Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

51

gələcəyi və ümididir’. Bunlar bizim tariximizdən götürülmüşdür, bu yanaşmalar 

bu gün də mövcuddur...”(Nəbi, bir qızı, bir oğlu var, Lerik/Lənkəran)

5.2. Nəsilvermədə tənəzzül 

Oğlan uşaqlarına üstünlük verilməsi Azərbaycanda yeni yaranmış fenomen deyil. Dünyaya 

gələn  uşaqların  cinsə  görə  nisbətində  tarazlıq  tənəzzülə  uğrayan  nəsilvermə  əmsalı  ilə 

birlikdə  1990-cı  illərdən  pozulmağa  başlamışdır.  Xüsusən  də  qərb  ölkələrində  müşahidə 

olunan inkişaf etmiş təhsil, urbanizasiya və gender bərabərliyi ailə strukturunda uşaqların 

kəmiyyətini  deyil  həyat  keyfiyyətini  yaxşılaşdırmağa  doğru  dəyişikliklərə  yol  açır  (Kirk, 

1996).  Nəsilvermədə  tənəzzül  dünyaya  gələn  uşaqların  cinsə  görə  nisbətinin  pozulması 

səbəblərindən biri kimi müəyyən olunur, belə ki, uşaqların sayı azaldıqca oğlan uşaqlarına 

üstünlük verilməsi daha aydın şəkildə nəzərə çarpır. Digər tərəfdən, bu da aydındır ki, “oğlan 

uşaqlarına  üstünlük  verilməsi  tendensiyası  zəif  olsa  idi  nəsilvermədə  baş  verən  sürətli 

tənəzzül dünyaya gələn uşaqların cinsə görə nisbətinin anormal şəkildə yüksək əmsalına və 

həddən ziyadə qız uşağı ölümü  ilə nəticələnməzdi.” (Bonqaarts, 2013; Li et al, 2007). 

Tədqiqata cəlb olunmuş iştirakçılar dünyaya gələn uşaqların cinsə görə nisbətinin pozulması 

səbəblərindən  biri  kimi  nəsilvermədə  tənəzzülün  məhdudlaşdırıcı  təsirini  vurğulamış  və 

ölkədə  qızların  sayının  azalmasını  bir  problem  kimi  xüsusi  qeyd  etmişlər.  İqtisadi  şərait, 

keçirilən dövlət siyasəti, cəmiyyətdə fərdiliyə doğru olan meyllər və dəyişən sosial dəyərlər 

nəsilvermədə tənəzzülün səbəbləri kimi göstərilmişdir.  

  “Ailədə  çoxlu  uşaqların  olması  daha  yaxşıdır.  Mənim  babam  iki  dəfə  ailə 

qurmuşdur. Onun 18 uşağı və çoxlu nəvələri var. İndi kişilər söyləyir ki, onların 

maddi imkanı olmadığından iki uşaq kifayətdir.” (qrup müzakirələrinin iştirakçısı, 

yaşlı kişi, Tovuz/Gəncə-Qazax) 

İştirakçılar dəfələrlə vurğulamışlar ki, iqtisadi mühit daha çox sayda uşaqların olmasına güclü 

maneə olaraq, oğlan uşaqlarının olması istəyinin başlıca səbəbini təşkil edir. Müzakirələr 

zamanı  gənc  bir  qadının  söylədiyi  kimi,  “iqtisadi  vəziyyət  yaxşılaşarsa  və  bizim  gücümüz 

olarsa qız uşaqlarının sayı da artar. Bizim qız uşaqlarının olmasına ehtiyacımız var” (fokus 

qrup müzakirələri iştirakçısı, Tovuz/Gəncə-Qazax). Oğlan uşaqlarına üstünlük verilməsinin 

ciddi  nəticələri  və  təcili  addımların  atılmasına  ehtiyac  iştirakçılar  tərəfindən  müzakirə 

edilmişdir.



“…  Bu,  bizim  faciəmizdir.  Tarazlığın  saxlanılması  Allah  tərəfindən  yəqin  edilir, 

biz  isə  bu  tarazlığı  pozuruq,  bu  məsələyə  qarışırıq.  Xeyr,  biz  qarışmırıq,  biz 

faktiki olaraq pozuruq. Qadınların sayının azalması ilə hara gəlib çıxacağıq? Bu 

gənclər 20-30 ildən sonra kiminlə ailə quracaqlar? Kim ana olacaq? Ev işlərini 

kim yerinə yetirəcək? Bu, böyük faciədir. Bunun qarşısı alınmalıdır. Mən bundan 

çox narazıyam.” (Asif, 61 yaş, orta ümumi təhsilli, iki qızı, iki oğlu var, Abşeron 

regionu)

Keyfiyyət əsaslı məlumatların təhlili


52

Tədqiqatda iştirak edən həkim nəsilvermədə ixtisarlarla bağlı dölün cinsinə görə selektiv 

süni abortların gələcək təhlükələrini vurğulamışdır: “Deyirlər ki, ana bətnində qız uşaqları 

olduğu  halda  süni  abortların  sayı  indi  daha  çoxdur  …mən  bunu  gələcək  faciə  kimi  başa 

düşürəm, çünki onlar gələcək anaları öldürürlər. Analar yoxdursa oğullar da olmayacaq”. 

Bir  çox  iştirakçılar  əhali  üzrə  qadınların  daha  az  sayda  olması  və  əcnəbi  gəlinlərin 

artması  problemini  qaldırmışdır.  Həkimlərdən  biri  oğlanlara  üstünlük  verilməsi  meylində 

uzaqgörənliyin olmadığını vurğulamışdır:“Təsəvvür edin ki, bu il bizdə dünyaya gələn uşaqlar 

arasında 3.000 nəfər oğlan uşağı və 1.000 nəfər qız uşağımız olmuşdur. Əgər 20 ildən sonra 

1.000 nəfər kişi 1.000 nəfər qadınla evlənərsə digər 2.000 nəfər kişi nə edəcək? Onlar bu 

barədə fikirləşmirlər. Bizim xalqımız 20 ildən sonra nə baş verəcəyini düşünmür”. 

Müzakirələr zamanı çoxlu sayda əcnəbi gəlinlərin milli ənənələrə təsiri əsas məsələ kimi 

qaldırılmışdır. Siyəzən/Quba-Xaçmaz regionunda yaşlı bir nəfər öz narahatlığını aşağıdakı 

kimi qeyd etmişdir:



“…Hər il sentyabr ayında biz statistik məlumatlar əldə edirik və görürük ki, sinifdə 

20  nəfərdən  yalnız  4-ü  qız  uşağıdır.  Bütün  qalan  uşaqlar  oğlanlardır.  Biz  başa 

düşürük ki, bu, çox təhlükəlidir. Gələcəkdə Azərbaycanda qızların sayı məhdud 

olacaq və xalq arasında ailə qurmaq üçün başqa millətlərdən qızların alınması 

geniş  vüsət  alacaq.  Ölkəmizin  adət-ənənələri  gələcəkdə  yoxa  çıxacaq,  çünki 

ailədə uşaqların əsas etibarilə təlim-tərbiyəsi ilə məşğul olan analardır.”

5.3. Dölün cinsinə görə selektiv abortlar 

Abort xidmətlərinin olması, müyəssərliyi, effektivliyi, cəmiyyət tərəfindən qəbul edilməsi və 

məsələnin qanunla tənzimlənməsi Azərbaycanda doğulan uşaqların cinsə görə nisbətinin 

pozulmasına zəmin yaradan başlıca amil olan abortların vüsət almasında böyük rol oynayır 

(Guilmoto,  2013;  Bongaarts,  2013).  Keyfiyyət  üsulları  ilə  toplanan  məlumatlar  sosial 

normalar,  doğuşdan  əvvəl  diaqnostik  texnologiyaların  istifadəsi,  həmçinin  sui-istifadəsi, 

təcrübədə qanunlardan yayınma, abortun mahiyyəti ilə onun təcrübədə istifadəsi arasında 

ziddiyyət, habelə selektiv abortlara ginekoloqların yanaşması haqqında dolğun informasiya 

verir.

5.3.1. Abort məsələlərini tənzimləyən hüquqi çərçivə və abort üsulları

Hamiləliyin pozulması (abortlar) ilk dəfə Sovet İttifaqında 1920-ci ildə qanuniləşdirilmişdir. 

Əhali artımının kəskin azalmasına cavab olaraq 1936-1955-ci illərdə abort qanunla qadağan 

edilmişdir.  Lakin  bu  qanunun  abortların  sayına  əhəmiyyətli  təsiri  olmamışdır  və  1955-ci 

ildə bütün sovet ölkələrində bu sahədə qeyri-qanuni əməllərə yüksək tələbatı və onlardan 

asılılığı  həll  etmək  məqsədilə  xahiş  əsasında  edilən  süni  abortlar  haqda  qanuna  düzəliş 

edilərək abort nəsilverməyə nəzarət üsulu kimi qəbul edilmişdir (Avdeev, 1994). 

5-ci fəsil



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə