Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə29/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   25   26   27   28   29   30   31   32   ...   69

62 
 
üzv olurlar. Məhz bunun nəticəsidir ki, 1905-ci il hadisələrindən sonra Əli bəydə 
sosial-demokratiyaya  rəğbət  hissi  oyanmağa  başladı.  Proletariatın  çarizmə  qarşı 
inqilabi  mübarizədə  qətiyyətliliyi  və  cəsarətliliyi  onu  razı  salırdı.  Xalqın  inqilabi 
hərəkata qoşulmasını milli oyanışın əlaməti hesab edirdi. 
Fəhlələrin  kütləvi  inqilabi  mübarizəsinin  baĢlanması:  Azərbaycan   
zəhmətkeşləri  rus  müstəmləkəçilərinə  və  istismarçılara  qarşı  daim  mübarizə 
aparmışlar. 
Hələ  XIX əsrin   axırlarında  Azərbaycanın  bir  sıra  şəhərlərində  fəhlələrin 
ilk çıxışları baş vermişdi. Bunlar, başlıca olaraq, kiçik və qeyri-mütəşəkkil iqtisadi 
tətillərdən ibarət idi. 
Rusiyada  proletariatın  çarizmə  və  istismarçılara  qarşı  inqilabi 
mübarizəsinin qüvvətlənməsi Azərbaycanda fəhlə hərəkatına güclü təkan verdi. 
XX  əsrin  başlanğıcında  Bakı,  Yelizavetpol  və  Gədəbəydə  ilk  sosial-
demokrat  dərnəkləri  meydana  gəldi.  Bu  dərnəklərin  yaradılmasında  Rusiyadan 
Qafqaza sürgün edilmiş inqilabçılar və iş dalınca buraya gələn rus fəhlələri mühüm 
rol oynayırdılar. 
Bu  dövrdə  çoxmillətli  Bakı  proletariatı  fəhlə  və  sosial-demokratiya 
hərəkatının ön  sıralarında gedirdi. 1901-ci ildə Bakıda 15 sosial-demokrat dərnəyi 
vardı.  Bu  dərnəklərin  işinə,  ümumiyyətlə  inqilabi  hərəkata  rəhbərlik  etmək  üçün 
həmin ilin yazında RSDFP-nin Bakı Komitəsi yaradıldı. 
1901-çi  ilin  sentyabrında  sosial-demokrat  «İskra»  qəzetinin  xaricdən 
Təbriz  vasitəsilə  Bakıya  gətirilən nömrələrini  çoxaldıb  Rusiyaya  göndərmək  üçün 
burada  gizli  «Nina»  mətbəəsi  təşkil  edildi.  (Mətbəə  1906-cı  ilin əvvəllərinə  qədər 
fəaliyyət göstərmiş, sonra Peterburqa köçürülmüşdür). 
Fəhlələrin  çıxışları  getdikcə  daha  mütəşəkkil  şəkil  alırdı.  Onlar  təkcə 
iqtisadi tələblərlə kifayətlənmir, siyasi tələblər irəli sürürdülər. 
1902-ci  il  aprelin  21-də  Bakıdakı  müəssisələrin  5  min  fəhləsi  əllərində 
«Rədd  olsun  mütləqiyyət!»,  «Yaşasın  siyasi  azadlıq!»  sözləri  yazılmış  şüarlar 
apararaq nümayiş etdilər. Bu ilk siyasi nümayiş çox çətinliklə yatırıldı. 
1903-cü  il  martın  2-də  Bakı  proletariatının  böyük  nümayişi  oldu. 
Əllərində  qırmızı  bayraqlar  tutaraq  gedən nümayişçilər  çarizmə qarşı mübarizəyə 
çağırırdılar.  Nümayişçilərin  üzərinə  hücum  edən  kazaklar  hətta  uşaqlara  və 
qocalara aman vermədən, onları döydülər, ələ keçən fəhlələri həbs etdilər. Hər iki 
tərəfdən yaralananlar oldu. Nümayiş polis və soldatların gücü ilə yatırıldı. 
Həmin il martın axırlarında RSDFP-nin Qafqaz İttifaq Komitəsi yaradıldı. 
Aprelin  27-də  Bakı  müəssisələrinin  10  mindən  artıq  fəhləsi  Bir  may 
nümayişinə  çıxdı.  Onların  arasında  qadınlar  da  vardı.  Nümayiş  silah  gücünə 
yatırıldı. 12 nəfər ağır yaralandı. Onlarca qabaqcıl fəhlə həbs edildi. 
1903-cü il iyulun 4-də ilk ümumbakı tətili baş verdi. 


63 
 
İyulun  1-də  erməni  kapitalisti  Xatisovun  Bibiheybətdəki  mexaniki 
emalatxanasında  işləyən  fəhlələrin  tətili  şəhərdə  ümumi  tətilin  başlanması  üçün 
siqnal oldu. Müəssisələrin 50 minə yaxın fəhləsi işi dayandırıb tətil etdi. 
Fəhlələr  tərəfindən  seçilmiş  tətil  komitəsi  öz  tələblərini  hazırlayıb 
sahibkarlara  verdi.  Həmin  tələblərin  içərisində  8  saatlıq  iş  günü,  1903-cü  ilin  2 
mart  və  27  aprelində  nümayişlər  zamanı  həbs  olunanların  azad  edilməsi,  bu 
nümayişlərdə  iştirak  etmək  üstündə  işdən  qovulanların  öz  yerlərinə  qaytarılması, 
əmək haqqının artırılması və başqa tələblər vardı. 
Tətilçilərin  tələbləri  rədd  edildi.  Çar  hökuməti  onlara  qarşı  ciddi  cəza 
tədbirlərinə əl atdı. Bakı tətili haqqında qəzəblə: «Ümumrusiya miqyasındakı hərc-
mərcliyin  bu  yuvasını  məhv  etmək  lazımdır»  -  deyən  Rusiya  daxili  işlər  naziri 
Plevenin bilavasitə əmri ilə şəhərə qoşun yeridildi. 
Tətilçilərin  bir  qismini  şallaqların  zərbəsi  altında  zorla  işə  çıxmağa 
məcbur  etdilər.  Onları  vəhşicəsinə  döydülər,  xeyli  tətilçi  şəhərdən  sürgün  olundu, 
yüzlərlə qabaqcıl fəhləni tutub həbsxanaya saldılar. 
Fəhlələrin  sıralarına  soxularaq,  onları  yalnız  iqtisadi  mübarizə  aparmağa 
çağıran,  əslində  isə,  gizli  polis  üçün  işləyən  zubatovçular  iyun  tətili  günlərində 
tamamilə  ifşa  edildilər.  Fəhlə  hərəkatı  fəallarının  bir  çoxu  onların  danosu  ilə  ələ 
keçmişdi. 
İyulun  22-də  tətil  yatırıldı.  Tətil  nəticəsində  kapitalistlərə  xeyli  ziyan 
dəydi. Onlar bəzi kiçik güzəştlərə getməyə məcbur oldular. 
Ümumbakı  iyun  tətili  azərbaycanlı  fəhlələrin  siyasi  şüurunun 
oyanmasında  mühüm  rol  oynadı,  onların  daha  böyük  kütlələr  halında  çıxışlarının 
əsasını  qoydu.  Bu  tətil  Zaqafqaziyada  və  Rusiyanın  cənubunda  tətil    hərəkatının  
yüksəlməsinə  səbəb oldu. 
Bu  zaman  sosial-demokratiyanın  daxilində  bolşeviklərlə  menşeviklər 
arasında fəhlə hərəkatında hegemonluq uğrunda mübarizə son dərəcə kəskinləşdi. 
1904-cü  ilin  yayında  Şendrikov  qardaşlarınin  başçılıq  etdiyi  opportunist 
təşkilat  geniş  fəaliyyətə  başladı.  Şendrikovçular  öz  sələfləri  zubatovçular  kimi, 
fəhlələri  yalnız  iqtisadi  tələblərlə  kifayətlənməyə  çağırır,  əks  təqdirdə,  hətta 
fitnəkarlıq törətməkdən də çəkinmirdilər. 
Bu  zaman  «Daşnaksütyun»  partiyasının  və  «Daşnak  tələbə  ittifaqı»nın 
Bakıda  şöbələri  separatçılıq  və  millətçilik  təbliğatını  xeyli  gücləndirdilər.  Onlar 
ermənilərlə azərbaycanlılar  arasında nifaq salmağa çalışır, tələbə-gənclər, xüsusən 
gimnaziyada oxuyanlar arasında milli eqoizm toxumu səpirdilər. 
1904-cü  ilin  axırlarında  RSDFP  Bakı  Komitəsinin  nəzdində  müsəlman 
ziyalıları  tərəfindən  sosial-demokrat  «Hümmət»  təşkilatı  yaradıldı.  Onun  baniləri 
Mir  Həsən  Möhsümov  (1882-1907-ci  illər),  Məmməd  Əmin  Rəsulzadə  (1884—
1955-ci illər)  və  Məmmədhəsən  Hacınski  (1875—1931-ci illər)  idi.  1905-ci ildən 
təşkilata Məşədi Əzizbəyov, Nəriman Nərimanov, Soltanməcid Əfəndiyev, Bünyad 
Sərdarov və başqa bolşeviklər daxil oldular. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə