14
Naxçıvan xanlığı Rusiya imperiyasına qatıldı. Bu tarixi fakt 1828-ci il Türkmənçay
müqaviləsinin bütün mətnində və məzmununda da öz əksini tapmışdır.
1
Konkret
olaraq müqavilənin III maddəsində məhz İrəvan xanlığının və Naxçıvan xanlığının
Rusiya imperiyasına ilhaq olunduğu qeyd edilir:
Müqavilənin nə bu maddəsində, nə də digər maddələrində — heç yerdə
"Ermənistan" sözü yoxdur. Və ola da bilməzdi. Çünki o zaman Cənubi Qafqazda
"Ermənistan" adlanan ərazi və ya dövlət yox idi. Erməni "tarixçiləri" bütün bu real
tarixi faktları saxtalaşdıraraq
İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğal olunması faktını
bütün dünyaya guya "Ermənistanın Rusiyaya birləşdirilməsi" kimi təqdim edirlər.
Buna xüsusi niyyətlə düşünülmüş saxtakarlıqdan başqa nə ad vermək olar?!
Daha bir fakt: erməni alimləri tarix elmini akademik səviyyədə
saxtalaşdırırlar. Məsələn, erməni tarixçisi akademik S.P.Ağayan böyük
Azərbaycan mütəfəkkiri A.A.Bakıxanova həsr etdiyi əsərdə XVIII əsr Şimali
Azərbaycan xanlıqlarının xəritəsini vermişdir.
2
Lakin erməni akademiki həmin xəritəyə saxtakarlıq edərək Şimali
Azərbaycan xanlıqlarından birinin - məhz İrəvan xanlığının ərazisini daxil
etməmişdir: Ağayan öz əsərində. özü də həmin xəritənin altında verdiyi qeyd də
yazır ki, göstərilən xəritəni guya P.İ.Kovalevskinin "Qafqazın Rusiya tərəfindən
işğalı"
3
əsərindən olduğu kimi götürüb öz əsərinə daxil etmişdir. Bununla Ağayan
1
Bax: ПСЗРИ, т.III. 1828, CПб., 1830, ы. 125-126.
2
Агаян Ц.П. А.Бакиханов. Баку, 1948, с.9.
3
Ковалевский П.И. Завоевание Кафказа Россией. (Исторический очерк), СПб., (без выходных
данных). С.65, 113.
15
oxuculara yalan satır, həm də peşəkar saxtakar olduğunu sübut edir. Çünki,
P.İ.Kovalevskinin əsərindəki xəritədə Şimali Azərbaycan xanlıqlarının hamısının
əraziləri, o cümlədən İrəvan xanlığının ərazisi də öz əksini tapmışdır.
Göründüyü kimi, erməni akade miki öz xalqına "xidmət etmək üçün"
tarixi həqiqəti təhrif etməklə yanaşı, rus alimi P.İ.Kovalyevskinin xəritəsini
saxtalaşdırmaqdan da çəkinməmişdir...
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun müəlliflər
heyəti tərəfindən hazırlanmış "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali
Azərbaycan torpaqlarına köçürülməsi" kitabı bütün bu saxtakarlıqları ifşa etmək,
dünyaya elmi həqiqəti, daha doğrusu real tarixi olduğu kimi çatdırmaq məqsədilə
yazılmışdır. Beləliklə, kollektiv tədqiqat əsəri olan həmin kitab daha bir erməni
saxtakarlığının üstünü açır. Təkzibolunmaz ilk mənbələr, o cümlədən çoxsaylı
arxiv sənədləri əsasında yazılmış "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin
Şimali Azərbaycan torpaqlarına köçürülməsi" sübut edir ki, bu gün Ermənistan
Respublikası adlanan dövlətin yerləşdiyi ərazi yaxın keçmişə qədər, bütün tarix
boyu həmişə Azərbaycan torpağı olmuşdur. XIX əsrin əvvəllərində həmin ərazidə
Azərbaycan dövləti olan İrəvan xanlığı yerləşirdi. Yalnız 1828-ci ildə Rusiya
ordusu tərəfindən Türkiyədən və İrandan Şimali Azərbaycana köçürülüb gətirilirdi.
Və bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi 180 il bundan əvvəl
Azərbaycan torpağı idi. Bu torpağın aborigen əhalisi azərbaycanlılar idi. Ermənilər
isə Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Bu etnosun yaşadığı
"Ermənistan Respublikası" adlanan ərazi isə azərbaycan torpağıdır. Azərbaycan
xalqı yaşadıqca, bu həqiqət də yaşayacaqdır.
***
"İrəvan xanlığı: Rusiya işğalı və erməniıərin Şimali Azərbaycan
16
torpaqlarına köçürülməsi" kitabının işıq üzü görməsi gərgin elmi axtarışlar və
böyük zəhmət bahasına başa gəlmişdir. Kitabın müəllifləri tarixi həqiqəti üzə
çıxarmaq üçün ilk mənbələr üzərində yorulmadan işləmişlər. Redaksiya heyətinin
üzvləri kitabda verilən faktlatı ilk mənbələr və elmi ədəbiyyatla təkrar-təkrar
yoxlamalı olmuşlar. Əsərin işıq üzü görməsində zəhməti olanların və bu gərəkli
işdə iştirak edənlərin hamısı ən xoş sözlərə layiqdir. Lakin uzun sürən və çox ağır
redaktə prosesində elmi həqiqət axtarışı naminə verilən bütün tapşırıqları xüsusi
məsuliyyətlə yerinə yetirən, ilk mənbələri ələk-vələk edib olduqca maraqlı faktlar
aşkara çıxaran, elmi şərhlərlə tərtib etdiyi cədvəllərlə bu qiymətli əsərin yüksək
səviyyədə çıxması üçün əlindən gələni əsirgəməyən tarix elmlər namizədi
Güntəkin Nəcəflinin zəhmətini ayrıca qeyd etməyi özümə borc bilirəm.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu kitabın ərsəyə gəlməsi
üçün köməyini əsirgəməyən hər kəsə, o cümlədən institutun əməkdaşları t.e.n.
Tofiq Nəcəfliyə, Aynur Əmənovaya, Sərlan Həsənova, Milli Arxiv İdarəsinin rəisi,
t.e.d. Ataxan Paşayev başda olmaqla "Elmi məlumat kitabxanası" şöbəsinin
əməkdaşlarına AMEA Mərkəzi elmi kitabxanasının müdiri, fil.e.n. Aybəniz xanım
Kəngərli başda olmaqla kitabxananın bütün əməkdaşlarına, BDU-nun elmi
kitabxanasının müdiri Sara xanım İbrahimova başda olmaqla "Nadir fond"un və
"Şərq bölməsi"nin əməkdaşlarına, M.F.Axundov adına Milli Dövlət kitabxanası
"Nadir fond" şöbəsinin əməkdaşlarına, t.e.d. Fəzail Ağamalı, Əvəz Ələkbərov və b.
həmvətənlərimizə dərin minnətdarlığını bildirir.
AMEA-nın Tarix İnstitutu "İrəvan xanlığı: Rusiya isğalı və ermənilərin
Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabının çapını öz üzərinə götürən və
bu gərəkli əsərin nəfis tərtibatda nəşri üçün əlindən gələni əsirgəməyən Regionların
İnkişafı İctimai Birliyinə ayrıca minnətdarlıq etməyi özünə borc sayır.
Yaqub Mahmudov, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix
elmləri doktoru, professor
Ġrəvan xanlığı Azərbaycanın dövlətçilik
tarixinin ayrılmaz tərkib hissəsidir
Dostları ilə paylaş: |