Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə9/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   5   6   7   8   9   10   11   12   ...   69

20 
 
1900-cü  ildə  Azərbaycanda  160-a  qədər  gön-dəri  istehsal  müəssisəsi—
dabbaqxana  vardı.  Gön-dəri  istehsalının  əsas  mərkəzləri  Nuxa,  Şamaxı, 
Yelizavetpol, Bakı, Naxçıvan, Şuşa şəhərləri idi. Bəzi iri kəndlərdə də dabbaqxana 
olurdu. 
Gön-dəri  istehsalında  Nuxa  və  Şamaxı  qəzaları  xüsusilə  fərqlənirdi.  Bu 
qəzalarda  110-na  yaxın  dabbaqxana,  o  cümlədən  Nuxa  və  Şamaxı  şəhərlərinin 
hərəsində 35 dabbaqxana vardı. 
Tələbatın  durmadan  artması  ilə  əlaqədar  olaraq,  gön-dəri  müəssisələri 
genişlənib zavodlara çevrildi, məhsul istehsalı xeyli artdı. 1913-cü ildə təkcə Nuxa 
şəhərində  hərəsində  orta  hesabla  30-dan  artıq  fəhlənin  çalışdığı  50  zavod  vardı. 
Həmin  il  Nuxa  qəzasında  olan  70  zavod  70  min  pud  gön-dəri  məmulatı  istehsal 
etmişdi. 
Sənayenin yüksəlişi  illərində Azərbaycan və Rusiyanın gön-dəri istehsalı 
müəssisələrinə hər il orta hesabla 600 min ədəddən çox xam dəri satılırdı. 
Müharibə illərində hərbi sifarişlərlə əlaqədar olaraq, gön-dəri məmulatına 
tələbat  son  dərəcə  artdı.  Bu,  gön-dəri  müəssisələrinin  çox  sürətlə  genişlənməsinə 
səbəb  oldu.  1915-ci  ildə  Nuxa  qəzasında  gön-dəri  zavodlarının  sayı  (70  zavod) 
dəyişməz  qaldığı  halda,  onların  hərəsində  orta  hesabla  58  nəfər,  bəzilərində  isə 
hətta 100 və daha çox fəhlə işləmişdir. 
Gön-dəri  məmulatının  çoxalmasına  baxmayaraq,  hərbi  sifarişlərin 
1
/
3
 
hissəsi  güclə  yerinə  yetirilirdi.  Ona  görə  hökumət  yerlərdə  bu  məmulatın  dövlət 
tədarükü ilə məşğul olan komissiyalar yaratdı. 
Əsrin əvvəlindən keçən 15 il ərzində gön-dəri sənayesində fəhlələrin sayı 
7 dəfədən çox, məhsul hasilatı isə daha çox artmışdı. 
Bakı,  Şamaxı,  Yelizavetpol,  Şuşa,  Şəki  şəhərlərində  sabun  bişirilirdi. 
Sabunbişirmə  müəssisələri  kiçik  idi  və  hərəsində  2—3,  bəzən  bir  nəfər  çalışırdı. 
Azərbaycanda yüzdən artıq fəhləsi olan 18 sabunbişirmə müəssisəsi vardı. 
Yeyinti  sənayesi:  Taxıl  məhsulları  emalı  əsas  istehsal  sahəsi  idi.  İri 
unüyutmə  və    çəltiktəmizləmə  müəssisələri  Bakı  şəhərində  yerləşirdi.  XX  əsrin 
əvvəllərində  burada  15  unüyütmə  və  çəltiktəmizləmə  müəssisəsi  vardı.  Ağabala 
Quliyevə  məxsus  dəyirman  ən  iri  emal  müəssisələrindən  idi.  1912-ci  ildə  H.  Z. 
Tağıyevin  iri  unüyütmə  dəyirmanı  işə  düşdü.  Bu  müəssisələrdə  buxarın  gücü  ilə 
hərəkətə gətirilən mühərriklər, əzmə dəzgahları və qazanlardan istifadə edilirdi. 
1917-ci ildə dəyirman fəhlələrinin sayı 620 nəfər olmuşdur. 
Azərbaycanın qəzalarında buxarla işləyən onlarca dəyirman vardı. Çox da 
böyük olmayan bu müəssisələrdə bir neçə adam işləyirdi. Suyun gücü ilə hərəkətə 
gətirilən dəyirman və dinglərdən də geniş istifadə olunurdu. 
Balıq və balıq məhsulları əhalinin əsas qida maddələrindən idi. 
Əvvəllər  Azərbaycanda  balıq  çay  və  göllərdən  tutulurdu.  Dəniz 
balıqçılığında ilk vətəgə 1898-ci ildə meydana gəlmişdi. 


21 
 
Vətəgələr  dövlətin  ixtiyarında  olub,  üç  ildən  bir,  1912-ci  ildən  isə  altı 
ildən  bir  hərrac  yolu  ilə  icarəyə  verilirdi.  Vətəgələrin  icarəyə  verilməsindən 
xəzinənin  orta  illik  gəliri  1,6  milyon  manata  çatırdı.  Kür  çayı  boyunca  yerləşən 
vətəgələr  içərisində  Bankə  xüsusilə  fərqlənirdi.  1901-ci  ildə  Bankə  artıq  üç  min 
nəfərdən çox əhalisi olan qəsəbəyə çevrilmişdi. Burada iyirmi min pud balıq tutan 
soyuducu,  buz  zavodu,  çəllək  emalatxanası  tikilmiş,  vətəgələrarası  telefon  xətti 
çəkilmiş, ovlanan balığı Kür çayı üstündəki sahil körpüsündən emal müəssisələrinə 
tez daşımaq üçün darxətli dəmir yol salınmış, elektrik stansiyası, su anbarı qülləsi, 
sabunbişirmə və konserv zavodları və s. inşa edilmişdi. 
1900-cü  ildə  Bakı—Petrovsk  dəmir  yolunun  işə  düşməsi  dənizsahili 
vətəgələrin  salınmasına  güclü  təkan  verdi.  Həmin  il  Bakı  quberniyasının  dəniz 
sahilində  cəmi  9  vətəgə  vardısa,  1906-cı  ildə  onların  sayı  iyirmi  dəfədən  çox 
artaraq, 200-ə çatdı. 
Vətəgə sahiblərinin çoxu—35 nəfəri rus idi. Onlar, əsasən, Həştərxandan 
gəlmişdilər. 9 nəfər azərbaycanlı vətəgəçi sahibkar vardı. 
Rusiyada tutulan balığın 60 faizini Xəzər dənizi, Xəzərdə ovlanan balığın 
isə 
1
/
3
-ni  Azərbaycan  verirdi.  Azərbaycanın  çayları,  habelə  Xəzər  dənizi  ən 
qiymətli  sayılan  nərə  balığı  növlərinin  zənginliyinə  görə  dünyada  birinci  yeri 
tuturdu.  Burada  hər il  yüz  minlərlə pud  «qırmızı» adlandırılan  əla növ  balıqlar—
nərə,  uzunburun,  ağbalıq,  qayabalığı  və  strelyad  ovlanırdı.  Lakin  ən  çox  siyənək 
balığı tutulurdu. 
Emal  müəssisələrində  balıqdan  müxtəlif  məhsullar:  hisə  qoyulmuş  və 
qurudulmuş balıqlar, konservlər, balıq yağı, kürü, o dövrdə əla sayılan yapışqan və 
sair hazırlanırdı. 
Bakı  vətəgələrinə  yiyələnmək  üstündə  kapitalistlər  arasında  qızğın 
mübarizə gedirdi. H. Z. Tağıyev, Musa Nağıyev və başqa azərbaycanlı kapitalistlər 
hərraclar  zamanı  daha  yüksək  qiymətlər  təklif  etməklə,  vətəgələrin  xeyli hissəsini 
öz əllərinə keçirdilər. H. Z. Tağıyev Xəzərin Dəvəçi—Yalama hissəsində, xüsusən 
Dağıstan sahillərində vətəgələrin böyük  əksəriyyətinə sahib oldu. Onun balıqçılıq 
təsərrüfatına 30 vətəgə daxil idi. 
Balıqçılıq təsərrüfatlarının texniki təchizatı müntəzəm olaraq yaxşılaşırdı. 
İri vətəgələrə elektrik və telefon xətləri çəkilir, onlarda buxarın  gücündən istifadə 
olunurdu. Burada buz istehsal edən zavodlar, daş çənlər, anbarlar, çəlləkqayırma və 
emal müəssisələri, sahilyanalma körpüləri tikilir, bəzən darxətli dəmir yolu çəkilir, 
habelə balıqçı qəsəbələri salınırdı. 
Azərbaycanın balıq  sənayesi güclü donanmaya malik idi. 1912-ci ildə bu 
donanmanın tərkibində yükgötürmə gücü 1,7 milyon pud olan irili-xırdalı 6 minə 
yaxın gəmi, o cümlədən 90-dan artıq matorlu barkas vardı. 
1913-cü  ildə  Azərbaycanda  13  milyon  puda  yaxın  balıq  və  balıq 
məhsulları  hasil  edilmişdi.  Bu,  əsrin  əvvəlində  olduğundan  təqribən  beş  dəfə  çox 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə