57
“Daha çox həftəlik hamiləliklərin dayandırılması əsasən selektiv abortlardır. Belə hallarda
qadınlar uşağın cinsinin aşkar bilinməsinə qədər gözləyirlər. Bunun üçün hamiləliyin 13-16-
cı həftələri nəzərdə tutulur. Bundan sonra isə, qadınlar abort etdirir. Bu abortların selektiv
xarakterinə görə mənim belə abortlara münasibətim çox neqativdir”.
Tədqiqatda iştirak edən digər həkim dölün cinsinin erkən diaqnostikası və selektiv abortu
xüsusi vurğulayaraq belə söyləmişdir:“Məsələn, bir nəfərin üç qızı varsa onlara dördüncüsü
nəyə lazımdır? Buna görə də ultrasəs müayinəsinə ehtiyac var. Bunu 9-10-cu həftələrdən
12-ci həftəyə qədər öyrənmək mümkündür. Onlar dördüncü qızları olmasını istəmirlər. O,
nə üçün onu dünyaya gətirməlidir. Dörd qız nəyə lazımdır?”
Dölün cinsinə görə selektiv abortlara zəmin yaradn amillərdən biri abortlara həkimlər
tərəfindən olan müsbət münasibətidir. Selektiv süni abortun qeyri-qanuniliyi fikirləri
həkimlər tərəfindən asanlıqla ifadə edilmir. Lakin dölün cinsinə görə selektiv süni abortların
həyata keçirilməsi və onun mahiyyətinin başa düşülməsi haqqında tədqiqat zamanı müəyyən
məlumatlar toplanmışdır. Bu həkim izah etdiyi kimi, bəziləri dölün cinsinin müəyyən edilməsi
və selektiv abortları peşələrinin adi bir hissəsi hesab edirlər:
“Bəzi hallarda elə bir ailə ilə rastlaşırsan ki, dalbadal dünyaya gəlmiş beş qızı və
ya beş oğlu olur. Bundan sonra qızları olan ailə oğlan uşağı, oğlanları olan ailə
isə qız uşağının olmasını istəyir. Nə edək? Bu halda biz abort üsulunu seçirik. Mən
ailələrə oğul və qız uşaqları vermişəm; mən onları xoşbəxt edirəm.”
“Hər bir insan həm oğul həm də qız övladının olmasını istəyir. Mən bu qeyri-
tarazlığı, həmçinin təbii hal kimi qəbul edirəm. Bunun səbəbi təbiət olduqda təbiət
özü bu halı düzəldir. Bu, təbiətin xarakteridir. Selektiv abortlar da mövcuddur. Qızı
olan, lakin oğlu olmayan insanlar qız uşaqlarını abort etdirirlər. Həmçinin, oğlu
olan, lakin qızı olmayan insanlar oğlan uşaqlarını abort etdirirlər. Və bu, uşaqların
cinsə görə nisbətinin qeyri-tarazlığı ilə nəticələnə bilməz. Bu, mənim fikrimdir.
Lakin istənilən halda, mən çoxlu sayda abortların edilməsini yanlış hesab edirəm.
Bu, etik və tibbi nöqteyi-nəzərdən səhvdir. Abort kiçik əməliyyatdır.”
Bəzi iştirakçılar hamiləliyin irəliləmiş dövrlərində dölün cinsinə görə selektiv abortların
etibarsız və qeyri-qanuni xidmət göstərənlər tərəfindən təmin edilməsi məsələsini qeyd
etmişlər. Ən çox narahatlıq doğuran məsələ kimi ifadə olunan məqam bəzi tibbi kliniki
mərkəzlərin və həkimlərin oğlan uşaqlarına üstünlük verilməsini dəstəkləmək üçün dölün
cinsinin diaqnostikası və süni abortlardan sui istifadəni davam etmələridir. Tədqiqatda
iştirak edən həkimlərdən biri pasientə selektiv abort xidməti göstərməkdən imtina etmiş,
lakin sonradan həmin qadının bunu başqa bir yerdə etdirdiyini öyrənmişdir. Bəzi iştirakçılar
məlumat vermişlər ki, selektiv abortlar, habelə hamiləliyin daha sonrakı dövründə abort
xidmətləri göstərən çoxlu sayda yerlər var. Abşeron rayonundan bir qızı və bir oğlu olan
33 yaşlı ali təhsilli qadın Ayla demişdir: “Mənə elə gəlir ki, onlar ona görə geniş yayılmışdır
və onları əldə etmək ona görə asandır ki, heç bir məhdudiyyət tətbiq edilmir. Onlar hətta
Keyfiyyət əsaslı məlumatların təhlili
58
dördüncü ayda abort edirlər. Bu barədə, təəssüf ki, heç bir qadağa qoyulmamışdır. Daha
dəqiq desək, qadınlar istədiyi zaman analıq mərkəzinə gedib abort etdirə bilərlər. Hətta,
eşitdiyimə görə, abortlar bəzi rayonlarda türkəçarə üsullarından istifadə etməklə ev
şəraitində də aparılır”.
Qadınlarla fokus qrup müzakirələri aparılan zaman iştirakçılar dölün cinsinə görə selektiv
abortların və hamiləliyin daha sonrakı dövrlərində aparılan abortların qiyməti haqda
biliklərini paylaşdılar. Bəziləri söylədi ki, abortun qiyməti hamiləlik həftələrinin sayına görə
qalxır:
“Əgər bətndəki körpə artıq böyümüşdürsə onlara hara getsələr abort xidməti göstərilməsi
imtina edilir. Sonda kimsə bunu yüksək qiymətə edir. Qadın bu məbləği ödəmək
məcburiyyətindədir, çünki o, abort etdirmək istəyir. Həkim deyir ki, o, bunu bu qiymətə edir,
bunu etdirib etdirməmək qadının öz seçimidir” (qrup müzakirələri iştirakçısı, gənc qadın,
Abşeron).
“Döl böyükdürsə, yəni abort etmək gecdirsə, həkimlər belə abortu 50 AZN-ə edirlər” (fokus
qrup müzakirələri iştirakçısı, yaşlı qadın, Lerik/Lənkəran).
5-ci fəsil
59
6-cı FƏSİL
Müvafiq siyasətin
tənzimlənməsi
A
zərbaycanda və Cənubi Qafqaz regionunda dünyaya gələn uşaqların cinsə
görə nisbətinin oğlan uşaqlarının xeyrinə pozulması ən əsas sosial-demoqrafik
problemlərdən biri kimi qarşımızda dayanır. Bu fakt 1990-cı illərdə ultrasəs
texnologiyaları dölün cinsinin müəyyən edilməsini mümkün etdiyi zaman yaranmışdır.
Nəticədə Azərbaycanda dünyaya gələn oğlan və qız uşaqlarının nisbəti son 20 il ərzində
normal göstərici səviyyəsindən (hər 100 nəfər qız uşağına 103-106 oğlan uşağı) 120-124
kimi yüksək səviyyəyə gəlib çatmışdır. Bunun nəticəsi olaraq, rəsmi statistika göstərir ki, 20
yaşdan aşağı əhali arasında qızların sayı oğlanlardan 110,000 nəfər azdır, həmçinin 0-4 yaş
arası qrupda oğlanlar qızlardan 10% çoxdur. Bir çox demoqraflar bu vəziyyəti oğlan uşaqlarına
üstünlük verilməsinə güclü meyl nəticəsində dölün cinsinə görə selektiv abortların nəticəsi
hesab edirlər. Müvafiq dövlət müdaxiləsi problemin həlli və Azərbaycanda təbii demoqrafik
tarazlığa nail olunması üçün zəruridir.
Bu hissədə tədqiqatın nəticələri vasitəsilə müəyyən edilmiş siyasət nəticələri və prioritetləri
araşdırılmış və hökumət və müvafiq qurumlar tərəfindən hazırlanacaq strategiyalar təklif
edilmişdir. 4-cü və 5-ci hissələrdə qeyd edilmiş təhlilin əsasında bu hissədə üç əsas sahə
üzrə tövsiyələr verilir: “Reproduktiv sağlamlıq texnologiyaları və abort”, “nəsilvermə və
kontraseptiv üsullardan istifadə”, və “gender rolları və oğlan uşaqlarına üstünlük verilməsi”.
Əsas diqqət Azərbaycanda dünyaya gələn uşaqların cinsə görə nisbətinin tarazlığını tədricən
düzəltmək üçün siyasət prioritetlərinə cəmlənmişdir.
6.1. Reproduktiv sağlamlıq texnologiyaları və abort
Keçmiş sovet respublikalarında olduğu kimi Azərbaycanda da hamiləliyin süni şəkildə