Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə24/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   20   21   22   23   24   25   26   27   ...   69

51 
 
Bəzən  bu  zorakılıqlar  yerli  əhaliyə  qarşı  açıq  silah  işlədilməsi  yolu  ilə 
həyata  keçirilirdi.  Məsələn,  Alar  kənd  camaatını  heç  bir  əvəz  vermədən  öz 
torpaqlarından  qovan  zaman  gəlmə  ruslar  xəzinənin  hesabına  silahlanmışdılar. 
Yerli  qəza  rəisinə  tapşırılmışdı  ki,  Muğanda  salınmış  yeni  rus  kəndlərinin 
sakinlərini hər 100 evə 10 berdanka hesabı ilə silahlandırsın. 
Torpaqsız  və  aztorpaqlı  kəndlilər  arasında  mövsümi  işlərlə  məşğul 
olanların sayı sürətlə artırdı. Kəndlilər xüsusən payız və qış fəsillərində bir neçə ay 
müddətinə başqa kəndlərə, habelə şəhərlərə işləməyə gedirdilər. 
XX  əsrin  əvvəllərində  Yelizavetpol  quberniyasının  Şuşa,  Zəngəzur, 
Cavanşir, Cəbrayıl qəzalarında mövsümiliklə 16,5 min kəndli məşğul olmuşdu ki, 
bu da həmin qəzaların kəndlərindəki yaşlı kişi əhalisinin 1/3 hissəsini təşkil edirdi. 
Azərbaycanda  neft  sənayesinın  inkişafı  ilə  əlaqədar  olaraq  kəndlilərin 
Bakıya axını xüsusilə güclənmişdi. 
Bəzən  mövsümi  işə  gedən  aztorpaqlı,  xüsusən  torpaqsız  kəndlilər 
həmişəlik şəhərdə qalaraq proletarlara çevrilirdilər. Bu cəhətdən Abşeron kəndliləri 
xüsusilə fərqlənirdilər. 
Abşeron  yarımadasında  Balaxanı,  Suraxanı,  Sabunçu,  Zabrat,  Əmircan, 
Bülbülə  və  digər  kəndlərim  təsərrüfatları,  əsasən,  xəzinəyə  məxsus  neftli 
torpaqlarda  yerləşirdi.  Dövlət  bu  torpaqları  müntəzəm  olaraq  alıb  neft 
sənayeçilərinə  icarəyə  verirdi.  Əkin  yerləri  əllərindən  çıxmış  həmin  kəndlərin 
sakinləri Azərbaycan neftçilərinin ilk dəstələrini təşkil etdilər. 
Azərbaycanda suvarma əkinçiliyi əsas yer tuturdu. Suvarma mənbələrinə, 
suyun  paylanmasına  nəzarət  edən  mirablar  suyu,  bir  qayda  olaraq,  peşkeş 
verənlərə,  habelə  mirab  seçkiləri  zamanı  onların  tərəfini  saxlamış  kəndlilərə 
verirdilər.  Mirabların  getdikcə  qubernatorlar  tərəfindən  təyin  edilməsi  onların 
özbaşınalığını  daha  da  artırdı,  suya  görə  haqq  xeyli  qaldırıldı,  nəticədə  bir  sıra 
əkinlər susuzluqdan tələf oldu. 
Kəndlilər  məcburi  şəkildə  ödəməli  olduqları  çox  ağır  «qanuni» 
vergilərdən  əlavə,  bəylərə  və  mülkədarlara,  artıq  ənənəyə  çevrilmiş  müxtəlif 
peşkeşlər  verirdilər.  Məsələn,  Novruz  bayramı  münasibətilə  bayramlıq,  kəndli 
evlənəndə  toy  pulu,  mülkədar  evlənəndə  toy  xərci  və  s.  Kəndlilərdən  taxıl  ölçüb 
alınmasına  nəzarət  edən  mülkədarın  darğası  hər  kəndlidən  20  qəpikdən  50 
qəpiyədək xərclik alırdı. 
Zemski  rüsumunun  bölüşdürülməsində  elə  qayda  qoyulmuşdu  ki,  ağırlıq 
əsasən  kəndlilərin  üzərinə  düşürdü.  Belə  ki,  zemski  rüsumu  kəndin  ümumi  əkin 
sahəsinin həcminə görə müəyyənləşdirilməli olduğu halda, o, təsərrüfatlar arasında 
bərabər  surətdə  bölünürdü.  Ona  görə  də, gəliri əsas  götürdükdə  kəndlilər  varlılara 
nisbətən ölçüyəgəlməz dərəcədə artıq zemski rüsumu ödəməli olurdular. 
Kəndlilər bir sıra «könüllü» ianələr də verməli idilər. Onlar özlərinin illik 
gəlirinin 
1
/
7
  hissəsini  «xüms», 
1
/
10
  hissəsini  «zəkat»  olaraq  verir,  orucluq 


52 
 
qurtaranda  ailənin  hər  bir  üzvünə  7  kirvənkə  taxıl  hesabilə  «kasıblara  paylamaq» 
üçün mollalara «fitrə» göndərirdilər. 
Çar  məmurlarının  rüşvətxorluğu,  özbaşınalığı  həddini  aşmışdı.  Bütün  
mübahisəli  məsələlər  bir  qayda  olaraq,  rüşvət  verənin  xeyrinə  həll  olunurdu. 
Məmurlar  kəndlilərdən  müxtəlif  bəhanələrlə  əlavə  məhsul  və  pul  tələb  edir, 
vergiləri görünməmiş vəhşiliklə yığır, onları təhqir edir və döyürdülər. 
1904-cü  ilin  təkcə  noyabr  ayında  Şuşa  qəzasının  Qaravəlli  kənd 
camaatından qanunsuz olaraq 425 manat pul toplanıb mənimsənilmişdi. 
Quba  qəzasının  Şıx-Xızı  kəndinin  kəndliləri  1907-ci  ilin  vergilərini 
ödədikdən  sonra  pristav  Kanyuşevski  əlavə  olaraq  699  manat  verilməsini  tələb 
edir. Kəndlilər rüşvotxoru məhkəməyə verirlər. Məhkəmə işi pristavın xeyrinə həll 
etdikdən  sonra,  kəndlilər  tələb  edilən  məbləği  toplayıb  verməyə  məcbur  olurlar. 
Pristav pulu alarkən hələ üstəlik bildirir ki, 60 manat da borcları qalıbdır. 
Başqa  bir məmur  vergini  toplayıb  qurtardıqdan  sonra kəndlilərdən rüşvət 
olaraq taxıl, arı təknəsi, həmçinin xeyli məbləğdə pul tələb edir. Kəndlilər bundan 
imtina  etdikdə,  yüzbaşı  onların  arvadlarını  aparıb  rüşvəti  almayıncaya  qədər  -  iki 
gün saxlayıb buraxmır. 
Bəzən  bəylər  və  mülkədarlar  sahibkar  kəndlilərdən  vergi  yığmağı  iri 
icarədarlara  icarəyə  verirdilər, həmin icarədar  da,  öz növbəsində,  vergi  toplamağı 
bir neçə vasitəçi icarədara icarəyə verirdi.  Vasitəçi icarədarlar fırıldaq və aldatma 
yolu ilə kəndlilərdən xeyli artıq vergi alırdılar. 
Vergi  yığmaq  ilə  bərabər,  hətta  rəiyyət  üzərindəki  özünün  bütün 
hüquqlarını da icarəyə verən iri torpaq sahiblərinə təsadüf edilirdi. Məsələn, 1903-
cü  ildə  Zaqatala  dairəsində  bir  kəndi  oranın  camaatı  üzərində  bəyin  bütün 
hüquqları  ilə  birlikdə  9  il  müddətinə  icarəyə  götürən  iki  nəfər  nuxalı  tacir  misli 
görünməmiş  özbaşınalıq  etmişdir.  Onlar  özlərini  kəndin  tam  ağası  kimi  apararaq, 
xeyli  artıq  vergi toplayır, heç  bir  etiraza məhəl  qoymadan kəndlilərin həyətlərinə 
soxulub,  onların  əzizləyib  saxladıqları  çoxillik  çinarları,  xurma  və  başqa  meyvə 
ağaclarını  kəsir,  xoşlarına  gələn  sahələri,  hətta  kəndin  mal-qarasının  səhər 
toplandığı  naxır  meydançasını  sürdürüb  əkir,  otlaqlara  müntəzəm  olaraq  su 
buraxmaqla  heyvanları  örüşsüz  qoyur,  özlərinin  sürülərini  gətirib  bu  yerlərdə 
otarırdılar. 
Vergi  verməyə  imkanı  olmayan  kəndliləri  bəzən  vəhşicəsinə  döyürdülər 
ki,  bu  zaman  ölənlər  də  olurdu.  Məsələn,  var-yoxu  olan  təkcə  toyuğunu 
vermədiyinə  görə  yüzbaşı  bir  kəndlini  şallaqla  döymüş,  sonra  şallağın  dəstəyi  ilə 
onun  sol  böyrunə  vurub  öldürmüşdü.  Yaxud,  bir  kəndli  ilə  sorğu-sual  aparan 
zaman  məftildən  toxunmuş  qırmancla  onu  döymüş,  sonra  tüfəngin  qundağı  ilə 
qarnına  elə  vurmuşlar  ki,  zavallı  ertəsi  gün  ölmüş,  arvadı  və  yeddi  uşağı  başsız 
qalmışdır  və  s.  Kəndlilər  pristavların,  uryadniklərin  və  digər  çar  məmurlarının 
özbaşınalığından  yuxarı  hökumət  idarələrinə  saysız-hesabsız  şikayət  ərizələri 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə