Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə23/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   19   20   21   22   23   24   25   26   ...   69

49 
 
İl  ərzində  Azərbaycanın  ipəksarıma  fabriklərində  orta  hesabla  40  nəfər 
ölür,  60  nəfər  ağır  yaralanırdı.  Bu  cür  bədbəxt  hadisələr  sənayenin  başqa 
sahələrində də baş verirdi. 
İctimai sığorta yox idi. Xəstəliyə tutulmuş və şikəst olmuş fəhlə yaşamaq 
vasitələrindən məhrum edilirdi. Mirzəbekyansın tütün fabrikində hətta bir neçə gün 
xəstələnib işə çıxmayan fəhləni işdən qovurdular. 
Böhran illərində fəhlələrlə kobud rəftar edilməsi, onların hətta döyülməsi 
halları çoxalmışdı. Mirzəbekyansın fabrikində fəhlələrin döyülməsi adi hal almışdı. 
Fəhlələri,  xüsusən  tətil  edənləri  işdən  qovur,  onları  cəzalandırmaq  üçün 
xəfiyyə  idarələri  müxtəlif  bəhanələr  qondarıb,  saxta  işlər  düzəldirdilər.  1901  - 
1904-cü illərdə bu cür düzəldilən 260 saxta iş nəticəsində çoxlu fəhlə polis təqibinə 
məruz qalmışdı. 
Rus-yapon müharibəsi və 1905-1907-ci illər inqilabı dövründə ölkədə baş 
verən  qıtlıqla  əlaqədar  olaraq  bahalığın  artması  nəticəsində  zəhmətkeşlərin 
vəziyyəti xeyli pisləşdi. 
1904 və 1907-ci illər arasında çörək, un, ət, kartof kimi çoxişlənən ərzaq 
mallarının  qiyməti  daha  çox  bahalaşdı.  Fəhlələrin  real  əmək  haqqı  15-30  faiz 
düşdü. 
Birinci  rus  inqilabının  məğlubiyyətindən  sonra  başlanan  irtica  illərində 
fəhlələrin  vəziyyəti  daha  da  ağırlaşdı.  İnqilab  dövründə  neftçilərin  əldə  etdikləri 
bəzi  nailiyyətlər  heçə  endirildi.  Hər  növbəsi  9  saatdan  çox  olmayan  üçnövbəli  iş 
sistemi, yenidən hər növbəsi 10—12 saat olan ikinövbəli işlə əvəz edildi. Bir sıra 
sənaye  sahələrində  qarətçi  cərimə  sistemi  yenidən  geniş  vüsət,  aldı.  Məsələn, 
mədəndə 25 manat maaşla işləyən dartayçı fəhlədən çox vaxt 10 manat məbləğində 
cərimə tutulurdu. 
İnqilabi  əhval-ruhiyyəli  fəhlələrin  «qara  siyahısı»  düzəldilmişdi. 
Sənayenin durğunluğu ilə əlaqədar olaraq ştatlar ixtisar edilərkən həmin fəhlələrin 
adı  birinci  yazılırdı.  Neftçi  fəhlələri  öz  hesabına  qeyri-müəyyən  müddətə 
məzuniyyət  götürməyə  məcbur  edir,  bəzi  fəhlələr  isə  ayın  yalnız  8-15  gününü 
işləyirdilər.  İşsizlərin  sayı  durmadan  artırdı.  Minlərlə  işsiz  fəhlə  Bakıdan  sürgün 
edilmişdi.  1908-1909-cu  illərdə  neft  sənaye  fəhlələrinin  əmək  haqqı  10-15  faiz 
azalmış,  ərzaq  mallarının  qiyməti  isə  65-76  faiz  artmışdı.  1911  -  1912-ci  illərdə 
əmək haqqı yenidən 10 faiz azaldıldı. 
Rus və xarici sahibkarların özbaşınalığı həddini aşmışdı. Bir sıra şirkətlər, 
o  cümlədən  Xəzər  şirkəti,  Nobel  qardaşları  birliyi  fəhlələrə  mənzil  kirayə  haqqı 
verməmək  üçün,  onlara  hətta  müdiriyyətdən  icazəsiz  evlənməyi  də  qadağan 
etmişdilər.  Bir  şirkətdə  fəhlələri  çox  güclü  tufan  şəraitində  baş  vermiş  yanğını 
söndürməyə məcbur etdilər. Bu zaman neft çəninin partlaması nəticəsində 35 fəhlə 
öldü, çoxları isə ciddi bədən xəsarəti aldı. 


50 
 
Bakı  gizli  polis  şöbəsinin  rəisi  etiraf  etməli  olmuşdur  ki,  sahibkarların 
belə  qanunsuz hərəkətləri  «gizli narazılıq  və inqilabi  təşviqat  üçün  əlverişli  şərait 
yaradır». 
Birinci  dünya  müharibəsi  illərində  zəhmətkeşlərin  yaşayışı  son  dərəcə 
ağırlaşdı. Ən zəruri şeylərin qiyməti 3-5 dəfə bahalaşdı. Məsələn, çörəyin qiyməti 
3  dəfə,  düyünün  qiyməti  4  dəfəyə  yaxın,  günəbaxan  yağı  4,5  dəfə,  ərimiş  kərə 
yağının qiyməti 5 dəfədən çox artdı. Fəhlələrin maaşı isə çox az qalxdı. Məsələn, 
neftçilərin əmək haqqı, 1913-cü illə müqayisə etdikdə, 1915-ci ildə cəmi 23 faiz, 
1916-cı  ildə  isə  70  faiz  çoxalmışdı.  Bakıda  və  ölkənin  başqa  şəhərlərində 
möhtəkirlik geniş vüsət aldı. 
Qafqaz  cəbhəsində  hərbi  əməliyyatlarla  əlaqədar  olaraq  dəmir  yollar  ilə 
əsasən qoşun və hərbi sursat daşınması Bakı əhalisinin Şimali Qafqazdan gətirilən 
ərzaq  məhsullarından  məhrum  etmişdi.  Bakıda  iri  qoşun  hissələrinin 
yerləşdirilməsi də şəhərin ərzaqla təminatını xeyli çətinləşdirmişdi. 
Kəndlilərin  vəziyyəti:  Azərbaycan  kəndlilərinin  vəziyyəti  daha  ağır  idi. 
Onlar torpaqsızlıqdan və aztorpaqlılıqdan xüsusilə əziyyət çəkirdilər. 
Aztorpaqlı  və  torpaqsız kəndlilər  ağır  şərtlərlə torpaq icarəyə  götürməyə 
məcbur  olurdular.  Hələ  1901-ci  ildə  Yelizavetpol  quberniyasında  kəndlilərin 
istifadəsində olan tornaqların təqribən 1/3 hissəsi icarəyə götürülmüş torpaqlar idi. 
İcarə  haqqını  ödəməyin  əsas  forması  məhsulun  1/10  hissəsindən  1/2  hissəsinə 
qədərini təşkil edən paydarlıq idi. İcarədarlığın işləyib ödəmə kimi, bir növ, biyar 
forması da vardı. Bəzən torpaq sahəsi pulla icarəyə verilirdi. 
İcarədarlığın daha soyğunçu üsullarına əl atılırdı. Bu, icarəyə götürülmüş 
torpağın  sonradan  daha  ağır  şərtlərlə  təkrar  icarəyə  verilməsi  üsulu  idi.  İcma 
torpaqlarının  çox  hissəsini  tutmaqla  kifayətlənməyən  qolçomaqlar  və  varlı 
kəndlilər iri bəy-mülkədar mülklərində uzun müddətə torpaq icarəyə götürür və ya 
dövlətin  müzaidə  yolu  ilə  icarəyə  verdiyi  torpaq  sahələrini  satın  alırdılar.  Bu 
torpaqlar  qat-qat  baha  qiymətə  yenidən  yoxsul  kəndlilərə  icarəyə  verilirdi. 
Məsələn, suvarılan hər desyatin torpaq sahəsi üçün xəzinəyə 1 man. 25 qəp. icarə 
haqqı ödəyən qolçomaq onu yenidən icarəyə verən zaman hər desyatin üçün orta 
hesabla 50 pud buğda, pula çevirdikdə isə 50 manat haqq alırdı. 
Çar  hökuməti  tərəfindən  Rusiyanın  mərkəzi  quberniyalarından  rus 
ailələrinin  köçürülüb  Azərbaycanda  yerləşdirilməsi  yerli  kəndlilərin  vəziyyətini 
daha da ağırlaşdırdı. Gəlmə ruslar yerli kəndlilərin hesabına torpaqla gen-bol təmin 
edilirdilər.  Kəndlilər  öz  torpaqlarından,  yaşayış  yerlərindən,  bəzən,  görünməmiş 
vəhşiliklə qovulurdular. 
1904-cü  ildə  çar  məmurları  Lənkəran  qəzasının  Mir-Mövsümkənd 
əhalisinə məxsus bütün pay torpaqlarını kəndlə birlikdə gəlmə ruslara verdi. Soyuq 
qış  ayı  olmasına  və  vəba  epidemiyasının  tuğyan  etməsinə  baxmayaraq,  zalımlar 
yerli  kəndliləri  öz  daxmalarından  zorla  çıxarıb  çölə  tökdülər,  sonra  onların 
komalarına və bütün tikililərinə od vurub yandırdılar. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə