Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə24/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   20   21   22   23   24   25   26   27   ...   208

56 

 

xəstəliklərin  səbəbləri  ilə  mübarizə  aparmaqda  istənilən  nəticəni  əldə  etməyə  imkan 



verir. 

Oruc  tutan  şəxs  oruc  tutmaqla  özünü  müalicə  edir.  Bu  barədə  Peyğəmbər  (s.) 

gözəl hədis buyurmuşdur: "Oruc tutun, tainki sağlam olasınız". Başqa bir hədisdə isə 

deyilir:  "Mədə  dərdlərlə  dolu  olan  bir  evdir,  oruc  tutmaq  isə  ən  yaxşı  dərmandır". 

Qədim və  müasir tibb elmi ac qalmanı müalicənin ən yaxşı vasitələrindən

 

biri  hesab 



edir.  Müasir  həkimlər  xəstəlik  törədən  əsas  amilləri  müxtəlif  yeməklərin  bolluğu  ilə 

əlaqələndirirlər.  Belə  ki,  izafi  maddələr  orqanizmdə  həll  olmayıb,  bədənin  müxtəlif 

nöqtələrində  piy  qatına  çevrilərək  köklük  və  qanda  əlavə  şəkər  əmələ  gətirir.  Bu  da 

müxtəlif  xəstəliklərin  əmələ  gəlməsi  ilə  nəticələnir.  İnsanın  həzm  mexanizmi  il 

ərzində həmişə məşğuldur. İldə bir ay oruc tutmaq bu mürəkkəb mexanizmə istirahət 

verir, onu yeniləşdirir. 

Ramazan  ayı  Qədr  gecəsiylə  şöhrətlidir,  ancaq  onun  məhz  hansı  gecəyə 

düşməsi məlum deyildir. Bu da ilahi sirlərin biridir, çünki müsəlman Ramazan ayının 

bütün  gecələrini  şərafətlə  qəbul  edir,  borcunu  və  ibadətini  qüdrətli  Allah  qarşısında 

yerinə yetirməyə çalışır. Qurani-Kərimdə deyilmişdir: "Qədr gecəsi savabına görə min 

aydan daha xeyirlidir" (Qurani-Kərim, əl-Qədr, 3). 

Etnoqrafik  materiallardan  aydın  olur  ki,  Ordubad  şəhəri  və  onun  ətraf 

kəndlərində ramazanın 15-ci gününü xüsusi təntənə ilə qeyd edərdilər. Uşaqlar dəstə-

dəstə qapılara gedib torba atar, orucluq payı yığaraq oxuyardılar: 

Orucun 15-dir gəlmişik sizə, 

            Orucun niyazın (payın) verəsiz bizə. 

Həmin  gün  axşam  iftarını  zəngin  süfrə  ilə  açardılar,  sonra  nişanlı  qız  evinin 

valideynləri bəyi görmək üçün oğlan evinə gələrdilər. Ailənin üzvlərinə, xüsusilə bəyə 

müəyyən hədiyyələr gətirərdilər[38]. 

Orucluğun ikinci yarısının 19, 21, 23-cü günlərinə "əhya axşamı" və ya sadəcə 

olaraq "əhya" (ərəbcə dirilmə, yeniləşmə, bərpaetmə mənasını bildirir) deyirlər. Qədr 

gecəsi heç bir bəla nazil olmaz, bu gecə bütünlüklə xeyir-bərəkət gecəsi adlanır. Buna 

görə  də  Qədr  gecəsi  səhərə  qədər  oyaq  qalıb  ibadət  etmək  müstəhəb  (sevilən, 

bəyənilən)  sayılır.  Deyilənə  görə,  Həzrət  Əli  "zərblənəndən"  sonra  üç  gün  can 

vermişdir.  Buna  görə  də  "əhya  axşamları"  xüsusi  gün  kimi  qeyd  olunur,  dua  edib 

ehsan verir, halva çalıb paylayırlar. 

Ramazan  ayı  "id  əl-fitr"  deyilən  orucluq  bayramı  ilə  başa  çatır.  Fitr  bayramı 

orucluq  qurtaran  günü  təzə  ayın  -        hilalın  ilk  rübünün  nazik  şəkildə  görünməsi 

ərəfəsindən,  yəni  şəvval  ayının  girməsi  ilə  başlayır.  Bu  zaman  ilk  növbədə  mömin 

şəxslər,  oruc  tutanlar  və  hətta  oruc  tutmayanlar  da  bir-birini  təbrik  edir,  görüşür, 

"oruc-namazın qəbul olunsun" - deyirlər. Həmin axşam evdə hər kəsin imkanına görə 

zəngin bayram süfrəsi açılır, ləziz nemətlər, xörəklər süfrəyə düzülür. Fitrə mərasimi 

keçirilir.  Bunun  üçün  evin  ağsaqqalı  Allah-taalaya  dua  edir.  O,  ailə  üzvlərinə 

cansağlığı,  xoşbəxtlik,  əmin-amanlıq,  xalqın  rifahının  yaxşılığa  doğru  getməsini, 

axirətdə səadətə yetişməyi arzu edir. 



57 

 

Sonra fitrə vermək mərasimi başlayır. Bu məqsədlə ailə başçısı ailə üzvlərinin, 



yəni onun evində çörək yeyənin, hətta orduda xidmət edənin, səfərdə olanın və o gecə 

evində  olan  qonağın  sayına  görə  hər  nəfərə  bazar  qiyməti  ilə  3  kq  buğdanın  pulunu 

ayırır.  Orada  iştirak  edən  ailə  üzvləri  həmin  pula  əllərini  vurmaq  üçün  bir-birinə 

ötürürlər.  Fitrə  həmin  gecə  füqəraya  çatdırılır.  Həmin  axşam  mümkün  olmadıqda, 

sabahı  gün  və  ya  başqa  günlərin  birində  fitrə  mütləq  fağır-füqəraya  verilir.  Fitrə 

vermək yalnız varlı, imkanlı adamlar üçün vacib sayılır. 

Hüseynqulu  Sarabski  Bakıda  bayramın  başlanmasını  belə  təsvir  edir: 

"Orucluğun axırına yaxın göydə Ayı axtarardılar. Bəzən hava buludlu olduğundan  Ay 

görünməzdi... Şəhərə səs düşərdi ki, Gün və ya Ay tutulmuşdur. Bir də görərdin hərə 

əlinə  bir  mis  qab  alıb  dama  çıxır  və  onu  döyəcləyirdi.  Bir  para  evlərdə...  çaxmaqlı 

tüfəngi  doldurub  gurhagur  ilə  güllə  atardılar  ki,  Ay  və  ya  Gün  "tilsimdən"  xilas 

olsun... Gecə ilə azançıları qalaya çıxarıb, minacat vasitəsilə sabah bayram olduğunu 

məlum edərdilər". 

Orucluq bayramı günü, obaşdan - sübh namazından sonra hamı məscidlərə cəm 

olur, birlikdə bayram namazı qılınır. Günortaya qədər bayram namazı qılınıb qurtarır. 

Böyük təntənə ilə şadlıq mərasimləri təşkil edilir. 

Orucluq  bayramında  da  nişanlı  oğlan  evindən  qız  evinə  bayram  sovqatı 

göndərilir. Milli şirniyyatlı, noğullu-badamlı xonçalar yan-yana düzülür. 

Orucluq  bayramı  müddətində  ibadət  işlərinin  yerinə  yetirilməsinə,  Qurani-

Kərimin oxunmasına, təmizliyə və paklığa riayət edilməsinə də xüsusi diqqət yetirilir. 

Bu  əziz  bayram  günündə  Allah  yolunda  imkansızlara,  əlillərə,  xəstə  və  qocalara, 

ehtiyacı olanlara kömək əli uzadılır, sovqat paylayırlar. Uşaq və qocalar evlərinə pay-

puş aparırlar. Mərhumun ruhunu şad edirlər. Bu müqəddəs borc hesab edilir, həm də 

böyük savab sayılır. 

Sovet imperiyasının illər uzunu davam edən totalitar hökmranlıq rejiminə son 

qoyulduqdan sonra həm Qurban bayramının, həm də Orucluq bayramının ümumxalq 

bayramları  kimi  respublika  səviyyəsində  geniş  şəkildə  keçirilməsi  xalqımızın 

çoxəsrlik  arzularının  reallaşması  kimi  qiymətləndirilməlidir.  Yeni  sosial  mühitdə 

Qurban və Orucluq bayramları, onların tarixi kökləri, bayramla bağlı ayin, mərasim, 

adət  və  ənənələri  xalqımızın  mənəvi  həyatını  zənginləşdirməklə  yanaşı,  yeni  nəslin 

tərbiyəsinə müsbət təsir göstərir, onları möhkəm iradəli edir, onlarda xalqa və vətənə 

məhəbbət hissini daha da möhkəmləndirir. 

 

 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə