Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə12/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   8   9   10   11   12   13   14   15   ...   69

26 
 
Xalçaçılıq  bəzi  qəzalarda  çox  geniş  yayılmışdı.  Məsələn,  1912-ci  ildə 
Quba qəzasında olan 111 kənddən 97-sində 40 min nəfər xalça toxumaqla məşğul 
idi.  Quba  xalçaları  xarici  ölkələrdə  təşkil  edilən  sərgilərdə  dəfələrlə  nümayiş 
etdirilmişdi.  Hətta,  1913-cü  ildə  Berlin  sərgisinə  xalçalarla  bərabər  tamaşaçıları 
xalçatoxuma  sənəti  ilə  tanış  etmək  üçün  Qubadan  iki  xalçaçı  qadın  da 
göndərilmişdi. 
Xalçaçılıqda  istehsalın  yüzlərlə  kənddə  minlərlə  evə  səpələnməsi  xalça 
sənayesinin təmərküzləşməsinə,  burada  kapitalist əsaslarının  qərarlaşmasına mane 
olurdu. 
Azərbaycanda  xalçaçılıqla  250-300  min  adam  məşğul  idi.  Onların 
təqribən 40 min nəfərini peşəkar toxucular təşkil edirdi. 
Kustar  istehsalında  misgərlik  mühüm  rol  oynayırdı.  1913-cü  ildə  mis 
qablar  istehsalı  ilə  2  mindən  artıq  adam  məşğul  olurdu.  Onlardan  600  nəfərdən 
çoxu usta, qalanları isə usta əlaltısı idi. Miskərlik əsasən Lahıcda cəmləşmişdi. 
Ġpək parça emalı, az da olsa, davam etdirilirdi. Nuxa, Şuşa, Yelizavetpol, 
Ordubad,  Şamaxı  şəhərlərində  və  bəzi  kəndlərdə,  xüsusən  Basqalda  kustar  yolla 
ipəktoxuma geniş yayılmışdı. 
1912-1913-cu illərdə Basqal kəndində 1400 ipəktoxuma dəzgahı olan 900 
sahibkar  sənətkar  vardı.  Onlar  500  muzdlu  ustanın  və  203 usta  şagirdinin  köməyi 
ilə ildə 1,8 milyon ədəd kələğayı toxuyurdular. 
Həmin  dövrdə  Yelizavetpolda  olan  15  kustar  ipək  parça  emalı 
müəssisəsində 200 dəzgah vardı. Burada 500 usta və usta şagirdi çalışırdı. 
Yundan  müxtəlif  məmulatlar  hazırlanırdı.  Hasil  edilən  yunun  yarıdan 
çoxu  yerli  kustar  sənətkarlar  tərəfindən  işlədilirdi.  Şuşada  və  Qazaxda  toxunan 
mahud parça fabrik məmulatından heç də geri qalmırdı. 
Azərbaycanda  boyaqçılıq,  dulusçuluq,  keçəçilik,  zərgərlik,  xəzçilik, 
dərzilik,  papaqçılıq  və  s.  onlarca  başqa  kustar istehsal  sahəsi  vardı. Təkcə  Bakıda 
yüzdən çox dülgərlik, iyirmidən çox çəlləkqayırma emalatxanası işləyirdi. 
1913-cü  ildə  Azərbaycanın  kustar  sənayesində  150-200  min  adam 
çalışırdı.  Onlardan  64  min  nəfərə  qədəri  sahibkar  sənətkar,  qalanları  isə  muzdlu 
fəhlə idi. 
 
 
 
 
 
 
 
 
 
 


27 
 
§ 2. KƏND TƏSƏRRÜFATI 
 
Aqrar  münasibətlər:  XX  əsrin  əvvəllərində  Azərbaycan  əhalisinin  80 
faizi kənddə yaşayırdı. 
Butün torpaqların 
3
/
4
 hissəsindən çoxu xəzinənin (dövlətin) ixtiyarında idi. 
Kənd  əhalisinin  70  faizini  xəzinə  torpaqlarında  yaşayan  dövlət  kəndliləri  təşkil 
edirdi.  1912-ci  ildə  onların  istifadəsində  2  milyon  desyatindən  bir  qədər  artıq 
torpaq sahəsi vardı. 
Dövlət kəndliləri xəzinə torpaqlarından icmalıqla istifadə edirdilər. Kəndli 
şəxsən azad idi və özünün pay torpağına görə dövlətə töycü verirdi. Torpaq onun 
həmişəlik  istifadəsində  idi.  O  öz  torpağını  icarəyə  verə  bilər,  onu  ailə  üzvləri 
arasında bölüşdürə bilərdi. 
İcmaçı  kəndlilər  arasında  təbəqələşmə  getdikcə  qüvvətlənirdi.  İcma 
torpaqlarının  çox  hissəsini  əlinə  keçirmiş  qolçomaqlar  və  varlı  kəndlilər  pay 
torpaqlarının vaxtaşırı bölüşdürülməsi qaydasını daim pozurdular. 
Kəndlilərin  ikinci  böyük  qrupunu  bəy-mülkədar  torpaqlarında  yaşayan 
sahibkar  kəndliləri  təşkil  edirdi.  Onlar  şəxsən  azad  olub,  «yarımmükəlləfiyyətli», 
yəni  mülkədardan  iqtisadi  cəhətdən  asılı  vəziyyətdə  idilər.  Sahibkar  kəndliləri, 
əsasən, Yelizavetpol quberniyasında yaşayırdılar. 
Kəndlilərin  cüzi  hissəsi  dini  idarələrə  məxsus  torpaqlarda  yaşayırdılar. 
Özünün  az  miqdarda  şəxsi  torpağı  olan  mülkiyyətçi  kəndlilər  də  vardı.  Lakin 
bunlar heç bir faiz də təşkil etmirdilər. 
Azərbaycanın dağ  və  dağətəyi  yerlərində  əsasən  maldarlıqla məşğul  olan 
yarımköçərilərin  tək-tək  təsərrüfatları  hələ  qalırdı.  Onların  oturaq  həyat  tərzinə 
keçmələri  getdikcə  güclənirdi.  1916-cı  ildə  cəmi  29  min  yarımköçəri  kəndli 
təsərrüfatı qalmışdı. 
1901-ci  il  yanvarın  1-dən  qüvvəyə  minən  yeni  torpaq  qanunu  ilə  bütün 
kateqoriyalar  üzrə  kəndlilərin  dövlət  qarşısında  mükəlləfiyyətləri  dəqiq 
müəyyənləşdirildi. 
Həmin  qanuna  əsasən,  dövlət  kəndliləri  özlərinin  həmişəlik  istifadəsində 
olan pay torpaqlarına görə xəzinəyə həyətbaşı (tüstü) adlanan vergi əvəzinə, gəlirin 
10-12 faizini təşkil edən dövlət töycüsü, istifadə etdiyi başqa torpaqlara görə torpaq 
vergisi, bütün torpaqlara şamil edilən zemski rüsumu (vergisi) ödəməli idilər. 
Zemski  rüsumu  əhalinin  təhsil,  səhiyyə,  baytarlıq  və  s.  yerli  xərclərini 
ödəmək  məqsədilə  alınırdı.  Lakin  o,  əsasən,  polisin  saxlanmasına  sərf  edilirdi. 
Sahibkar  kəndliləri  öz  ağalarının  xeyrinə  bir  sıra  mükəlləfiyyətlər,  o  cümlədən, 
torpaqdan  istifadəyə  görə  məhsulun 
1
/
10 
hissəsindən  yarısına  qədərini  təşkil  edən 
malcəhət,  yaxud  bəhrə,  qışlaqda  saxlanan  heyvana  görə  ot  pulu,  alaçıq  tikməyə 
görə tüstü pulu, bağ və tərəvəz yetişdirməyə görə bağ pulu və s. ödəyirdilər. 
Onlar  dövlətə  də  bir  sıra  vergilər  verirdilər.  Yeni  qanuna  əsasən,  həmin 
vergilər  iki  qrupda  cəmləşdirilirdi:  1)  sahibkar  kəndlilərin,  həmçinin  bəy  və 


28 
 
mülkədarların bilavasitə istifadəsində olan torpaqlara görə torpaq vergisi, 2) bütün 
torpaqlara şamil edilən zemski rüsumu (vergisi). 
Azərbaycanlı kişilər əsgərliyə çağırılmadıqlarına görə, dövlətə hərbi vergi 
də verirdilər. 
1912-ci  ildə  Azərbaycanda  torpaqların  25  faizini-1,2  milyon  desyatinə 
qədərini xüsusi sahibkar torpaqları təşkil edirdi. Bunun 60 faizi bilavasitə bəy, xan 
və mülkədarlara məxsus idi. Təkcə min desyatindən artıq əkin sahəsi olan yüzdən 
artıq iri torpaq sahibi vardı. 
Sahibkar  kəndlilərinə  adambaşına  orta  hesabla  1  desyatindən  bir  qədər 
artıq  torpaq  sahəsi  düşürdü.  Buraya, həmçinin,  əkinə  yararsız  yerlər də daxil  idi. 
Ayrılıqda  götürdükdə,  bəzi  qəzalarda  adambaşına  daha  az,  məsələn,  Zəngəzur, 
Lənkəran  qəzalarında  0,5  desyatin  torpaq  sahəsi  düşürdü.  On  minlərlə  torpaqsız 
kəndli vardı. 
Torpaqla nisbətən yaxşı təmin edilmiş dövlət kəndlilərinin də vəziyyəti o 
qədər yaxşı deyildi. Dövlət kəndlilərinə adambaşına orta hesabla 2 desyatindən bir 
qədər artıq əkinə yararlı və yararsız pay torpağı düşürdü. Lakin təbəqələşmənin son 
dərəcə  güclənməsi  nəticəsində  dövlət  kəndlilərinin  yarısını—təqribən  500  min 
nəfərini  0,5  desyatindən  2 desyatinədək  pay  torpağı  olan aztorpaqlı  kəndli  kütləsi 
təşkil edirdi. Minlərlə kəndli ailəsi bütünlüklə torpaqsız idi. 
Dövlət  kəndlilərinin  öz  istehsal  vasitələrindən  ayrı  düşməsi  halları 
getdikcə artırdı. Yoxsul kəndlilərin bir qismi özünün əkin sahəsindən və bağından 
istifadə  hüququnu  başqasına  satır,  digər  qismi  qoşqu  heyvanı  olmadığı  üçün 
özünün  pay  torpağını  icarəyə  verirdi.  Hətta,  qanunun  ziddinə  olaraq,  müəyyən 
fırıldaqlarla kəndlinin pay torpağını həmişəlik öz əlinə keçirən varlılara da təsadüf 
edilirdi. 
Aztorpaqlılığın və torpaqsızlığın səbəblərindən biri çarizmin öz köçürmə 
siyasətini inadla davam etdirməsi idi. Çar hökuməti Mərkəzi Rusiyadan kəndliləri 
milli ucqarlara köçürməklə yerlərdə özünə dayaq yaratmaq istəyirdi. 
1912-ci ilə qədər Azərbaycanın iki quberniyasında Rusiyadan köçürülmüş 
rusların 136 yaşayış məntəqəsi yaradılmışdı. 230 min desyatinə yaxın dövlət torpaq 
sahəsi 40 mindən artıq pay şəklində gəlmə rus ailələrinə verilmişdi. Hər təsərrüfata 
orta  hesabla  6  desyatinə  yaxın  əkin  sahəsi  düşürdü  ki,  bu,  yerli  kəndli  pay 
torpaqlarının orta həcmindən xeyli çox idi. 
Çar  hökuməti  İranla  sərhəd  ərazilərinin  ruslarla  məskunlaşdırılmasına 
xüsusi əhəmiyyət verirdi. Bakı qubernatoruna bildirilmişdi ki, «İranla  sərhəd olan 
düzdə müsəlman əhalisinin sakin olmasına siyasi nöqteyi-nəzərdən əsla yol vermək 
olmaz və siyasi mülahizələrə görə bu düzdə rus əhalisi yerləşdirilməlidir». 
XX  əsrin  ilk illərində  Rusiyadan köçürülən ruslar  tərəfindən  Muğanda—
Yermolovo,  Kozlyakova,  Lənkəran  qəzasında—Alekseyevka,  Pokrovka  və  başqa 
kəndlər, 
Quba 
qəzasında—Şirvanskoye, 
Cavad 
qəzasında—Nikolayevka, 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə