Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə16/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   12   13   14   15   16   17   18   19   ...   278

27 

 

 



 

68.


 

Ullman R.H. Anglo-soviet Relations. Vol. II. Britain and the Russian Ciwil War. Princeton/ Oxford. 1968. p. 331. 

69.

 

Юсифзаде С.З. Первая Азербайджанская Республика: история, события, факты англо-азербайджанских отношений. Баку, 1998, с. 184. 



70.

 

Лавров СВ. Политика Англии на Кавказе..., с. 67. 



71.

 

Азербайджан, 1919, 25 января. 



72.

 

Гражданская война и военная интервенция..., с. 670; Алиев Н.А. Военно-морская история Азербайджана. Баку: Элм, 2002, с. 153-155. 



73.

 

Известия ВЦИК, 1920, 16 июня.. 



74.

 

Дейли Геральд, 1920, 13 ноября. 



75.История внешней политики СССР. Том 1.- М., 1976, с. 145-146. 

 

 



 

 

 



 

 

 



 

 

 




28 

 

 



 

AZƏRBAYCAN XALQ CÜMHURĠYYƏTĠ 

 

(1918-1920) 

 

Anar Ġsgəndərov



 

 

Birinci  Dünya  müharibəsi  və  onun  nəticəsi  olan  fevral  burjua  inqilabı  Rusiyada  300  ildən  artıq  hökmranlıq  edən  Romanovlar  sülaləsini  devirdi,  zülm  və  əsarət  altında 



inləyən məzlum xalqlar öz müqəddəratını təyin etmək imkanı əldə etdilər. О cümlədən Qafqaz cəbhəsində gedən hərbi əməliyyatlar Azərbaycanda iqtisadi, sosial-siyasi həyata ağır 

təsir göstərməklə bərabər, əsrin əvvəllərindən burada dərinləĢən milli-demokratik prosesi, muxtariyyət ideyasını və son nəticədə müstəqilliyə olan meyli xeyli gücləndirdi. 

Fevral inqilabından az sonra martın 3-də Rusiya Dövlət Dumasının Güney Qafqazdan olan deputatlarının təĢəbbüsü ilə Tiflisdə Zaqafqaziyanın Ġdarəsi Üzrə Xüsusi Komitə 

yaradıldı.  Bu  komitə  regionun  əsas  millətlərini  Dövlət  Dumasında  təmsil  edən  deputatlardan  ibarət  idi.  Komitəyə  V.Xarlamov  sədr,  M.Papacanov,  M.Cəfərov,  K.AbaĢidze  və 

P.Pereverzev üzv təyin edildilər. Müvəqqəti hökumətin qərar və təlimatlarına uyğun olaraq komitəyə Güney Qafqazda geniĢ hüquq və sə-lahiyyətlər verildi. Yəni, Zaqafqaziyanın 

Ġdarəsi Üzrə Xüsusi Komitə Müvəqqəti hökumətin idarə orqanı funksiyasını yerinə yetirməyə baĢladı. Lakin xüsusi Zaqafqaziya Komitəsində Güney Qafqaz xalqları bərabər təmsil 

olunmadığı və aqrar məsələdə ardıcıl mövqe tutmadığına görə əhali ona etimad göstərmədiyi üçün о güclü dövlət orqanı funksiyasını yerinə yetirə bilmədi. 

1917-ci  il  martın  əvvəllərində  Bakıda  Müvəqqəti  hökumətin  ali  hakimiyyət  orqanı  kimi  Ġctimai  TəĢkilatların  Ġcraiyyə  Komitəsi  yaradıldı.  Buraya  həm  fəhlə  deputatları 

sovetlərinin,  həm  də  Ģəhər  dumasının  və  ictimai  təĢkilatların  nümayəndələri  daxil  oldu.  Ġcraiyyə  Komitəsinə  azərbaycanlı  əhalinin  təmsilçiləri  M.H.Hacinski  və  M.Ə.Rəsulzadə 

seçildilər. 

Rusiyanm baĢqa sənaye mərkəzlərində olduğu kimi Bakıda da fəhlə və əsgər deputatları sovetinin yaradılmasına baĢlandı. 1917-ci il martın 7-də 52 deputatdan ibarət Bakı 

Deputatları Soveti formalaĢdı. Sovetin tərkibi qeyri-azərbaycanlılardan ibarət idi. Bakı Sovetinə qiyabi olaraq S.ġaumyan sədr seçildi. Güney Qafqazın baĢqa Ģəhərlərindən fərqli 

olaraq Bakıda sovet nisbətən güclü idi. 

Müvəqqəti  hökumətin  milli  proqramını  Rusiyanın  bölünməzliyi  prinsipi  təĢkil  edirdi.  Daha  nüfuzlu  partiyalar  olan  kadet,  eser  və  menĢeviklər  milli  məsələnin  həllini 

gələcəkdə çağırılacaq Müəssislər Məclisinə həvalə edir, burada milli-mədəni muxtariyyət prinsiplərini müdafiə edəcəklərini bəyan edirdilər. 

     Fevral  inqilabından  sonra  açıq  fəaliyyətə  keçmiĢ  Müsavat  partiyası  Azərbaycanda  siyasi  qüvvələr  arasında  daha  çox  diqqəti  cəlb  edirdi.  Müsavat  partiyası  federativ  Rusiya 

tərkibində  Azərbaycana  milli-ərazi  muxtariyyəti  və  20  yaĢına  çatmıĢ  azərbaycanlı  vətəndaĢlara  seçki  hüququ  verilməsi  ideyasını  irəli  sürürdü.  Gəncədə  N.Yusifbəylinin  baĢçılıq 

etdiyi Türk ədəmi-mərkəziyyət partiyası, Əlimərdan bəy TopçubaĢovun və Fətəli xan Xoyskinin baĢçılıq etdikləri Müstəqil Demokratik qrup RSDFP-nin yerli təĢkilatı - Hümmət və 

Ġttihad partiyası fəaliyyətlərini geniĢləndirdilər. N.Yusifbəylinin rəhbərlik etdiyi partiya Rusiya dövlətinin muxtar ərazilərin federasiyasına çevrilməsi ideyası ilə çıxıĢ edirdi. Ġttihadi-

Ġslam  partiyasının  əməli  fəaliyyətinin  və  nəzəri  baxıĢlarının  bünövrəsi  islama  əsaslanan  ittihad  -  birlik  idi.  Ġslamı  yalnız  din  deyil,  siyasi,  iqtisadi,  hüquqi,  mənəvi  norma  kimi 

qiymətləndirən  ittihadçılar,  onu  müsəlman  həyatının  özülü,  əsas  strukturu  hesab  edir,  inkiĢaf  yolunu  isə  məhz  islam  normalarını  təkmilləĢdirmək  vasitəsilə  həyata  keçirməkdə 

görürdülər. 

Milli  qüvvələrin  Azərbaycanın  gələcəyinə  münasibəti  aprelin  15-20-də  (1917-ci  il)  Bakıda  keçirilən  Qafqaz  müsəlmanlarının  qurultayında  açıqlandı.  Qurultay  Qafqaz 

müsəlmanlarının  Müvəqqəti  hökumətə,  habelə  müharibəyə  və  Rusiyanın  digər  xalqlarına  münasibəti  məsələlərini  müzakirə  etdi.  Qafqaz  müsəlmanlarının  qurultayı  Rusiya 

müsəlmanlarının  siyasi  həyatında  mühüm  rol  oynadı,  siyasi  hadisələrin  həmin  mərhələsində  onların  mənafelərini  ifadə  edərək,  Rusiya  müsəlmanları  üçün  milli  hərəkatın 

gücləndirilməsi  yollarını,  demokratik  respublika  prinsiplərinə  söykənən  dövlət  quruluĢu  seçimini  müəyyənləĢdirdi.  Müsavat  və  Türk  ədəmi-mərkəziyyət  partiyaları  Rusiyanın 

demokratik federativ respublikaya çevrilməsi və  Azərbaycana geniĢ ərazi -  milli muxtariyyətinin verilməsi haqqında qərar layihəsi ilə çıxıĢ etdilər. Lakin islamçılar (ittihadçılar), 

sosialistlər, bolĢeviklər və menĢeviklər Rusiyanın ərazi bütövlüyünün qorunmasına tərəfdar çıxdılar. 

                                                           

Tarix elmləri doktoru, professor, Bakı Dövlət Universiteti. 



 


Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə