Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə26/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   22   23   24   25   26   27   28   29   ...   69

56 
 
Rusiyanın  toxuculuq  fabriklərinə,  hətta  xarici  ölkələrə  göndərildiyi  halda,  onun 
özündə ipək parça toxuyan müəssisə yox idi və s. 
Lakin  çarizmin  iqtisadiyyat  sahəsində  ayrı-seçkilik  siyasətinə 
baxmayaraq, milli burjuaziya daim inkişaf edirdi. Milli burjuaziya neft sənayesində 
üstün  mövqe  tutmasa  da,  öz  kapitalını  yüngül  və  yeyinti  sənayesinə,  mexaniki 
istehsala,  ticarətə,  tikintiyə  və  sair  sahələrə  qoymaqla  xeyli  sərvət  toplamışdı. 
Bakıda irili-xırdalı mülk  sahiblərinin 80 faizdən çoxunu azərbaycanlı  kapitalistlər 
təşkil edirdi. Topdansatış ticarətində də onlar mühüm rol oynayırdılar. Xəzər dənizi 
vasitəsilə  daşınan  yüklərin  1/3  hissəsi  azərbaycanlı  gəmi  sahiblərinin  payına 
düşürdü. Neftdaşıyan yelkənli gəmilərin 60 faizi onlara məxsus idi. 
XX  əsrin  əvvəllərində  milli  kapitalın  Hacı  Zeynalabdin  Tağıyev,  Musa 
Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və başqa görkəmli nümayəndələri 
vardı. Bunların bir qismi, o cümlədən H. Z. Tağıyev, Ş. Əsədullayev, M. Muxtarov 
əhalinin yoxsul təbəqələri içərisindən çıxmış və çətin həyat yolu keçmişlər. Yalnız 
xoşbəxt  təsadüf  nəticəsində  -  özlərinin  icarəyə  götürdükləri  torpaq  sahələrində 
neftin fontan vurması ilə əlaqədar olaraq varlanmışlar. 
H.  Z.  Tağıyev  (1823—1924-cü  illər)  milli  burjuaziyanın  ən  görkəmli 
nümayəndəsi idi. Keçən əsrin sonlarınadək, əsasən, iri neft sənayeçisi kimi məşhur 
olmuşdur. 1896-cı ildə «H. Z. Tağıyev» neft şirkəti o zaman fəaliyyət göstərən 90 
şirkətin içərisində ən çox—32 milyon puddan artıq—bütün hasilatın 8,3 faizi qədər 
neft  çıxarmışdı.  Az  sonra,  Tağıyev,  şirkətin  milyon  manat  dəyərində  20  faizlik 
səhmini  özündə  saxlayıb,  onu  beş  milyon  manata  satdı  və  çoxsahəli  sahibkarlıq 
fəaliyyətinə  keçdi.  Neft  sənayesində  toplanmış  nəhəng  kapital  ona  xalq 
təsərrüfatının başqa sahələrində, ticarətdə mühüm mövqelər tutmağa imkan verdi. 
XX  əsrin  əvvəllərində  Tağıyev  Zaqafqaziyada  ilk  pambıq-parça 
kombinatının əsasını qoymuş məşhur fabrikant, iri mülk və torpaq sahibi, tacir və 
bankir  kimi  tanınmışdı.  Xəzərdə  çoxlu  gəmisi,  şərikli  iki  doku  şəhərdə  xeyli 
yaşayış  binası,  mağazaları,  un  dəyirmanı,  onlarca  iri  balıq  vətəgəsi,  qəzalarda 
minlərlə  desyatin  torpağı  və  müxtəlif  istehsal  sahələri  vardı.  Tağıyev  ticarət 
firmasının  Bakıda  və  Rusiyanın  bir  sıra  şəhərlərində,  həmçinin  Ənzəlidə  (İranda) 
nümayəndəlikləri  (kontorları),  iri  yük  anbarları  vardı.  Tağıyev  Bakıda  ilk  milli 
bank  təsis  etmişdi.  O,  şəhərdə  fəaliyyət  göstərən  bir  neçə  mərkəzi  rus  bankı  və 
onun filiallarının idarə heyəti üzvü, bir sıra səhmdar müəssisəsinin sədri və ya sədr 
müavini seçilmişdi. 
H. Z. Tağıyev  böyük mesenat, maarifçi və xeyriyyəçi idi. Xalqın mədəni 
inkişafı  və  savadlanması  üçün  çox  işlər  görmüşdü.  İlk  milli  teatr  binası, 
ambulatoriya,  ilk  rus-müsəlman  qız  məktəbi  onun  pulu  ilə  tikilmişdi.  «Kaspi», 
«Həyat» qəzetləri, «Füyüzat»  jurnalı onun vəsaiti ilə çıxırdı. Onun pulu hesabına 
bir  neçə  təqaüd  təsis  edilmişdi.  O,  Azərbaycanda  və  Rusiyada  fəaliyyət  göstərən 
bir  sıra  xeyriyyə  cəmiyyətlərinin  sədri  və  ya  üzvü  idi.  Bir  neçə  məktəb  və  digər 
mədəni-maarif  müəssisəsinə  himayədarlıq  edirdi.  Çoxlu  azərbaycanlı  gənc,  o 


57 
 
cümlədən  N.  Nərimanov,  Əlimərdanbəy  Topçubaşov,  Həsən  bəy  Ağayev  onun 
yardımı  ilə  Rusiyanın  və  xarici  ölkələrin  ali  məktəblərində  təhsil  almışdılar. 
Tağıyev xeyriyyəçilik işlərinə milyon manatdan artıq pul xərcləmişdi.  
Azərbaycanda,  Rusiyada,  həmçinın  bəzi  xarici  ölkələrdə  geniş 
xeyriyyəçilik  fəaliyyəti  Tağıyevə  nəinki  müsəlman  xalqları  arasında,  həm  də  rus 
hökumət dairələrində böyük hörmət qazandırmışdı. 
Ona birinci kildiya taciri dərəcəsi, ələlxüsus, o dövrdə ən nüfuzlu sayılan 
həqiqi  mülkü  müşavir  rütbəsi  verilmişdi.  (Azərbaycanda  bu  rütbəni  alan  təkcə  E. 
Nobel idi). Senatın xüsusi fərmanı ilə H. Z. Tağıyev irsi dvoryan təsdiq edilmişdi. 
O,  Rusiyanın  bir  sıra  yüksək  dövlət  orden  və  medalları  ilə,  həmçinin  xarici 
ordenlərlə təltif olunmuşdu. 
XX  əsrin  əvvəllərində  neft  sənayesində  milli  burjuaziyanı,  əsasən,  Ş. 
Əsədullayev  və  M.  Nağıyev  təmsil  edirdi.  Onlar  20  milyon  puda  qədər  -  milli 
kapitalın payına düşən neftin 80 faizini çıxarırdılar. Onların neft emalı zavodları və 
neftdaşıyan  gəmiləri  vardı.  İllik  dövriyyəsi  milyon  manatlarla  hesablanan  geniş 
ticarət  əməliyyatları  aparırdılar.  Ş.  Əsədullayevin  şirkəti  Rusiyada  yüzə  yaxın  və 
daha çox neft anbarı olan dörd iri şirkətdən biri idi. 
Ş. Əsədullayev, M. Nağıyev, M. Muxtarov, həmçinin milli burjuaziyanın 
bir sıra başqa nümayəndələri xeyriyyəçilik işlərində yaxından iştirak edirdilər. 
Milli burjuaziyanın inkişafı Azərbaycan zəhmətkeşlərinin sosial həyatında 
müsbət rol oynayırdı. Belə ki, milli sahibkarlar özlərinin müəssisələrində işləməyə, 
ilk  növbədə,  azərbaycanlı  fəhlələri  götürürdülər.  Bu,  Azərbaycanlı  fəhlələrin 
güzəranının  bir  qədər  yaxşılaşmasına,  onlarda  ictimai  fəhlə  şüurunun 
formalaşmasına  səbəb  olmaqla  yanaşı,  həm  də  çarizmin  və  qeyri-azərbaycanlı 
kapitalistlərin  fəhlələrə  münasibətdə  yürütdükləri  milli  ayrı-seçkilik  siyasətinə 
güclü zərbə vururdu. 
Yelizavetpolda,  Nuxada  milli  kapitalın  iqtisadi  cəhətdən  nisbətən  güclü 
bəzi  nümayəndələri  istisna  edilərsə,  ümumiyyətlə,  Azərbaycanda  milli 
burjuaziyanın çox böyük kütləsini xırda sahibkarlar təşkil edirdi. Xırda burjuaziya 
iri milli kapitalın güclü təsiri altında idi. 
Milli  burjuaziyanın  iqtisadi  cəhətdən  getdikcə  qüvvətlənməsi 
Azərbaycanın  çoxmillətli  burjuaziyası  daxilində  rəqabəti  daha  da  gücləndirirdi. 
Milli kapitalın inkişafı yolunda erməni burjuaziyası daha böyük maneə idi. Erməni 
burjuaziyası iqtisadi cəhətdən Zaqafqaziyada ən qüvvətli olub, nisbətən zəif gürcü 
və  Azərbaycan  milli  kapitallarını  sarsıtmaq  hesabına  öz  mövqelərini  daha  da 
möhkəmləndirməyə  çalışırdı.  Erməni  kapitalı  Azərbaycan  xalq  təsərrüfatının  bir 
sıra mühüm  sahələrində, o cümlədən neft sənayesində üstün mövqe tuturdu. Neft 
sənayesində  Mantaşov,  Lianozov,  Qukasovlar,  Mirzoyevlər  və  başqa  erməni 
kapitalistləri  hasilatın  xeyli  hissəsinə  sahib  idilər.  1912-ci  ildə  təkcə  Mantaşovun 
şirkəti  milli  burjuaziyanın  istehsal  etdiyi  qədər  -  24  milyon  pud  neft  çıxarmışdı. 
Rusiyanın  içərilərinə  doğru  soxulmağa  başlayan  erməni  milli  kapitalının 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə