5
XIX əsrin axırlarına doğru neft hasilatı sürətlə artmağa başladı. 1901-ci
ildə dünyada çıxarılan neftin 51,6 faizi Rusiyanın payına düşürdü ki, bunun da 95
faizini Bakı verirdi.
Rusiya iqtisadiyyatına güclü zərbə vurmuş 1900-1903-cü illərin ümumi
böhranı az sonra Azərbaycanın neft sənayesini də bürüdü. Neft hasilatı xeyli
azaldı. 1901-ci ildə 671 milyon puddan
*
çox neft çıxarıldığı halda, 1903-cü ildə
hasilat 11 faiz azalaraq, 597 milyon puda endi. Neft quyuları qazılması təqribən iki
dəfə azaldı. Neft emal edən 86 zavoddan 31-i dayandı.
Böhran illərində xeyli kiçik və orta müəssisə müflisləşib aradan çıxdı.
1901-ci ildə 171 neft şirkətindən yalnız 146-sı, 1903-cü ildə isə 136-sı qaldı.
Bakıdan Rusiyaya və xarici ölkələrə hər il orta hesabla 500 milyon pud
neft göndərilməsinə baxmayaraq, anbarlarda 130 milyon puddan artıq neft yığılıb
qalmışdı. Neftin satış qiyməti iki dəfədən çox aşağı düşmüşdü.
Bu dövrdə Bakıda 5-6 yüz fəhləsi olan 15 kiçik kimyəvi zavod işləyirdi.
Zavodlar ağ və qara sulfat turşusu, surraqat, natrium hidroksid, sodalar, təkər yağı
və s. istehsal edirdi.
İstehsal səviyyəsi aşağı düşdüyünə görə, neft sənayesində çalışan fəhlə və
qulluqçuların sayı xeyli azaldı. 1901-ci ildə 36 minə yaxın neftçi fəhlə və qulluqçu
olduğu halda, 1903-cü ildə onların sayı heç 27 min nəfərə də çatmırdı.
Neft sənayesində böhranın ardı ilə on ildən artıq davam edən durğunluq
dövrü başladı. Bu dövrdə illik hasilat heç zaman 500 milyon pud, neft ixracatı isə
400 milyon pud səviyyəsinə qalxa bilmədi.
1905-ci ildə cəmi 410 milyon pud neft çıxarıldı. Birinci rus inqilabı
illərində 51 neft emalı zavodunun 19-u dayandı. Ağ neftin istehsalı daha çox
azaldı. 1904-cü ildə 145 milyon pud ağ neft istehsal edildiyi halda, sonrakı bütün
illərdə bu səviyyə həmişə 100 milyon puddan aşağı olmuşdur.
1907-ci ilin martında dünyada ən uzun Bakı-Batum neft kəməri çəkildi.
829 verst
*
uzunluğunda olan bu kəmər ildə 60 milyon pud neft nəql etməyə imkan
verirdi.
Rusiyada iqtisadiyyatın nisbi yüksəlişi illərində neftə tələbat xeyli artdı.
Neft hasilatı isə, əksinə, üç il ərzində 50 milyon pud azalaraq, 1913-cü ildə 450
milyon puda endi. Həmin dövrdə neft emal edən 64 zavoddan 54-ü qalmışdı ki,
onlardan da yalnız 30-u tam gücü ilə işləyirdi.
1913-cü ildə Azərbaycanda əsrin əvvəlində olduğundan 33 faiz az neft
çıxarılmışdı. İndi o, hasilatın səviyyəsinə görə ABŞ-dan dörd dəfə geri qalırdı.
Ölkədə əsl neft qıtlığı yarandı, onun qiyməti durmadan artdı. 1910—
1913-cü illər arasında neftin hər pudunun qiyməti 15 qəpikdən 42 qəpiyə qalxdı.
*
62,5 pudun 1 tondur.
*
1 verst-1.06 kilometrdir.
6
Neftin qiymətinin bu cür kəskin şəkildə artması, həmin illərdə hasilatın hələ 50
milyon pud azalmasına baxmayaraq, kapitalistlərə böyük mənfəət gətirdi. Üç il
ərzində onların neftdən götürdükləri xalis gəlir dörd dəfə artaraq, 1913-cü ildə 94
milyon manatı ötüb keçdi. Təkcə «Nobel qardaşları» şirkəti 30 milyon manat əsas
kapitalla 18 milyon manatdan çox xalis gəlir götürdü.
Neftin qiymətinin bahalaşması ilə əlaqədar olaraq bir sıra istehsal sahələri
daha ucuz başa gələn daş kömürə, hətta ağac kömürünə keçdilər.
Azərbaycanın qəzalarında neft axtarışı gücləndirildi. Lakin Neftçalada və
bəzi yerlərdə az miqdarda neft tapılıb çıxarıldıqdan sonra axtarış işləri, demək olar
ki, dayandırıldı.
1913-cü ildə Azərbaycan neft sənayesində fəhlə və qulluqçuların ümumi
sayı 45 min nəfərə çatırdı. Onlardan 29 min nəfər neft çıxarılmasında, 8,3 min
nəfər quyu qazılmasında, 4 min nəfər neft emalı zavodlarında, 3,7 min nəfər digər
köməkçi müəssisələrdə çalışırdı. Fəhlələrin 40 faizə qədərini azərbaycanlılar təşkil
edirdi. Neft sənayesində ixtisas tələb etməyən işlərdə Cənubi Azərbaycandan
gəlmiş mövsumi fəhlələrdən istifadə olunurdu.
Neft qıtlığının səbəbi nə idi?
Birinci səbəb neftin çıxarılması və emalı sahəsində yeni texnologiyalardan
çox zəif istifadə edilməsi idi.
Bu zaman artıq kompressor və burma-qazıma üsulları, dərinlik nasosları
və qazlift kəşf edildiyi halda, neftin 95 faizi yenə də dartac üsulu ilə çıxarılırdı.
1913-cü ildə istehsalın cəmi 6 faizi mexanikləşdirilmişdi. Neftin yalnız 30 faizi
elektrik enerjisinin, qalan 80 faizi isə yenə də buxar mühərriklərinin gücü ilə
çıxarılırdı.
Neftin emalı da köhnə metodlarla aparılırdı, halbuki bu zaman daha
səmərəli krekinq istehsal prosesi ixtira edilmişdi. Emal müəssisələri çıxarılan
neftin öhdəsindən gələ bilmirdi. Hər il 100-150 milyon pud xam neft emal
edilməmiş qalırdı. Odur ki, neftə olan yüksək tələbat daha aşağı keyfiyyətli neft
məhsulları ilə ödənilirdi; mazut neft hasilatının yarıdan çoxunu təşkil edirdi.
Bakı neftinin əsas istehsalçıları olan rus, erməni və əcnəbi kapitalistləri
daha asan yolla varlanmağa çalışaraq, nefti fontan vasitəsilə çıxarmağa can atır,
neftlə zəngin olan aşağı layları istismar etmək və yeni texnologiyaları geniş tətbiq
etmək üçün əlavə vəsait xərcləmək istəmirdilər.
İkinci səbəb o idi ki, ölkənin daxilində heç bir rəqibi olmayan və daha
ucuz Amerika neftinin Rusiya bazarına soxulmasının qarşısını almış yüksək
hökumət gömrüyü ilə qorunan Bakı neft maqnatları hasilatı süni sürətdə azaltmaq
yolu ilə nefti istədikləri qiymətə sata bilirdilər.
Neftin qiymətinin qalxmasından varlanan sənayeçilər mövcud vəziyyəti
saxlamağa çalışırdılar. Bu cəhətdən neft istehsalçılarını birləşdirən «Bakı neft
sənayeçiləri qurultayı Şurası» (BNSQŞ) daha fəallıq göstərirdi. Bu nüfuzlu
təşkilatın üzvləri yüksək səviyyəli müşavirələrdə, komissiyalarda iştirak edərək,
Dostları ilə paylaş: |