Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə20/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   16   17   18   19   20   21   22   23   ...   69

43 
 
Prişib kənd bazarında yalnız camış alveri gedirdi. Burada hər il min başadək camış 
satılırdı. 
1914-cü  ildə  Lənkəran  şəhərində  balıq,  taxıl,  un, meşə materialları,  kənd 
təsərrüfatı  alətləri  ticarəti  ilə  məşğul  olan  15  müəssisə,  onlarca  baqqal  dükanı 
vardı. 
Ən  böyük  bazarlardan  biri  Cavad  qəzasının  Petropavlovka  (indiki 
Sabirabad)  kəndində  idi.  1912-ci  ilin  təkcə  beş  ayı  ərzində  bazara  30  min  baş 
qaramal, 60 min baş qoyun-keçi, 3 min baş at gətirilmişdi, 
Petropavlovka  kəndi  həm  də  mühüm  pambıq  ticarəti  məntəqəsi  idi. 
Muğanın  mərkəz  və  şimal  hissəsində  istehsal  olunan  butün  pambıq  məhsulunu 
satmaq üçün bu kəndin bazarına aparırdılar. Burada pambığı alıb dəmir yol və Kür 
çayı vasitəsilə emal müəssisələrinə yola salırdılar. 
Göyçay  qəzasında istehsal edilən pambıq və barama məhsulu buranın öz 
bazarında satılırdı. 
1914-cü  ildə  Quba  şəhərində  meyvə  və  meyvə  qaxı,  xalça,  arşın  mal 
ticarəti ilə məşğul olan 43 müəssisə, çoxlu baqqal dükanı vardı.  Hər il Qubada və 
qəzanın digər kənd bazarlarında minlərlə xalça, yüz minlərlə pud müxtəlif meyvə, 
meyvə  qaxı  və  xeyli  mal-qara  satılırdı  ki,  bunların  da  çox  hissəsi  Bakıya,  habelə 
digər qəzalara və Rusiyaya aparılırdı. 
Ölkənin bazarlarında möhtəkirlər mühüm rol oynayırdı. Bəzən bütün alqı-
satqı  əməliyyatları  onların  vasitəsilə  həyata  keçirilirdi.  Məsələn,  Azərbaycanda 
üzümün  əsas  topdansatış  mərkəzinə  çevrilmiş  Kürdəmir  bazarına  məhsul  başlıca 
olaraq,  istehsalçıların  özləri  tərəfindən  deyil,  möhtəkirlər  tərəfindən  çıxarılırdı. 
Şərab  müəssisələrinin  sahibləri  külli  miqdarda  üzüm  alaraq,  əsasən,  Kürdəmir 
stansiyası  vasitəsilə  yola  salırdılar.  Möhtəkirlər  üzümün  bir  hissəsini  aparıb 
Zaqafqaziyanın iri şəhərlərində - Bakıda, Tiflisdə, həmçinin Rusiyanın şəhərlərində 
baha qiymətə satırdılar. 
Yelizavetpol  quberniyasının  əsas  ticarət  məntəqələri  Yelizavetpol,  Nuxa, 
Şuşa kimi köhnə qəza mərkəzləri idi. 
1914-cü  ildə  Yelizavetpol  şəhərində  pambıq,  şərab,  ağ  neft,  balıq,  un, 
sement,  xalça,  arşın  mal  ticarəti  ilə  məşğul  olan  120-dək  müəssisə,  çoxlu  baqqal 
dükanı vardı. 
Hələ əsrin ilk illərində burada rəsmi sənədi olan tacirlərin sayı 600 nəfərə 
çatırdı.  Onların  400  nəfərdən  çoxunu  azərbaycanlı  tacirlər  təşkil  edirdi.  A.  H. 
Əsgərov, Q. B. Quliyev, İ. Q. Rəhimov və başqaları Yelizavetpol ticarət kapitalının 
görkəmli nümayəndələri idilər. 
Qonşu  qəzalardan  gətirilən  üzüm,  şərab,  meyvə,  pambıq,  mal-qara, 
heyvandarlıq məhsulları və s. mallar Yelizavetpol şəhər bazarlarında satılır, yaxud 
dəmir yol vasitəsilə Bakı və Batum istiqamətlərində yola salınırdı. Hər il təkcə 500 
min  puddan  çox  müxtəlif  növ  meyvə  və  meyvə  qaxı,  qoz-fındıq  satılır  və  başqa 
yerlərə göndərilirdi. 


44 
 
Nuxa  və  Ərəş  qəzalarında,  Zaqatala  dairəsində  hasil  edilən  barama 
məhsulu Nuxa şəhərinin ipək alverçiləri tərəfindən alınırdı. Nuxada ipək və barama 
ticarəti ilə 21 müəssisə məşğul olurdu. Burada gön-dəri, ağ neft, arşın mal, meyvə, 
şirniyyat, mal-qara ticarəti edən yüzdən çox müəssisə və baqqal dükanı vardı. Q. 
M. Həmidov, Q. M. Xəliləv, S. Q. Əliyev və başqa iri tacirlər Nuxanın ticarətində 
mühüm rol oynayırdılar. 
Qarabağ  zonasında  Şuşa,  Cəbrayıl  (Qaryagin)  və  Cavanşir  qəzalarında 
hasil edilən barama əsasən Şuşa bazarında satılırdı. Şuşada xalça, arşın mal, şərab, 
mal-qara, ət ticarəti ilə məşğul olan çoxlu müəssisə və baqqal dükanı vardı. Şəhərin 
azərbaycanlı tacirləri arasında Q. M. Səfərov, Ş. M. Kazımov, L. K. Məmmədov və 
başqaları xüsusilə fərqlənirdi. 
Yelizavetpol  quberniyası  Azərbaycanın  heyvandarlıq    məhsulları  ixrac 
edən  başlıca zonası idi. 
1911-ci ildə quberniyada 11 min başa yaxın iri buynuzlu heyvan, 110 min 
başdan çox qoyun və keçi, 2100 başdan artıq donuz kəsilib yerli bazarlarda satılmış 
və başqa yerlərə, o cümlədən Rusiyaya, həmçinin İrana ixrac edilmişdir. 
Həmin il quberniyadan  kənara 22 min başdan çox iri buynuzlu mal-qara, 
185 at, 327 minə yaxın qoyun-keçi və 185 dəvə dərisi, 9 minə yaxın heyvan xəzi 
göndərilmişdir. 
Zaqatala şəhərində tütün, meyvə, mal-qara, arşın mal və s. ticarəti ilə xeyli 
müəssisə və baqqal dükanı məşğul olurdu. 
Zaqatala dairəsindən hər il orta hesabla 150 min pud fındıq, 200 min pud 
müxtəlif  növ  meyvə  ixrac  edilirdi.  Ölkənin  fabriklərinə  sarı  tütünün  yarıdan 
çoxunu  dairənin  ticarət  müəssisələri  göndərirdi.  Zaqatala,  Qax  və  Balakən 
bazarlarında hər gün çoxlu mal-qara alınıb-satılırdı. 
Naxçıvan  şəhərində  duz,  pambıq,  meyvə,  mal-qara,  yun, arşın  mal  və  s. 
ticarəti  edən  çoxlu  müəssisə,  onlarca  baqqal  dükanı  vardı.  Naxçıvan  qəzasının 
Ordubad şəhəri meyvə qaxı, qoz və barama ticarətində fərqlənirdi. 
Tiflis—İrəvan  dəmir  yol  xətti  Culfaya  qədər  çatdırıldıqdan  sonra  Culfa 
stansiyası vasitəsilə mal göndərilməsi sürətlə çoxaldı. 1912-ci ildə Culfa stansiyası 
vasitəsilə Rusiyaya 800 min puda yaxın təkcə meyvə və meyvə qaxı göndərilmişdi. 
Culfa  stansiyası  həm  də  Rusiya  ilə  İran  arasındakı  ticarətdə  vasitəçi  rolunu 
oynayırdı. 
Azərbaycanda  həftənin  müəyyən  günləri  toplanan  kənd  bazarları  da 
fəaliyyət  göstərirdi.  Həftəbazarı  adlanan  bu  alış-veriş  yerində  əsasən  məişət  üçün 
çox zəruri olan şeylər—arşın mal, qənd, çay, bəzi ev əşyaları və s. satılırdı. 
Ticarətin  inkişafında  vaxtaşırı  təşkil  edilən  yarmarkaların  mühüm  rolu 
vardı. 
Hər  ilin  baharında  Bakıda  keçirilən  Nikolay  yarmarkasında  Rusiyanın 
müxtəlif  şəhərlərindən  və  Azərbaycanın  qəzalarından  gətirilmiş  yüz  minlərlə 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə