Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə18/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   14   15   16   17   18   19   20   21   ...   69

39 
 
tərəfindən  bütün  kənd  təsərrüfatı  məhsulunun  əsas  hissəsi,  əmtəənin  isə  yarıdan 
çoxu istehsal olunurdu. 
Kənd  təsərrüfatının  bütün  sahələrində  muzdlu  əməkdən  az-çox  istifadə 
olunması, kapitalist istehsal münasibətlərinin bir sıra sahələrdə hətta üstün mövqe 
tutması  Azərbaycanın  xırda  kəndli  təsərrüfatı  ölkəsi  kimi  simasını  əsla 
dəyişdirmirdi.  On  minlərlə  təsərrüfat  kapitalist  əsaslarında  qurulub,  xeyli  əmtəə 
istehsal  etsə  də,  yüz  minlərlə  xırda  kəndli  təsərrüfatı  yenə  də  kənd  təsərrüfatı 
hasilatında həlledici rol oynayırdı. Kənd təsərrüfatında ümumi gəlirin 3/4 hissəsini 
verən  taxılçılıq  və  maldarlıq  kimi  başlıca  sahələr  kapitalizməqədərki  istehsal 
münasibətlərinə əsaslanırdı. 
 
§ 3. ġƏHƏRLƏR. TĠCARƏT. NƏQLĠYYAT. 
 RABĠTƏ 
 
ġəhərlər: XX əsrin əvvəllərində Azərbaycanın şəhərləri daha da böyüyür, 
onların əhalisi artırdı. 1900-cü ildən 1915-ci ilin axırınadək ölkənin əhalisi cəmi 25 
faiz artdığı halda, şəhər əhalisi 70 faiz çoxalmışdı. Bu zaman şəhər əhalisinin sayı 
529 min nəfərdən artıq idi. 
Şəhərlərin böyüməsində əhalinin təbii artımı ilə yanaşı, sənayenin inkişafı 
mühüm rol oynayırdı. Sənaye, ticarət, bank müəssisələrinin cəmləşdiyi şəhərlər bir 
parça  çörək  dalınca  buraya  müvəqqəti  işləməyə  gələn  torpaqsız  və  aztorpaqlı 
kəndlilərin çox zaman daimi yaşayış məskəninə çevrilirdi. 
XX əsrin əvvəllərində Bakı Rusiya imperiyasının çox sürətlə inkişaf edən 
iri sənaye şəhərlərindən biri idi. 15 il  ərzində şəhərin əhalisi 70 min nəfər artaraq, 
1915-ci ilin axırında 262 min nəfərə çatmışdı. Bakı, əhalisinin sayına görə Rusiya 
imperiyasında Peterburq və Moskva şəhərlərindən sonra üçüncü yeri tuturdu. 
Şəhərdə minlərlə neft buruğu, irili-xırdalı yüzlərlə zavod və fabrik, çoxlu 
emalatxana,  gəmi  tərsanəsi  və  başqa  müəssisələr  vardı.  Azərbaycanda  fəaliyyət 
göstərən otuzdan artıq bankdan altısının idarə heyəti Bakıda yerləşirdi. 
Dünya neftinin başlıca istehsalçılarından olan Bakının beynəlxalq nüfuzu 
durmadan  artırdı.  Şəhərdə  160-dan  artıq  ingilis,  alman,  fransız,  Avstriya— 
Macarıstan,  polyak,  Kanada  və  digər  xarici  ölkə  şirkətlərinin,  həmçinin  bəzi  rus 
şirkətlərinin  daimi  nümayəndəlikləri  vardı.  Bakı  ilə  birbaşa  əlaqələr  yaratmaq 
məqsədilə  burada  13  dövlətin konsulluğu  açılmışdı.  Onların  arasında  iri  kapitalist 
dövlətləri  və  qonşu  İran,  Türkiyə  ilə  yanaşı,  Danimarka,  Belçika,  Hollandiya, 
Norveç və Yunanıstanın da konsulluqları vardı. 
Bakıda  kapitalistlər  və  tacirlər  tərəfindən  bir  sıra  yaraşıqlı  evlər  tikilir, 
ictimai və idarə binaları ucaldılırdı. 
Lakin  çox  sürətlə  böyüyüb  inkişaf  edən  milyonlar  səltənətinin  çoxlu 
problemi vardı. 


40 
 
XX əsrin əvvəllərində varlıların yaşadığı bir neçə küçə istisna edilməklə, 
axşamlar  şəhərin  küçələrində  (özü  də  hamısında  yox)  hələ  də  neft  fənərlərindən 
istifadə  olunurdu.  Küçələrin  elektrik  çırağı  ilə  işıqlandırılmasına  yalnız  1905-ci 
ildən sonra başlanmışdı. 
Küçələrin  çoxuna nəinki  asfalt, heç  daş  da  döşənməmişdi. Ona  görə  toz, 
palçıq  olurdu.  Yalnız  «Aleksandr  Nevski»  kilsəsinin  və  Bakı  qradonaçalnikliyi 
binasının qarşısında cəmi yarım kilometr uzunluğunda asfalt döşəmə vardı. 
Başlıca ictimai nəqliyyat vasitəsi keçən əsrin axırlarında işə salınan konka 
idi. Konkalar şəhərin bəzi mərkəzi küçələrində işləyirdi. Yalnız 1907-ci ildən sonra 
şəhərdə ictimai avtomobil nəqliyyatı işə düşdü. 
Şəhərin başlıca mərkəzi küçələrinə verilmiş adlar onun müstəmləkə diyarı 
olmasını  bir  daha  təsdiq  edirdi:  Nikolayevski,  Velikoknyajski,  II  Aleksandr, 
Mixaylovski, Romanovski, Vorontsov və s. 
Bakıda  ictimai  bağ-bağça,  yaşıllıq  çox  az  idi.  Çünki  su  çatışmırdı. 
Qubernator  bağı  adlanan  ən  qədim  və  nisbətən  abad  xiyaban  şəhərin  əsas  bağı 
sayılırdı.  Lakin  bu  bağ,  əsasən,  kübar ailələrə  məxsus  olduğundan,  başqa adamlar 
buraya həftənin yalnız bir neçə günü buraxılırdı. 
Peterburq  Texnoloji  İnstitutunu  bitirmiş  Məmmədhəsən  Hacınski  Bakı 
bələdiyyə  idarəsinin  tikinti  şöbəsinə  rəis  təyin  ediləndən  sonra  şəhərdə  abadlıq 
işləri  xeyli  genişləndi.  1909-1911-ci  illərdə  onun  rəhbərliyi  ilə  dənizkənarı  park 
(bulvar)  salındı.  Parkın  qabağında  dənizin  içərisində  çox  yaraşıqlı  və  rahat  dəniz 
hamamı  binası  tikildi.  İkinci  belə  binaya  yalnız  Fransanın Nitsa kurort  şəhərində 
rast gəlmək olardı. 
M. 
H. 
Hacınskinin 
redaktorluğu 
ilə 
Bakının 
küçələrinin 
abadlaşdırılmasına  dair  kitab  buraxıldı.  O,  Bakı  Şirvanşahlar  sarayının  qorunub 
saxlanması və bərpası haqqında təşəbbüs qaldırdı. 
Şəhər  əhalisi  içməli  su  sarıdan  çox  korluq  çəkirdi.  Dəniz  suyunu 
şirinləşdirib  şəhərə  verən  iki  stansiya  tələbatın  çox  cüzi  hissəsini  ödəyirdi.  Ona 
görə əhali əsasən quyu suyundan istifadə edirdi. Lakin  şəhərdə olan 800 quyudan 
yalnız  100-nun  suyu  içməyə  yararlı  idi.  Qalan  quyuların  çoxunun  suyu  cürbəcür 
xəstəliklərə,  bəzən  xolera  kimi  yoluxucu  xəstəliyin  baş  verib  yayılmasına  səbəb 
olurdu.  Ona  görə  müvafiq  hökumət  idarələri  quyulara  vaxtaşırı  dərman  tökdürür, 
bəzilərini isə torpaq doldurub bağlatdırırdı. 
Əvvəllər Kür çayından, sonra Volqa çayından barjlarla su gətirib vedrəsini 
bəzən  iki  qəpiyə  satırdılar.  Lakin  bu  gətirilmə  sular  kifayət  etməməkdən  əlavə, 
həm də baha satıldığı üçün yoxsullar onu ala bilmirdilər. 
Milyonçu  H. Z. Tağıyev şəhər ətrafında şirin su mənbəyi axtarıb tapmaq 
xərcini  öz  üzərinə götürərək,  bu  cür işlərin mütəxəssisi  olan  Vilyam  Lindeyn adlı 
bir alman mühəndisini Bakıya dəvət etdi. Uzun axtarışdan sonra, nəhayət, Bakıdan 
190  km  aralı,  Qubanın  yaxınlığında  Şollar  adlı  yerdə  şirin  su  çeşməsi  aşkara 
çıxarıldı. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə