15
Mexaniki istehsal: Azərbaycanın mexaniki istehsal müəssisələrinin çox
böyük hissəsi, həm də əhəmiyyətliləri Bakı sənaye rayonunda yerləşirdi. Bu
müəssisələr, əsasən, neft sənayesinin və onunla əlaqədar olan digər sənaye
sahələrinin ehtiyacını ödəyirdi.
XX əsrin əvvəllərində Bakı sənaye rayonunda yüzdən artıq mexaniki
istehsal müəssisəsi vardı. Bunların içərisində ən iriləri «Bakı maşınqayırma, neft
sənaye və ticarəti» cəmiyyətinin maşınqayırma zavodu, «Xəzər maşınqayırma və
qazan zavodu» idi. Həmin zavodlarda bəzi illərdə 500 nəfərdən çox fəhlə
işləmişdir.
Müəssisələrdə neft çənləri, buxar qazanları, borular, jelonkalar, metal
məftillər və s. hazırlanırdı. Maşınqayırma zavodlarında müxtəlif dəzgahlar,
buruqların qazılmasında, neft-yağ məhsullarının alınmasında, poladın, çuğunun
tökülməsində və digər texniki proseslər zamanı istifadə olunan cürbəcür cihazlar
qayrılırdı.
Mexaniki istehsal və orada çalışan işçi qüvvəsi getdikcə təmərküzləşirdi.
Birinci dünya müharibəsi ərəfəsində 127 mexaniki istehsal müəssisəsində çalışan
10 minə yaxın fəhlənin
2
/
3
hissəsi 20 iri zavodun payına düşürdü.
Podratla qazıma mexaniki istehsalın mühüm sahəsi idi.
Qazıma işləri, «Nobel qardaşları», Rus «Neft» şirkəti kimi 10 iri neft
şirkəti istisna edilməklə, başlıca olaraq, podratla qazıma müəssisələri tərəfindən
həyata keçirilirdi.
Əsrin əvvəlində Murtuza Muxtarovun Sabunçu, Bibi-heybət və
Suraxanıda üç iri podratla qazıma zavodu vardı. Bu zavodların hərəsində min
nəfərə qədər, bəzən daha çox fəhlə işləyirdi. Qazılan quyuların
1
/
4
çoxu M.
Muxtarovun payına düşürdü.
Bakıda irili-xırdalı 55 podratla qazıma müəssisəsi vardı.
Gəmi təmiri mexaniki istehsalda əhəmiyyətli rol oynayırdı.
«Qafqaz və Merkuri» və «Nobel qardaşları» şirkətlərinin ellinqləri, H. Z.
Tağıyev, Şıxəli Dadaşov və başqalarına məxsus iki dok on iri mexaniki istehsal
müəssisələri idi. 1917-ci ildə «Nobel qardaşları» ellinqində 1200 nəfərdən artıq
fəhlə işləyirdi.
1900—1914-cü illərdə Bakı tərsanələrində 39 gəmi əsaslı təmir olunmuş,
8 gəmi inşa edilmişdir.
Müharibə illərində bütün mexaniki istehsal sahələrində 20 minə yaxın
fəhlə və qulluqçu işləmişdir.
Elektrik istehsalı enerjisi: Elektrik enerjisinə tələbat durmadan artırdı.
İrili-xırdalı bir neçə elektrik stansiyası tikildi. Bu stansiyaların çoxu
«Електрическая сила» səhmdar cəmiyyətinə məxsus idi. Elektrik enerjisinin 95
faizi neft mədənlərində işlənirdi.
16
Bakı elektrik enerjisi istehsalına görə Rusiya şəhərləri arasında Peterburq
və Moskvadan sonra üçüncü yeri tuturdu. Şəhərin elektrik stansiyalarında 700
fəhlə çalışırdı.
Azərbaycanın qəza şəhərlərində də kiçik elektrik stansiyaları tikilirdi.
Artıq birinci dünya müharibəsi ərəfəsində qəza mərkəzlərində, Tovuzda,
Xankəndində və dəmir yol stansiyalarında elektrik eperjisindən istifadə olunurdu.
1913-cü ildə Azərbaycanda 110 milyon kilovat-saatdan artıq, yəni əsrin
əvvəlində olduğundan 14 dəfə çox elektrik enerjisi istehsal edilmişdi. Bunun yalnız
1 milyon kilovat-saatı qəzaların payına düşürdü.
Tikinti materialları istehsalı: Sənayenin inkişafı, şəhər əhalisinin
artması tikinti işlərinə güclü təkan verdi. Kərpic, daş, sement və digər tikinti
materiallarına tələbat olduqca artdı.
1912-ci ildə Azərbaycanda 220 kərpic zavodu vardı. Bu zavodlarda 1700-
dən artıq fəhlə işləyirdi. Zavodların hərəsində 4—6 nəfər və daha az işçi vardı.
Kərpic istehsalında Zaqatala xüsusilə fərqlənirdi. Buradakı 30-a yaxın zavodda
200-dək fəhlə işləyirdi. Bakının kərpic zavodları daha iri idi. Şəhərdəki 21 zavodda
300 nəfərə qədər adam çalışırdı.
Bakıda və ətraf yerlərdə evlərin tikintisində Abşeronda çıxarılan ağ
daşdan geniş istifadə edilirdi.
1906-cı ildə Bakının Keşlə kəndi yaxınlığında Zaqafqaziyada ilk sement
zavodu tikildi. Zavod ildə 7 min tona qədər sement verirdi, burada 200-ə qədər
fəhlə işləyirdi.
1914-cu ildə Tovuzda ikinci sement zavodu işə düşdü. Zavod ildə 13 min
tondan çox məhsul buraxırdı. Zavodda və onun karxanalarında 5-6 yüz fəhlə
çalışırdı.
Tikinti materialları istehsalının başqa sahələri də inkişaf edirdi. Bakıda
oda davamlı materiallar istehsal edən «Qipsolit» zavodu, taxta-şalban zavodu,
mexaniki üsulla işləyərək mebel, parket və çəllək hazırlayan iki emalatxana, yeşik
və karton hazırlayan bir neçə müəssisə və onlarca başqaları vardı.
Yüngül sənaye: İpək emalı istehsalın mühüm sahələrindən idi.
Zaqafqaziyada xam ipəyin yarıdan çoxunu Azərbaycan verirdi. İpək emalı
müəssisələri, başlıca olaraq, baramaçılığın inkişaf etdiyi üç zonada: Nuxa-
Zaqatala, Qarabağ və Naxçıvan zonalarında cəmləşmişdi.
Əsrin əvvəlində 2—4, hətta bir nəfərin çalışdığı 450-dən artıq kustar
müəssisəsi vardı. Əl əməyinə əsaslanan bu müəssisələrin sürətlə fabriklərə
çevrilməsi ilə əlaqədar olaraq istehsal daha da təmərküzləşirdi. Təkcə Nuxa—
Zaqatala zonasında 1899— 1904-cü illər arasında ipək emalı müəssisələrinin sayı
(420) beş dəfədən çox azaldığı halda, istehsalat sabit qalmışdı.
Nuxa—Zaqatala zonası əsas ipəkçilik rayonu idi. 1904-cü ildə
Azərbaycanın 119 ipək emalı müəssisəsinin 81-i bu zonada, o cümlədən 79-u Nuxa
qəzasında, əsasən, Nuxa şəhərində yerləşirdi.
Dostları ilə paylaş: |