Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə22/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   18   19   20   21   22   23   24   25   ...   69

47 
 
1910-cu ildə  Quba  qəzasında  50  verst  uzunluğunda,  o  cümlədən  Quba—
Xaçmaz  telefon  xətti  çəkildi.  1911-ci  ildə  Bakını  Yelizavetpol  vasitəsitə  Tiflislə 
birləşdirən şəhərlərarası telefon xətti işə düşdü. 
1912-çi ildə Bakının Bayıl rayonunda ilk radio-stansiya işləməyə başladı. 
 
 
§ 4. AZƏRBAYCAN ZƏHMƏTKEġLƏRĠNĠN  
VƏZĠYYƏTĠ 
 
Azərbaycanın  müstəmləkə  xarakteri  onun  sosial  vəziyyətində  tam  əks 
olunurdu. Əsas yaşayış mənbəyi olan torpağın 3/4 hissəsi, onun  təki, dəmir yolları, 
magistral neft kəməri və s. dövlətə məxsus idi. Xalqın malını yenidən onun özünə 
icarəyə verməklə çar xəzinəsi külli miqdarda qazanc götürürdü. 
Ölkə  çar  hökumətinin  qanun  və  qaydaları  ilə  idarə  olunurdu. 
Müstəmləkəçilər yerli əhalini istədikləri kimi istismar edirdilər. 
Fəhlələrin  vəziyyəti:  Azərbaycan  fəhlələri  ağır  şəraitdə  yaşayırdılar. 
Əsrin əvvəllərində baş verən ümumi  iqtisadi   böhran   onların vəziyyətini daha da 
ağırlaşdırdı. 
Fəhlələrin  iş  gününün  müddəti  çox  uzun  idi.  Bakının  zavod  və 
fabriklərində  fəhlələr  gündə  10,5—11  saat  işləyirdilər.  Mirzəbekyansın  tütün 
fabrikində  iş  gününün  uzunluğu  13  saata  çatırdı.  İş  gününün  müddəti  dəqiq 
müəyyən  edilməmiş  mədən  fəhlələri  çox  vaxt  fabrik-zavod  fəhlələrindən  artıq 
işləyirdilər. 
Gədəbəy  mis  mədənlərində  fəhlələr  gündə  12-14  saat,  həftənin  bir  günü 
isə  18  saat,  onların  içərisində  yeraltı  işlərdə  çalışanları  11-12  saat,  ipəksarıyanlar 
14-16  saat,  dəmiryolçular  14,5  saat,  həftələrlə,  bəzən  aylarla  sahil  üzü  görməyən 
balıqçı fəhlələr 17-18 saat işləyirdilər. 
Böhran  illərində  bir  sıra  müəssisələrin  bağlanması  fəhlələrin  xeyli 
hissəsinin  ixtisar  edilməsinə,  beləliklə,  işsizlərin  sayının  artmasına  səbəb  oldu. 
Bakıda  fəhlələrin  1/4  hissəsindən  çoxu  küçəyə  atıldı.  Bundan  istifadə  edən 
sahibkarlar  iş  vaxtını  uzadır,  fəhlələrin  maaşını  azaldırdılar.  Bakıda  fabrik-zavod 
fəhlələrinin  əmək  haqqı  20-25  faiz,  neft  mədən  fəhlələrinin  əmək  haqqı  isə  daha   
çox azaldıldı. 
Bir  sıra  sənaye  sahələrində,  o  cümlədən  neft  və  dağ-mədən  sənayesində 
ağalıq edən rus və xarici kapitalistlər işçilərin maaşlarının müəyyənləşdirilməsində 
milli  ayrı-seçkilik  edirdilər.  Əsasən  azərbaycanlılardan  ibarət  olan  ixtisassız 
fəhlələr eyni işin müqabilində rus, alman, polyak və digər əcnəbi fəhlələrdən xeyli 
az maaş alırdılar. Məsələn, Nobel qardaşları birliyində ocaqçıların aylıq maaşı 18-
19 manat olduğu halda, azərbaycanlı fəhlələrə 17, hətta 16 manat verirdilər. 


48 
 
Fəhlələrin  əmək  haqqı  çox  aşağı  idi.  Əsrin  əvvəllərində  kişi  cinsindən 
olan  ixtisaslı  neftçi  və  mis  mədəni  fəhləsi  üçün  30-35  manat,  ipəksarıyan  fəhlə 
üçün 20-25 manat ən yüksək səviyyə hesab olunurdu. 
Qadın, yeniyetmə və uşaq əməyindən geniş istifadə edilirdi. Xüsusən emal 
sənayesində  çoxlu  qadın  və  uşaq  işləyirdi.  Şəki—Zaqatala  zonasında,  Ordubadda 
ipəksarıyanların yarısı, Qarabağ zonasında isə 80 faizdən çoxu qadın və uşaqlardan 
ibarət  idi.  Qarabağ  fabriklərində  hər  iki  cinsdən  olan  yeniyetmə  və  uşaqların 
əməyini istismar etmək adi hala çevrilmişdi. Qadınlara kişilərdən xeyli az, uşaqlara 
isə  lap  az  zəhmət  haqqı  verilirdi.  Məsələn,  Qarabağ  ipəksarıma  müəssisələrində 
onlar ayda 3-10 manat arasında əmək haqqı alırdılar. 
Böhran  illərində  qanunsuz  cərimələrin  sayı  çoxaldı.  Hətta  maşının  təbii 
olaraq sıradan çıxmasına görə də fəhlələrdən cərimə alınırdı. Onları normadan artıq 
işləməyə məcbur edirdilər. 
Fəhlələrin mənzil şəraiti son dərəcə  ağır idi. Onlar heç bir şəraiti olmayan 
daxmalarda yaşayırdılar. Mədənlərdə qalıb işləyən fəhlələrin həyatı daha dözülməz 
idi. Onlar xüsusi fəhlə qazarmalarında qalırdılar. Darısqal, his-toz basmış qazarma 
otaqlarının  hər  birində  6  nəfərdən  artıq,  hətta  20  nəfərədək  fəhlə  çox  zaman 
döşəmənin üstündə yan-yana uzanıb yatırdı. Sabunçu kəndində ləzgi fəhlələri üçün 
qayaların  arasında  yaşayış  yeri düzəldilmişdi.  Mədən  fəhləsi  mənzil haqqı  olaraq 
aylıq maaşının 15-20 faizə qədərini verirdi. 
Neftçi fəhlələrin yaşadığı mədənlərdə hamam belə yox idi. Onlar çox vaxt 
ümumi  göllərdə  yuyunmağa  məcbur  olduqlarından,  tez-tez  yoluxucu  xəstəliklərə 
tutulurdular. Hətta, 1903-1904-cü illərin ümumi tətillərinə qədər neft mədənlərində 
içməli su da verilmirdi. Dükan və aşxana sahibləri pulsuz fəhlələrə nisyə mal verir, 
haqq-hesab çəkilən zaman isə onları daim aldadırdılar. 
Əksəriyyəti  gəlmələrdən  ibarət  olan  Gədəbəy  mis  mədəni  fəhlələrinin 
yaşadığı qazarmalarda vəziyyət bundan yaxşı deyildi. 
Bankə qəsəbəsindəki fəhlə qazarmalarında yaşayan balıqçılar müəssisənin 
hesabına  yeyib-içməli  idilər.  Onların  əmək haqqı hesablanan  zaman  əllərinə  cəmi 
6-7 manat pul çatırdı. Balıqçıların işi mövsümi idi. Onlar ilin on ayını işləyirdilər. 
May-iyun  aylarında  az  miqdar  təmirçi  fəhlə  saxlamaqla,  bütün  balıqçıları  işdən 
azad  edirdilər.  İyul  ayında  başlanan  balıq  ovu  mövsümünə  təzədən  işçi  qüvvəsi 
toplanırdı. 
Üzücü  əmək,  ağır  həyat  şəraiti  fəhlələrin  vərəm,  revmatizm,  qanazlığı, 
göz  xəstəlikləri  kimi  bir  sıra  peşə  xəstəliklərinə  tutulmasına,  onların  vaxtından 
əvvəl əmək iqtidarını itirib sıradan çıxmasına səbəb olurdu. 
Fəhlələrin  təhlükəsizliyinin  qorunması  qayğısına  qalmırdılar.  Bakıda  hər 
quyu qazılıb qurtaranadək orta hesabla 10 adam ölür və ya şikəst olurdu. Belə çıxır 
ki, təqribən yarım əsr ərzində inşa edilmiş 4 min quyu 40 minədək fəhlənin ölümü 
və ya şikəstliyi hesabına başa gəlmişdir. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə