Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə26/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   22   23   24   25   26   27   28   29   ...   208

60 

 

konfransdakı  məruzəsində  Azərbaycanın  qərb  bölgələrində  geniş  yayılmış  maldarlıq 



məişətilə  bağlı  “cey”  qarşılıqlı  yardım  forması  elmi  baxımdan  təhlil  edilmiş,  onun 

xalqın  məişətində  yeri  və  rolu  açıqlanmışdır.  Ş.Quliyev  və  Q.Cavadov  1973-cü  ildə  

birlikdə yazdıqları "Əvrəz haqqında" adlı məqalədə "əvrəz"in Azərbaycanda qarşılıqlı 

yardım formalarından biri olması haqqında Q.Qaraqaşlının fikrini dəstəkləyir və onun 

guya feodal mükəlləfiyyəti olması haqqında Azərbaycan tarixşünaslığında kök salmış 

fikrə  öz  münasibətlərini  bildirirlər.  Ş.Quliyevin  1977-ci  ildə  nəşr  olunmuş 

"Azərbaycanda çəltikçilik" kitabında çəltiyin bicarda əkilməsi, alağı və biçini zamanı 

təşkil  edilən  iməciliklər  tədqiq  olunur.  Bu  kitabda  qarşılıqlı  yardımın  "növbələşmə" 

adlı  forması  haqqında  ilk  dəfə  məlumat  verilir.  M.Quliyevin  həmin  illərdə  çap 

olunmuş  məqaləsində  isə  xalçaçılıq  sahəsində  Quba  bölgəsində  mövcud  olan  el 

köməklikləri  haqqında  məlumat  verilir[22].  Etnoqraf  alim  H.Həvilovun  1987-ci  ildə 

nəşr  olunmuş  Azərbaycan  maldarlarının  məişətindən  bəhs  edən  kitabında[23] 



"damazlıq" qarşılıqlı yardım forması haqqında çöl etnoqrafik materialları əsasında elm 

üçün maraqlı olan yeni faktlar verilmişdir. 

Azərbaycanda  qarşılıqlı  yardım  formaları  XX  əsrin  sonu  -  XXI  əsrin 

əvvəllərində də etnoqraflarımızın diqqət mərkəzindən kənarda qalmamışdır. Görkəmli 

etnoqraf Q.Cavadov 1990-cı ildə nəşr etdirdiyi Azərbaycanda əkinçilik mədəniyyətinə 

dair elmi-populyar kitabında qarşılıqlı yardım formalarını el köməkliyi adlandırılır və 

onların  açıqlanmasına  "Bir  əl  heç,  iki  əl  güc,  üç  əl  iməci"  adlı  ayrıca  fəsil  həsr 

etmişdir. Q.Cavadovun 1993-cü ildə nəşr olunmuş "Azərbaycanda el köməyi adətləri" 

adlı  kitabının  etnoqrafiya  elmi  üçün  xüsusi  əhəmiyyəti  vardır.  Bu  kitabda  qarşılıqlı 

yardım formaları xalqımızın təsərrüfat həyatının və məişətinin bütün sahələrini əhatə 

edən kompleks halında tədqiq və təhlil edilir. 2003-cü ildə məşhur etnoqraf Ş.Quliyev 

"Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalında ənənəvi əkinçilikdə qarşılıqlı 

yardım  formalarına  dair  məqalə  dərc  etdirmiş  və  həmin    məqalədə  Azərbaycan 

xalqının  əkinçiliklə  bağlı  qarşılıqlı  yardım  formalarının  sosial-iqtisadi  kökləri 

araşdırılmış, ümumiləşdirmələr aparılmış və əməli əhəmiyyətli nəticələr çıxarılmışdır. 

Ümumiyyətlə,  Azərbaycan  etnoqraflarının  son  yarım  əsr  ərzində  yazılmış 

əsərlərində  xalqımızın  təsərrüfat  məişəti,  həyat  tərzi  və  adət-ənənələri  ilə  bağlı  olan 

qarşılıqlı yardımının müxtəlif forma və qaydalarının elmi cəhətdən dəqiq və dərindən 

öyrənilməsilə  bu  sosial-iqtisadi  institutun  əsil  mahiyyəti  açıqlanır,  onların

 

xeyirxah 



məzmun  daşıması,  insanların  bir-birinin  qayğısına  qalmaq,  bir-birlərinə  təmənnasız 

köməklik göstərmək və əl tutmaq xüsusiyyəti aşkarlanır. 

İnsanların  bir-birlərinə  yardımını,  köməkliyini,  əl  tutmasını  iki  qrupa  bölmək 

olar: birincisi, insanların təsərrüfat işlərində və  məişətdə  bir-birlərinə öz əməkləri ilə 

etdikləri  yardım.  İkincisi,  imkanlı  adamların  imkansızlara  ehtiyac  duyulduqda

 

təmənnasız  yardım  etmələri,  əl  tutmaları  kimi  xeyirxah  əməllər.  Xeyriyyəçilik 



səciyyəsi  daşıyan  bu  əməllər  əsasən  maddi  yardım  şəklində  həyata  keçirilmişdir. 

Qarşılıqlı yardım institutu birinci qrup yardımlara aiddir. 

Azərbaycanda  qarşılıqlı  yardım  formaları  iməcilik,  əvrəz,  avaja,  növbələşmə, 



61 

 

ortaqlıq,  hoy,  cey,  mödgəm,  həmgəl,  bədəl,  əvəzçilik,  şəriklik,  ziyanlıq,  alışma, 



damazlıq,  umya  və  i.a.  müxtəlif  adlarla  geniş  yayılmışdır.  Qarşılıqlı  yardımın 

formaları  müxtəlif  adlar  daşısalar  da,  məzmun  etibarilə  bir-birlərinə  yaxın  və  oxşar 

olmuşlar. Onların bir qismi  ümummilli səciyyə  daşıyaraq bütün ölkədə  yayılmış,  bir 

qismi isə məhəlli xarakter daşıyıb ayrı-ayrı bölgələrdə tətbiq edilmişdir. 

Qarşılıqlı  yardımın  ən  geniş  yayılmış  forması,  tətbiq  sahələrinin  genişliyi  ilə 

fərqlənən,  məzmun  və  mahiyyətcə  universal  xarakter  daşıyan  "iməcilik"  olmuşdur. 

Tədqiqatçıların  fikrincə,  "iməcilik"  anlayışı  yunan  sözü  olan  "imece"dən 

götürülmüşdür  və  iştirak  etmək,  "köməkləşmək"  mənasını  verir[24].  Ona  görə  də 

ehtimal  etmək  olar  ki,  "iməcilik"  qarşılıqlı  yardım  forması  Azərbaycanda  ellinizm 

dövründə təşəkkül tapmışdır. 

Qarşılıqlı  yardımın  bütün  formalarının,  o  cümlədən  iməciliyin  təşkilinə  səbəb 

təsərrüfat və  məişətdə  görüləcək iş üçün vaxt məhdudiyyəti və  məhdud vaxt ərzində 

işi  başa  çatdırmaq  üçün  işçi  qüvvəsinin,  iş  heyvanlarının,  əmək  alət  və  vasitələrinin 

çatışmaması olmuşdur. 

Etnoqrafik  ədəbiyyatda  belə  bir  yanlış  fikir  yayılmışdır  ki,  "iməcilik"  anlayışı 

yalnız qadınlara  məxsus qarşılıqlı yardım forması üçün işlədilmişdir[25]. Q.Cavadov 

da  bu  fikri  bölüşdürür  və  yazır  ki,  "el-oba  ölçülüb-biçilmiş  terminlər  əsasında  el 

köməkliyinin  kimlər  üçün  təşkil  edildiyini  asanlıqla  müəyyən  edirdi.  Məsələn, 

həmkəndlilər,  qonşular  iməciliyə  dəvət  olunurdusa,  deməli,  burada  ancaq  qadınlar 

iştirak etməli idi. Əksinə, el-oba əvrəzə, hoya və ya ceyə çağırılardısa, buraya ancaq 

kişilər  gələrdi[26].  Əvvələn,  qeyd  etmək  lazımdır  ki,  "cey"  yalnız  kişilər  arasında 

deyil,  Azərbaycanın  Qazax,  Zəngəzur  və  Borçalı  bölgələrində  həm  də  qadınlar 

arasında  "arxıd"  adlanan  böyük  həcmli  ağac  nehrələrdə  yağ  hasil  etmək  üçün  südün, 

qatığın  bir  yerə  toplanıb  növbə  ilə  qohum-qonşuya  verilməsilə  bağlı  təşkil  edilən 

köməklik  forması  olmuşdur.  İkincisi,  iməcilik  təkcə  məişət  işlərində  deyil,  həm  də 

təsərrüfatın bütün sahələrində tətbiq edilirdi. Q.Cavadov Azərbaycanın Lənkəran, Şəki 

və  Zaqatala bölgələrində  bunun belə  olduğunu etiraf  edərək  yazırdı ki,  "burada  istər 

təsərrüfat  və  istərsə  də  ev-məişət  işlərinin  təmənnasız  kömək  əsasında  görülməsi 

ümumi  “iməcilik”  termini  altında  birləşmişdir.  Ona  görə  də  burada  iməcilik  təşkil 

edilərkən  əhali  əvvəlcədən  görüləcək  işə  müvafiq  olaraq  dəvət  edilərdi.  Əgər 

“iməcilik”  yundarama,  xalça  toxuma  kimi    məişət  işləri  üçün  təşkil  edilərdisə, 

qadınlar,  təsərrüfat  işlərinin  görülməsi  məqsədilə  təşkil  edilərdisə,  kişilər  cəlb 

olunardı”  (27).  Lakin  çöl  etnoqrafik  materiallardan  məlum  olur  ki,  istər  təsərrüfat, 

istərsə  də  məişət işlərində  təmənnasız  yardım əsasında  görülən işlər təkcə Lənkəran, 

Şəki  və  Zaqatala  bölgələrində  deyil,  Azərbaycanın  əksər  bölgələrində,  o  cümlədən 

Naxçıvan,  Muğan,  Şirvan,  Bakı  və  Gəncə  bölgələrində  də,  habelə  Cənubi 

Azərbaycanda  və  Türkiyədə  də  ümumi  “iməcilik”  anlayışı  ilə  ifadə  edilmişdir. 

Əlbəttə,  bu  həqiqətdir  ki,  Quba  bölgəsində  "iməcilik"  anlayışı  altında  qadınlar 

arasında  köməklik  yolu  ilə  görülən  işlər  başa  düşülmüşdür.  Çöl  etnoqrafik 

materiallarının  təhlili  göstərir  ki,  Quba  bölgəsi  əhalisinin  "leksikonunda  "iməcilik" 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə