Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə33/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   29   30   31   32   33   34   35   36   ...   69

70 
 
1905-ci  ilin  dekabrında  kadetlər  (konstitusiyalı  demokratlar)  partiyasının 
Bakı şöbəsi yaradıldı.. Milli burjuaziyanın, liberal mülkədarların və ziyalıların bəzi 
nümayəndələri bu partiyanın ətrafında birləşdilər. 
1906-cı  il  yanvarın  13-dən  23-dək  Peterburqda  gizli  surətdə  çağırılmış 
ikinci  Ümumrusiya  müsəlman  turultayı  «İttifaqi-müslimin»  partiyasının  Ə.  M. 
Topçubaşov tərəfindən hazırlanmış 23 maddədən ibarət Nizamnaməsini qəbul etdi. 
Nizamnamədə  Rusiya  müsəlmanlarının  vahid  siyasi  ittifaqını  yaratmaq  və  onun 
yerlərdə  şöbələrini  təşkil  etmək,  Ümumrusiya  müsəlmanları  qurultayını  hər  il 
çağırmaq, qurultaylararası dövrdə «İttifaq»ın daimi fəaliyyət göstərən Ali Şurasını 
yaratmaq  və  s.  haqqında  maddələr  vardı.  Ə.  M.  Topçubaşov  «İttifaq»ın  Mərkəzi 
Komitəsinin  sədri  seçildi.  Avqust  ayında  Nijni-Novqorodda  onun  rəhbərliyi  ilə 
açıq surətdə keçirilən üçüncü qurultayda Topçubaşovu yenidən Mərkəzi Komitənin 
sədri seçdidər. 
1906-cı  ilin  aprelində  Tiflisdə  C.  Məmmədquluzadənin  redaktorluğu  ilə 
Azərbaycan dilində «Molla Nəsrəddin» jurnalının nəşrinə başlandı. 
Həmin  dövrdə  Bakıda  Əli  bəy  Hüseynzadənin  redaktorluğu  ilə  daha  bir 
jurnal—«Füyuzat» (1906-1907-ci illər) nəşr olundu. 
Azərbaycan azadlıq hərəkatının hələ ideya əsaslarının hazırlandığı bu ilk 
mərhələdə  milli  demokratik  ziyalılar,  başlıca  olaraq,  «Füyuzat»  və  «Molla 
Nəsrəddin»  jurnallarının  ətrafında  birləşdilər.  «Füyuzat»da,  əsasən,  liberal  əhval-
ruhiyyəli ziyalılar, o cümlədən Ə. Hüseynzadə, Ə. Ağayev, Ə. M. Topçubaşov, M. 
Ə.  Rəsulzadə;  «Molla  Nəsrəddin»də  isə  inqilabi-demokratik  ideyalı  ziyalılar,  o 
cümlədən C. Məmmədquluzadə, M. Ə. Sabir, M. S. Ordubadi, Əliqulu Qəmküsar 
təmsil edilirdilər. 
«Mollanəsrəddinçi»lər  çarizmin  milli  müstəmləkə  zülmünə,  ictimai 
ədalətsizliyə və istismarçılara qarşı çıxır, Azərbaycan xalqına  siyasi azadlıqlar və 
hüquq bərabərliyi tələb edirdilər. 
«Füyuzatçılar»  və  «mollanəsrəddinçilər»in  ictimai-siyasi  hadisələrə 
münasibətlərində  müəyyən  fikir  ayrılıqları  vardı.  Əgər,  birincilər  milli-mənəvi 
təkamüldə İslam dininin rolunu yüksək qiymətləndirirdilərsə, ikincilər dini cəhalət 
və  avamlığın  mənbəyi  kimi  ifşa  edirdilər.  «Mollanəsrəddinçilər»  ictimai-siyasi 
inkişafda sinfi mübarizəni zəruri saydıqları halda, o biriləri ümummilli mənafeləri 
ön  plana  çəkirdilər.  «Füyuzatçılar»  üçün  məzlum  siniflərdən  əvvəl  məzlum 
millətlər mövcuddur və s. 
1906  və  1907-ci  illərin  avqust  aylarında  Azərbaycan  müəllimlərinin 
Bakıda çağırılmış I və II qurultayları milli məktəbin inkişafında mühüm rol oynadı. 
Bu  qurultaylarda  məktəblərdə  dərslərin  ana  dilində  aparılması,  yeni  əlifba 
kitablarının  türk  əlifba  məktəbinin  təcrübəsindən  istifadə  etməklə  yazılması, 
Müəllimlər  seminariyasının  Azərbaycan  şöbəsinin  Qoridən  Azərbaycan 
şəhərlərindən birinə köçürülməsi barədə və digər qərarlar qəbul olundu. 


71 
 
Dövlət  dumasında  azərbaycanlı  deputatların  fəaliyyəti  milli  hərəkatın 
parlaq səhifələrindən birini təşkil edir. 
I və II Dövlət dumalarına keçirilmiş seçkilərdə Azərbaycan əhalisinin çox 
böyük  əksəriyyəti  milli  demokratiyanın  nümayəndələrinə  səs  verdilər.  Bakı  və 
Yelizavetpol  qəzalarından  I  və  II  Dövlət  dumalarına  Rusiyanın  və  Avropanın  ən 
məşhur  ali  məktəblərində  təhsil  almış  Əlimərdan  bəy  Topçubaşov,  İsmayıl  xan 
Ziyadxanov,  Fətəli  xan  Xoyski,  Xəlil  bəy  Xasməmmədov  kimi  hüquqşünaslar, 
publisist-dramaturq  Əbdürrəhim  bəy  Haqverdiyev,  Petrov  kənd  təsərrüfatı 
akademiyasının  məzunu  Məmmədtağı  Əliyev,  müəllimlər—Əsədulla  bəy 
Muradxanov və Mustafa Mahmudov, trudoviklərin nümayəndəsi Zeynal Zeynalov 
deputat seçildilər. 
1906-cı il aprelin 27-də Peterburqda I Dövlət duması açıldı. 
Rusiyanın müsəlman əyalətlərinin, o cümlədən Azərbaycanın deputatları I 
Dumada  müsəlman  fraksiyasını  təşkil  etdilər.  Fraksiyanın  sədrliyinə  Ə.  M. 
Topçubaşov  seçildi.  Ə.  M.  Topçubaşovun  hazırladığı  müsəlman  siyasi 
proqramında:  imperiyanın  bütün  ərazisində  möhkəm  konstitusiya  əsaslarında 
özünüidarə  vahidləri  və  vilayət  məclisləri  yaradılması,  torpağın  vilayət  üzrə 
milliləşdirilməsi,  din  işlərində  tam  muxtariyyət  olması  və  yerlərdə  geniş  muxtar 
idarəetmə sisteminin təşkili tələbləri irəli sürülürdü. 
Azərbaycandan  olan  deputatlar  Dumanın  ayrı-ayrı  komissiya  və 
şöbələrinə  seçildilər.  Onlar  öz  çıxışlarında  1905-ci  ilin  yazında  Azərbaycandan 
dəfələrlə hökumətə göndərilmiş ərz-hallarda qaldırılan problemlərə toxunurdular. 
İsmayıl  xan  Ziyadxanov  öz  çıxışlarında  çar  hökumətinin  Azərbaycanda 
yeritdiyi  müstəmləkəçilik  siyasətini  çox  kəskin  surətdə  tənqid  etdi.  (1-ci  sənədə 
bax). Onu hətta həbs edib dörd ay Şəki türməsində saxladılar. 
1906-cı  il  iyulun  9-da,  daha  itaətkar  duma  yaratmaq  məqsədilə,  çarın 
xüsusi  fərmanına əsasən,  I  Dövlət  duması  buraxıldı.  Ertəsi  gün  170 nəfərə  yaxın 
deputat,  o  cümlədən azərbaycanlı  deputatlar  Dumanın  qovulmasına  etiraz  əlaməti 
olaraq,  «Vıborq»  müraciətnaməsini  qəbul  etdilər.  «Müraciətiamə»də  Duma 
çağırılana qədər «Rusiyanın bütün vətəndaşları... xəzinəyə nə bir qəpik pul, orduya 
nə bir nəfər əsgər» verməməyə çağrılır, "Rusiyanın bağlayacağı bütün müqavilələr 
etibarsız  elan  edilirdi.!  Çar  hökuməti  itaətsizlik  edən  deputatlarla  haqq-hesab 
çəkmək üçün daha münasib fürsətin ələ düşməsini gözlədi. 
1907-ci  il  fevralın  20-də  işə  başlayan  II  Dövlət  duması  çarizmin 
gözlədiyinin əksinə olaraq, birincidən daha sol və müxalifətçi oldu. 
II  Dövlət  dumasındakı  çıxışında  deputat  Fətəli  xan  Xoyski  çar 
hökumətinin  Mərkəzi  Rusiyadan  rusların  Azərbaycana  köçürülməsinə  son 
qoymasını  və  əsarət  altına  alınmış  xalqlara  məhəlli  muxtariyyət  verməsini  tələb 
etdi. Deputat Zeynal Zeynalov xəzinə torpaqları da daxil olmaqla, bütün mülkədar 
torpaqlarının  alınıb,  heç  bir  şərt  qoymadan,  pulsuz  kəndlilər  arasında 
bölüşdürülməsini tələb etdi. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə