Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə37/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   33   34   35   36   37   38   39   40   ...   278

54 

 

 



 

1918-1920-ci illərdə erməni vəhĢiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuĢdur. DaĢnak qüvvələrinin təcavüzü nəticəsində bu 

qəzanın  ġuĢa  ilə  əlaqələri  tamamilə,  Cəbrayıl  qəzası  ilə  qismən  kəsilmiĢdi.  Qəzanın  müsəlman  əhalisinin  vəziyyəti  bir  də  ona  görə  ağırlaĢmıĢdı  ki,  erməni  kəndlərindəki  silahlı 

quldur dəstələri ilə  yanaĢı bu  qəzada general  Andronikin erməni əsgərlərindən ibarət  yaxĢı təĢkil olunmuĢ  nizami qoĢunları da var idi.  Andronik Erməni hökumətinin tapĢırığı ilə 

Azərbaycan  ərazisinə  soxularaq  müsəlman  əhalisindən  tələb  edirdi  ki,  ya  Ermənistan  hökumətinə  tabe  olsunlar  ya  da  qəzanın  ərazisini  tərk  etsinlər.  Guya  bu  ərazi  Ermənistan 

Respublikasına daxildir. Qəzanın çox zəif silahlanmıĢ müsəlman əhalisi Andronikin bu tələblərini rədd etdiyinə görə ermənilər həmin əhaliyə qarĢı görünməmiĢ vəhĢiliklər törətdilər. 

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-1919-ci illərdə Sisyan mahalının birinci polis sahəsində olan bütün müsəlman kəndləri, ikinci polis 

sahəsində olan kəndlərin əksəriyyəti, üçüncü, dördüncü və beĢinci polis sahəsindəki müsəlman kəndlərinin isə çox hissəsi məhv edilmiĢdi. Bəzi kəndlər ümumiyyətlə, yer üzərindən 

silinmiĢ, həmin kəndlərin torpaqları ermənilər tərəfindən əkin yeri üçün ĢumlanmıĢdır. 50 mindən yuxarı müsəlman qaçqını qismən dördüncü polis sahəsində, qismən də Cəbrayıl 

qəzasında özlərinə sığınacaq tapmıĢdılar. 

Fövqəladə  Təhqiqat  Komissiyasının  məruzəsində  Zəngəzur  qəzasında  115  müsəlman  kəndinin  ermənilər  tərəfindən  dağıdılaraq  yer  üzərindən  silindiyi  qeyd  olunur. 

DağıdılmıĢ bütün kəndlərin adları bu sənədlərdə sadalanır. 

Fövqəladə  Təhqiqat  Komissiyasının  sənədlərinə  görə  115  kənd  üzrə  3257  kiĢi,  2276  qadın  və  2196  uĢaq  öldürülmüĢ,  1060  kiĢi,  794  qadın  və  485  uĢaq  yaralanmıĢdır. 

Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya Ģikəst edilmiĢdir. Məruzədə deyilirdi ki, bu dəhĢətli rəqəmlər 

hələ erməni vəhĢilikləri haqqında tam məlumat vermir. Belə ki, daha çox müsəlman erməni vəhĢiliklərinin qurbanı olmuĢdur. Ancaq о zamankı dəhĢətli qarıĢıqlıq Ģəraitində onları 

tam Ģəkildə müəyyənləĢdirmək mümkün olmamıĢdır. 

Qəzanın Vaqudu kəndində 400-dən yuxarı azərbaycanlı əhali məsciddə sığınacaq tapır və güman edirlər ki, ermənilər müqəddəs yer sayılan məscidə toxunmazlar. Ancaq 

məscidi mühasirə edən erməni vandalları əvvəlcə məscidə əl bombaları atır, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırırlar. ġəki kəndinin küçələrində iki yerə ĢaqqalanmıĢ 

uĢaq meyitləri atılıb qalmıĢdı. ĠrmiĢli kəndini talan edərkən ermənilər südəmər uĢaqları süngülərə taxaraq göyə qaldırır, öldürülən meyitləri tikə-tikə doğrayırdılar. Aqudi kəndində 

ermənilər müsəlmanlardan xristanlığı qəbul etməyi tələb edir, bundan imtina edən qadınlara qarĢı ən amansız cəza tədbirlərini həyata keçirirdilər. 

Çullu kəndində ermənilər yorğan-döĢəkdə xəstə yatan 9 nəfər müsəlmanı qılıncla doğramıĢdı. Bağıbəyli kəndində ermənilər 7 nəfər azərbaycanlını bir evə yığıb evlə birlikdə 

diri-diri  yandırmıĢlar.  Müsəlman  meyitlərinin  əli,  ayağı,  baĢı  kəsilmiĢ  və  о  qədər  eybəcər  hala  salınmıĢdı  ki,  həmin  əzaların  hansı  meyitə  məxsus  olduğunu  bilmək  olmurdu. 

Zəngəzur qəzasında 1918-ci il yayın axırları və payızında baĢ verən bu hadisələr bilavasitə cəllad Andronikin rəhbərliyi altında keçirilmiĢdir. 

Zəngəzur  qəzasının  100-dən  çox  müsəlman  kəndi  dağıdılmıĢ,  on  minlərlə  iri-buynuzlu  və  yüz  minlərlə  xırda  buynuzlu  mal-qara  ermənilər  tərəfindən  sürülüb  aparılmıĢ, 

bağlar,  taxıl  zəmiləri  və  otlaq  sahələri  yandırılmıĢ,  dağıdılmıĢ,  bir  sözlə,  qəzanın  müsəlman  əhalisinin  iqtisadi  vəziyyəti  fəlakətli  hala  salınmıĢdı.  Ermənilər  tərəfindən  qəzanın 

Azərbaycanın müxtəlif kəndələrinə qaçıb dağılmıĢ əhalisinə 1 milyard manata yaxın maddi ziyan vurulmuĢdur. 

Ermənilərin  Zəngəzurun  müsəlman  əhalisinə  qarĢı  hücumları  1919-cu  ilin  dekabrından  yenidən  Ģiddətləndi.  Noyabr  ayında  ermənilər  müsəlmanlar  yaĢayan  Oxçu,  Atqız, 

ġabadan, Pirdavdan kəndlərinə qarĢı geniĢ hərbi əməliyyata baĢladılar (16). Erməni millətçilərinin azərbaycanlılara qarĢı Zəngəzurdakı vəhĢiliklləri 1920-ci ilin əvvələrində daha 

amansız bir Ģəkil aldı. 1920-ci ilin yanvarından Zəngəzurda baĢ verən bütün hadisələrin bilavasitə təĢkilatçısı məhz Ararat Respublikasının özü idi. Burada da əsas məqsəd Zəngəzur 

qəzasını tamamilə müsəlmanlardan təmizələyərək Paris sülh konfransı dövlətlərinin əli ilə onu Ermənistanın tərkibinə  daxil etmək idi. Bu təmizləmə əməliyyatlarında erməni quldur 

dəstələri ilə yanaĢı Ararat Respublikasının on mindən yuxarı nizami qoĢun dəstələri iĢtirak edirdi 

Ermənilərin  irimiqyaslı  hücumları  ilə  əlaqədar  1920-ci  il  yanvarında  Azərbaycan  Respublikasının  parlamentinə,  hökumətinə  müxtəlif  partiya  fraksiyalarının  rəhbərlərinə 

Zəngəzurdan çoxlu həyəcanlı xəbərlər daxil olurdu. 

1920-ci  il  yanvarın  21-də  Azərbaycan  Respublikasının  parlamentinin  üzvü  Cəlil  Sultanov  tərəfindən  Azərbaycan  parlamentinə  göndərilimiĢ  teleqramda  deyilirdi:  "Dörd 

gündür ki, erməni quldur dəstələri nizami ordu ilə birlikdə top və pulemyotların atəĢi altında Zəngəzura hücumları davam etdirir. Ġtkilər olduqca çoxdur. Əhali vahimə içərisində 

qaçır  və  kömək  umur.  Qəzanın  bədbəxt  əhalisi  adından  yalvarıram,  kağız  üzərindəki  etirazlardan  fəal  hərəkətə  keçin.  Azərbaycanın  ən  gözəl  guĢələrindən  birini  tamamilə  məhv 

olmaqdan xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır. Bütün bunların itirilməsi üçün siz Azərbaycan xalqı va Azərbaycan qarĢısında cavab verəcəksiniz" (17). 

Yanvarın  22-də  isə  Cəbrayıl  məktəbinin  nəzarətçisi  H.Axundzadə  Azərbaycan  parlamentinə  göndərdiyi  teleqramda  yazırdı:  "Yanvarın  19-da  səhərdən  erməni  silahlı 

qüvvələri Zəngəzurda Xocahandan Qaladərəsinə kimi ərazidə bütün cəbhə boyu toplardan və pulemyotlardan müsəlman kəndlərini atəĢə tuturlar. Altı kənd tamam dağılmıĢ, doqquz 

kənd  isə  od  içərisində  yanır.  Ermənilər  qadınlara  va  uĢaqlara  belə  rəhm  etmədən  qəddarlıqla  müsəlmanları  qırır,  kəndləri  dağıdırlar.  Müqavimət  göstərməyə  heç  bir  qüvvələri 

olmayan müsəlmanlar bütün əmlaklarını ermənilərə qoyaraq yalnız qaçmaqla canlarını qurtarırlar" (18). 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə