Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə53/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   49   50   51   52   53   54   55   56   ...   278

76 

 

 



 

Almaniyanın bu notasına Rusiyanın Berlindəki səlahiyyətli nümayəndəsi sentyabrın 21-də A.576№-li nota ilə cavab verdi (122). Notada sovet mətbuatında gedən yazılara 

görə hökumətin məsuliyyət daĢımadığı bildirilirdi. Eyni zamanda "Norddeyçe alqemeyne çaytunq" və baĢqa qəzetlərdə gedən yazılara görə alman hökuməti təqsirli sayılırdı. 

Notada "Norddeyçe alqemeyne çaytunq" qəzetinin 19 sentyabr tarixli 479 №-li  sayında  verilmiĢ "Bakının  tutulması" adlı  məqaləsinə  etiraz edilirdi.  Qəzetin bu  hadisədən 

məmnunluq  ifadə  etməsini,  "Bakının  tutulması  siyasi  əhəmiyyət  daĢımır,  çünki  Almaniya  və  Rusiya  sovet  respublikası  arasında  saziĢdə  buna  toxunulmur"  fikrinə  notada  etiraz 

olunurdu (123). Səlahiyyətli nümayəndə Bakının tutulmasının Rusiya hokuməti üçün ciddi siyasi əhəmiyyət daĢıdığını və alman-rus münasibətlərinə toxunduğunu bildirdi. Notada bir 

daha təkrar olunurdu ki, Almaniya Rusiyaya münasibətdə hansısa üçüncü dövlətin Qafqazda əlavə müqavilədə müəyyənləĢdirilmiĢ xətti keçməyəcəyi barədə öhdəlik götürmüĢdür. 

Osmanlı silahlı qüvvələrinin bu xətti keçməsi və Bakının tutulması Rusiya üçün gözlənilməzdir. Bakının rus ticarəti və sənayesi üçün iqtisadi əhəmiyyətini nəzərə alaraq bu vəziyyətin 

rus-alman  saziĢinə  təsirsiz  qalmayacağını  görmək  olar.  Notada  Almaniyadan  götürdüyü  öhdəliyə  əməl  etməsi  və  üçüncü  dövlətin  müəyyənləĢdirilmiĢ  xətti  keçməməsi  xahiĢ 

olunurdu. 

Sentyabrın  21-də  Çiçerin  Almaniyanın  Moskvadakı  baĢ  konsulu  HauĢildə  nota  göndərərək  türklər  tərəfindən  Bakının  xilas  edilməsində  Almaniyanı  təqsirləndirdi  (124). 

Çiçerin  Bakının  xilas  edilməsindən  məmnuniyyətlə  söz  açan  "ġimali  Alman  ümumi  qəzeti"nin  məqaləsinə  etiraz  etdi.  Eyni  zamanda  bildirdi  ki,  Almaniya  ilə  avqustun  27-də 

imzalanmıĢ əlavə müqavilənin 14-cü maddəsində nəzərdə tutulan öhdəlikləri alman hökuməti yerinə yetirməmiĢdir. Bu maddəyə görə, Almaniya üçüncü dövlətin hərbi qüvvələrinin 

Kür çayı xəttini keçməsinə icazə verməməli və eyni zamanda türk ordularının Kür çayı xəttinə qədər geri çəkilməsi üçün tədbirlər görməli idi. 

Çiçerin  notada  kiçik  sayda  ingilis  hərbi  qüvvələrinin  Bakıda  olmasını  etiraf  etdi.  Notada  bu  hadisələrə  Almaniyanın  qüdrətli  dövlət  kimi  son  qoymağa  imkanı  olduğu 

göstərildi. BolĢevik Rusiyası Brest-Litovsk sülh müqaviləsinin qüvvədən düĢdüyünü də bəyan etdi. 

Belə  vəziyyətdə  Osmanlı  dövlətinin  baĢ  naziri  Tələt  PaĢa  və  xarici  iĢlər  naziri  Əhməd  Nəsimi  bəy  Berlinə  gəldilər.  1918-ci  il  sentyabrın  21-də  Almaniyadakı  türk 

nümayəndələri  Berlindəki  sovet  səlahiyyətli  nümayəndəsi  ilə  Qafqazdakı  münaqiĢəni  nizamlamaq  barədə  danıĢıqlara  baĢladılar.  DanıĢıqları  Ġoffe  və  Tələt  PaĢa  aparırdılar.  Ġoffe 

bildirdi ki, Azərbaycan bolĢevik hökuməti ilə əlaqəyə girməlidir (125). DanıĢıqların gediĢində sovet nümayəndəsi öz  mövqeyini 20 sentyabr tarixli nota ilə əsaslandırmağa çalıĢdı 

(126). 


Tələt PaĢa türk ordularının iĢğalçılıq niyyətində olmadığını, Bakıdan və ümumiyyətlə, Qafqazdan çıxarılmasına, Brest sülh müqaviləsi ilə nəzərdə tutulan sərhədlərə qədər 

çəkilməsinə  razı  olduğunu  bildirdi.  Lakin  bu  ərazilərin  sovet  hakimiyyətinə  verilməsinə  razı  olmadığını  da  göstərdi.  Türkiyə  Bakı  məsələsinin  dinc  yolla  həllini  tələb  etdi.  O, 

Osmanlının iĢğalçılıq niyyətində olmadığını, Qaf-qaz iĢlərinə qarıĢmayacağını, Nuru PaĢanın isə rəsmi Ģəxs olmadığını, hətta yazılı təminat da verməyə hazır olduğunu bildirdi. Eyni 

zamanda  türk ordusunun Ba-kıdan tezliklə  geri çəkiləcəyini söylədi.  Türkiyənin belə  güzəĢtə  getmək istəyi bir sıra  amillərlə  bağlı idi.  Birincisi,  artıq Azərbaycan  hökuməti  təbii 

paytaxtına qovuĢmuĢdu. Onu geri almaq Rusiya üçün çətin idi. Ġkincisi, Almaniya Bakı məsələsində Osmanlı dövlətini müdafiə etmədi. Üçüncüsü, Azərbaycanda müstəqil bir dövlət 

qurulması iĢi artıq həyata keçirilmiĢdi. Onlara əlavə baĢağrısı lazım deyildi. 

Ġoffenin  Bakının  bolĢevik  Rusiyasına  təhvil  verməsini  tələb  etdiyini  görən  Tələt  PaĢa  Ģəhərin  Rusiyaya  bir  də  heç  vaxt  verilməyəcəyini  bildirdi.  Eyni  zaman-da  türk 

nümayəndə heyəti Qafqaz Ġslam Ordusunun Bakını azad etməkdə haqlı olduğunu söylədi. Bildirdi ki, əgər bolĢevik hökuməti elan etdikləri millətlərin öz müqəddəratını təyinetmə 

hüququnda  səmimidirsə, onda  bu hüququ Qafqaz xalq-larına  da  aid etsin. Türk diplomatiyası bu hüququn  Rusiyanın  daxili vəziyyətinin sabitləĢdirilməsi üçün aldadıcı bir vasitə 

olduğunu  bəyan  etdi.  Nəticədə  bir  ay  Berlində  davam  edən  rus-türk  danıĢıqları  nəticəsiz  qaldı.  Sovet  hökuməti  Brest-Litovsk  sülh  müqaviləsinin  Osmanlıya  aid  müddəalarının 

qüvvədən düĢdüyünü bildirdi. 

Tələt PaĢanın Berlindəki danıĢıqlarına "Azerbaydjan" qəzeti mühüm əhəmiyyət verirdi. Qəzet 20(7) oktyabr tarixli 13-cü sayında yazırdı ki, Berlindəki danıĢıqlar bütün türk 

maraqlarının təmin edilməsi ilə baĢa çatmıĢdır. Beləliklə, Antanta ölkələrinin mətbuatından gələn, guya  Almaniya ilə Türkiyə arasında böyük ixtilafların mövcud olmasının  əsası 

yoxdur. Türkiyə siyasi rəhbərləri tarixin təcrübəsindən bilirlər ki, mövcud siyasi vəziyyətdə və strateji Ģəraitdə ayrı-ayrı dövlətlərlə hərbi və siyasi məsələlərdə son separat danıĢıqlar 

mümkün deyil. Onlar yalnız müvəqqəti ola bilər. Bütün məsələlər ümumi sülh konfransında düĢmən koalisiyalar arasında qüvvələr nisbətinə uyğun həll ediləcəkdir. Biz ümid edirik 

ki, Osmanlı imperiyası özünün ənənəvi və etibarlı müttəfiqləri ilə razılığa əsasən ölkəni gələcək mədəni çiçəklənmə naminə dünya yanğınından uğurla çıxaracaqdır. 

Digər  məsələlərlə  yanaĢı,  Azərbaycan  məsələsi  də  Berlində  müzakirə  mövzusu  olmalı  idi.  Ġndiyədək  Azərbaycana  münasibətdə  öz  mövqeyini  bildirməyən  Almaniya  çox 

gözləməyə  məcbur  olmayacaqdır.  Biz,  alman  xalqını  Osmanlı  imperiyası  ilə  birlikdə  Azərbaycanın  müstəqilliyini  qorumaq  məsələlərində  yanaĢı  görmək  istəyirik.  Azərbaycanın 

müstəqilliyini hər iki tərəfin mənafeləri tələb edir (127). 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə