Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə18/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   14   15   16   17   18   19   20   21   ...   278

30 

 

 



 

tələb etdi ki, ordunun bütün əmlakı və silahı yenicə yaradılmaqda olan milli Ģuralara təhvil verilsin. Zaqafqaziya Komissarlığının gürcü rəhbərliyi ordu hissələrinin Tiflis Ģəhərinə 

daxil olmasına icazə vermədi və onların Gəncə istiqamətindən Bakıya, oradan isə Quzey Qafqaz yolu ilə Rusiyaya keçməsini təklif etdi. Zaqafqaziya Komissarlığı nəzərdə tuturdu 

ki, Azərbaycandan keçən rus ordusunun bir qrupu silahlarını ġamxor və Dəllər stansiyasında könüllü surətdə Gəncədən gələn Müsəlman Milli ġurasının üzvlərinə təhvil verməlidir. 

Ġlк  əvvəl  tərksilah  öz  qaydası  ilə  gedirdi.  Tərksilah  olunmuĢ  əsgərlərə  Bakıya  getmək  üçün  Ģərait  yaradıldı.  Bu  iĢə  doktor  Rəfibəyov  və  Səfikürdski  rəhbərlik  edirdilər.  Lakin 

yanvarın  9-dan  sonra  eĢelonlar  tərksilahdan  imtina  etdilər.  Tiflisdən  eĢelonları  müĢayiət  edən  gürcü  Abxazava  və  müsəlman  korpusunun  komandiri  Maqalovla  əsgərlər  arasında 

toqquĢma baĢlandı. Ġdarə olunmayan əsgərlər eĢelonlardan artille-riya atəĢi ilə yüzlərlə Azərbaycan kəndini yandırdılar və əhalisini məhv etdilər. 

1917-ci  ilin  dekabrında  Osmanlı  dövləti  ilə  Zaqafqaziya  Komissarlığı  arasında  bağlanmıĢ  Ərzincan  barıĢığına  uyğun  olaraq,  Qafqaz  cəbhəsindən  çıxarılmıĢ  rus  ordusunu 

əvəz  edən  erməni  ordu  birləĢmələri  cəzasızlıq  Ģəraitindən  istifadə  edərək  yerli  müsəlman  əhalisinə  qarĢı  vəhĢiliklər  törətdilər.  Nəticədə  1918-ci  ilin  martına  qədər  Ġrəvan 

quberniyasında  azərbaycanlı  əhalinin  yaĢadığı  199  kənd  darmadağın  edildi.  Bu  ərazidə  yaĢayan  135  min  nəfər  əhalinin  bir  qismi  ermənilər  tərəfindən  öldürülmüĢ,  bir  qismi  isə 

Osmanlı  ordusunun  nəzarəti  altında  olan  torpaqlara  pənah  aparmıĢdı.  Ġrəvan  quberniyasında  bir  il  ərzində  ermənilər  100  mindən  artıq  türk-müsəlman  əhalisini  məhv  etmiĢdilər. 

Xüsusilə,  Azərbaycan  muxtariyyətinə  qarĢı  fəal  mübarizə  aparan  S.  ġaumyan  Rusiya  Xalq  Komissarları  tərəfindən  Qafqaza  fövqəladə  komissar  təyin  edildikdən  sonra  bölgədə 

vəziyyət daha da ağırlaĢdı. Müsavatın günü-gündən artan nüfuzundan ehtiyat edən ġaumyanın baĢçılıq etdiyi bolĢeviklər və daĢnak -qüvvələri martın axırlarında (29 mart - 2 aprel 

1918-ci  il)  Bakıda  yerli  azərbaycanlı  əhaliyə  qarĢı  soyqırımı  törətdilər;  12  mindən  çox  dinc  əhali  qətlə  yetirildi,  Ģəhər  duması  milli  Ģuralar  (Erməni  Milli  ġurasından  baĢqa)  ləğv 

edildi.  Bakının  Ģəhər  camaatından  400  milyon  manatlıq  daĢ-qaĢ  və  əmlak  müsadirə  olunmuĢ,  xalqın  bir  çox  ziyarətgahları  və  tarixi  abidələri  dağıdılıb  yerlə-yeksan  edilmiĢdi. 

DaĢnak-bolĢevik  birləĢmələri  uzaqvuran  toplarla  Təzəpir  məscidini  zədələmiĢ  və  dünya  memarlığının  incilərindən  sayılan  Ġsmailiyyə  binasına  od  vurub  yandırmıĢdılar.  ġamaxı 

qəzasının 53 müsəlman kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirdilər. Onlardan 4190 nəfəri kiĢi, 2560 nəfəri qadın və 1277 nəfəri uĢaqlar olmuĢdur. Bu kəndlərə dəyən 

ziyan о dövrün qiymətləri ilə 339,5 milyon manat olmuĢdur. ġamaxı Ģəhərinin əhalisinin böyük bir hissəsi - 8 min nəfəri öldürülmüĢ, azərbaycanlı əhaliyə dəyən ziyan isə bir milyard 

manatdan çox olmuĢdur. Quba qəzasının 162 kəndi dağıdılmıĢ, 16 mindən artıq türk-müsəlmanın həyatına son qoyulmuĢ, 32 kənd isə yer üzündən silinmiĢdir. Azərbaycanın Ģərqində 

sovet Rusiyasının yerli hökumətini qurmağa müvəffəq olan ġaumyan bütün Güney Qafqazı sovetləĢdirmək adı altında aqressiv "Böyük Ermənistan" ideyasını reallaĢdırmağa giriĢdi. 

Hələ 1918-ci ilin əvvəllərində regionda heç bir nüfuzu və gücü olmayan Zaqafqaziya Komissarlığı özünü buraxmaq məcburiyyətində qaldı. 1918-ci il fevralın 22-də Güney 

Qafqazdan  Ümumrusiya  Müəssislər  Məclisinə  seçilmiĢ  deputatların  yığıncağında  Zaqafqaziya  Seyminin  yaradılması  və  hakimiyyətin  bu  orqana  verilməsi  haqqında  qərar  qəbul 

edildi.  1918-ci  il  fevralın  23-də  üç  əsas  partiya  (Müsavat,  menĢevik,  DaĢnaksütyun)  fraksiyalarının  nümayəndələrindən  ibarət  olan  Zaqafqaziya  Seymi  öz  iĢinə  baĢladı.  Seymdə 

Azərbaycana  30  nəfər  müsavatçı  və  onlara  qoĢulmuĢ  bitərəf  demokratlar,  7  nəfər  Müsəlman  sosialist  bloku,  3  nəfər  Ġttihadçı  və  4  nəfər  menĢevik-hümmətçi  təmsil  edirdi. 

Zaqafqaziya  Seymində  Azərbaycanın  siyasi  partiyalarının  44  nümayəndəsi  var  idi.  Onlardan  hümmətçi-menĢeviklər  gürcü  fraksiyasına  daxil  olmuĢ,  qalanları  isə  müsəlman 

fraksiyasında  birləĢmiĢdilər.  Müsəlman  fraksiyası  gürcü  və  erməni  fraksiyalarından  fərqli  olaraq,  çox  dağınıq  Ģəkildə  fəaliyyət  göstərirdi.  DaĢnak-bolĢevik  birləĢmələrinin  türk-

müsəlman  əhalisinə  qarĢı törətdikləri qırğınlar  Zaqafqaziya Seymindəki  Azərbaycan nümayəndələrini qəti addım atmağa  məcbur idi.  Seymdəki  azərbaycanlıların ġaumyan  baĢda 

olmaqla Bakıdakı quruma və müharibəyə münasibətdə mövqeyi erməni və gürcülərdən fərqlənirdi: baĢlıcası isə bu idi ki, osmanlıların Qafqazdakı siyasəti azərbaycanlıları tamamilə 

təmin  edirdi.  Aprelin  7-də  Seymin  müsəlman  fraksiyalarının  (Hümmətdən  baĢqa)  fövqəladə  iclasında  Azərbaycanda  yaranmıĢ  dramatik  vəziyyət  ətraflı  müzakirə  olundu.  ÇıxıĢ 

edənlər əsasən menĢeviklərdən ibarət olan Tiflis hökumətinin Bakı bolĢevikləri ilə əlbir olub Bakı istiqamətinə göndərilən azsaylı qüvvəni lazımi silah və sursatla təmin etmədiyini 

V.Leninlə  gizli  danıĢıqlar  apardığını  və  müsəlman  qırğınlarının  artdığını  narahatlıqla

 

qeyd  edərək  qəti  tədbirlər  görmək  vaxtının  çatdığını  göstərdilər.  Qərara  alındı  ki,  baĢqa 



fraksiyaların nümayəndələri ilə Zaqafqaziya komissarlığının birgə iclası çağırılsın və müsəlman nazirlərinin istefası bildirilsin. Qafqazın müstəqilliyinin elan edilməsi məsələsində 

müsəlman fraksiyasının qəti fikri Seymdə təmsil olunmuĢ bütün partiyaların nəzərinə çatdırılsın. Seymdəki çıxıĢında müsəlman sosialist blokunun lideri Səfikürdski deyirdi:"Əgər 

ġamxor  hadisələrindən  sonra  Zaqafqaziya  hökuməti  Bakı  üzərinə  hücuma  keçsəydi,  mart  qırğını  baĢ  verməzdi.  Biz  Zaqafqaziya  hökumətindən  xahiĢ  edirik:  bizim  müdafiə 

olunmağımıza və ġaumyan baĢda olmaqla bolĢevizmin ləğv edilməsinə kömək etsin.Əgər Zaqafqaziya hökuməti mövcuddursa, biz ondan tələb edirik ki, haqq iĢimizi müdafiə etsin. 

Əgər hökumət bu faciə ilə bağlı qəti tədbir görməzsə, biz özümüz onları məhv edəcəyik.Bizim tariximizdə çoxlu qanlar tökülüb, onların çoxu qanla yazılıb, biz bunu da tarixə qanla 

yazacağıq". Həmin iclasda M.Ə.Rəsulzadə nitqinə hökuməti ittiham edən çıxıĢla baĢladı:"Əgər Zaqafqaziya hökuməti və Zaqafqaziya Seymi bu andan etibarən müsəlman sosialist 

blokunun tələbini təmin etməsə, bizim burada sakit oturub bir yerdə iĢləməyimiz yolverilməzdir". Azərbaycan nümayəndələrinin ultimativ tələbləri Seymdə çaxnaĢma saldı. 

Məlum olduğu kimi, 1917-ci ilin axırlarında Almaniya və onun müttəfiqləri Rusiyanı döyüĢən cəbhələrdən geri çəkilməyə və öz torpaqlarının bir hissəsindən imtina etməyə 

məcbur etdilər. 1918-ci il martın 3-də Brest-Litovskda sovet Rusiyası iləAlmaniya arasında bağlanmıĢ müqaviləyə görə Qərbi Ukrayna və Qərbi Belorusiya torpaqları Almaniyaya, 

rusların Qafqaz cəbhəsində iĢğal etdikləri Qars, Ərdahan, Batum isə Osmanlı dövlətinə keçirdi. Əslində Rusiya bu müqaviləni bağlamaqla vaxtilə S.ġaumyana Osmanlı ərazisində 




Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə