Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə10/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   6   7   8   9   10   11   12   13   ...   278

20 

 

 



 

Qafqazın neft rayonlarının ələ keçirilməsində görürdülər", bunun üçün "Nyu-York Tayms" qəzetinin yazdığına görə, "ġimali Persiya və Qafqazda istifadə olunmaq üçün iri qüvvələr 

hazırlamaq lazım idi. Ola bilsin ki, bu istiqamət müttəfiqlər üçün daha mühümdür" (20). 

Ümumilikdə  Kerzonun  geosiyasi  planı  Hindistanın  Ģimal  sərhədlərindən  Aralıq  dənizinə  doğru  uzanmıĢ  bir  neçə  bufer  dövlətdən  ibarət  zəncirin  yaradılmasını  nəzərdə 

tuturdu, bu zəncir, Hindistana hücumlar zamanı qalxan və Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya arasında əsas əlaqələndirici vasitə rolunu oynamalı idi (21). Qafqaz-Xəzər 

regionu əsas əlaqələndirici həlqəyə çevrilirdi, bu həlqə Ġngiltərənin hərbi-siyasi planlarında həmin dövr üçün xüsusi yer tuturdu. "Tayms" qəzeti qeyd edirdi: "Xəzər - bütün mühüm 

ticarət yollarının keçdiyi bir qovĢaqdır, -və əgər biz yalnız indi bu daxili dənizə bilavasitə fikir veririksə, bu heç də о demək deyildir ki, əvvəllər onun ticarət və siyasi əhəmiyyəti 

barədə biz heç nə bilmirdik. 

Biz bu haqda çoxdan bilirdik. Xəzər Britaniyanın əski maraqlarından biridir (22)." 1918-ci ilin iyun ayında Britaniyanın hərbi naziri A.Milner Mesopotamiyadakı ingilis 

qoĢunlarının komandanlığına  xəbər vermiĢdi ki, "Kraliça Həzrətlərinin hökuməti Xəzər üzərində daimi nəzarətin əldə olunmasına ...  mühüm əhəmiyyət verir (23)." Buna görə də 

təsadüfi  deyildir  ki,  generallar  L.Denstervill  və  U.Mallesonun  hərbi  ekspedisiyaları  qarĢısında  qoyulmuĢ  əsas  tapĢırıq  iri  Xəzəryanı  limanlar  olan  Ənzəli,  Bakı  və  Krasnovodskun 

(hazırda bu, TürkmənbaĢı Ģəhəri adlanır) iĢğalı və bütün Xəzər donanmasının zəbt olunmasından ibarət idi (24). 

Birincisi,  bu,  barıĢmaz  rəqiblər  olan  Almaniya  və  Türkiyənin  Yaxın  və  Orta  Sərqdə  mövqelərinin  zəifləməsinə  imkan  yaratmıĢ  olar,  türk-almanların  mümkün  ola  bilən 

cinahdan Qərbi Ġranı keçərək Xəzərətrafı vilayətdən və Xorasandan Hindistana müdaxiləsinə imkan verməyə bilərdi. Ġkincisi, öz Ģərqi müstəmləkə torpaqları ilə sovet Rusiyasından 

törəyən  real  inqilabi-bolĢevik  təhlükəsi  neytrallaĢdırıla  bilərdi.  Üçüncüsü,  Xəzər  üzərində  nəzarətin  qurulması  ingilislərə  Zaqafqaziya  və  Türküstanda  öz  qoĢunlarının  sahilboyu 

cinahlarını təmin etmək, ġimali Qafqazda general A.Ġ.Denikin və Uralda admiral A.V.Kolçakın ağ qoĢunları ilə birbaĢa əlaqə yaratmaq, onların Volqa çayının mənsəbində birləĢməsi 

və beləliklə Rusiyanın bütün cənubunu onun mərkəzi "qırmızı" quberniyalarından ayırmaq imkanı verə bilərdi. 

Bütün bunlar tamamilə Britaniyanın ġərqdəki geosiyasi məqsədlərinə - Yaxın və Orta ġərqdə mövqeləri möhkəmləndirmək, Qafqaz və Türküstanın Rusiyadan ayırılması, 

Ġran, Mesopotamiya və  Azərbaycanın neft mənbələrinin zəbt olunması məqsədlərinə uyğun gəlirdi. Belə siyasətə Britaniya Hindistanına gedən "yolların" alman-türk qoĢunlarının 

Trans-Xəzərdən  hücumundan 

//

müdafiəsi"nin vacibliyinə, habelə  13 noyabr 1918-ci  il tarixdə  Nazirlər Kabinetinin  müĢavirəsində  göstərildiyi kimi,  "'bolĢevizmin Qara  dənizdən 



Ģərqə  doğru    aradan  qaldırılması"na  dair  ənənəvi  tezislər  bəraət  qazandırırdı  (25).  Bununla  yanaĢı,  hələ  23  dekabr  1917-ci  il  tarixdə  Parisdə  imzalanmıĢ  gizli  ingilis-fransız 

konvensiyasına uyğun olaraq Rusiya "əməliyyatlar zonasına bölünmüĢ", Don, Qafqaz və Türküstan, yəni faktiki olaraq Xəzər regionunun əsas hissəsi Ġngiltərənin payına düĢmüĢdü 

(26). Bununla  yanaĢı,  ingilis  kabineti "mühüm  hərbi,  siyasi və  iqtisadi  əhəmiyyətə  malik" Bakı və  Xəzərə  xüsusi diqqət  yetirirdi (27). Artıq  1917-ci  ilin dekabr ayında  Ġngiltərə 

Kabineti Bakı və Güney Qafqaza iĢğalçı qoĢunların göndərilməsinə dair qərar qəbul etmiĢdi. 24 dekabr 1917-ci il tarixdə alınmıĢ tapĢırığa əsasən, ingilislər tərəfindən iĢğal olunmuĢ 

Bağdadda  xüsusi  məxfi  Ģəraitdə  formalaĢdırılmıĢ  və  general  L.Denstervillin  seçilmiĢ  toplu  dəstəsindən  ibarət  olan  hərbi  ekspedisiya  Bağdad-Bakı  marĢrutu  ilə  yola  düĢməli  idi. 

General U.Millesonun dəstəsinə isə gələcəkdə ġərqi Xəzər boyunca Prikaspiyə irəliləməklə MəĢhədə yola düĢmək missiyası həvalə olunmuĢdu. 

1918-ci ilin yayında ġimali Ġranın Ənzəli limanını zəbt edən ingilislər eser-menĢevik-daĢnak blokunun hazırladığı antibolĢevik çevriliĢinin Bakıda müvəffəqiyyətlə həyata 

keçirilicəyi  təqdirdə  inadla  öz  qoĢunlarını  Bakıya  çıxar-mağa  hazırlaĢırdılar.  Bakının  geosiyasi  əhəmiyyəti  sonralar  general  Denstervillin  xatirələrində  kifayət  qədər  dəqiq  ifadə 

olunmuĢdu: "Bizim Bakını iĢğal etməyimiz aĢağıdakı nəticələrə səbəb ola bilərdi: neft ehtiyatlarına olan çıxıĢın bağlanması və Mərkəzi Asiyaya qapıların bağlanması‖ (28). 

Sovet Rusiyası hökuməti də Bakıya fövqəladə önəm verirdi. Onun rəhbəri V.Ġ.Lenin 1918-ci ilin mart ayının ikinci yarısında Kremldə Qırmızı Xaçın Rusi-yadakı Amerika 

Missiyasının rəisi polkovnik R.Robinsonla keçirdiyi söhbətində qeyd edirdi: "Bakının Rusiya Sovet Respublikası üçün iqtisadi əhəmiyyəti nədən ibarətdir? Bu - neft, iĢıq, enerjidir 

(29)." Neft Bakısının itirilməsi mütləq bütün sovet iqtisadiyyatının parçalanmasına gətirib çıxarardı. Bütün Qafqaz-Xəzər regionunun itirilməsinin geosiyasi nəticələrindən danıĢmaq 

isə artıq olardı. Bakı quberniyasını RSFSR-in tərkib hissəsi elan etmiĢ Bakı Xalq Komissarları Sovetinə hərtərəfli, о cümlədən hərbi yardım göstərməklə bolĢevik hökuməti Bakını 

öz təsirini gələcəkdə bütün ġimali Qafqaza yaymaq üçün plasdarma çevirməyə  səy göstərirdi. Bu regiona xüsusi önəm verən sovet hökuməti strateji cəhətdən mühüm HəĢtərxanın 

müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və eləcə də Xəzərdəki hərbi donanmasının döyüĢ qabiliyyətinin gücləndirilməsi yolunda bir sıra ciddi addımlar atmıĢdı. 

1918-ci ilin yazında Güney Qafqazda hərbi-siyasi vəziyyət daha da kəskinləĢdi. Rus ordusunun hissələrinin Qafqaz cəbhəsindən çıxarılması və 12 mart 1918-ci il tarixdə 36-

cı  türk diviziyası tərəfindən  Ərzurumun tutulmasından  sonra  türk qoĢunlarının Güney  Qafqazın içərilərinə  doğru  gedən  yolu açılmıĢ oldu. 14 apreldə  türk ordusu Batumu, sonra 

Qars, Ərdəhan və Aleksandropolu (Gümrü-red) zəbt etdi. 

Bu  arada,  14  may  1918-ci  ildə  Gürcüstanın  Milli  ġurası  həmin  vaxt  Ukraynanın  bir  hissəsini,  Krım  və  Rostovu  iĢğal  etmiĢ  alman  qoĢunlarının  ġimali  Qafqaza  doğru 

irəliləməyə davam etməsini, Gürcüstan sərhədlərinə yaxınlaĢaraq onun xarici təhlükədən müdafiə olunmasını təmin etmək üçün Almaniyaya xahiĢlə müraciət etdi. Artıq may ayının 




Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə