Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə7/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   2   3   4   5   6   7   8   9   10   ...   69

15 
 
Mexaniki  istehsal:  Azərbaycanın  mexaniki  istehsal  müəssisələrinin  çox   
böyük  hissəsi,  həm  də  əhəmiyyətliləri  Bakı  sənaye  rayonunda  yerləşirdi.  Bu 
müəssisələr,  əsasən,  neft  sənayesinin  və  onunla  əlaqədar  olan  digər  sənaye 
sahələrinin ehtiyacını ödəyirdi. 
XX  əsrin  əvvəllərində  Bakı  sənaye  rayonunda  yüzdən  artıq  mexaniki 
istehsal  müəssisəsi  vardı.  Bunların  içərisində  ən  iriləri  «Bakı  maşınqayırma,  neft 
sənaye  və  ticarəti»  cəmiyyətinin  maşınqayırma  zavodu,  «Xəzər  maşınqayırma  və 
qazan  zavodu»  idi.  Həmin  zavodlarda  bəzi  illərdə  500  nəfərdən  çox  fəhlə 
işləmişdir. 
Müəssisələrdə  neft  çənləri,  buxar  qazanları,  borular,  jelonkalar,  metal 
məftillər  və  s.  hazırlanırdı.  Maşınqayırma  zavodlarında  müxtəlif  dəzgahlar, 
buruqların  qazılmasında,  neft-yağ  məhsullarının  alınmasında,  poladın,  çuğunun 
tökülməsində  və  digər  texniki  proseslər  zamanı  istifadə  olunan  cürbəcür  cihazlar 
qayrılırdı. 
Mexaniki  istehsal  və  orada  çalışan  işçi qüvvəsi  getdikcə  təmərküzləşirdi. 
Birinci  dünya  müharibəsi ərəfəsində  127  mexaniki  istehsal  müəssisəsində  çalışan 
10 minə yaxın fəhlənin 
2
/
3
 hissəsi 20 iri zavodun payına düşürdü. 
Podratla qazıma mexaniki istehsalın mühüm sahəsi idi. 
Qazıma  işləri,  «Nobel  qardaşları»,  Rus  «Neft»  şirkəti  kimi  10  iri  neft 
şirkəti  istisna  edilməklə,  başlıca  olaraq,  podratla  qazıma  müəssisələri  tərəfindən 
həyata keçirilirdi. 
Əsrin  əvvəlində  Murtuza  Muxtarovun  Sabunçu,  Bibi-heybət  və 
Suraxanıda  üç  iri  podratla  qazıma  zavodu  vardı.  Bu  zavodların  hərəsində  min 
nəfərə  qədər,  bəzən  daha  çox  fəhlə  işləyirdi.    Qazılan    quyuların 
1
/
4
  çoxu  M. 
Muxtarovun payına düşürdü. 
Bakıda irili-xırdalı 55 podratla qazıma müəssisəsi vardı. 
Gəmi təmiri mexaniki istehsalda əhəmiyyətli rol oynayırdı. 
«Qafqaz və Merkuri» və «Nobel qardaşları» şirkətlərinin ellinqləri, H. Z. 
Tağıyev,  Şıxəli  Dadaşov  və  başqalarına  məxsus  iki  dok  on  iri  mexaniki  istehsal 
müəssisələri  idi.  1917-ci  ildə  «Nobel  qardaşları»  ellinqində  1200  nəfərdən  artıq   
fəhlə işləyirdi. 
1900—1914-cü illərdə Bakı tərsanələrində 39 gəmi əsaslı təmir olunmuş, 
8 gəmi inşa edilmişdir. 
Müharibə  illərində  bütün  mexaniki  istehsal  sahələrində  20  minə  yaxın 
fəhlə və qulluqçu işləmişdir. 
Elektrik  istehsalı  enerjisi:  Elektrik  enerjisinə  tələbat  durmadan  artırdı. 
İrili-xırdalı  bir  neçə  elektrik  stansiyası  tikildi.  Bu  stansiyaların  çoxu 
«Електрическая  сила»  səhmdar  cəmiyyətinə  məxsus  idi.  Elektrik  enerjisinin  95 
faizi neft mədənlərində işlənirdi. 


16 
 
Bakı elektrik enerjisi istehsalına görə Rusiya şəhərləri arasında Peterburq 
və  Moskvadan  sonra  üçüncü  yeri  tuturdu.  Şəhərin  elektrik  stansiyalarında  700 
fəhlə çalışırdı. 
Azərbaycanın  qəza  şəhərlərində  də  kiçik  elektrik  stansiyaları  tikilirdi. 
Artıq  birinci  dünya  müharibəsi  ərəfəsində  qəza  mərkəzlərində,  Tovuzda, 
Xankəndində və dəmir yol stansiyalarında elektrik eperjisindən istifadə olunurdu. 
1913-cü ildə Azərbaycanda 110 milyon kilovat-saatdan  artıq, yəni  əsrin 
əvvəlində olduğundan 14 dəfə çox elektrik enerjisi istehsal edilmişdi. Bunun yalnız 
1 milyon kilovat-saatı qəzaların payına düşürdü. 
Tikinti  materialları  istehsalı:  Sənayenin  inkişafı,  şəhər  əhalisinin 
artması  tikinti  işlərinə  güclü  təkan  verdi.  Kərpic,  daş,  sement  və  digər  tikinti 
materiallarına tələbat olduqca artdı. 
1912-ci ildə Azərbaycanda 220 kərpic zavodu vardı. Bu zavodlarda 1700-
dən  artıq  fəhlə  işləyirdi.  Zavodların  hərəsində  4—6  nəfər    və  daha  az  işçi  vardı. 
Kərpic  istehsalında  Zaqatala  xüsusilə  fərqlənirdi.  Buradakı  30-a  yaxın  zavodda 
200-dək fəhlə işləyirdi. Bakının kərpic zavodları daha iri idi. Şəhərdəki 21 zavodda 
300 nəfərə qədər adam çalışırdı. 
Bakıda  və  ətraf  yerlərdə  evlərin  tikintisində  Abşeronda  çıxarılan  ağ 
daşdan geniş istifadə edilirdi. 
1906-cı  ildə  Bakının  Keşlə  kəndi  yaxınlığında  Zaqafqaziyada  ilk  sement 
zavodu  tikildi.  Zavod  ildə  7  min  tona  qədər  sement  verirdi,  burada  200-ə  qədər 
fəhlə işləyirdi. 
1914-cu ildə Tovuzda ikinci sement zavodu işə düşdü. Zavod ildə 13 min 
tondan  çox  məhsul  buraxırdı.  Zavodda  və  onun  karxanalarında  5-6  yüz  fəhlə 
çalışırdı. 
Tikinti  materialları  istehsalının  başqa  sahələri  də  inkişaf  edirdi.  Bakıda 
oda  davamlı  materiallar  istehsal  edən  «Qipsolit»  zavodu,  taxta-şalban  zavodu, 
mexaniki üsulla işləyərək mebel, parket və çəllək hazırlayan iki emalatxana, yeşik 
və karton hazırlayan bir neçə müəssisə və onlarca başqaları vardı. 
Yüngül  sənaye:  İpək  emalı  istehsalın  mühüm  sahələrindən  idi.   
Zaqafqaziyada  xam  ipəyin  yarıdan  çoxunu  Azərbaycan  verirdi.  İpək  emalı  
müəssisələri,    başlıca    olaraq,    baramaçılığın  inkişaf  etdiyi  üç  zonada:    Nuxa-
Zaqatala, Qarabağ və Naxçıvan zonalarında cəmləşmişdi. 
Əsrin  əvvəlində  2—4,  hətta  bir  nəfərin  çalışdığı  450-dən  artıq  kustar 
müəssisəsi  vardı.  Əl  əməyinə  əsaslanan  bu  müəssisələrin  sürətlə  fabriklərə 
çevrilməsi  ilə  əlaqədar  olaraq  istehsal  daha  da  təmərküzləşirdi.  Təkcə  Nuxa—
Zaqatala  zonasında  1899—  1904-cü  illər  arasında  ipək  emalı müəssisələrinin  sayı 
(420) beş dəfədən çox azaldığı halda, istehsalat sabit qalmışdı. 
Nuxa—Zaqatala  zonası  əsas  ipəkçilik  rayonu  idi.  1904-cü  ildə 
Azərbaycanın 119 ipək emalı müəssisəsinin 81-i bu zonada, o cümlədən 79-u Nuxa 
qəzasında, əsasən, Nuxa şəhərində yerləşirdi. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə