Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə24/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   20   21   22   23   24   25   26   27   ...   278

36 

 

 



 

Xalq  maarifi  sahəsində  ciddi  nailiyyətlər  qazanıldı.  Orta  məktəblərin  təxminən  yarısı  milliləĢdirildi,  məktəblərdə  rus  tarixi  əvəzinə  ümumtürk  tarixi  tədris  olunmağa 

baĢlandı, bütün məktəblərdə Azərbaycan dilinin tədrisi məcburi hesab olundu. 1919-cu il sentyabrın 1-də Bakı Universitetinin təsis olunması haqqında qərar qəbul olundu. Dərslər 

noyabrın 15-də baĢlandı. Kənd Təsərrüfatı Ġnstitutunun yaradılması haqqında qanun qəbul olundu. 1919-cu ilin oktyabrında mətbuat sahəsində senzura ləğv olundu. Azərbaycanın 

müxtəlif regionlarında kiĢi və qadın seminariyaları açıldı, dövlətin hesabına yüzə yaxın gənc azərbaycanlı ali təhsil almaq məqsədilə Avropanın universitetlərinə göndərildi. Ticarəti 

və  daxili  bazarı  dirçəltmək  məqsədilə  1918-ci  il  avqustun  27-də  azad  ticarət  haqqında  fərman  verildi,  oktyabrın  30-da  ticarət  donanmasının  fəaliyyəti  bərpa  olundu.  1919-cu  ilin 

yayında  Azərbaycan  Xəzər  donanması  yaradıldı.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  mübahisəsiz  ərazisi  97,3  min  kvadrat  kilometr  idi.  Gürcüstanla  8,7  min  kvadrat  kilometr, 

Ermənistanla isə 7,9 min kvadrat kilometr həmsərhəd ərazi Azərbaycan hökuməti tərəfindən mübahisəli torpaq sayılırdı. Azərbaycanın əhalisi 2 milyon 862 min nəfər idi ki, onun 70 

faizini müsəlmanlar təĢkil edirdi. 

Azərbaycanın beynəlxalq aləmdə tanınmasına baxmayaraq, ölkənin Ģimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı. Sovet Rusiyasının xarici iĢlər komissarı G.Çiçerin 

1920-ci  il  yanvarın  əvvəllərində  Azərbaycan  hökumətinə  göndərdiyi  notada  Denikin  əleyhinə  hərbi  ittifaq  bağlamağı  təklif  edirdi.  Azərbaycan  rəhbərliyi  baĢa  düĢürdü  ki,  sovet 

hökumətinin əsas məqsədi bu gənc respublikanı Denikinlə qeyri-bərabər hərbi münaqiĢəyə cəlb edib zəiflətmək, sonra isə onun istiqlaliyyətinə son qoymaqdır. AXC-nin xarici iĢlər 

naziri  F.Xoyski  cavab  notasında  yazırdı  ki,  Denikinlə  sovet  hökuməti  arasındakı  mübarizə  rus  xalqının  daxili  iĢidir  və  Azərbaycan  hökuməti  Rusiyanın  daxili  iĢinə  qarıĢmaq 

niyyətində  deyil.  Çiçerin  yanvarın  23-də  ikinci  notasında  Azərbaycanın  müstəqilliyinə  münasibətini  bildirməkdən  yan  keçir  və  Azərbaycan  hökumətini  Denikinə  qarĢı  mübarizə 

aparmaqdan imtina etməkdə günahlandırırdı. RXoyski isə notasında Azərbaycanın istiqlaliyyətinin sovet Rusiyası tərəfindən qeyd-Ģərtsiz tanınmasını təkid edirdi. Çiçerinin martın 

7-də  göndərdiyi  notası  da  baĢ  aldatmaqdan  və  vaxt  uzatmaqdan  baĢqa  bir  Ģey  deyildi.  Getdikcə  aydın  olurdu  ki,  Rusiyanın  bu  hərəkətləri  Azərbaycana  qarĢı  hazırlanan  hərbi 

müdaxiləni pərdələmək və Azərbaycan hökumətinin sayıqlığını azaltmaq məqsədi güdür. Sovet  Rusiyasının Azərbaycana əsl münasibətini V.Leninin 1920-ci il martın 17-də Qafqaz 

cəbhəsinin hərbi-inqilab ġurasının üzvləri Smilqa və Orconikidzeyə göndərdiyi 

 

teleqram dolğun əks etdirir: "Bakını zəbt etmək bizə olduqca və olduqca zəruridir, bütün səylərinizi 



buna verin".  

 

 



 

Hələ 1918-ci ilin dekabrında bolĢeviklər Bakıda ümumi siyasi tətil keçirməyə nail oldular. Tətildə 25-dən çox müəssisənin 12 minə qədər 

fəhləsi iĢtirak edirdi. 1019-cu ilin mayında bolĢeviklər Bakıda ikinci dəfə tətil keçirməyə cəhd göstərdilər. Azərbaycan bolĢeviklərinin sosial bazasını əsasən qeyri-müsəlman əhalisi 

təĢkil  edirdi.  1919-cu  il  aprelin  25-də  Azərbaycanın  cənub  bölgəsində  bolĢeviklər  tərəfindən  qızıĢdırılan  rus  əhalisinin  milli  hökumətə  qarĢı  qiyamı  baĢlandı.  Qiyamçılar  bölgəni 

"Muğan Sovet Respublikası" elan etdilər. Avqustun əvvəlində qiyam hökumət qüvvələri tərəfindən yatırıldı. 

Hökumətin  torpaq  islahatını  yubatmasından  bolĢeviklər  məharətlə  istifadə  etdilər.  1919-cu  ilin  əvvəllərində  bir  sıra  qəzalarda  bolĢeviklərin  rəhbərliyi  ilə  kəndli  çıxıĢları 

baĢlandı. Bunlardan ən güclüsü Gəncədə baĢ verdi. Bu çıxıĢ 1919-cu ilin sentyabrında yatırıldı. 

BolĢeviklər  Azərbaycanın  daxilində  də  təxribatçılıq  fəaliyyətlərini    gündən-günə  geniĢləndirirdilər.  1920-ci  ilin  fevralında  təsis  edilmiĢ  Azərbaycan  Kommunist 

(bolĢeviklər)  Partiyasının  əsas  məqsədi  ölkədə  vəziyyəti  gərginləĢdirmək,  təxribat  yolu  ilə  bolĢevikləri  hakimiyyətə  gətirmək  idi.  Bu  təxribatçı  quruma  qatı  millətçi  A.Mikoyan 

baĢçılıq edirdi. BolĢevik partiyası milli hökuməti yıxmaq, Sovet Azərbaycanı qurmaq üçün silahlı üsyan xəttini irəli sürdü. 

Sovet  Rusiyası  Ermənistanın  Azərbaycana  qarĢı  düĢmənçiliyindən  istifadə  etdi.  1920-ci  ilin  əvvəllərində  erməni  nümayəndələri  Moskvada  ərazi  güzəĢtləri  müqabilində 

Azərbaycan hökumətini  devirmək  planlarını  sovet Rusiyasına təklif etdilər. Qarabağda və Gəncəbasarda erməni əhalisinin qiyamı və Azərbaycana qarĢı Ermənistanın müharibəsi 

bu  planın  tərkib  hissəsi  idi.  Azərbaycan  ordusunun,  demək  olar  ki,  hamısı  1920-ci  ilin  Novruz  bayramı  günlərində  Qarabağ  istiqamətində  erməni  qiyamçılarına  qarĢı  vuruĢurdu, 

ölkənin Ģimal sərhədləri isə müdafiəsiz qalmıĢdı. Digər tərəfdən, Azərbaycan hökumətinin Qərbdən gözlədiyi yardım gəlib çıxmırdı.  

 

 

 



 

 

 



Sovet Rusiyasına münasibət məsələsində də Azərbaycan hökumətində birlik yox idi: xarici iĢlər naziri Fətəli xan Xoyski Rusiyaya münasibətdə sərt xəttin, daxili 

iĢlər naziri  Məmməd Həsən  Hacinski isə  Azərbaycan bolĢevikləri ilə  danıĢığa  girib onlara  güzəĢtə  getməyin tərəfdarı idi.  M.H.Hacınskiyə  görə  sovet  Rusiyasına  geniĢ  güzəĢtlər 

verməklə Azərbaycanın istiqlalını qorumaq mümkün idi. 

 

 



 

 

 



 

 

 



 

 1920-ci 

ilin  martında  hökumətin 

keçirdiyi  konfransda  M.H.Hacınskinin  tərəfdarları    qalib  gəldilər,  N.Yusifbəyli  baĢ  nazir  vəzifəsindən  istefa  verdi.  Yeni  hökumətin  təĢkili  M.H.Hacinskiyə  tapĢırıldı.  Lakin 

M.H.Hacınski  bu  hökumətin  təĢkilinə  tələsmirdi,  az  sonra  M.H.Hacınskinin  özü  bolĢeviklər  partiyasına  daxil  oldu. 

 

Yeni  hökumətin  təĢkilinin  yubadılması  onsuz  da  gərgin  olan 



vəziyyəti  bir  qədər  də  çətinləĢdirdi.  Parlamentdə  müxtəlif  partiyalar  arasında  gedən  mübarizə  son  həddə  çatdı.  Mövcud  hakimiyyətə  qarĢı  daim  müxalifətdə  olan  və  hökuməti 

devirməyə

 

çalıĢan ittihadçılar Rusiya ilə hərbi ittifaqa girməyi tələb edirdilər, Azərbaycan bolĢevikləri isə guya ölkədə qayda-qanun yaratmaq naminə hərbi yardım üçün Rusiyaya 



müraciət etməyə və XI rus ordusunu Azərbaycana dəvət etməyə çağırırdılar 

1920-ci  ilin  aprelində  Denikinin  qoĢunlarını  məğlub  edən  XI  rus  ordusu  Azərbaycan  sərhədlərinə  yaxınlaĢdı.  Aprelin  15-də  F.X.Xoyski  Çiçerinə  göndərdiyi  notada  rus 

ordusunun Azərbaycan sərhəddində toplanmasının səbəbləri və məqsədi barədə məlumat verilməsini tələb etdi. Lakin Çiçerin bu notaya heç bir əhəmiyyət vermədi. Həmin günlərdə 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə