Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə35/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   31   32   33   34   35   36   37   38   ...   278

52 

 

 



 

ibarət  xüsusi  dəstənin  göndərilməsi  bir  daha  göstərir  ki,  Azərbaycanın  Ģimal  bölgəsində  müsəlmanlara  qarĢı  etnik  düĢmənçilik  -  soyqırımı  əvvəlcədən  planlaĢdırılmıĢdı.  Belə  ki, 

1918-ci il martın əvvəllərində əmlaklarını sataraq Qubadan tələsik çıxıb gedən varlı ermənilərdən bunun səbəbini soruĢduqda demiĢdilər: "Sizinlə bizim aramızda nə isə gözlənilir, 

ona görə də komitə bizi geri çağırır". 

D.Gelovani  Qubaya  gələndə  buradakı  həbsxanada  saxlanılan  200-dək  hərbi  erməni  əsirini  azadlığa  buraxmıĢdı.  Fövqəladə  Təhqiqat  Komissiyasının  sənədlərindən  və 

Ģahidlərin  ifadələrindən  aydın  olur  ki,  həbsxanadakılar  ilin  əvvəlində  bölgədə  vəhĢiliklər  törətmiĢ  erməni  əsgərlərinin  bir  hissəsi  idi.  О  vaxt  Qusarın  Kuzun  kəndinin  sakini, 

Türkiyədə təhsil almıĢ nüfuzlu din xadimi Möhübəli əfəndi, həmçinin Cağar kəndinin sakini Hətəm Sərkarov yerli əhalini erməni daĢnaklarına qarĢı mübarizəyə qaldırmıĢ, Cənubi 

Dağıstan  ləzgilərindən  də  kömək  alaraq  iĢğalçıları  darmadağın  etmiĢlər.  Muradyan  100  nəfər  əsgərlə  qaçıb  canını  qurtarmıĢ,  əsir  düĢmüĢ  200-dək  daĢnak  Möhübəli  əfəndinin 

tapĢırığı ilə Quba həbsxanasına salınmıĢdı. 

D.Gelovani Qubadan qovulanda əhalini hədələmiĢ, tezliklə bura ermənilərin xüsusi təlim görmüĢ cəza dəstələrinin gələcəyini bildirmiĢdi. Vətən tarixĢünaslığından məlumdur 

ki,  onun  hədəsindən  10  gün  sonra  Bakıdan  top  və  pulemyotlarla  silahlanmıĢ  erməni  ordusu  Qubaya  gəlir.  Hamazaspın  dəstəsi  Qubanın  girəcəyindən  tutmuĢ  yuxarı  hissəsinədək 

Ģəhəri odlamağa baĢladı. DaĢnaklar küçədə qarĢılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmıĢ yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deĢik-deĢik edir, 

gözlərini  ovurdular.  Yaxınlıqdakı  meĢəyə  qaça  bilməyənlər  evlərinə  girib  qapıları  bağlamıĢdılar.  Onları  evlərindən  zorla  çıxarır,  yerindəcə  güllələyir  və  yaxud  qabaqlarına  qatıb 

meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirildi. 

Dövrün sənədləri və Ģahid ifadələrindən məlum olur ki, erməni daĢnak qüvvələri bolĢevik əsgərlərindən çox məharətlə istifadə edirdilər. ġahidlərin biri yazır: "DaĢnakların 

son  dərəcə  azğınlaĢdığını  görəndə  onlarla  qeyri-bərabər  döyüĢə  girməli  olduq.  Bir  gün  davam  edən  atıĢmada  200-dən  çox  döyüĢçünü  itirib,  40  nəfərlə  Digah  kəndinə  tərəf  geri 

çəkildik. Hamazasp bundan həm hirsləndi, həm də bir qədər ehtiyat etdi. Quba camaatını meydana yığıb bildirdi ki, mən minlərlə türkün baĢını kəsən Ərzurum ermənisiyəm. 200-dən 

çox türk kəndini yandırıb xaraba qoymuĢam. Uzun müddət türklərlə  vuruĢmuĢam, erməni xalqının mənafeyini müdafiə etmiĢəm. Buraya da ona görə gəlmiĢəm. Əgər müqavimət 

göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam". DaĢnak-bolĢevik birləĢmələrinin Quba qəzasında törətdikləri qırğınlar daha amansız və qəddarlıqla həyata keçirilmiĢdi. ġahidlərdən 

biri yazır: "Hamazasp daĢnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun Hayrapetovu yanına çağırdı və ona nəsə dedi. Harun cibindən bir siyahı çıxarıb oxumağa baĢladı. Həmin 

siyahıda Qubanın varlılarından 26 nəfərin adı var idi. Hamazasp həmin adamların dalınca silahlı əsgərlərindən bir neçə nəfərini göndərdi. Silahlı əsgərlər həmin ailələrdən altı nəfərlə 

geri qayıdanda daĢnak komandiri daha da qızıĢdı. Gətirilənlərin 4-ü qadın, 2-si yeniyetmə idi. Hamazaspın tapĢırığı ilə yeniyetmələrin baĢlarını kəsdilər. Qadınları uĢaqlarının qanını 

içməyə  məcbur  etdilər.  Onlar  Ģivən  qoparıb  daĢnakların  üstünə  atılanda  qarınlarını  süngülərlə  deĢdilər.  Sonra  qılıncla  bədənlərini  tən  ortadan  ikiyə  böldülər.  Meydanda  ah-nalə 

yüksələndə Hamazasp əsgərləri cərgə ilə düzdürüb əliyalın, günahsız əhaliyə atəĢ açmağı onlara əmr etdi. Yüzlərlə adam qırıldı. Ġnanmaq olmurdu ki, insan-insana qarĢı bu qədər 

vəhĢilik törətsin". "Mən sizin qanınızı içəcəyəm" - deyən Hamazasp siyahıda adları çəkilən adamların mülklərini odlayıb külə döndərmək üçün əmr verdi. Bütün bu hərəkətləri ilə o, 

son dərəcə qəddar və qaniçən olduğunu sübuta yetirirdi. 

Hamazasp Bakıdan mənfur ġaumyan rejimindən belə bir tapĢırıq almıĢdı: Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, onların yaĢayıĢ məntəqələrini dağıtmaq. 

Sonra isə bu qırğını sünni və Ģiə məzhəbləri arasında toqquĢma kimi qələmə vermək. 

Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daĢnak-bolĢevik birləĢmələrinin sayı 5 mindən artıq olmuĢdur. Ona görə də onlar silahsız dinc 

əhaliyə azğınlıqla divan tuta bilmiĢdilər. Həmin azğınlığın miqyasını təsəvvür etmək üçün iki gün ərzində yalnız Quba Ģəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq 

kifayətdir. Bu rəqəm Quba Ģəhər əhalisinin beĢdə biri demək idi. 

Qırğının canlı Ģahidlərindən olan Harun ġahbalı oğlu xatırlayır: "Ermənilər o qədər adam qırmıĢdılar ki, Qubanın küçələri al-qana boyanmıĢdı. Əllərinə keçən 2 mindən çox 

adamı meydana  yığıb ucdantutma güllələmək istəyəndə bir nəfər onların baĢçısına  yaxınlaĢdı. Deyilənə görə komissar idi. Bir qədər söhbət etdikdən sonra əsgərlərə təzədən əmr 

verildi ki, silahları aĢağı salsınlar. Qadınlar və  uĢaqlar ağlayırdılar. Yekəpər bir erməni beĢ nəfərlə camaata  yaxınlaĢıb, cavan, gözəgəlimli qadınları seçməyə baĢladı. Əllidən çox 

qadını hara isə apardılar. Onlardan birinin qardaĢı etirazını bildirəndə yerindəcə güllələdilər. Onun meyidini yerə sərib bıçaqla gözlərini çıxardılar. Əli qana batmıĢ erməni ovcunda 

tutduğu  gözləri  camaatın  üstünə  tulladı.  Kütlədən  uğultu  qopdu.  DaĢnaklar  ermənicə  söyə-söyə  qabaqdakıları  qundaqla  döyməyə  baĢladılar.  Sonra  irəli  çıxmıĢ  bir  yaĢlı  kiĢinin 

qarnını süngü ilə deĢdilər. Bu, göz ilə baxılası müsibət deyildi". 

BaĢqa  bir Ģahid yazır: Ermənilər dindarları Qubanın  mərkəzinə  gətirdilər. Bu, döyülən insanlar qəzanın  ən  hörmətli ağsaqqalları sayılırdılar. Hamazasp hamının tanıdığı 

Quba ermənisi Harunu çağırdı. Harun azərbaycanca dedi ki, sünnilər və Ģiələr hərəsi bir tərəfə çəkilib üz-üzə dursunlar. Elə о cür də durdular. Aralarında 20-30 metr olardı. Sonra iki 

tüfəng gətirib dedilər ki, onsuz da sizin ha-mınızı qıracağıq. Kim sağ qalmaq istəyirsə, dediyimizə əməl etsin. Sünnilər və Ģiələr növbə ilə bir-birilərinə güllə atsın. Sağ qalanlarla 

iĢimiz olmayacaq. Birinci iki nəfəri irəli çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi Məhəmməd, о birisi isə Ģiələrin ağsaqqalı MəĢədi Mirsadıq idi. Onların heç biri erməni silahını 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə