Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə19/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   15   16   17   18   19   20   21   22   ...   69

41 
 
1911-ci  ildə  Şollar-Bakı  su  kəmərinin  çəkilişinə  başlandı.  H.  Z. 
Tağıyevdən  əlavə,  kəmərin  çəkilişinə  şəhər  bələdiyyə  idarəsi, neft  sahibkarları  və 
başqaları  xeyli  vəsait  qoydular.  Gündə  üç  milyon  vedrə  su  verəcək  bu  kəmərin 
tikintisində  hər  gün  6  min  nəfərə  qədər  fəhlə  işləyirdi.  1916-cı  ilin  axırında 
kəmərin  çəkilişi  başa  çatdı.  Yeni ilin  əvvəlindən  şəhərdə  Şollar  suyundan istifadə 
etməyə başladılar. 
Bakıda  özünüidarə  orqanı  olan  şəhər  duması  fəaliyyət  göstərirdi.    
Dumaya   seçilmiş deputatların (qlasnıların)  içərisindən bələdiyyə idarəsi və onun 
sədri  seçilirdi.  Çar  hökuməti  müstəmləkəçilik  siyasəti  yeridərək,  bələdiyyə 
idarələrində  milli  nümayəndəliyin  sayını  daim  məhdud  səviyyədə  saxlayırdı. 
Xristian olmayanlar bələdiyyə idarəsinə seçilənlərin 1/3 hissəsindən çoxunu, 1902-
ci  ildən  sonra  isə  yarıdan  çoxunu  təşkil  edə  bilməzdi.  Bakı  dumasında  cəmi  48 
deputat vardı. 
Yelizavetpol  (Gəncə)  Bakıdan  sonra  Azərbaycanın  ikinci  böyük  şəhəri, 
quberniya  mərkəzi  idi.  Buranın  əhalisi  15  il ərzində  20  min nəfərdən  çox  artaraq, 
1915-ci ilin axırında 58 min nəfərə çatmışdı. 
1914-cü  ildə  şəhərdə  20-dən  artıq  iri  və  xırda  sənaye  müəssisəsi,  o 
cümlədən  8  pambıqtəmizləmə,  3  spirtçəkmə-konyak  zavodu,  5  gön-dəri  və  bir 
biyan  kökü  sıxan  müəssisə,  həmçinin  dəmir  yol  emalatxanası  vardı.  Burada 
Rusiyanın 5 iri bankının şöbələri və iki şəhər «qarşılıqlı kredit cəmiyyəti» fəaliyyət 
göstərirdi. 
Yelizavetpol şəhər duması tərəfindən idarə olunurdu. 
Nuxa  şəhəri  ipək  sənayesinin  mərkəzi  kimi  məşhur  idi.  1914-cü  ildə 
burada  85  ipək  və  50  gön-dəri  emalı  müəssisəsi,  3  tənbəki  fabriki  və  başqaları 
vardı. «Qafqazın Lionu» adlandırılan Nuxa şəhərində Azərbaycan xam ipəyinin 2/3 
hissəsi,  gön-dəri  məmulatının  yarıdan  çoxu  istehsal  edilmişdi.  Şəhərdə  «qarşılıqlı 
kredit cəmiyyəti» fəaliyyət göstərirdi. Şəhərin əhalisi 15 il ərzində iki dəfə artaraq, 
1915-ci ilin axırında 52 min nəfəri ötmüşdü. 
ġuĢa şəhərinin əhalisi əsrin əvvəli ilə müqayisə etdikdə, 18 min nəfərdən 
çox artaraq, 1915-ci ilin axırında 44 min nəfər olmuşdu. Bu zaman Şuşada 22 ipək 
emalı  müəssisəsi,  3  spirtçəkmə-konyak  zavodu  və  başqaları  vardı.  Şəhərdə  bir 
bankın şöbəsi, «qarşılıqlı kredit cəmiyyəti» fəaliyyət göstərirdi. 
Qəzalarda  bütün  işləri  qəza  polis  rəisinin  rəhbərliyi  altında  onun 
köməkçiləri, şəhər pristavları və əhalinin bəzi varlı nümayəndələrinin daxil olduğu 
şəhər işləri üzrə divanxanalar icra edirdi. 
XX  əsrin  ikinci  onilliyində  Azərbaycanda  irili-xırdalı  13  şəhər  vardı. 
Bunlardan  9  şəhərin  hərəsinin  əhalisi  on  min  nəfərdən  artıq  idi.  Ağdam,  Bərdə, 
Tərtər  kimi  9  şəhər  tipli  yaşayış  məntəqəsi  vardı.  Bu  qəsəbələrdə  cəmi  25  minə 
qədər  adam  yaşayırdı.  Yaşayış  məntəqələrinin  çoxu  bu  və  ya  digər  istehsal 
sahəsinin inkişafı ilə əlaqədar olaraq, yaranıb böyüyürdu.  Gədəbəy—mis istehsalı, 


42 
 
Ağdaş—pambıq  emalı,  Bankə—balıqçılıq  təsərrüfatı,  Yelenendorf—şərab-spirt 
emalı ilə fərqlənirdi. 
Qəsəbələrdə,  adətən,  bir  neçə  kiçik  sənaye  müəssisəsi  olurdu.  Məsələn, 
Lənkəran  qəzasının  Privolnı  qəsəbəsində  kərpic  və  taxtapuş  dəmiri  hazırlayan, 
kətan toxumundan, günəbaxandan, küncüddən yağ çəkən, xardal və s. istehsal edən 
11 kiçik zavod, 4 su dəyirmanı və başqa kiçik müəssisələr vardı. 
Ticarət: Əhalinin artması,  əmtəə istehsalının  çoxalması ilə  yanaşı,  ticarət  
əlaqələri də genişlənirdi. Yeni ticarət məntəqələri meydana gəlirdi. 
Bakı - Xəzər dənizi sahilində ən böyük port və iri dəmir yol qovşağı olub, 
Azərbaycanın  daxilində,  Rusiya  və  xarici  ölkələrlə  aparılan  ticarətdə  çox  mühum 
rol oynayırdı. 
Bakı quberniyası üzrə ticarət dövriyyəsinin 85 faizi və qazancın 90 faizi 
Bakı  şəhərinin  payına  düşürdü.  O,  orta  illik  yük  dövriyyəsinin  həcminə  görə 
Rusiyada Peterburq və Odessa kimi iri portları geridə qoyaraq, birinci yeri tuturdu. 
Hələ  XX  əsrin  əvvəlində  şəhərdə  2500-dən  artıq  ticarət  müəssisəsi,  15 
minə  yaxın  tacir  vardı.  Tacirlərin  yarısını  azərbaycanlılar  təşkil  edirdi.  Mal 
dövriyyəsinin illik həcmi  milyonlarla  manat  olan  H.  Z.  Tağıyev,  M.  Nağıyev,  Ş. 
Əsədullayev və başqa iri tacirlər vardı. 
Bakıdan  təkcə  Həştərxana  hər  il  orta  hesabla  350  milyon  pud  yük  yola 
salınırdı.  Bu  yükün  300  milyon  pudunu  neft  və  neft  məhsulları  təşkil  edirdi. 
Rusiyadan  Xəzər  vasitəsilə,  həmçinin  dəmir  yol  ilə  başlıca  olaraq,  taxıl,  qənd, 
pambıq parça, müxtəlif sənaye məmulatı, tikinti və meşə materialları, metal və neft 
sənayesi  üçün  avadanlıq  gətiridirdi.  3  milyon  pud  təkcə dəmir  və polad təbəqələr 
daxil  olurdu.  Neft  sənaye  avadanlığı  içərisində  təkcə  boruların  çəkisi  bir  milyon 
puda bərabər iri. 
Azərbaycanın  qəzalarından  hər  il  dəmir  yol  və  dəniz  vasitəsilə  Bakıya  2 
milyon puda qədər müxtəlif növ meyvə və bostan məhsulları gətirilirdi. 
Bakıya  hər  il  satmağa  250-270  min  baş  diri  mal-qara  göndərilirdi.  Bu 
heyvanların  çox  hissəsi  Azərbaycan  qəzalarının,  qalanı  Qafqaz  və  İranın  payına 
düşürdü. Bundan əlavə, qəzalardan külli miqdarda kəsilmiş ət, yağ, pendir və digər 
süd  məhsulları,  on  minlərlə  pud  yun,  on  minlərlə  ədəd  heyvan  dərisi  və  sair 
gətirilirdi. 
Bakıya  gətirilən  malların  bir  hissəsi  şəhər  bazarlarında  satılır,  qalan 
hissəsi Azərbaycanın qəzalarına,  Rusiyaya,  habelə  İrana  göndərilirdi. 
Bakıda  yerləşən  ticarət  bankları  və  başqa maliyyə-kredit  idarələri  ticarət 
müəssisələrinin işində yaxından iştirak edirdi. 
Bakı  quberniyasının  Lənkəran  qəzası  taxıl,  xüsusən  çəltik   və    mal-qara 
ticarətində  fərqlənirdi.  Buranın  bazarlarına  başqa  qəzalardan  çoxlu mal  gətirilirdi. 
Qəzanın  Asullı  və  Masallı  (Qala-bazar)  bazarlarında  başlıca  olaraq  mal-qara, 
Lənkəran və Qızılağac bazarlarında isə, əsasən çəltik, buğda, arpa  satılırdı. Yazda 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə