Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə34/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   30   31   32   33   34   35   36   37   ...   69

72 
 
Ali  qanunvericilər  kimi  Dövlət  dumasının  tribunasından  rus 
müstəmləkəçilərinin milli ayrı-seçkilik siyasətini cəsarətlə tənqid edib, öz xalqının 
qanuni  hüquqlarının  ödənilməsini  təkidlə  tələb  edən  milli  ziyalı  kadrlarının 
yetişməsi Azərbaycanda azadlıq hərəkatının yüksəldiyini göstərirdi. 
Ġnqilabi  fəhlə  hərəkatının  yüksəldilməsi:  Birinci  rus  inqilabının   
qarşısını  almaq  üçün  çar  hökuməti  Azərbaycanda  bir  sıra  ciddi  tədbirlərə,  hətta 
cinayətlərə əl atdı. 1905-ci il fevralın 6-dan 9-dək Bakıda erməni-müsəlman qırğını 
törədildi. 
Polis  təqiblərini  gücləndirmək  üçün  fevralın  15-də  Bakıda  müvəqqəti 
olaraq  general-qubernator  vəzifəsi  təsis  edildi.  Fevralın  18-də  çarın  fərmanına 
əsasən, Bakıda və Bakı quberniyasında hərbi vəziyyət elan olundu. Fevralın 26-da 
Qafqazın  baş rəisi  vəzifəsi ləğv  edilərək,  əvəzində hələ  1882-ci ildə  ləğv  edilmiş 
Qafqaz canişinliyi yenidən bərpa olundu və «ona fövqəladə səlahiyyətlər verildi. 
Bütün bunlara baxmayaraq, inqilabi mübarizə güclənməkdə davam edirdi. 
Martın  19-da  Yelizavetpol  dəmiryolçuları  tətil  etdilər.  Tətilçilər  «Rədd 
olsun mütləqiyyət!», «Yaşasın azadlıq!» şüarları altında  siyasi nümayiş keçirdilər. 
Tezliklə tətil Zaqafqaziyanın digər dəmir yol stansiyalarını əhatə etdi. Tətilçilər bir 
sıra iqtisadi tələblərlə yanaşı, 1 Mayın qeyri-iş günü elan edilməsini, Zaqafqaziya 
dəmir  yolunda  hərbi  vəziyyətin  ləğv  olunmasını,  tətil  zamanı  həbsə  alınmış 
yoldaşlarının azad edilməsini və başqa siyasi tələblər irəli sürdülər. 
Zaqafqaziya  dəmiryolçularının  tətili  aprelin  1-dən  12-dək  davam  edərək, 
qoşunun gücü ilə yatırıldı. Təkcə Bakıda 400 nəfərə qədər tətilçi həbs edildi. 
Mayın  əvvəllərində  Bakıda  başlanan  tətillər  daha  da  genişlənərək,  ayın 
10-da  artıq  yüzdən  çox  müəssisəni əhatə  edən  ümumi  tətilə  çevrildi. Tətilçilər  26 
siyasi və iqtisadi tələb, o cümlədən təşkilatlar, ittifaqlar, mətbuat, yığıncaq və tətil 
azadlıqları verilməsini irəli sürdülər. Mayın 19-da tətil zor gücünə yatırıldı. 
May  tətilinin  müvəffəqiyyətsizliklə  qurtarmasına  baxmayaraq,  bir  sıra 
müəssisələrin sahibləri 9 saatlıq iş günü qoymağa məcbur oldular. 
Bu  tətildə  ilk  dəfə  olaraq,  azərbaycanlı  fəhlələr  daha  fəal  surətdə  iştirak 
etdilər. 
İyun—iyul aylarında Bakının bütün mədən və sənaye müəssisələrinin 3/4 
hissəsini  tətil  dalğası  bürüdü.  Xəzər  Ticarət  Donanması  dənizçiləri  tətil  etdilər. 
Nuxa, Gədəbəy və Şuşada fəhlələrin güclü tətilləri baş verdi. 
Avqustun  16-da  Bakıda  şəhərin  demək  olar  bütün  müəssisələrini  əhatə 
edən  siyasi  tətil  başladı.  Tətilin  hazırlanıb  keçirilməsində  P.  Çaparidze,  M. 
Məmmədyarov, S. Bünyadov və digər inqilabçılar mühüm rol oynayırdılar. 
Tətilçilərin  irəli  sürdükləri tələblər içərisində  çox  ciddi  siyasi  tələblər,  o 
cümlədən hələ fevral ayından Bakıda tətbiq olunan hərbi vəziyyətin ləğv edilməsi, 
əksinqilabi tör-töküntülərdən yaradılmış «qaragüruhçu alayın» tərk-silah olunması, 
mədən-zavod komissiyalarının təşkili və s. vardı. 
Tətili yatırmaq üçün müxtəlif fitnəkarlıqlara əl atıldı. 


73 
 
Avqustun  20-26-da  Bakıda  daşnakların  köməyi  ilə  erməni-müsəlman 
qırğını  təşkil  edildi.  Gizli  polis  idarəsinin  cəsusları  tərəfindən  neft  mədənlərində 
yanğın və partlayışlar törədildi. Bu, qoşunun işə qarışması üçün bəhanə oldu. 
Avqustun  22-də  Bakıda  mühasirə  vəziyyəti  elan  edildi.  Şəhərə  qoşun 
yeridildi.  Silahlı  fəhlə  dəstələrinin  səngər  kimi  istifadə  etdikləri  Sabunçu 
xəstəxanası top atəşinə tutuldu. 
Tətilçilərə  divan tutulması  sentyabr ayınadək  davam  etdi. Türmələr həbs 
edilən siyasi dustaqlarla ağzına qədər doldu. Çoxlu fəhlə işdən çıxarıldı. Minlərlə 
tətilçi şəhərdən sürgün edildi. Bakıda hərbi-səhra məhkəməsi yaradıldı. 
Tətil  zamanı  neft  sənayeçilərinə  külli  miqdarda  ziyan  dəydi.  Neft 
buruqlarının 3/4 hissəsi yandırıldı, 68 neftayırma zavodundan 24-ü dayandı. 
İki  ay  davam  edən  avqust  tətili  müvəffəqiyyətsizliklə  qurtardı.  Burada 
özlərinin  təxribatçılıq,  cəsusluq  və  fitnəkarlıq  hərəkətləri  ilə  gizli  polisə  kömək 
etmiş şendrikovçular, daşnaklar və başqaları muhüm rol oynadılar. 
Payızda inqilabi hərəkat öz inkişafının yüksək zirvəsinə çatdı. 
Oktyabrın 
15-də 
Zaqafqaziyanın, 

cümlədən 
Azərbaycanın 
dəmiryolçuları Ümumrusiya siyasi tətilinə qoşuldular. Qatarların hərəkəti iki həftə 
dayandı. 
Dəmiryolçuların tətili digər nümayiş və tətillər üçün siqnal oldu. 
Oktyabrın  19-da  Bakıda  və  20-24-də  Yelizavetpolda    əllərində    «Rədd   
olsun  mülləqiyyət!»,  «Yaşasın  azadlıq!»  sözləri  yazılmış  şüarlar  aparan 
nümayişçilər Bakının  Bayıl  və Yelizavetpolun  şəhər  həbsxanalarına yaxınlaşıb, 
siyasi  məhbusların  buraxılmasını  tələb  etdilər.  Polis  və  kazaklar  onları  atəşlə 
qarşıladılar.  Bakıda  17  nəfər  öldürüldü  və  yaralandı.  Bayıl  və  Yelizavetpol 
həbsxanalarından dustaqların bir hissəsi azad edildi. 
Çar  hökuməti  xalqın  inqilabi  mübarizəsini  və  milli  coşğunluğunu 
zəiflətmək  məqsədilə növbəti  fitnəkarlığa əl  atdı.  Noyabrın  18-də  Yelizavetpolda 
erməni-müsəlman  qırğını  törədildi.  Bu  cür  fitnəkarlığa noyabrın  26-da  Bakıda  da 
cəhd edildi. 
Noyabrın   25-də  mədən-zavod   komissiyaları   tərəfindən   göndərilmiş    
nümayəndələrin yığıncağında 226 nəfərdən ibarət ilk Bakı fəhlə deputatları Soveti 
seçildi.  Bakı  Soveti  fəhlələrin  iqtisadi  tələblərinin  ödənilməsi,  tətil  mübarizəsinin 
təşkili və s. məsələlər üzrə bir sıra tədbirlər həyata keçirdi. 
Sovetin  «Bakı  fəhlə  deputatları  Sovetinin  əxbarı»  adlı  qəzeti  çıxmağa 
başladı. 
Dekabrın  7-də  Moskvada  başlanan  və  tezliklə  silahlı  üsyana  çevrilən 
Ümumrusiya siyasi tətili Azərbaycanda inqilabi çıxışlara yeni təkan verdi. 
Dekabrın 10-da Zaqafqaziyanın, o cümlədən Azərbaycanın dəmiryolçuları 
tətil  etdilər.  Bakı-Tiflis,  Bakı-Petrovsk  dəmir  yollarının  ixtiyarı  tətil  komitəsinin 
əlinə keçdi. Qatarların hərəkəti dayandı. Yalnız tətil komitəsinin icazə verdiyi bəzi 
qatarlar hərəkət edə bilərdi. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə