlanır, sönmək bilmirdi. Həm də əsas amil 

ondan ibarət idi ki, Çar Rusiyası bölgədə ortaya çıxan azadlıq meyllərini boğmaq, yeni bir güc ilə qalxan milli- azadlıq hərəkatlarını məhv etmək üçün bölgədəki xalqları bir - birinin 

üzərinə salmaq siyasəti yeridərək, qanlı nifaqlara yol açmıĢdı. Çarizmin hər dəfə belə Ģəraitdə dəfələrlə sınaqdan çıxartdığı etibarlı vasitə; ―parçala, hökm sür‖ siyasətindən dolayı 

xalqların bir- birinə nifrəti minlərlə insanın öldürülməsilə nəticələnən qırğınlara səbəb olmuĢdu. 

Osmanlı dövləti özünün çox çətin dövrünü keçirməsinə rəğmən Qafqazdakı müsəlman xalqlara həssaslıq göstərir, baĢ verən hadisələri yaxından izləyir, imkan yarandığı 

təqdirdə əlindən gələn köməyi əsirgəmirdi. О cümlədən Qafqazdakı qırğınları yaxından təqib edən Osmanlı dövləti Rusiyanın bu sahədə daha diqqətli olmasını təmin etmək üçün 

cəhdlərdə  bulunmuĢ,  məsələn,  1903-  cü  ilin  14  dekabrında  və  1905-ci  ildə  Ermənilərin  Gəncədə  yüzlərlə  müsəlman  evlərini  talan  edib  yandırması  səbəbiylə  Osmanlı  Rusiya 

hökümətinə müraciət etmiĢ, müsəlmanların qorunmasını istəmiĢ və bu xüsusda əməkdaĢlığa hazır olduğunu da bildirmiĢdi. (12) 

Birinci Dünya müharibəsinin baĢlanmasıyla bir zamanda Qafqaz xalqları da öz müstəqilliyinə qovuĢmaq yolunda ayağa qalxmıĢ və öz məqsədlərinə çatmaq üçün müxtəlif 

vasitələrə  əl  atmaqda  idilər.  Ermənilər  Ruslardan  istədiklərini  əldə  edə  bilməyincə  Qərb  Dövlətlərinə,  Gürcülər,  Azərbaycanlı  və  Dağıstan  Türkləri  isə  meyllərini  Osmanlıya 

yönəltdilər. Özəlliklə Osmanlı Dövlətinin müharibənin baĢlanğıcında əldə etdiyi uğurlar Qafqaziyyədəki xalqların Osmanlıya doğru meyl 

etməsinə səbəb oldu. Hətta daha əvvəllər Osmanlıya inamsız yaxınlaĢan Gürcülər belə müstəqil Gürcüstanın Osmanlı himayəsinə daxil ola biləcəyini düĢünməyə baĢlamıĢdı. (13) 

Eyni Ģəkildə, həmiĢə nəzərləri iqtisadi dəyəri böyük olan qaynaqların arxasınca Qərbli dövlətlər istər ittifaq istər itilaf olsun müxtəlif yollarla olsa da bölgədə nüfuza malik 

olmağa  çalıĢmıĢlar  (14).  Qafqazda  müstəqil  dövlətlərin  yaranması  ideyasını  dəstəkləyən  Osmanlının  ən  böyük  müttəfiqi  olan  Almaniya  da  bu  mübarizədə  fəal  iĢtirak  etmiĢ  və 

xüsusilə  Azərbaycanı  öz  hakimiyyəti  altına  almaq  üçün  hər  vasitə  və  yolları  sınamıĢdır.  Məsələn,  Almaniya  Gürcüstan  və  Ermənistanın  tanımaqda  tərəddüd  göstərməmiĢ, 

Azərbaycan  Respublikasını  tanımaqda  isə  inamsızlıq  nümayiĢ  etdirmiĢ,  hətta  Osmanlı  dövlətinin  Azərbaycana  məqsədyönlü  siyasətini  soyutmağa,  Osmanlının  göstərmək  istədiyi 

yardımlara maneə yaratmağa çalıĢmıĢdır. (15) 

Bu dövürdə  Cənubi Qafqaz  xalqları içərisindo  köməyə  ən  çox ehtiyacı olan xalq  Azərbaycan türkləri idi.  Maraqlıdır ki,  indiyə  qədər Qafqazda  yaĢayan türklərin  əsgəri 

qüvvəsi olmamıĢdır. Çünki Çar Rusiyası öz idarəsi altında olan türklərin mədəni, elmi, iqtisadi və əsgəri sahələrdə uğurlar əldə etməsinə bilərəkdən mane olmuĢdur. Rusiya dövləti, 

onun mənafeyinə bağlılığına daim Ģübhə ilə baxıb inanmadığı türkləri əsgərliyə çağırmamıĢ, onların əllərinə silah verməyərək, illərcə əsgərlik peĢəsindən uzaq tutmuĢ və bu sahədə 

inkiĢaflarına  yol  verməmiĢlər.  Bir  səbəbdən də  istər  ġimali  Qafqaz,  istərsə  də  Azərbaycan  türklərinin  silahdan  istifadə  etmə  və  döyüĢ  qabiliyyəti  çox  aĢağı  olmuĢdur.  Rusiyanın 

Qafqazda  yeritdiyi  bu  siyasət  Türküstan  ölkəsi  üçün  də  eyni  dərəcədə  tətbiq  olunurdu.  Yalnız  Volqa  boyu  türklərinin  öz  coğrafi  mövqeləri  etibarı  ilə  ruslardan  ayrılmaları  qeyri-

mümkün olduğundan Qafqazlı türklərə tətbiq olunan hərbi iĢdən yan tutulma onlara Ģamil edilməmiĢdir. 

Əsgəri sahədə hökm sürən bu ayrı-seçkilik dövlət rəhbərliyi və bürokratiyada da türklərin iĢtirakında özünü göstərirdi. Türklərdən baĢ məmur və ya təhlükəsizlik təĢkilatında 

məsul  vəzifə  yerinə  yetirən  birisinə  rast  gəlmək  çox  çətin  idi,  yerli  türkün  ucaldığı  mənsəb  tərcüməçilikdən  uzağa  gedə  bilmirdi.  Bunun  əksinə  olaraq  Erməni  və  Gürcülər  hərbi 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə