Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə66/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   61   62   63   64   65   66   67   68   69

139 
 
Balaqardaş  Mürşid,  Ümgülsüm,  Əbdürrəhman  Dai,  Mirzəbala  Məmmədzadə  və 
başqaları daxil idi. 
Əhməd  Cavad  (1891-1937-ci  illər)  və  şerlərində  humanizmi,  azadlığı, 
milli müstəqilliyi tərənnüm edirdi. 
Gənc Ə. Cavad birinci dünya müharibəsi illərində xeyriyyəçilik məqsədilə 
cəbhə  xəttinə  yaxın  əraziləri  qarış-qarış  gəzmişdi.  Şahidi  olduğu  hadisələri  və 
reallıqları  qələmə almışdı.  Şair üçün azad  vətən  sevgisi  bütün  ülvi  duyğuların ən 
müqəddəsi idi. 1916-cı ildə onun «Qoşma» adlı ilk şer məcmuəsi nəşr olundu. Üç 
il  sonra  «Dalğa»  adlı  daha  bir  şer  kitabı  çıxdı.  Azərbaycan  Dövlət  Himninin  və 
«Azərbaycan marşı»nın sözlərini Ə. Cavad yazmışdır. 
Görkəmli  dramaturq  Cəfər  Cabbarlı  (1899-1934-cü  illər)  ədəbi 
fəaliyyətə  çox  erkən  başlamışdır.  Hələ  16  yaşında  ikən,  o,  bir  sıra  satirik  şerlər, 
«Vəfalı  Səriyyə,  yaxud  göz  yaşları  içində  qəhqəhələr»  və  «Solğun  çiçəklər» 
pyeslərini yazmışdır. 
1917-1918-ci illərin coşğun ictimai-siyasi hadisələrinin təsiri altında gənc 
sənətkarın  yaradıcılığında  millilik,  türkçülük  və  milli  müstəqillik  ideyaları 
gücləndi.  Həmin  dövrdə  «Ədirnə  fəthi»,  «Trablis  müharibəsi  və  ya  Ulduz» 
pyeslərini  yazdı.  Bu  əsərlər  Osmanlı  imperiyasını  parçalamağa  çalışan  xarici 
imperialist  qüvvələrə  qarşı  türk  vətənpərvərlərinin  qəhrəman  mübarizəsinə  həsr 
olunmuşdur. 
1919-cu ildə C. Cabbarlı «Bakı müharibəsi» pyesini yazdı. Əsərdə 1918-
ci  ilin  mart  milli  qırğınından  bəhs  edilir.  Hadisələrin  bilavasitə  şahidi  olmuş 
müəllif gördüklərini real surətdə qələmə almışdır. 
«Ədirnə  fəthi»,  «Trablis  müharibəsi»  və  «Bakı  müharibəsi»  dramları 
həmin dövrdə dövlət teatrında tamaşaya qoyulmuşdur. 
C.  Cabbarlı  ölkənin  ictimai  həyatında  yaxından  iştirak  edirdi.  O, 
Respublika  Gənclər  hərəkatına  rəhbərlik  etmiş,  Azərbaycan  parlamentində 
stenoqraf işləmişdir. 
XX  əsrin  əvvəllərində  Azərbaycan  ədəbiyyatında  realizmlə  yanaşı, 
romantizm meydana gəlib inkişaf edirdi. Bu ədəbi cərəyanı H. Cavid, M. Hadi, A. 
Səhhət,  A. Şaiq və digər görkəmli sənətkarlar təmsil edirdi. 
Hüseyn  Cavid  (Rasizadə)  (1882-1941-ci  illər)  romantik  poeziyanın  ən 
görkəmli nümayəndəsi idi. Onun qələmindən 15-dən artıq səhnə əsəri və çoxlu lirik 
şer çıxmışdır. Öz  əsərlərində Azərbaycan mühitinin reallıqlarını - geri qalmış dəb 
adətləri, köhnəliklə yeniliyin mübarizəsini, çarizmin zülmünü, ədalətsizliyi və sairi 
romantik boyalarla əks etdirirdi. 
Türkiyədə  təhsil  alan  H.  Cavidin  ictimai-ədəbi  görüşlərinə  osmanizmin 
güclü təsiri olmuşdur. O, «Topal Teymur» pyesinin finalında türk xalqlarını birliyə 
çağırırdı. 
Azərbaycan 
Demokratik 
Respublikasının 
yaranmasını  alqışlayan 
vətənpərvər  şair  bu  gənc  dövlətin  varlığı  üçün  ciddi  təhlükəni  qabaqcadan  hiss 


140 
 
edirdi.  Həmin  dövrdə  yazdığı  «İblis»  və  «Afət»  pyeslərində  Respublikanı  təhdid 
edən qara qüvvələr İblis və Qaratayın obrazlarında verilmişdir. İblis və Qaratay hər 
cür çirkin əməllərə əl ataraq, özlərinin alçaq niyyətlərinə nail olurlar. 
Azərbaycan şerinin inkişafında Abbas Səhhət (Mehdizadə) (1874-1918-ci 
illər)  mühüm  rol  oynamışdır.  O,  əsərlərində  vətənə  məhəbbət  tərənnüm  etmiş, 
ictimai bərabərsizliyi qamçılamışdır. 
Əslən  romantik  şair  olan  A.  Səhhət  çoxlu  realist  səpkili  şer  yazmışdı. 
«Əhmədin  qeyrəti»  poeması,  «Cəhalət  səmərəsi»  pyesi,  «Yay  səhəri»  şeri  bu 
qəbildəndir. 
A. Səhhət uşaq ədəbiyyatının görkəmli nümayəndəsi idi. Onun kiçik yaşlı 
uşaqlar üçün yazdığı lirik şerlər, nəğmə, təmsil və alleqorik şerlər bu gün də sevilə-
sevilə  oxunur.  O,  gözəl  tərcüməçi  idi.  Şairin  sağlığında  onun  ikicildlik  bədii 
tərcümələr məcmuəsi və şerlər kitabı nəşr edilmişdir. 
XX  əsrin  əvvəllərində  şifahi  xalq  ədəbiyyatının  bir  sıra  uğurları  vardı. 
Aşıqlardan  tovuzlu  Xəyyam  Mirzə,  kəlbəcərli  Nəbi,  Göyçəli  Məmməd  «Nağı», 
«Dilsuz və Xəzəngül», «Gürcü qızı» dastanlarını yaratmışdılar. 
Bu  dövrdə  Azərbaycan  uşaq  ədəbiyyatı  inkişaf  edirdi.  M.  Ə.  Sabir,  C. 
Məmmədquluzadə,  A.  Səhhət,  A.  Şaiq,  S.  S.  Axundov  uşaqlar  üçün  bir  sıra  yeni 
əsərlər yazdılar. Bu əsərlər gənc nəsildə doğma vətənə, təbiətə və xalqa məhəbbət 
tərbiyə edirdi. 
Azərbaycanda  bədii  fikrin  inkişafında  «Yaşıl  qələm»  ədəbi  cəmiyyətinin 
böyük rolu olmuşdur. Bu cəmiyyət 1919-cu ilin avqustunda təsis edilmişdir. 
Cəmiyyətin  məqsədi  milli  tarixə  və  milli  ənənələrə  dair  əsərləri  toplayıb 
nəşr etdirməkdən, gənc yaradıcı qüvvələri yeni bədii üsullarla tanış etməkdən, itib-
batmış  türk  lüğətlərini  toplamaqdan,  əcnəbi dillərdə  yazılmış əsərləri  Azərbaycan 
dilinə çevirməkdən, elmi-nəzəri mövzularda məruzələr təşkil etməkdən və s. ibarət 
idi. 
Az  vaxt  içərisində  «Yaşıl  qələm»in  üzvlərinin  sayı  80  nəfərə  çatdı. 
Onların  sırasında  görkəmli  yazıçılar,  şair  və  publisistlərlə  yanaşı,  bəzi  dövlət 
xadimləri, o cümlədən parlament sədrinin müavini Həsən bəy Ağayev, parlamentin 
deputatı Əhməd bəy Pepinov və başqaları vardı. 
Teatr:  XX  əsrin  əvvəllərində  Azərbaycan  teatrı  böyük  çətinliklərə 
baxmayaraq,  inkişaf  edirdi.  Teatr  başlıca  olaraq,  həvəskar  artistlərin  qüvvəsinə 
arxalanırdı. 
XX  əsrin  ilk  illərində  Bakıda  «Müsəlman  artistləri  cəmiyyəti»  təşkil 
edildi.  Az  sonra  «Nicat»,  «Səfa»,  «Nəşr  maarif»  və  digər  mədəni-maarif 
cəmiyyətlərinin  nəzdində  teatr  truppaları  yaradıldı.  Bunların  içərisində  görkəmli 
teatr  xadimi  Cahangir  Zeynalovun  rəhbərlik  etdiyi  «Səfa»  cəmiyyəti  truppası 
xüsusilə fərqlənirdi. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə