Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə11/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   7   8   9   10   11   12   13   14   ...   278

21 

 

 



 

25-də Poti Ģəhərinə 3000 alman əsgəri çıxardıldı, may ayının 30-da isə alman diplomatik missiyası Tiflis Ģəhərinə gəldi. Tezliklə Gürcüstanın bütün dəmiryolları və su nəqliyyatı, 

habelə Çitauriyanın marqans mədənləri almanların nəzarəti altına keçdi (30). 

General E.Lüdendorfun göstərdiyinə görə, Gürcüstana qoĢunların çıxarılması Almaniyaya "Türkiyədən asılı olmayaraq Qafqaz xammalına çatmaq və Tiflisdən keçən yolun 

istismarı üçün təsir əldə etmək vasitəsi verdi. Bu dəmiryolu ġimali Persiyada müharibənin aparılması üçün mühüm əhəmiyyət kəsb edirdi və onun türk yardımı ilə müqayisədə alman 

nəzarəti altında istismarı daha uğurlu ola bilərdi. Son olaraq, biz Ġngiltərə əleyhinə istifadə oluna biləcək gürcü qoĢunları hesabına güclənməyə səy göstərməli idik" (31). 

Vəziyyətin özünəməxsusluğu ondan ibarət idi ki, öz növbəsində Almaniya Türkiyənin Bakını tutmaq planlarına kifayət qədər qısqanc yanaĢırdı. Məsələ onda-dır ki, Bakının 

tutulması alman hərbi komandanlığının strateji planlarına  daxil idi, çünki yanacaq ehtiyatlarının tükənməsi, BaĢ Qərargah rəisi E.Lüdendorfun etirafına görə, almanları "mümkün 

qədər tez bir zamanda Batum-Tiflis-Bakı dəmiryolunun istismarını təĢkil etməyə məcbur edirdi... Amma bütün bu hadisələr fonunda əlbəttə ki Bakıya necə hücum etmək əsas məsələ 

olaraq qalırdı" (32). 

Məsələ  burasındadır  ki,  1918-ci  ilin  may  ayının  sonunda  Gürcüstanda  möhkəmlənən  almanlar  Bakının  iĢğalından  sonra  Xəzər  vasitəsilə  öz  qüvvələrini  ingilislərin 

nəzarətində  olan  ġimali  Ġranın  Ənzəli  limanına  çıxarmağı,  sonralar  Ġraqa  soxularaq  Bəsrə  rayonunda  Fars  körfəzinə  çıxmağı  planlaĢdırırdılar.  Məhz  bu,  ingilislərin  Orta  ġərqdəki 

mövqelərinə güclü zərbə endirmiĢ olardı (33). Amma Qafqazda qüvvələrin çatıĢmaması və Qərb cəbhəsində vəziyyətin kəskinləĢməsi almanlara planlarını həyata keçirməyə imkan 

vermədi.  Onlar  bu  dövrdə  Bakıya  hücumda  iĢtirak  etmək  üçün  öz  qoĢunlarının  Zaqafqaziyaya  daĢınmasını  yekun-laĢdıra  bilmədilər  (iki  diviziya  və  bir  neçə  alay).  "Nuru  bizim 

qoĢunları daĢıma-ğımızı yekunlaĢdırmazdan əvvəl Bakını tutdu, - deyə Lüdendorf təəssüf edirdi, - bundan sonra Bolqarıstanda baĢ verən hadisələr isə bizi bu hissələri Rumıniyaya 

göndərməyə vadar etdi" (34). 

1918-ci il may ayının 26-da Gürcüstan Rcspublikasının, bir gün sonra isə may ayının 28-də Azərbaycan və Ermənistan respublikalarının yaranması elan olunduqdan sonra 

Güney  Qafqazda  keyfiyyətcə  yeni  hərbi-siyasi  situasiya  bərqərar  oldu.  Fətəli  xan  Xoyskinin  rəhbərlik  etdiyi  Azərbaycan  hökumətinin  əsas  səyləri  ölkənin  bütün  ərazisində,  hər 

Ģeydən əvvəl isə, bu müddətdə bolĢeviklərin əlində olan paytaxt Bakıda suverenliyin bərqərar olması idi. Burada Azərbaycanla Türkiyənin maraqları üst-üstə düĢürdü. Bu, 1918-ci 

ilin iyun ayının 4-də Batumda imzalanmıĢ sülh və dostluq haqqında saziĢdə öz əksini tapdı. Həmin sənədə əsasən, Türkiyə gənc respublikaya hərtərəfli, о cümlədən hərbi yardım 

(saziĢin IV bəndinə müvafiq olaraq) göstərməyi öz öhdəsinə götürürdü. Haqqında söhbət gedən məsələnin həlli 1918-ci ildə Gəncə Ģəhərində formalaĢan birləĢmiĢ Türk-Azərbaycan 

Qafqaz Ġslam Ordusuna həvalə olunmuĢdu. Bu orduya rəhbərliyi Nuru PaĢa həyata keçirirdi. Bakını azad etdikdən sonra türk komandanlığı öz qoĢunlarını sonralar ġimali Qafqaza, 

perspektivdə isə Xəzər vasitəsilə Türküstana doğru irəlilətməyi planlaĢdırırdı. 

Türklərin  müttəfiqləri  olan  almanlar  1918-ci  ilin  iyun-iyul  aylarında  Bakıya  hücum  edən  türk  birləĢmələri  üçün  arxa  cəbhənin  təmin  olunması  məqsədilə  onlara  öz 

hissələrindən  istifadə  etmək  planını  təklif  edirdilər.  Bu  planın  həyata  keçiriləcəyi  təqdirdə  almanlar  strateji  cəhətdən  əhəmiyyətli  olan  Batum-Bakı  dəmiryol  magistralı  üzərində 

nəzarəti əldə etməyə çalıĢırdılar. Amma türklər öz müttəfiqlərinin niyyətlərini baĢa düĢdülər və Bakını tutmaq üçün kifayət qədər qoĢunlarının olduğunu elan edərək təklif olunan 

planı rədd etdilər (35). 

Almanların gizlində Qafqaz Ġslam Ordusunun Bakıya gedərkən müvəffəqiyyətsizliyə uğrayacağına ümid etməkdən baĢqa çıxıĢ yolları qalmamıĢdı. Tiflisdə baĢ konsul olan 

qraf Fridrix fon ġulenburq 4 iyul 1918-ci il tarixli raportunda qeyd etdiyi kimi, "türklərin ümumiyyətlə, Bakını tutmaları Ģübhəlidir; çox güman ki -bu çox arzuolunan olardı-onlar 

orada məğlubiyyətə uğrayacaqlar" (36). "Əgər biz xoĢluqla bolĢeviklərlə razılığa gələ bilsək - alman diplomatı hesab edirdi, - о halda Bakının neft mənbələri və oradakı ehtiyatlar 

tam olaraq bizim əlimizə keçə bilər. Əgər sonuncular, gözlədiyimizin əksinə olaraq, Ģəhəri tərk etməli olsalar, onlar bütün Bakını yandıracaqlar və bununla da nə türklər, nə də biz 

neft ehtiyatlarından bəhrələnə bilməyəcəyik" (37). Sonrakı hadisələrin göstərdiyi kimi, ġulenburqin əndiĢələri əsassız idi, çünki bolĢeviklər belə fövqəladə addımlar atmadılar. 

Bununla  belə,  cəbhədəki  uğursuzluqlar  Bakının  özündə  hakimiyyət  dəyiĢikliyinə  gətirib  çıxardı.  1918-ci  il  iyul  ayının  31-də  S.Q.ġaumyanın  rəhbərlik  etdiyi  bolĢevik 

hökuməti istefa verdi.  Avqust ayının 1-də Ģəhərdə hakimiyyət əvvəllər rəsmi olaraq razılaĢdırıldığı kimi Bakının onu mühasirəyə alan türk ordusundan müdafiəsi üçün ingilisləri 

Ģəhərin  müdafiəsinə  dəvət  etmiĢ,  sağ  eserlər,  menĢeviklər  və  daĢnaklar  tərəfindən  formalaĢdırılmıĢ  koalision  hökumətin-"Sentrokaspi  diktaturası  və  fəhlə  və  əsgər  deputatlar 

Ģurasının  müvəqqəti  icra  komitəsinin  rəyasət  heyəti"nin  əlinə  keçdi.  Artıq  avqust  ayının  4-də  Ənzəlidən  gəlmiĢ  ingilis  dəstəsi  Bakıya  çatdı  və  avqust  ayının  ortalarında  burada 

"Denstervillfors"un 16 topu və bir пеçə zirehli avtomobili olan 1000-dən bir az çox əsgəri qüvvəsi cəmləĢmiĢdi (38). 

Amma bu dövrdə Bakını saxlamaq ingilislərə müyəssər olmadı, çünki qoĢunun miqdarı kifayət deyildi. Yalnız ingilis hissələrinin yüksək hərbi təlim səviyyəsi və mətinliyi 

sayəsində bir ay ərzində cəbhəni qoruyub saxlamaq mümkün oldu. Amma aydın idi ki, Ģəhərin müdafiəsi üçün bu qüvvələr kifayət deyildir. Bunu yüksək ingilis hərbi dairələrində də 

anlayırdılar.  Belə  ki,  hərbi  nazirliyin  1918-ci  il  6  iyul  tarixli  teleqramına  müvafiq  olaraq,  Denstervillə  Bakının  türk  qoĢunları  tərəfindən  tutulma  təhlükəsi  olduğu  təqdirdə  neft 

buruqlarını deyil, neft kəmərlərinin, neft rezervuarlarının və neft nəql olunan qurğuların məhv edilməsi əmri verilmiĢdi, çünki ingilis neft Ģirkətlərinin bura ilə bağlı uzunmüddətli 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə