Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə21/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   17   18   19   20   21   22   23   24   ...   69

45 
 
manatlıq mal satılırdı. Hər il may—iyun aylarında Bakıda açılan İran yarmarkasına 
orta hesabla 500 milyon manatlıqdan çox xarici mal gətirilirdi. 
1910-cu  ildə  Xaçmaz  dəmir  yol  stansiyasında  təşkil  edilən  yarmarka 
yalnız buynuzlu mal-qara və at satışına həsr olunmuşdu. 
Azərbaycanın xarici ölkələrlə geniş ticarət əlaqələri vardı. 
Xarici  ticarətdə  əsas  yeri  İran  tuturdu.  İranla  ticarət  başlıca  olaraq  Bakı 
limanı  vasitəsilə aparılırdı. Orta illik  ticarət mübadiləsi təqribən 25 milyon manat 
idi.  Bakı, həmçinin,  Rusiya  ilə İran  arasında  ticarətdə  vasitəçilik  edirdi.  İrana,  ilk 
növbədə, neft, metal və  ağac  məmulatı, arşın mal, qənd və s. satılır, oradan isə, 
əsasən  düyü,  meyvə  qaxı,  ipək,  xalça,  pambıq,  yun,  balıq  və  s.  alınırdı.  İranla 
Lənkəran və Astara limanları  vasitəsilə, Culfa, Ordubad və Cəbrayıl quru yolu ilə 
ticarət aparılırdı. 
 Azərbaycanın  yunu  Fransaya,  İngiltərəyə  və  başqa  ölkələrə  ixrac 
olunurdu.  Amerikada  ən  qiymətli  xalçalar  Zaqafqaziya  yunundan  toxunurdu. 
Xaricə  barama  və  ipək  də  göndərilirdi.  1910-cu  ildə  Batum  vasitəsilə  Fransanın 
təkcə Marsel şəhərinə 83 min puddan çox Azərbaycan baraması ixrac olunmuşdu. 
Pambıqtəmizləmə  zavodlarında  hasil  edilmiş  jmıxın  90  faizi,  emal 
edilməmiş  çiyidin  isə  25  faizi  xarici  ölkələrə,  o  cümlədən  Almaniya,  İngiltərə  və 
Fransaya göndərilirdi. 1913-cü ildə xarici ölkələrə 530 min puddan çox təkcə çiyid 
satılmışdı. 
Dünya bazarında Azərbaycanın xalça və xalıları baha qiymətə gedirdi. 
1913-cü  ildə  Almaniya,  Fransa,  Avstriya—Masarıstan  və  Balkan 
ölkələrinə 2 milyon pud Kür—Xəzər balığı göndərilmişdi. Dünyada qara kürünün 
iki  əsas  istehsalçısından  biri  olan  Azərbaycanın  bu  sərvətinin  3/4  hissəsi  Qərbi 
Avropa  ölkələrinə  və  Amerikaya  ixrac  edilirdi.  1913-cü  ildə  Rusiya  —
Azərbaycanda  istehsal  edilmiş  qara  kürü  də  daxil  olmaqla  —  təkcə  Fransa, 
Ruminiya və Bolqarıstana 30 min puda qədər qara kürü satmışdı. 
Çox  qiymətli  biyan  kökünün  ixracatı  bütünlüklə  Amerika  və  ingilis 
kapitalistlərinın  əlində idi.  1913-cü  ildə  Azərbaycandan  2 milyon  pud  quru  biyan 
kökü aparılmışdı. 
Nəqliyyat.  Daxili  və  xarici  ticarətin  genişlənməsi,  ölkənin  ayrı-ayrı 
rayonları  arasında  iqtisadi  əlaqələrin  getdikcə  artması  nəqliyyat  vasitələrinin 
inkişafına səbəb oldu. 
Azərbaycanın  iqtisadi  həyatında  dəmir  yol  nəqliyyatının  çox  mühüm 
əhəmiyyəti vardı. 1910-cu ildə təkcə dörd iri dəmir yol stansiyası—Bakı, Biləcəri, 
Yevlax  və  Yelizavetpol  stansiyaları  vasitəsilə  130  milyon  puda  yaxın  yük  yola 
salınmışdı.  Bakı  dəmir  yol  stansiyasının  payına  70  milyon  puddan  çox  yük 
düşürdü. 
XX əsrin əvvəllərində Azərbaycanın dəmir yol xəttinin uzunluğu 969 km 
idi.  Dəmir  yol  vasitəsilə  yük  və  sərnişin  daşınmasına  çox  böyük  tələbat  vardı. 


46 
 
Lakin, 1908-ci ildə çəkilmiş qısa Uluxanlı—Culfa dəmir yolu istisna edilərsə, uzun 
müddət az-çox əhəmiyyətli dəmir yol xətti çəkilməmişdi. 
1913-cü ildə Azərbaycanın dəmir yol nəqliyyatında 16 min nəfərdən artıq 
fəhlə və qulluqçu çalışırdı. 
1917-ci ildə Ələt—Culfa hərbi dəmir yolunun çəkilişində 50 mindən çox 
və Yevlax—Şuşa darxətli dəmir yolunun çəkilişində 7 mindən çox adam işləyirdi. 
Şosse yolları az idi. XX əsrin əvvəllərində Azərbaycanda 110 km-ə yaxın 
şosse yolu vardı. Halbuki ərazicə daha kiçik olan qonşu Gürcüstanda şosse yolunun 
uzunluğu  bundan  iki  dəfə  çox  idi.  Əsas  şosse  yollarını:  Yevlax-Nuxa,  Zaqatala-
Laqodexi  (Gürcüstan),  Yevlax-Şuşa-Gorus-Naxçıvan,  Bakı-Yevlax  marşrutları 
təşkil edirdi. 
Yük və sərnişin daşınmasında torpaq yollarından geniş istifadə olunurdu. 
1913-cü  ildə  şosse  yollarının  təmir  edilməsi,  bu  yollarla  sərnişin  və  yük 
daşınması ilə 200 nəfərdən artıq adam məşğul olurdu. 
XX  əsrin  əvvəllərində  dəniz,  həmçinin  çay  gəmiçiliyində  müəyyən 
irəliləyiş vardı. 
1904-cü  ildə  ağacdan  qayrılmış  gəmilərin  on  il  ərzində  metal  gövdəli 
gəmilərlə  əvəz  edilməsi  haqqında  xüsusi  qanun  verildi.  1908-ci  ildə  Xəzər 
dənizində ilk dəfə olaraq «Delo» teploxodu göründü. 1915-ci ildə artıq 7 teploxod 
vardı.  Həmin  il  Xəzər  ticarət  dənanmasında,  ümumiyyətlə,  830-dan  artıq  gəmi 
vardı  ki,  onların  da  216-sı  buxar  gəmisi  idi.  Bu  gəmilər  vasitəsilə  Xəzərsahili 
şəhərlərə  maye  və  quru  yük,  həmçinin  sərnişin  daşınırdı.  Xəzər  ticarət 
donanmasında 5 minə yaxın işçi çalışırdı. 
Əmtəə istehsalının artması, xüsusən Muğanda pambıqçılığın inkişafı Kür 
çayı vasitəsilə yük və sərnişin daşınmasını xeyli artırdı.  Salyanla Yevlax arasında 
30 sərnişin gəmisi işləyirdi. Təkcə 1911-ci ildə Kür çayı vasitəsilə 10 milyon pud 
yük daşınmışdı. 
1913-cü ildə Kür çayı boyu sahil körpülərində, yük daşınmasında,  habelə 
çayın təmizlənməsində müntəzəm olaraq 1600 nəfərə qədər fəhlə işləyirdi. 
Rabitə: Azərbaycanın  rabitə sistemi ləng inkişaf edirdi. 
Poçt-teleqraf  idarələrinın  sayı  çox  az  idi  və  onların  əksəriyyəti  Bakı  
şəhərində  yerləşirdi.  Məsələn,  1903-cü  ildə  bütün  Yelizavetpol  quberniyasında 
cəmi 23 poçt-teleqraf idarəsi vardı. 
1902-ci  ildən  Azərbaycanı  başqa  vilayət  və  ölkələrlə  birləşdirən  teleqraf 
xətlərinin çəkilişinə başlandı. Bakıdan Vladiqafqaza teleqraf xətti çəkildi. Həmin il 
Bakını  Dərbənd,  Mahaçqala  və  Minvodı  dəmir  yol  stansiyaları  ilə  birləşdirən 
teleqraf  xətti  işə  düşdü.  1913-cü  ildə  Bakı  və  Tehran  arasında  birbaşa  teleqraf 
əlaqəsi yaradıldı. 
Telefon rabitəsindən istifadə edilməyə başlandı. 
1900-cü ildə Bakı telefon xəttinin uzunluğu cəmi 72 km, abonentlərin sayı 
isə 1100 idi. 1913-cü ildə burada abonentlərin sayı artıq 4200-ə çatdı. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə