Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

57

“Daha çox həftəlik hamiləliklərin dayandırılması əsasən selektiv abortlardır. Belə hallarda 

qadınlar uşağın cinsinin aşkar bilinməsinə qədər gözləyirlər. Bunun üçün hamiləliyin 13-16-

cı həftələri nəzərdə tutulur. Bundan sonra isə, qadınlar abort etdirir. Bu abortların selektiv 

xarakterinə görə mənim belə abortlara münasibətim çox neqativdir”. 

Tədqiqatda iştirak edən digər həkim dölün cinsinin erkən diaqnostikası və selektiv abortu 

xüsusi vurğulayaraq belə söyləmişdir:“Məsələn, bir nəfərin üç qızı varsa onlara dördüncüsü 

nəyə lazımdır? Buna görə də ultrasəs müayinəsinə ehtiyac var. Bunu 9-10-cu həftələrdən 

12-ci həftəyə qədər öyrənmək mümkündür. Onlar dördüncü qızları olmasını istəmirlər. O, 

nə üçün onu dünyaya gətirməlidir. Dörd qız nəyə lazımdır?”

Dölün  cinsinə  görə  selektiv  abortlara  zəmin  yaradn  amillərdən  biri  abortlara  həkimlər 

tərəfindən  olan  müsbət  münasibətidir.  Selektiv  süni  abortun  qeyri-qanuniliyi  fikirləri 

həkimlər tərəfindən asanlıqla ifadə edilmir. Lakin dölün cinsinə görə selektiv süni abortların 

həyata keçirilməsi və onun mahiyyətinin başa düşülməsi haqqında tədqiqat zamanı müəyyən 

məlumatlar toplanmışdır. Bu həkim izah etdiyi kimi, bəziləri dölün cinsinin müəyyən edilməsi 

və selektiv abortları peşələrinin adi bir hissəsi hesab edirlər:



“Bəzi hallarda elə bir ailə ilə rastlaşırsan ki, dalbadal dünyaya gəlmiş beş qızı və 

ya beş oğlu olur. Bundan sonra qızları olan ailə oğlan uşağı, oğlanları olan ailə 

isə qız uşağının olmasını istəyir. Nə edək? Bu halda biz abort üsulunu seçirik. Mən 

ailələrə oğul və qız uşaqları vermişəm; mən onları xoşbəxt edirəm.”

“Hər  bir  insan  həm  oğul  həm  də  qız  övladının  olmasını  istəyir.  Mən  bu  qeyri-

tarazlığı, həmçinin təbii hal kimi qəbul edirəm. Bunun səbəbi təbiət olduqda təbiət 

özü bu halı düzəldir. Bu, təbiətin xarakteridir. Selektiv abortlar da mövcuddur. Qızı 

olan, lakin oğlu olmayan insanlar qız uşaqlarını abort etdirirlər. Həmçinin, oğlu 

olan, lakin qızı olmayan insanlar oğlan uşaqlarını abort etdirirlər. Və bu, uşaqların 

cinsə görə nisbətinin qeyri-tarazlığı ilə nəticələnə bilməz. Bu, mənim fikrimdir. 

Lakin istənilən halda, mən çoxlu sayda abortların edilməsini yanlış hesab edirəm. 

Bu, etik və tibbi nöqteyi-nəzərdən səhvdir. Abort kiçik əməliyyatdır.” 

Bəzi  iştirakçılar  hamiləliyin  irəliləmiş  dövrlərində  dölün  cinsinə  görə  selektiv  abortların 

etibarsız  və  qeyri-qanuni  xidmət  göstərənlər  tərəfindən  təmin  edilməsi  məsələsini  qeyd 

etmişlər.  Ən  çox  narahatlıq  doğuran  məsələ  kimi  ifadə  olunan  məqam  bəzi  tibbi  kliniki 

mərkəzlərin və həkimlərin oğlan uşaqlarına üstünlük verilməsini dəstəkləmək üçün dölün 

cinsinin  diaqnostikası  və  süni  abortlardan  sui  istifadəni  davam  etmələridir.  Tədqiqatda 

iştirak edən həkimlərdən biri pasientə selektiv abort xidməti göstərməkdən imtina etmiş, 

lakin sonradan həmin qadının bunu başqa bir yerdə etdirdiyini öyrənmişdir.  Bəzi iştirakçılar 

məlumat vermişlər ki, selektiv abortlar, habelə hamiləliyin daha sonrakı dövründə abort 

xidmətləri göstərən çoxlu sayda yerlər var. Abşeron rayonundan bir qızı və bir oğlu olan 

33 yaşlı ali təhsilli qadın Ayla demişdir: “Mənə elə gəlir ki, onlar ona görə geniş yayılmışdır 

və onları əldə etmək ona görə asandır ki, heç bir məhdudiyyət tətbiq edilmir. Onlar hətta 



Keyfiyyət əsaslı məlumatların təhlili


58

dördüncü ayda abort edirlər. Bu barədə, təəssüf ki, heç bir qadağa qoyulmamışdır. Daha 

dəqiq desək, qadınlar istədiyi zaman analıq mərkəzinə gedib abort etdirə bilərlər. Hətta, 

eşitdiyimə  görə,  abortlar  bəzi  rayonlarda  türkəçarə  üsullarından  istifadə  etməklə  ev 

şəraitində də aparılır”.

Qadınlarla fokus qrup müzakirələri aparılan zaman iştirakçılar dölün cinsinə görə selektiv 

abortların  və  hamiləliyin  daha  sonrakı  dövrlərində  aparılan  abortların  qiyməti  haqda 

biliklərini paylaşdılar. Bəziləri söylədi ki, abortun qiyməti hamiləlik həftələrinin sayına görə 

qalxır: 

“Əgər bətndəki körpə artıq böyümüşdürsə onlara hara getsələr abort xidməti göstərilməsi 

imtina  edilir.  Sonda  kimsə  bunu  yüksək  qiymətə  edir.  Qadın  bu  məbləği  ödəmək 

məcburiyyətindədir, çünki o, abort etdirmək istəyir. Həkim deyir ki, o, bunu bu qiymətə edir, 

bunu etdirib etdirməmək qadının öz seçimidir” (qrup müzakirələri iştirakçısı, gənc qadın, 

Abşeron).

“Döl böyükdürsə, yəni abort etmək gecdirsə, həkimlər belə abortu 50 AZN-ə edirlər” (fokus 

qrup müzakirələri iştirakçısı, yaşlı qadın, Lerik/Lənkəran).



5-ci fəsil


59

6-cı FƏSİL

Müvafiq siyasətin 

tənzimlənməsi

A

zərbaycanda  və  Cənubi  Qafqaz  regionunda  dünyaya  gələn  uşaqların  cinsə 



görə  nisbətinin  oğlan  uşaqlarının  xeyrinə  pozulması  ən  əsas  sosial-demoqrafik 

problemlərdən  biri  kimi  qarşımızda  dayanır.  Bu  fakt  1990-cı  illərdə  ultrasəs 

texnologiyaları  dölün  cinsinin  müəyyən  edilməsini  mümkün  etdiyi  zaman  yaranmışdır. 

Nəticədə Azərbaycanda dünyaya gələn oğlan və qız uşaqlarının nisbəti son 20 il ərzində 

normal göstərici səviyyəsindən (hər 100 nəfər qız uşağına 103-106 oğlan uşağı) 120-124 

kimi yüksək səviyyəyə gəlib çatmışdır. Bunun nəticəsi olaraq, rəsmi statistika göstərir ki, 20 

yaşdan aşağı əhali arasında qızların sayı oğlanlardan 110,000 nəfər azdır, həmçinin 0-4 yaş 

arası qrupda oğlanlar qızlardan 10% çoxdur. Bir çox demoqraflar bu vəziyyəti oğlan uşaqlarına 

üstünlük verilməsinə güclü meyl nəticəsində dölün cinsinə görə selektiv abortların nəticəsi 

hesab edirlər. Müvafiq dövlət müdaxiləsi problemin həlli və Azərbaycanda təbii demoqrafik 

tarazlığa nail olunması üçün zəruridir. 

Bu hissədə tədqiqatın nəticələri vasitəsilə müəyyən edilmiş siyasət nəticələri və prioritetləri 

araşdırılmış və hökumət və müvafiq qurumlar tərəfindən hazırlanacaq strategiyalar təklif 

edilmişdir. 4-cü və 5-ci hissələrdə qeyd edilmiş təhlilin əsasında bu hissədə üç əsas sahə 

üzrə  tövsiyələr  verilir:  “Reproduktiv  sağlamlıq  texnologiyaları  və  abort”,  “nəsilvermə  və 

kontraseptiv üsullardan istifadə”, və “gender rolları və oğlan uşaqlarına üstünlük verilməsi”. 

Əsas diqqət Azərbaycanda dünyaya gələn uşaqların cinsə görə nisbətinin tarazlığını tədricən 

düzəltmək üçün siyasət prioritetlərinə cəmlənmişdir.



6.1. Reproduktiv sağlamlıq texnologiyaları və abort

Keçmiş  sovet  respublikalarında  olduğu  kimi  Azərbaycanda  da  hamiləliyin  süni  şəkildə 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə