Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə10/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   6   7   8   9   10   11   12   13   ...   69

22 
 
idi.  Həmin  il təqribən  450 min  ədəd  qırmızı növ  balıq  ovlanaraq, 40  min  puddan 
çox qara kürü alınmışdı. 
Bu  dövrdə  balıq  sənayesi  müəssisələrində  40  min nəfərdən artıq  fəhlə  və 
qulluqçu işləyirdi. Onların arasında balıq məhsulları hazırlamaqla məşğul olanların 
yarıdan çoxunu-4 min nəfərini qadınlar təşkil edirdi. 
Balıq  və  balıq  məhsullarının 
4
/
5
  hissəsindən  çoxu  Rusiyaya  aparılırdı. 
Məhsulun bir hissəsi oradan xarici ölkələrə göndərilirdi. 
Birinci  dünya  müharibəsi  illərində  balıqçılıq  təsərrüfatları  xeyli  gerilədi. 
1916-cı  ildə  balıqçılıq  və  balıq  məhsulları  hasilatı  1913-cü  ilə  nisbətən  40  faiz 
azaldı,  balıqçılıq  donanması  isə  20  faiz  ixtisar  edildi.  İxracat  son  dərəcədə 
məhdudlaşdı. 
Balıq və balıq məhsullarının, balıq ovu ləvazimatının qiyməti xeyli qalxdı. 
1916-cı ildən balıq sənayesi müəssisələri əsasən dövlət sifarişlərini yerinə 
yetirirdilər. 
Azərbaycanın  balıq  sənayesi  ilk  çağlarından  kapitalist  əsasları  üzərində 
qurulmuşdu. Ayrı-ayrı şirkətlərə (ticarət evlərinə) məxsus olan balıq  vətəgələrində 
muzdlu əməkdən istifadə edilirdi. 
Çoxlu  qazanc  gətirən  balıqçılıq  təsərrüfatları  sürətlə  genişlənir  və  güclü 
rəqabət  meydanına  çevrilirdi.  Vətəgələrin  vaxtaşırı  hərraca  qoyulması  qaydası  da 
bu vətəgələrin daha güclü rəqiblərin əlinə keçməsinə imkan verirdi. Nəticədə, xeyli 
xırda vətəgə sahibi tədricən müflisləşib aradan çıxır, yaxud iri kapitalistlərdən asılı  
vəziyyətə düşürdü. 
Balıq  sənayesində  istehsalın  sürətlə  təmərküzləşməsi  bir  sıra  iri 
şirkətlərin, səhmdar cəmiyyətlərinin, inhisar birliklərinin yaranmasına səbəb oldu. 
1909-cu  ildə  bir  neçə  balıq  sənayeçisi  öz  aralarında  sindikat  müqaviləsi 
bağlayaraq «Zaqafqaziya balıq sənayesi» şirkətini təsis etdilər. Onlar özlərinin çay 
və  göllərdəki  vətəgələrini  bu  şirkətin  ixtiyarına  verdi,  balıq  və  balıq  məhsulları 
satışı  üzərində  inhisar  qiyməti  qoydular.  İkinci  belə  inhisar  birliyi  dəniz 
balıqçılığında  yarandı.  «Sila»  Xəzər  balıq  sənayesi  şirkətində  sindikat  müqaviləsi 
əsasında  birləşən  iri  vətəgəçi  kapitalistlər  dənizdə  ovlanan  balıq  və  balıq 
məhsullarına  istədikləri  satış  qiyməti  qoymaqla  özlərinin  rəqiblərini  sıxışdırır, 
onların məhsulunu dəyər-dəyməzinə alıb, sonradan baha qiymətə satırdılar. 
Balıqçılıqda  səhmdar  cəmiyyətlərinin  təşkilinə  hələ  XX  əsrin  lap 
əvvəllərində  başlanılsa  da,  bu  cəmiyyətlər, əsasən,  sənayenin  yüksəlişi  dövründə, 
xüsusən  birinci  dünya  müharibəsi  illərində  formalaşmış  və  istehsalatda  həlledici 
mövqelər tutmuşlar. 
Ən  iri  səhmdar  cəmiyyətləri  1913-cü  ildə  təşkil  edilmiş  «Rıbak»  balıq 
sənayesi  və  ticarəti  cəmiyyəti»  və  1916-cı  ildə  təşkil  edilmiş  «Kaspi—Tağıyev 
balıq  sənayesi  cəmiyyəti»  idi.  Bu  səhmdar  cəmiyyətləri  bir  sıra  şirkətləri  öz 
nəzarəti  altına  alaraq,  xüsusən,  dəniz  balıqçılığında  hakim  rol  oynayırdılar. 
Müharibə  illərində  cəbhə  üçün  işləyən  «Kaspi—Tağıyev»  və  «Rıbak»  səhmdar 


23 
 
cəmiyyətləri  balıq  və  balıq  məhsullarının  istehsalı  və  satışını  öz  inhisarına  almış 
başlıca birliklər idi. 
Otuzdan  artıq  balıqçılıq  şirkətinin  və  çoxlu  fərdi-ailə  müəssisələrinin 
mövcudluğu  şəraitində  balıq  sənayesinə  qoyulmuş  kapitalın  2/3  hissəsi  —  16 
milyon manata qədəri təkcə 7 səhmdar cəmiyyətin payına düşürdü. Balıq və balıq 
məhsulları hasilatında  iri  şirkətlərin,  xüsusilə  bir neçə  səhmdar  cəmiyyətin hakim 
mövqe tutması sənayenin bu  sahəsində kapitalist istehsal münasibətlərinin yüksək 
inkişaf etdiyini göstərirdi. 
ġərabçılıq  müəssisələri,  əsasən,  üzümçülüyün  daha  geniş  yayıldığı 
Yelizavetpol, Şuşa, Göyçay və Şamaxı qəzalarında cəmləşmişdi. 
Təmizlənmiş  spirt  və  konyak  spirti  istehsal  edən  zavodlar  istisna 
olunmaqla, şərab emalı müəssisələrinin əksəriyyəti kiçik idi. 
1913-cü  ildə  1300-dən  bir  qədər  çox  şərab  zavodu,  o  cümlədən  7 
təmizlənmiş spirt və 7 konyak spirti çəkən zavod vardı. 
Həmin  dövrdə  şərab  istehsalı  əsrin  əvvəllərinə  nisbətən  üç  dəfə 
çoxalmışdı. Təkcə çaxır istehsalı 4 milyon vedrədən artıq idi. 
Birinci  dünya  müharibəsi  ərəfəsində  şərabçılıq  müəssisələrində  5500-ə 
yaxın fəhlə işləyirdi. 
Şərab məhsullarının çoxu Rusiyanın şəhərlərinə göndərilirdi. 
Birinci  dünya  müharibəsi illərində  şərabçılıq  sənayesi  sürətlə  geriləməyə 
başladı. Hələ müharibənin ilk iki ili ərzində Bakı və Yelizavetpol quberniyalarında 
şərabçılıq  müəssisələrinin  850-si  (65  faizi)  bağlandı,  istehsal  8  dəfədən  də  çox 
aşağı düşdü. 
Əsrin  əvvəllərində  Azərbaycanda  4  pivə  zavodu  vardı.  Onların  ən 
böyükləri Bakının Zığ və Forer qardaşlarının Yelenendorf kəndindəki zavodlar idi. 
Sonralar  zavodların  gücü  və  sayı  artdı,  pivə  istehsalı  20  dəfəyədək  çoxaldı.  Pivə 
yalnız yerli təlabatı ödəyirdi. 1913-cü ildə pivə istehsalı ilə 340 nəfərə qədər adam 
məşğul olurdu. Onların 300 nəfəri Bakının payına düşürdü. 
Azərbaycanda  şərabçılığın  inkişafı  burada  kapitalist  istehsalının 
möhkəmlənməsi prosesi ilə yanaşı gedirdi. Hələ əsrin əvvəllərində şərabçılıqda bir 
neçə şirkət və bir səhmdar cəmiyyəti fəaliyyət göstərirdi. 
1903-cü  ildə  şirkətlərdən  birinin  Ucardakı  şərab-spirt  zavodu  Bakı 
quberniyasında hasil edilən spirtin 40 faizini vermişdi. 
1904-cü  ildə  Şamaxı  tacirləri  «Ağrıyev  qardaşları»  şirkətinin  Şamaxı 
qəzasından  başqa,  Kürdəmirdə,  Ucarda,  həmçinin  Gürcüstanda,  Səmərqənddə, 
Buxarada şərab zavodları vardı. 
Ən  iri  şərabçılıq  şirkəti  «Forer  qardaşları»  ticarət  evi  idi.  Yelizavetpol 
quberniyasında, əsasən, alman koloniyalarında müxtəlif növ istehsalatlarla məşğul 
olan  Forer  qardaşlarının  Yelizavetpol  şəhərində,  Alabaşlıda,  Sadıllıda  və  başqa 
yerlərdə müasir avadanlıqla təchiz edilmiş şərab-spirt zavodları, zirzəmiləri, çəllək 
zavodu, habelə 12 vaqon yerləşən xüsusi dəmir yol platforması vardı. Şirkətin 10-


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə