Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə13/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   9   10   11   12   13   14   15   16   ...   278

23 

 

 



 

müntəzəm  təmin  etmək  imkanı  verdi.  Bundan  əlavə,  Güney  Qafqazda  Britaniya  qüvvələrinin  baĢ  komandanı  general  ser  C.M.Milnə  görə,  "Britaniya  ordusunun  iĢtirakı  həm  də 

faydalı məqsədə - Könüllülərin ordusu və Qafqaz respublikalarının orduları arasında hərbi əməliyyatların qarĢısının alınmasına xidmət etdi" (53). 

Məsələ  burasındadır  ki,  artıq  1918-ci  ilin  sonunda  ingilislərin  Güney  Qafqaz  respublikaları  ilə  bağlı  siyasətində  nəzərəçarpan  dəyiĢikliklər  baĢ  verdi.  1919-cu  il  yanvar 

ayının 22-də general Miln elan etdi ki, "Zaqafqaziya respublikalarının daxili iĢlərinə ... heç bir müdaxilə olmayacaqdır" (54). 

Bu  dövrdə  bu  regionda  Ġngiltərənin  siyasətinin  bu  cür  nəzərəçarpacaq  dərəcədə  korrektə  edilməsi  denikinçiləri  ingilislərin  Rusiya  ilə  əlaqədar  həqiqi  planları  ilə  bağlı 

Ģübhələndirməyə  bilməzdi,  bunlar  heç  də  əsassız  deyildi.  Belə  ki,  Ġngiltərənin  baĢ  naziri  D.Lloyd-Corc  əslində  lord  Kerzon  kimi  hesab  edirdi  ki,  bölünməmiĢ  Rusiya  Britaniya 

imperiyası,  eləcə  də  "bütün  dünya  üçün"  "ölümcül  təhlükə  olacaqdır".  1919-cu  il  iyul  ayının  25-də  Nazirlər  Kabinetinin  iclasında  o,  birbaĢa  elan  etdi  ki,  "mən  vahid  Rusiyanın 

ġərqdə bizim üçün böyük təhlükə olması ilə bağlı çox narahatam" (55). Bundan baĢqa, Ġngiltərə "Ermənistan, Gürcüstan, Azərbaycan və Türküstanın sərhədləri müəyyən edilərkən" 

Rusiya və Türkiyənin hesabına Ġrana ərazinin bir hissəsini vermək fikrindədir (56). 1919-cu il avqust ayının 9-da Ġngilis-fars müqaviləsinin imzalanması Ġngiltərənin Güney Xəzər 

boyunda  mövqelərini  daha  da  möhkəmləndirdi.  Öz  növbəsində  denikinçilər  ingilisləri  "Zaqafqaziyanın  etnik  qruplarına  dəstək  və  yardım  etməkdə"  günahlandırır  və  bunun 

nəticəsində "real qüvvə (Könüllü ordu nəzərdə tutulurdu - müəllif) Zaqafqaziya üzərində rus bayrağını qaldıracaq yeganə qüvvə olaraq qaldı" (57). 

Elə bu zamanda ingilislər hər vəchlə Ermənistanın Denikinlə müttəfiq münasibətləri yaratmıĢ və Antantaya öz ərazisini, habelə hərbi və iqtisadi potensi-alını verməyə hazır 

olan daĢnak rəhbərlərini dəstəkləyirdilər. "Mükafat" olaraq o, Ġngiltərədən Qars vilayətinin ərazisini və Ġrəvan quberniyasmının bir hissəsini aldı. Bundan əlavə, 1919-cu ilin yazında 

müttəfiqlər faktiki olaraq Ermənistanın Naxçı-van və Zəngəzurla bağlı təcavüzkar hərəkətlərini təĢviq edirdilər. 

Fransız BaĢ Qərargahının üzvlərinin fikrincə, bu dövrdə Ġngiltərənin Güney Qafqazda iki məqsədi var idi: birinicisi, "Rusiyanı ġimali Qafqaza geri oturtmaq və bununla da 

Gürcüstan  və  Azərbaycanın  müstəqilliyinə  imkan  yaratmaq",  ikincisi,  "bu  regionda  dirçələn  Rusiyanın  müttəfiqi  olan  və  bununla  da  Ġngiltərənin  müsəlman  dünyası  ilə 

münasibətlərini zərbə altında qoyan dövlətin yaranmasına imkan verməmək" (58). 

Bütövlükdə  Antanta  Güney  Qafqaz  dövlətlərindən  Baltika-Qara  dəniz-Qafqaz-Xəzər-Orta  Asiyadan  ibarət  nəhəng  "geosiyasi  qövsün"  mühüm  elementlərindən  olacaq 

"sanitar dəhlizi"ni yaratmağa cəhd edirdi. 

Bakıdakı  Rus  Milli  ġurasının  rəhbərlərindən  biri  olan  kdaet  B.  Baykovun  fikrincə,  "ingilislərin  Rusiyaya,  xüsusilə  də  Denikin  və  Könüllülər  ordusuna  münasibətdə 

səmimiliyinin olmaması, onların daima və hər Ģeydə ikili siyasətindən baĢqa, Bakıda da bu siyasəti о ingilis hərbçiləri həyata keçirirdilər ki, onlar öz xidmətlərini müstəmləkələrdə, 

xüsusüə Hindistanda keçirmiĢdilər, orada ruslara böyük nifrət və Hindistana Rusiya tərəfindən daim təhlükə gözlənilməsinə bir əminlik var idi. Bu, general Tomsonun fəaliyyətinin 

əsas qayəsi idi" (59). XIX əsrin ikinci yarısında Mərkəzi Asiyada (1885-ci ilin mart ayında baĢ verən Pənc krizisi) iki dövlət arasında açıq müharibəyə gətirib çıxara biləcək kifayət 

qədər kəskin rus-ingilis qarĢıdurması hələ yaddaĢlarda yaĢayırdı. 

Lord  Kerzonun  "biz  neft  və  neft  kəmərinin  (Bakı-Batum  neft  kəməri  nəzərdə  tutulurdu  –müəllif)  vacibliyinə  kifayət  qədər  fikir  vermirik"  deməsinə  baxmayaraq,  dövrdə 

Qafqaz-Xəzər  regionunda  Ġngiltərənin  siyasətində  neft  amili  əsas  yer  tuturdu.  Neft  strategiyası  Yaxın  və  Orta  ġərqdə  ingilis  hegemonluğunun,  habelə  Fransa  və  ABġ  ilə  rəqabət 

qabiliyyətli  mübarizənin bərqərar olmasının reallaĢması  yolunda edilən cəhdlərin əsas hissəsini təĢkil edirdi. Həmin zaman bu neftlə zəngin regionda Ģübhəsiz, geosiyasi  üstünlük 

Ġngiltərəyə  məxsus  idi.  1918-ci  ilin  sonunda  Bibiheybət  neft  Ģirkəti"nin  rəisi  Herbert  Allenin  qeyd  etdiyi  kimi  "Britaniya  qoĢunları  Qafqazda  peyda  olandan  sonra  Qara  dənizdə 

Batumdan tutmuĢ Xəzərd ə Bakıyaqədər və Vladiqafqazdan Tiflisə qədər ... Britaniya hökumətinin Qroznı, Bakı və Zakaspi neft mədənlərinin iri neft hasilatına əhəmiyyətli təsir 

göstərmək imkanı yaranacaqdır" (60). 

Bu vaxt 1919-cu ilin yayında Ġngiltərənin Nazirlər Kabineti Britaniya qoĢunlarının Güney Qafqazdan çıxarılması ilə bağlı qərar qəbul etdi. 

Bu, birincisi, Rusiyada dəyiĢən hərbi-siyasi vəziyyət və Qızıl Ordunu strateji müdafiəyə keçməyə məcbur edən Denikin ordusunun uğurları ilə, ikincisi, ġərqin müstəmləkə 

və asılı ölkələrində - Misirdə, Hindistanda, Əfqanıstanda, Türkiyə və Ġranda artan və əhəmiyyətli dərəcədə əlavə hərbi-maddi resursların səfərbər edilməsini tələb edən milli-azadlıq 

hərəkatı ilə, və nəhayət, üçüncüsü, Ġngiltərənin özündə "Sovet Rusiyasından əlinizi çəkin!" Ģüarı altında vüsət tapan hərəkat əhali və ordunun ümumiyyətlə, müharibədən usanması 

ilə əlaqədar idi. Buraya habelə Ġngiltərənin 1919-cu ildə Əfqanıstanda apardığı və Əfqanıstanın müstəqilliyinə gətirib çıxaran uğursuz müharibəsini əlavə etmək lazımdır. 

Bununla yanaĢı, Ġngiltərə son olaraq Güney Qafqazda öz mövqelərini itirmək niyyətində deyildi. O, ingilis qoĢunlarının bir hissəsini Qara dənizdə Ġngiltərənin bazası olmağa 

davam edən Batumda saxlamağı qərara aldı. Bakıdan çıxan neftin son məntəqəsini əldə saxlayan ingilislər Azərbaycan neftinin çıxarılmasını da nəzartədə saxlaya bilirdilər. Bununla 

paralel  olaraq  hələ  1919-cu  ilin  may  ayında  Ġngiltərə  Ġtaliyadan  Britaniya  qoĢunlarını  əvəzləmək  üçün  öz  qoĢunlarını  göndərməyi  təklif  etdi.  Ġlk  əvvəl  Orlando  hökuməti  italyan 

qoĢunlarının Zaqafqaziyaya  göndərilməsinə  razılıq verdi və  hətta bunun  üçün 12-ci  ordu korpusunu  hazırlamağa  baĢladı.  Lakin onu  əvəz  edən Nitti hökuməti regiondakı  ümumi 

vəziyyəti  araĢdırmaq  üçün  missiya  göndərməklə  kifayətləndi  (61).  Denikin  və  Azərbaycan  Xalq  Cümhuriyyəti  arasındakı  kifayət  qədər  mürəkkəb  münasibətlərə  gəldikdə  isə, 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə