Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə19/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   15   16   17   18   19   20   21   22   ...   278

31 

 

 



 

"Türkiyə  Ermənistanı"  yaratmaq  haqqında  vermiĢ  olduğu  1918-ci  il  11  yanvar  tarixli  13  saylı  dekretdən  imtina  etməyə  məcbur  oldu.  Digər  tərəfdən,  həmin  günlərdə  Osmanlı 

nümayəndə heyətinin baĢçısı Seymdən Brest-Litovsk barıĢığının tanınmasını, həm də Türkiyə ilə müzakirələr aparmaq üçün Rusiyadan ayrılaraq özünü müstəqil dövlət elan etməsini 

tələb  etdi.  Aprelin  10-da  Zaqafqaziya  nümayəndə  heyəti  Brest  müqaviləsinin  Ģərtlərini  qəbul  etməyə  və  bu  əsasda  danıĢıqları  davam  etdirməyə  hazır  olduğunu  bildirdi.  Lakin 

Seymdə  bu  məsələ  kəskin  mübahisələrə  səbəb  oldu.  Gürcü  deputatları  Osmanlı  dövləti  ilə  müharibəni  davam  etdirmək  üçün  bütün  qüvvələri  səfərbərliyə  almağı  və  kömək  üçün 

Rusiyaya müraciət etməyi təkid edirdilər. Erməni fraksiyası müharibəni axıra qədər davam etdirmək və Osmanlı dövlətini məğlub etmək üçün hər cür vasitələrə əl atmaq təklifini 

irəli sürürdü. Erməni fraksiyası Seym qüvvələrinin geri çəkilməsinin bütün günahını Azərbaycan nümayəndələrində görürdü. Gürcü və erməni nümayəndələri Trabzon danıĢıqlarını 

yarımçıq kəsərək ölkədə müharibə vəziyyəti elan etdilər. Erməni-gürcü qüvvələri Osmanlı ordusunun qarĢısını almağa qadir deyildi. Aprelin 15-də osmanlılar Batum Ģəhərini tutaraq 

Poti  istiqamətində  Ģimala  doğru  irəliləməyə  baĢladılar.  Belə  bir  Ģəraitdə  Seymdəki  erməni-gürcü  çoxluğunun  Qafqazın  müstəqilliyini  elan  etməк  və  Brest-Litovsk  sülhünü  tam 

Ģəkildə qəbul etməkdən baĢqa çarəsi qalmadı. Aprelin 22-də müstəqil Zaqafqaziya Federativ Demokratik Respublikasının yaradıldığı elan edildi. 

Güney Qafqazın müstəqilliyinin elan olunması Azərbaycanın vəziyyətində müsbət dəyiĢiklik yaratmadı. Azərbaycanın Ģərqində bolĢevik qurumu, qərbində isə erməni hərbi 

birləĢmələri yerli əhalini qırmaqla məĢğul idilər. Buna görə də Azərbaycan nümayəndə heyəti Batum sülh konfransına böyük ümidlə baxırdı. Çünki Azərbaycan nümayəndə heyəti 

baĢa  düĢürdü  ki,  yalnız  Osmanlı  qüvvələrinin  köməyi  ilə  Bakını  bolĢevik  qüvvələrindən  azad  etmək,  erməni  daĢnakların  Azər-baycan  əhalisinə  qarĢı  qırğınlarını  dayandırmaq 

mümkündür. Konfransa yola düĢməzdən əvvəl müsəlman fraksiyasının üzvü Nəsib bəy Yusifbəylinin söylədiyi nitq Azərbaycanın düĢdüyü çətin Ģəraitə verdiyi obyektiv qiymət idi. 

Nəsib bəy de-yirdi: "Bizim bu gücsüz halımızda xarici köməyə müraciət etməkdən baĢqa çarəmiz yoxdur. Müstəqilliyimizin ən qəti müdafiəçisi olmağıma baxmayaraq, indiki halda 

biz sevinməliyik ki, buraya gələcək qüvvə bizə dost və qardaĢ Türkiyədir. Ola bilsin, bu, qonĢularımızın xoĢuna gəlməsin, amma baĢqa çıxıĢ yolumuz yoxdur... Xətir üçün xəstə düĢə 

bilmərik. Bununla belə, heç vaxt azad Azərbaycanın müstəqil yaĢaması fikrini yaddan çıxarmağa haqqımız yoxdur". 

Güney  Qafqaz  əhalisinin  üç  əsas  xalqı  arasındakı  daxili  ziddiyyətlər  onların  müstəqil  vahid  dövlətdə  birləĢmək  imkanını  aradan  qaldırdı.  Doğrudur,  bu  arada  daĢnak 

partiyasının Seymdəki deputatları müsəlman fraksiyasına rəsmən siyasi alver variantı təklif etdilər: onlar "Bakıda gələcək hökumətin sırf müsəlman deyil, beynəlmiləl xarakterdə 

olması  və  erməni  hissələrinin  Bakıda  qalması"  müqabilində  Bakı  Sovetini  buraxmağı  öz  öhdələrinə  götürürdülər.  Lakin  Seymin  müsəlman  nümayəndələri  bu  həyasız  Ģərtləri 

qətiyyətlə rədd edib, Bakı Ģəhərində hakimiyyətin bölünməzliyini bəyan etdilər. 

1918-ci  il  mayın  11-də  Batumda  Zaqafqaziya  və  Osmanlı  arasında  danıĢıqlar  davam  etdirildi.  DanıĢıqlarda  Azərbaycanı  M.Ə.Rəsulzadə  və  M.H.Hacinski  təmsil  edirdi. 

Konfransın gediĢində Almaniya nümayəndələri gürcülərlə gizli görüĢlər keçirərək, onlara hərbi və iqtisadi yardım göstərəcəyini vəd etmiĢdi. Belə ki, konfransın gediĢi dövründə 3 

min nəfərlik alman qoĢunu Gürcüstanın Poti limanına çıxarıldı. Eyni vaxtda hücumu müvəffəqiyytlə davam etdirən Osmanlı qoĢunları mayın 17-də Gümrünü ələ keçirdilər. 

Almaniyadan böyük dəstək alan Seymin gürcü fraksiyası Gürcüstanın Zaqafqaziya Federativ Respublikası tərkibindən çıxmasını və öz müstəqilliyini elan etməsini qərara 

aldı. Bununla əlaqədar olaraq, 1918-ci il mayın 25-də Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclası keçirildi. Ġclasda Güney Qafqazda siyasi vəziyyətin dəyiĢməsı ilə əlaqədar 

rəsmi bəyanatda deyilirdi ki, Seymin gürcü fraksiyası Batumda danıĢıqlar aparır və Gürcüstanın müstəqilliyini elan etməyə hazırlaĢır. Mayın 25-də F.X.Xoyskinin sədrliyi ilə Seymin 

müsəlman fraksiyasının axĢam iclası Seymin sədri və gürcü fraksiyasının üzvləri iclasa gələrək elan etdilər ki, Seymin sabahkı iclasında Zaqafqaziya Respublikasının ləğv olunması 

faktını təsdiq edəcəklər. 

Azərbaycanda yaranmıĢ çətin vəziyyət milli-demokratik qüvvələri Seymdə azlıqda qalıb hadisələrin gediĢini seyr etməkdənsə, qəti addımlar atmağa vadar etdi. Azərbaycan 

özünün  din  və  dil  qardaĢı  olan  Türkiyənin  yardımına  ümid  bəsləyirdi.  Osmanlı  dövlətinin  hərbi  naziri  Ənvər  PaĢanın  29  yaĢlı  qardaĢı  Nuru  PaĢanı  300  nəfər  təlimatçı  ilə 

Azərbaycana köməyə göndərməsi bu yardımın bünövrəsini qoydu. 

Mayın 26-da  Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi. Gürcü nümayəndələri Seymdən çıxıb, Gürcüstanın müstəqilliyini elan etdilər. Gürcü fraksiyası Zaqafqaziya 

Respublikasının dağılmasının bütün günahını müsəlman fraksiyasının üzərinə yıxdı. Guya müsəlman fraksiyası türkpərəst mövqe tutduğu üçün gürcülər onlarla bir Seymdə fəaliyyət 

göstərə  bilməzlər.  Zaqafqaziya  Seyminin  üzvü  ġəfi  bəy  Rüstəmbəyov  gürcü  fraksiyasının  gətirdiyi  bu  arqumentləri  qətiyyətlə  rədd  edərək  qeyd  edirdi:  «Hesab  edirik  ki, 

Zaqafqaziyanın birgə siyasi mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur və burada gürcü nümayəndələri tərəfindən irəli 

sürülən amillər az inandırıcıdır». Mayın  27-də  isə  Seymin  müsəlman fraksiyası  yaranmıĢ vəziyyətin ciddiliyini  nəzərə  alaraq fövqəladə  iclas çağırdı.  Uzun  müzakirələrdən sonra 

Müvəqqəti  Milli  ġura  yaratmaq  qərara  alındı.  Müsavat  partiyasının  təklifi  ilə  M.Ə.  Rəsulzadə  qiyabi  olaraq  (bu  vaxt  o,  Batum  konfransında  iĢtirak  edirdi)  Milli  ġuranın  sədri, 

H.Ağayev və M.Seyidov isə sədrin müavinləri seçildilər. Müxtəlif sahələrdə iĢlərə rəhbərlik etmək üçün Milli ġuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. Fətəli xan Xoyski 

Ġcraiyyə Komitəsinin sədri seçildi. 




Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə