Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə30/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   26   27   28   29   30   31   32   33   ...   69

64 
 
«Hümmət»in  əsas  məqsədi  Azərbaycanda,  eləcə  də  Rusiyanın  müxtəlif 
yerlərində  yaşayan  müsəlmanları  inqilabi  hərəkata  cəlb  etmək  idi.  Bu  zaman  ana 
dilində təbliğat və təşviqata böyük ehtiyac vardı. 
M.  Ə.  Rəsulzadə  başda  olmaqla  bir  qrup  hümmətçi  inqilabi  mübarizəyə 
eyni zamanda milli-azadlıq hərəkatının ayrılmaz hissəsi kimi baxırdı. Bu cəhətdən   
onlar qeyri-azərbaycanlı sosial-demokratlarda» fərqlənirdilər. 
Lakin  «Hümmət»  təşkilatının  milli  əsaslarda  təşkil  edilməsi,  onun  çox 
zaman  müstəqil  fəaliyyət  göstərməsi,  M.  Ə.  Rəsulzadə  başda  olmaqla  bir  qrup 
hümmətçinin RSDFP sıralarına daxil olmaqdan imtina etməsi partiya mərkəzində, 
xüsusən partiyanın Qafqaz komitəsində yaxşı qarşılanmırdı. Bu komitənin üzvü İ. 
Stalin partiyadan kənarda qalan hümmətçilərin hətta fiziki cəhətdən məhv ediləcəyi 
ilə hədələmişdi. 
M.  Ə.  Rəsulzadə  «Hümmət»  təşkilatının  1904-1907-ci  illərdə  bir-birini 
əvəz  edən  «Hümmət»,  «Dəvət  qoç», «Təkamül»  və  «Yoldaş»  qəzetlərinin rəhbər 
və redaktorlarından biri olmuşdur. Bu qəzetin səhifələrində S. M. Əfəndiyevin, M. 
Əzizbəyov  va  başqa  bolşeviklərin  bütün  millətlərin  zəhmətkeşlərini  mütləqiyyətə 
və istismarçılara qarşı mübarizəyə çağıran məqalələri ilə yanaşı, M. Ə. Rəsulzadə, 
M.  H.  Hacınski  və  başqa  hümmətçilərin  milli  birliyə  çağıran  yazıları  da  dərc 
olunurdu. 
1904-cü  il  dekabrın  13-də  Bakı  fəhlələrinin  ikinci  ümumi  tətili  başladı. 
Həmin gün «Hümmət»in Azərbaycan dilində «Rədd olsun mütləqiyyət!», «Yaşasın 
azadlıq!» sözləri ilə bitən intibahnaməsi buraxıldı. Tezliklə şəhərdə tətil edənlərin 
sayı 50 min nəfərə çatdı. 
Tətilə  rəhbərdik  etmək  üçün  P.  Caparidze,  İ.  Fioletov  və  A.  Stopanidən 
ibarət  tətil  komitəsi  yaradıldı.  Tətil  komitəsinin  işində,  ümumiyyətlə,  tətilin 
hazırlanıb  keçirilməsində  Məmməd  Məmmədyarov,  Xanlar  Səfərəliyev, 
Soltanməcid  Əfəndiyev  və  başqa  azərbaycanlı  inqilabçılar  yaxından  iştirak 
edirdilər. 
Tətil  komitəsi  tərəfindən  fəhlələrin  34  maddədən  ibarət  tələbləri 
hazırlandı. Tələblərin içərisində: 8 saatlıq iş günü, həftəlik məcburi istirahət günləri 
verilməsi,  fəhlə  və  sahibkarlardan ibarət  mədən münaqişə komitələri  yaradılması, 
ictimai  sığorta,  müdiriyyətin  təqsiri  uzündən,  yaxud  1  May  günlərində  tətillə 
əlaqədar  olaraq  işlənilməyən  vaxtın  əmək  haqqının  ödənilməsi,  fəhlələrin  işə 
qəbulu və işdən çıxarılmasında onların numayəndələrinin iştirak etməsi və s. vardı. 
Tətillə  əlaqədar  olaraq  şəhərdə  həyat  ölgünləşmişdi.  Müəssisələr  və 
nəqliyyat işləmirdi. 
Fəhlələri  xırda  güzəştlərlə  aldadıb,  tətili  dayandırmaq  cəhdləri  baş 
tutmadı. Çar hökuməti zorakı tədbirlərə əl atdı. Şəhərdə hərbi vəziyyət elan edildi, 
dəmir yol və hökumot idarələrində qoşun yerləşdirildi. 


65 
 
Balaxanıda tətilçiləri silah gücünə işləməyə məcbur etdikdə, polislə qanlı 
toqquşma  baş  verdi.  15 tətilçi  öldürüldü.  Öldürülənlərin  dəfn mərasimi möhtəşəm 
siyasi nümayişə çevrildi. 
Tətili  yatırmaq  üçün  bir  sıra  fitnələrə  əl  atıldı.  Daşnakların  köməyi  ilə 
milli  nifaq  salmağa  cəhd  göstərildi.  Qoşunların  işə  qarışması  üçün  mədənlərdə 
yanğınlar  törədildi.  Təkcə  dekabrın  son  həftəsi  ərzində  iki  yüzdən  artıq  buruq 
yandırıldı.  Bu  fitnəkarlıqların  törədilməsində  tətilçilərin  siyasi  mübarizəsinin 
kəskinliyindən narazı qalan şendrikovçular yaxından iştirak edirdilər. 
Tətilin  inadla  davam  etdirilməsi  nəticəsində  milyon  manatlarla  zərər 
çəkən neft sənayeçiləri və çar hökuməti, nəhayət, güzəştə getməyə məcbur oldular. 
1904-cü  il  dekabrın  30-da  fəhlələrlə  sahibkarlar  arasında  ilk  müştərək 
müqavilə imzalandı. Fəhlələr bu müqaviləni «mazut konstitusiyası» adlandırdılar. 
Dekabrın 31-də Bakı proletariatının ikinci ümumi tətili qalibiyyətlə başa çatdırıldı. 
Fəhlələrin  vəziyyəti  bir  qədər  yaxşılaşdı.  Onların  əmək  haqqı  20  faiz 
artırıldı, 9  saatlıq iş  günü  qoyuldu,  fəhlələrin tətil  etdiyi  günlərin  maaşı  ödənildi, 
müəssisələrdə  fəhlələrin  mənafeyini  müdafiə  etmək  üçün  mədən-zavod 
komissiyalarının təşkilinə başlandı və s. 
Tətil bir daha göstərdi ki, yaliız vahid mərkəz tərəfindən rəhbərlik edilən 
mütəşəkkil,  həmrəy  mübarizə  qələbə  ilə  nəticələnə  bilər.  Bakı  proletariatının 
çarizm  və  kapitalistlər  üzərində  dekabr  qələbəsi  Rusiyanın  çox  yerində  tətil 
hərəkatına güclü təkan verdi. 
Kəndli  çıxıĢları:  Kənddə  sinfi  mübarizə  getdikcə  qüvvətlənirdi.  1901  -
1903-cü  illərdə  Bakı  qəzasının  Buzovna,  Zığ,  Əhmədli  və  Maştağa  kəndlərində, 
Şamaxı  qəzasının  Nəvahi  kəndində,  Yelizavetpol  və  Naxçıvan  qəzalarında 
kəndlilərin çıxışları baş verdi 
1903-cü  ildə  Yelizavetpol  qəzasında  Qarabulaq  kəndinin  kəndliləri 
məmur  və  hakimlərin  zülmündən  cana  gələrək,  köçüb  Burcalar  adlanan  dərədə 
məskən saldılar. Əvvəlki zalımları onlardan yenə də əl çəkmədikdə, burcalılar Dəli 
Aslan  Həsən  oğlunun  başçılığı  ilə  qaçaq  dəstəsi  düzəldib,  onların  üzərinə 
göndərilən 300 kazaka qarşı ciddi müqavimət göstərdilər. Burcalılar uzun müddət 
silahlı mübarizə apardılar. 
Həmin  qəzada  Dəli  Əli  Məhərrəm  oğlunun  başçılıq  etdiyi  qaçaqlar 
hökumət quvvələrinə qarşı bir neçə cəsarətli hücumlar etdi. 1904-cü ilin mayında 
Dəli  Əlinin  qaçaq  dəstəsi  Bittili  kəndi  yaxınlığında  strajniklərin  bir  bölüyü  ilə 
döyüşə girib, onları qaçmağa məcbur etdi. 
1904-cü  ilin  dekabrında  Lənkəran  qəzasında  qaçaq  dəstəsi  məmurların 
evlərinə hücum etdi. 
Azərbaycanlıların  rus-yapon  müharibəsində  iĢtirakı:  1904-1905-ci 
illərdə  Rusiya  ilə  Yaponiya  arasında  müharibə  başlandı.  Çarizm  qalibiyyətli 
müharibə  vasitəsilə  özünün  bir  sıra  imperialist  planlarını  həyata  keçirmək  və 
Rusiyada dərinləşməkdə olan inqilabi böhranın qarşısını almaq ümidində idi. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə