Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər


Qrafik 1. Azərbaycan Respublikasının regionları 22 Qrafik 2



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   2   3   4   5   6   7   8   9   ...   32

5

Qrafik 1.

Azərbaycan Respublikasının regionları

22

Qrafik 2.

Adam başına GDP, PPP (Cari beynəlxalq valyuta - dollar)

22

Qrafik 3.

Azərbaycanda dünyaya gələn uşaqların cinsinə görə nisbəti 

tendendiyası (1980-2010)

29

Qrafik 4.

Əsas  xüsusiyyətlər  baxımından  dünyaya  gələn  uşaqların 

cinsinə görə nisbəti (sorğudan 5 il əvvəl), AzDSS-2011

30

Qrafik 5.

Azərbaycanda ümumi nəsilvermə əmsalının illər üzrə 

dəyişməsi (1961-2011)

31

Qrafik 6.

Əsas  xüsusiyyətlərinə  görə  ümumi  nəsilvermə  əmsalı, 

AzDSS-2011

32

Qrafik 7.

Seçilmiş ölkələrdə kontraseptiv üsulların cari istifadəsi

33

Qrafik 8.

Əsas xüsusiyyətlərinə görə kontraseptiv üsullardan istifadə

AzDSS-2011

34

Qrafik 9.

Sorğudan üç il əvvəlki dövr ərzində süni abortla dayandırılan 

hamiləliklərin yayım faizi, AzDSS-2011

36

Qrafik 10.

Əsas xüsusiyyətlərə görə, hazırda ailəli olan 15-49 yaş arası 

qadınların  keçirdiyi  süni  abortların  orta  hesabla  sayı  və 

sorğudan əvvəlki üç il ərzində ən azı bir süni abort keçirmiş 

qadınların təşkil etdiyi faiz, AzDSS-2011

37

Qrafiklər




6

Minnətdarlıq

1990-cı illərin əvvəllərində Nobel Mükafatı almış hindistanlı iqtisadçı Amartya Sen ilk dəfə 

“çatışmayan qadınlar” konsepsiyasını irəli sürərək, Asiyada əhali arasında gender əsaslı ölüm 

hallarında  tendensiyaları  araşdırmaq  üçün  onilliklərlə  sürən  debatlara  və  araşdırmalara 

səbəb olmmuşdur. Yerli icmaların ənənəvi patriarxal arzularının reallaşdırılmasına yönəlmiş 

oğlan uşaqlarının doğulmasını təmin etmək üçün uşağın cinsinə görə qərəzli seçiminin geniş 

yayılmış halları bu fenomenə daxildir. 

Uzun  müddət  belə  hesab  edilmişdir  ki,  bu  hallar  yalnız  Çin  və  Hindistan  kimi  ölkələrdə 

baş verir. Doğulacaq uşağın cinsinə görə seçimlə bağlı 1829 saylı AŞPA Qətnaməsi (2011)  

Azərbaycan da daxil olmaqla bir sıra ölkələri hədəfə alaraq, bu ölkələrdə doğulan uşaqların 

cinsə görə nisbətinin pozulmasının “narahat doğuran səviyyəyə çatmasını” qeyd etmişdir. 

Kişi və qadın əhalisinin bu cür nisbəti isə hər hansı bir xarici müdaxilənin olmasına dəlalət 

edir.  Mövcud  tədqiqatlar  göstərir  ki,  bu  cür  disbalans  nəzəri  olaraq  əhalinin  qeydiyyat 

sistemindəki problemlər, bioloji faktorlar və ya uşağın cinsinə görə selektiv abortlar kimi 

məqsədyönlü tədbirdlər nəticəsində baş verir. 

BMT-nin  Əhali  Fondunun  Azərbaycandakı  Ölkə  Nümayəndəliyinin  Ailə,  Qadın  və  Uşaq 

Problemləri üzrə Dövlət Komitəsi ilə yaxın əməkdaşlıq çərçivəsində keçirdiyi Azərbaycanda 

doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının kəmiyyət və keyfiyyət əsaslı tədqiqatı 

müstəsna olaraq bu fenomenə zəmin yaradan mexanizmlərin araşdırılmasına həsr edilmiş ilk 

təşəbbüsdür. Bu tədqiqat zamanı əldə edilmiş məlumatlar Azərbaycanda doğulan uşaqların 

cinsə görə nisbətinin pozulması probleminin həlli üçün hökumət nümayəndələri, vətəndaş 

cəmiyyəti və digər tərəfdaşlarla aparılan müvafiq təşviqat strategiyalarının gücləndirilməsi 

istiqamətində mühüm töhfə verəcəkdir.

Bu hesabat bir çox təsisat və ekspertlərin dəstəyindən əhəmiyyətli şəkildə bəhrələnib.

Ilk  olaraq,  bu  tədqiqat  layihəsinin  bütün  mərhələlərində  zəruri  istiqamət  və  yardım 

göstərməklə  bizə  böyük  dəstək  vermiş  hökumət  tərəfdaşımız  olan  Ailə,  Qadın  və  Uşaq 

Problemləri üzrə Dövlət Komitəsinin müstəsna rolunu vurğulamaq istəyirik.

Mövcud olan kəmiyyət göstəricilərinin təhlilində göstərdiyi yardım, eləcə də məlumatların 

təhlili mərhələsində yaxından iştirakı üçün Dövlət Statistika Komitəsinə xüsusi təşəkkürümüzü 

bildiririk. 

Tədqiq  edilən  fenomenin  hərtərəfli  təhlil  edilməsi  baxımından  vacib  olan  demoqrafiya 

sahəsində beynəlxalq texniki təcrübənin araşdırma prosesində tətbiqinə görə Hacettepe 

Universitetinin Əhali Araşdırmaları İnstitutuna (Ankara, Türkiyə) öz dərin minnətdarlığımızı 

bildiririk. 

Layihənin hazırlanması, eyni zamanda sahə sorğularının aparılması prosesində əhəmiyyətli 



7

töhvə vermiş QHT tərəfdaşımız “Sosial Tədqiqatlar üzrə Mərkəz”ə, eləcə də milli ekspertlər 

qrupuna öz təşəkkürümüzü bildiririk.

Biz, həmçinin 2011-ci ildə keçirilmiş AzDSS-in verdiyi yeni məlumatlar əsasında tədqiqatda 

əks olunmuş bəzi göstəricilərin yenilənməsi prosesində tədqiqat heyətini dəstəklədiyi üçün 

milli ekspert cənab Lütfi Qafarzadəyə minnətdarlığımızı bildiririk.  

Yekunda,  sonrakı  nəsillərin  eqalitar  dəyərlərə  hörmət  bəsləndiyi  mühitdə  yaşayaraq 

Azərbaycanda  “çatışmayan  qadınlar”  problemi  ilə  üzləşməməsi  üçün  tədqiqatımıza 

maraq  göstərərək  sorğuda  iştirak  etmiş  və  sözügedən  fenomentlə  bağlı  öz  fikir  və  şəxsi 

təəssüratlarını  bölüşməklə  hazırkı  hesabatı  əhəmiyyətli  dərəcədə  zənginləşdirərək, 

müvafiq  tövsiyələrin  hazırlanmasına  töhfə  vermiş  kişi  və  qadın  respondentlərə  öz  dərin 

minnətdarlığımızı bildiririk. 



BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyi


8

Ön söz

Son bir neçə onillik ərzində beynəlxalq ictimaiyyət tərəfindən qadınların insan hüquqları diskursuna daha 

çox diqqət yetirilməsinə baxmayaraq, qadınlar kişilərin hegemonluq etdiyi dünyanın əksər hissələrində 

əhalinin  ən  zəif  müdafiə  olunmuş  qrupları  arasında  qalaraq,  özlərinin  mülki,  siyasi,  sosial,  iqtisadi  və 

mədəni hüquqlarının qorunması, təşviqi və həyata keçirilməsi ilə bağlı bir sıra çətinliklərlə üzləşməkdədir. 

Gender əsaslı ayrı-seçkilik halları çox geniş yayılıb və bu fenomen məktəb və iş yerlərində qısnama, fiziki 

zorakılıq və hətta qətl kimi müxtəlif formalarda təzahür edir. Lakin, bəşəriyyətin patriarxal inanclarının 

məhz ailə daxilinə müdaxilə edərək, gender bərabərliyini təşviq edən hüquq müdafiəçilərinin indiyədək 

qazandığı mühüm qələbələri risk altına atması daha dəhşətlidir. 

Təəssüf ki, hazırda gender əsaslı ayrı-seçkilik daha mürəkkəb formalar alaraq, hətta hələ doğulmayan qız 

uşaqlarını da hədəfə alır. Tədqiqat əsaslı məlumatlar göstərir ki, ailə vahidinin sosial-iqtisadi vəziyyətindən 

asılı olmayaraq, mövcud patriarxal münasibətlər sistemi dölün cinsini təyin etməyə imkan yaradan müasir 

texnologiyaların müyəssərliyi və ümumi fertillik əmsalının aşağı düşməsi prosesində valideynləri mütləq 

şəkildə oğul övladına sahib olmağa vadar edir.

Qeyd edilməlidir ki, bu cür hallar istənilən ölkədə doğulan uşaqların cinsə görə nisbətinin ciddi şəkildə 

oğlan uşaqlarının xeyrinə pozulmasına gətirib çıxarır. Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar 

zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası 

baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu problemin illərlə davam etdiyi Hindistan və 

Çinin təcrübəsi göstərir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor 

tapa bilməməsi ilə nəticələnir və bu da öz növbəsində cinayətkarlıq statistikasının ikiqat artması, zorakı 

davranış hallarının geniş yayılması, gəlin qaçırma, insan alveri, zorlama və fahişəlik kimi bir sıra mənfi 

hallarla sıx şəkildə əlaqəlidir. 

Azərbaycan  Respublikasının  əhali  arasında  doğulan  uşaqların  cinsə  görə  nisbətinin  ciddi  şəkildə 

pozulduğu ölkələr arasında olduğu faktı və doğulan uşaqların cinsə görə nisbətinin pozulması probleminin 

reproduktiv sağlamlıq və əhali məsələləri, eyni zamanda, gender münasibətlərinin dinamikası ilə birbaşa 

əlaqəsini  nəzərə  alaraq,  BMT-nin  Əhali  Fondunun  Azərbaycan  Nümayəndəliyi  sözügedən  fenomenin 

keyfiyyət  və  kəmiyyət  üsulları  vasitəsilə  qiymətləndirilməsi  təşəbbüsü  ilə  çıxış  etmişdir.  Qeyd  etmək 

vacibdir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu mühüm layihədə BMT-nin Əhali 

Fondunu  dəstəkləməklə  1994-cü  ildə  Beynəlxalq  Əhali  və  İnkişaf  Konfransının  Fəaliyyət  Proqramında 

əks olunmuş “qız uşaqlarının öldürülməsi və doğuşdan qabaq uşağın cinsinin seçilməsi ilə bağlı zərərli və 

qeyri-etik təcrübələrlə nəticələnən ayrı-seçkiliyin bütün formalarını ləğv etmək və oğlan uşaqlarına verilən 

üstünlüyün əsas səbəblərini aradan qaldırmaq” üzrə öhdəliyin həyata keçirilməsi üzrə öz iradəsini bir daha 

açıq şəkildə nümayiş etdirdi.  

Biz  əminik  ki,  bu  mühüm  tədqiqatın  nəticələri  aidiyyəti  dövlət  proqramlarını  hazırlayan  tərəflər,  elm 

xadimləri və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən Azərbaycanda cinsi seleksiya fenomeninin 

aradan qaldırılması üzrə uğurlu müdaxilələr üçün geniş şəkildə istifadə ediləcək.



Dr. Zahidul A. Huque

Türkiyə  üzrə Ölkə Nümayəndəsi

Ermənistan, Azərbaycan və Gürcüstan üzrə Ölkə Direktoru 

Bİrləşmiş Millətlər Təşkilatının Əhali Fondu 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə