Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə23/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   19   20   21   22   23   24   25   26   ...   278

35 

 

 



 

Erməni millətçilərinin "Dənizdən-dənizə Böyük Ermənistan" planına Qərbi Azərbaycan və Naxçıvan torpaqları da daxil idi. 1918-ci ilin yazında təkcə Sisyan mahalında 50 

min müsəlman ev-eĢiyindən qovulmuĢ, 115 kənd dağıdılmıĢ və yandırılmıĢ, 10038 nəfər öldürülmüĢ və yaralanmıĢdı. Onlardan 7729 nəfəri (3257 kiĢi, 2276 qadın və 2196 uĢaq) 

məhv edilmiĢ, 2309 nəfəri isə (1060 kiĢi, 764 qadın və 485 uĢaq) Ģikəst edilmiĢ, qəzanın azərbaycanlı əhalisinə üst-üstə bir milyard manat maddi ziyan dəymiĢdi. 

1918-ci ilin yazında Andranik 800 nəfərlik quldur dəstəsi ilə Naxçıvan bölgəsinə hücuma keçdi. Yerli əhaliyə kömək məqsədilə həmin il avqustun 7-də Kazım Karabekir 

paĢa Naxçıvana daxil oldu. Bununla da erməni-daĢnak qüvvələrinin Naxçıvan torpaqlarındakı özbaĢınalığına son qoyuldu. Mondros barıĢığından sonra Osmanlı qüvvələri noyabrın 

11-də Naxçıvanı tərk etməyə məcbur oldu. Yerli əhali erməni təcavüzündən qorunmaq üçün 1918-ci ilin noyabrında Araz-Türk Respublikasının yaradıldığını elan etdi. 1919-cu ilin 

martına kimi fəaliyyət göstərən Araz-Türk Respublikası Naxçıvan bölgəsinin ermənilərin iĢğalı altına keçməsinə imkan vermədi. 

Azərbaycan  hökuməti  də  Naxçıvanın  müdafiəsi  üçün  ciddi  tədbirlər  görürdü.  1919-cu  il  fevralın  28-də  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  qərarı  ilə  Naxçıvan 

general-qubernatorluğu yaradıldı. Bəhram xan Naxçıvanın general-qubernatoru təyin edildi. 

Ermənilərin  Naxçıvan  torpaqlarına  yiyələnmək  cəhdləri  1919-cu  ilin  yazında  daha  da  gücləndi.  Bölgədəki  ingilis  komandanlığının  razılığı  ilə  1919-cu  ilin  mart-iyul 

aylarında Naxçıvan bölgəsində erməni idarəçiliyi yaradıldı. Naxçıvan əhalisi bu qərara qəti etirazını bildirdi. Ġyulun 25-də Naxçıvan əhalisi erməni qoĢunlarını əzərək onları qaçmağa 

məcbur etdi. Beləliklə, Naxçıvan bölgəsində "erməni idarəçiliyi" ləğv edildi. 

Paris sülh  konfransında  iĢtirak edən Ġran nümayəndə  heyəti isə  təqdim etdiyi  memorandumda  Bakı,  Dərbənd, ġəki,  ġamaxı,  Gəncə, Qarabağ,  Naxçıvan və  Ġrəvanın  ona

 

verilməsini  tələb  edirdi.  Müharibədə  heç  bir  rolu  olmayan  Ġranın  bu  qəribə  iddialarına  konfrans  heç  bir  reaksiya  vermədi,  üstəlik  1919-cu  il  9  avqust  tarixli  ingilis-Ġran 



müqaviləsindən sonra onun nümayəndələri konfransdan uzaqlaĢdırıldı. 1920-ci il martın 21-də Ġran Azərbaycan dövlətini müstəqil dövlət kimi tanıyaraq onunla dostluq haqqında 

müqavilə imzaladı. 

Nəhayət, 1920-ci il yanvarın 11-də Parisdə müttəfiq dövlətlərin Ali ġurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 

14-də bu xəbər Azərbaycana çatdırıldı və parlament onu təntənəli Ģəkildə qeyd etdi. Millət vəkilləri və parlamentin iclasında iĢrirak edən xarici ölkələrin diplomatik nümayəndələri 

istiqlal yolunda qurban getmiĢ Vətən oğullarının və Osmanlı əsgərlərinin xatirəsini yad etdilər. Bu hadisə münasibətilə ümumi amnistiya elan edildi. 

Yanvarın  19-da Azərbaycanın  və  Gürcüstanın rəsmi  nümayəndələri  Paris sülh konfransı Ali ġurasının iclasına dəvət edildilər. Antanta Güney Qafqazın yenidövlotlərini 

tanımaqla onları xarici təcavüzdən qorumaq üçün öz üzorinə öhdəliklər götürdü. Azərbaycan tərəfi ABġ və Avropa dövlətlərindən alınması nəzərdə tutulan  100 parovoz, 2 min ədəd 

çən, 500 bağlı vaqon müqabilində 200 milyon pud ağ neft, eləcə də pambıq, yun, ipək, gön-dəri məhsulları göndərməyi öhdəsinə götürdü. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  de-fakto  tanınmasına  qədər  dövlət  quruculuğu  sahəsində  heç  bir  təcrübəsi  olmayan  xalq  qısa  bir  müddət  ərzində  də  normal  fəaliyyət 

göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlətlə, о cümlədən, Türkiyə, Gürcüstan, Ermənistan,  Ġran,  Belçika, Hollandiya, Yunanıstan, Danimarka, Ġtaliya, Fransa, Ġsveçrə, 

Ġngiltərə,  ABġ,  Ukrayna,  Litva,  PolĢa,  Finlandiya  və  baĢqaları  ilə  baĢ  konsulluq,  konsul  agentlikləri  səviyysində  əlaqələr  qurmağa  nail  oldu.  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

dövlət quruluĢu parlamentli respublika idi. Yeni yaranmıĢ dövlət öz fəaliyyəti dövründə "türkləĢmək, islamlaĢmaq və müasirləĢmək" ideyası uğrunda mübarizə aparırdı. Hökumət 

Gəncədəki  fəaliyyəti  dövründə  -  1918-ci  il  iyunun  27-də  Azərbaycan  dilinin  dövlət  dili  elan  edilməsi  haqqında  fərman  imzaladı.  Azərbaycan  dilli  savadlı  kadrların  çatıĢmazlığı 

nəzərə  alınaraq,  dövlət  idarələrində  müvəqqəti  maraq  rus  dilindən  də  istifadə  olunmasına  icazə  verildi.  Ġyunun  24-də  üzərində  ağ  rəngli  aypara  və  səkkizguĢəli  ulduz  təsviri  olan 

qırmızı  bayraq  dövlət  bayrağı  kimi  qəbul  edildi,  noyabrın  9-da  isə  həmin  bayraq  üçrəngli  -  yaĢıl,  qırmızı  və  mavi  zolaqlardan  ibarət  olan  bayraqla  əvəz  olundu.  Ġyunun  26-da 

Əlahiddə Azərbaycan Korpusunun yaradılması haqqında qərar qəbul olundu. Avqustun 11-də ümumi hərbi səfərbərlik elan edildi və 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan 

vətəndaĢları  hərbi  xidmətə  çağırıldılar.  Sentyabrın  1-də  Hərbiyyə  Nazirliyinin  yaradılması  haqqında  qərar  qəbul  olundu.  Dekabrın  25-də  general  Səməd  ağa  Mehmandarov  hərbi 

nazir, general Əliağa ġıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç BaĢ qərargah rəisi təyin edildilər. 1919-cu ildə 25 min nəfərlik Milli Ordu yaratmaq məqsədilə 400 

milyon manat vəsait ayrılmıĢdı. Ordunun yaradılması prosesi 1920-

CI 


ilin yanvarında əsasən baĢa çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoĢun 

hissələrindən ibarət idi. 

1919-cu  ilin  yayında  Bakını  tərk  edən  ingilislər  Ģəhər  limanının  idarəçiliyini  və  hərbi  gəmilərin  bir  hissəsini  Azərbaycan  hökumətinə  təhvil  verdilər.  Ġngilislərdən  alınan 

gəmilər hesabına Xəzər donanması yaradıldı. 

1919-cu  il  iyulun  21-də  parlament  "Azərbaycan  Respublikasının  Müəssislər  Məclisinə  seçkilər  haqqında"  Əsasnaməni  təsdiq  etdi.  Həmin  il  avqustun  11-də  parlament 

tərəfindən qəbul olunmuĢ "Azərbaycan vətəndaĢlığı haqqında" qanuna görə özü və ya valideynləri Azərbaycan ərazisində anadan olmuĢ keçmiĢ Rusiya imperiyasının bütün təbəələri 

milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaĢı hesab olunurdu. 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə