Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə28/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   24   25   26   27   28   29   30   31   ...   69

60 
 
Onun  türk  birliyi  ideyasının  pantürkizmlə  heç  bir  əlaqəsi  yox  idi. 
Millətlərin hüquq bərabərliyini qəbul edən, habelə bütün türk xalqlarını Türkiyənin 
başçılığı altında  birləşdirmək  çağırışına  biganə  qalan  bu  ideyanın mərkəzində  sırf 
milli azadlıq məsələləri dururdu. Türk xalqlarının tarixən formalaşmış mənşə, dil, 
dini  etiqad  və  bu  kimi  soykök  oxşarlıqlarına  əsaslanan  türk  birliyi 
müstəmləkəçilərə qarşı mübarizədə vahid, ümumtürk cəbhəsi təşkil etməli idi. 
Ə.  Hüseynzadənin  türk  xalqlarının  tərəqqisi  ideyası  «türklük, 
müsəlmanlıq və avropalılıq» prinsiplərinə əsaslanırdı. 
«Türklük» dedikdə, ayrıca mənşəyə mənsub olan türk tayfa və xalqlarının 
hələ  lap  qədimdə  yaranmış  müstəqil  dövlətlərinin  yenidən  baş  qaldıracağı  ehtiva 
olunurdu. 
Ə.  Hüseynzadə  müsəlmanlığı  milli  tərəqqinin  mənəvi əsası hesab  edirdi. 
O,  İslam  dininin  humanizminə  toxunaraq  göstərirdi:  «İslamiyyətin  məqsədi 
istiqlaliyyəti  -  insaniyyədir.  Çünki  islamiyyət  bir  dindir  ki,  millət  və  milliyyət 
tanımaz».  Əli  bəy  İslamı  paklığa,  sosial  ədalətə  çağıran  bir  din  kimi 
səciyyələndirərək  qeyd  edirdi  ki,  faizi  və  müamiləçiliyi,  hər  növ  inhisarı  haram 
buyuran  islamiyyətin millətçilik  və kapitalizmlə heç  bir  əlaqəsi  yoxdur.  O,  qeyri-
müsəlman  ölkələrində  müsəlmanlara  qarşı  xoşagəlməz  münasibətin  bir  səbəbini 
orada Quranın kəlamlarına yaxşı bələd olmamaları ilə əsaslandırırdı. 
Əli bəy milli tərəqqidə avropalılığı Avropada bu və ya digər xalqın, dinin 
çərçivəsindən çıxıb, ümumbəşəri əhəmiyyət kəsb edən mədəniyyətlərinin əsaslarını 
İslam dininin qanunlarını nəzərə almaqla, Azərbaycanda tətbiq etməkdə görürdü. 
Azadlığı  mədəniyyətin,  tərəqqi  və  təkamülün  ən  qəvi
*
  mühərriki 
adlandıran Ə. Hüseynzadə milli və dini fərqlərindən asılı olmayaraq, bütün xalqları 
azadlığa  çağırırdı.  O,  birinci  rus  inqilabına  Azərbaycan  xalqının  milli-azadlıq 
hərəkatına təkan verən qüvvə kimi baxırdı. 
Ə.  Hüseynzadə  sinfi  bərabərsizliyin  əleyhinə  çıxırdı.  O,  «əmələnin  əlilə 
hasil  olan  sərvəti-milliyyəni  bir  neçə  sərmayədar  arasında  bölüşdürmək  üçün 
şərtlər,  qanunlar  ixtira»  edənləri  məzəmmətləyərək,  göstərirdi  ki,  «məzlum  olan 
sinifləri  zalım  siniflərin  təcavüzatından  azad  etmək»,  «yersiz,  yurdsuz 
əkinçilərimizə» torpaq vermək, kasıbların həyat şəraitini yaxşılaşdırmaq lazımdır. 
Əhməd  bəy  Ağayev  (1869-1939-cu  illər)  əvvəlcə  Peterburqda,  sonra 
Fransada  Parisin  Sarbonna universitetində  ali  təhsil  almışdı.  İxtisasca hüquqşünas 
idi.  Beş  dildə  sərbəst  danışırdı.  O,  vaxtilə  Böyük  Fransa  inqilabının  elan  etdiyi 
«Azadlıq,  bərabərlik, ədalət»  prinsiplərinə qızğın tərəfdar  idi.  Xarici,  rus  və  yerli 
mətbuatda milli və dini məsələlərə dair bir sıra məqalələrlə çıxış etmişdi. 
Ə.  Ağayev  birinci  rus  inqilabı  ərəfəsində  müsəlman  müstəmləkə 
xalqlarının  vəziyyətini  səciyyələndirərək  deyirdi:  «Rusiyada  biz  müsəlmanlar, 
əslində,  lazımsız  artıq  yükük.  Biz  yaşamırıq,  ancaq  sürünürük...  Nəhəng,  cansız 
                                                             
*
 qəvi – qüvvətli 


61 
 
vücud kimi səssiz-səmirsiz, susaraq uzanmışıq». O, milli istiqlaliyyətə nail olmağın 
başlıca şərti kimi mədəniyyət və maarifin tərəqqisini ön plana çəkirdi. Bunun üçün 
isə,  Quranın  kəlamlarını  dərindən  öyrənib,  onlara  əməl  etməyi  və  Avropanın 
mədəni  xalqlarının  ən  yaxşı  ənənələrini  mənimsəməyi,  oradakı  elmi  və  texniki 
nailiyyətlərlə yaxından tanış olmağı bütün müsəlman xalqlarına tövsiyə edirdi. 
Müxtəlif  millətlərə  mənsub  olan  müsəlman  xalqlarının  mənşəyində, 
dilində, 
adət-ənənələrində 
tarixən 
formalaşmış 
fərqlərin 
və 
başqa 
özünəməxsusluqların,  əlahiddəliyin  mövcudluğu  şəraitində,  Ə.  Ağayev  həmin 
xalqların  istisnasız  qail  olduqları  İslam  dininə  onları  azadlıq  uğrunda  birgə 
mübarizəyə  səfərbər  edən  vahid  qüvvə  kimi  baxırdı.  O  göstərirdi  ki,  müsəlman 
xalqlarının  dirçəliş  və  tərəqqisi  bu  xalqlar  arasında  «yeganə  fəal  qüvvə  olan  din 
vasitəsilə» mümkündür. 
İctimai-siyasi  hadisələrə  münasibətdə  İslam  qanunlarına  istinad  edilməsi 
panislamizmə əsla meyl demək deyildi. Əhməd bəyin İslam amilinin əsaslarını bu 
dinin humanist, yüksək əxlaqi keyfiyyətləri təşkil edirdi. 
O,  Qərbin  və  Rusiyanın  antiislam  təbliğatına  qarşı  ciddi  mübarizə 
aparmağı,  müsəlman  ölkələrini  müstəmləkə  asılılığından,  milli-siyasi  iflasdan 
qurtarmağı  qarşıya  başlıca  məqsəd  olaraq  qoyurdu.  Ə.  Ağayev  deyirdi:  «Əgər 
işlərimiz bu günkü kimi getsə, şübhəsiz ki, müsəlman aləmi məhv olmağa qadirdir; 
ən  azı  siyasi  cəhətdən...  Bunu  gözümüzün  qabağında  müstəqilliyini  itirmiş 
müsəlman  dövlətlərinin  timsalında  daha  aydın  görə  bilərik».  O,  ümummüsəlman 
birliyinə  unitarizm  məqsədlərindən  tamamilə  uzaq  olan,  milli  istiqlaliyyətin 
zəmanəti kimi baxırdı. 
Ə.  Ağayev  dini  və milli ayrı-seçkiliyin əleyhinə  çıxaraq  deyirdi  ki,  «din 
və  məzhəb  heç  vaxt  nifaq  və  ayrılığa  səbəb  olmayıb  və  olmaz».  Milli 
münasibətlərdə  hər  hansı  millət  özünə  ehtiram  tələb  etməklə  bərabər,  başqa 
milliyyətlərdən olanlara da hörmət bəsləməlidir. 
O,  dövlətin  bacarıqsız,  ləyaqətsiz  adamların  əlində  olduğu  istibdad 
üsulunu  pisləyir,  «hakimiyyətin  xalqın  əlində  olduğu»,  xalq  tərəfindən  seçilmiş 
adamların idarə etdiyi dövlət quruluşuna tərəfdar çıxırdı. 
«Azadlıq şüurun cövhəridir» deyən Əhməd bəy qeyd edirdi ki, azadlıq hər 
şeydən əvvəl,  «sərbəst düşünmək  və  düşündüyünü  sərbəst, səmimi  söyləməkdir». 
Yüksək humanizm mədəniyyətinə malik olan Ə. Ağayev insanın nəinki fikirlərinə, 
onun  şəxsiyyətinə  də  hər  yerdə  hörmət  göstərilməsini  tələb  edirdi.  O  deyirdi  ki, 
«İstər kasıb olsun, istər dövlətli, istər kiçik olsun, istər böyük, istər mənsəb sahibi 
olsun, istər mənsəbsiz—madam ki, insandır,—hörmətə layiqdir». 
Ə. Ağayev hələ birinci rus inqilabından əvvəl, cəmiyyətin yüksək əxlaqi 
keyfiyyətlərə  malik  adamlara  böyük  ehtiyacı  olduğu  bir  zamanda,  milli 
burjuaziyanın yenə də siyasi gerilikdən çıxmağa səy göstərməməsini, onun meşşan 
və lovğa təbiətini ciddi tənqid edirdi. Göstərirdi ki, müsəlman dövlətlilərinin çoxu 
öz vəzifələrini anlamırlar, belələri hətta dumaya işləmək üçün yox, şan-şöhrət üçün 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə