Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   2   3   4   5   6   7   8   9   10   ...   32

17

Hər regionda cəmi doqquz müsahibə aparılmışdır: hər cins və yaş qrupu üzrə iki müsahibə 

və həkimlə bir müsahibə. Tədqiqat mövzusunun həssaslığını nəzərə alaraq respondentlə 

sorğular eyni cinsdən olan şəxslər tərəfindən aparılmışdır. Aşağıdakı qruplara aid olan və ən 

azı bir uşağı olan şəxslərin ümumilikdə 54 nəfərindən intervyu alınmışdır: 

•  Hazırda nikahda olan qadınlar (40 yaşdan aşağı);

•  Hazırda nikahda olan kişilər (40 yaşdan aşağı);

•  Nə vaxtsa  nikahda olmuş qadınlar (40 yaşdan yuxarı);

•  Nə vaxtsa nikahda olmuş kişilər (40 yaşdan yuxarı);

•  Həkimlər (ginekoloqlar).   

Sorğu  zamanı  6  ginekoloqla  intervyu  aparılmışdır.  Onlardan  ikisi  33  və  46  yaşında  olan 

və  kifayət  qədər  təcrübəyə  malik  həkimlər,  digərləri  isə  50  yaşdan  yuxarı    baş  həkimlər 

(ginekologiya  şöbələrinin  müdirləri)  olmuşdur.  Respondent  həkimlərin  hamısı  ən  azı  bir 

uşağı  olan  evli  qadınlar  olmaqla,  yaxşı  təchiz  edilmiş  xəstəxanalarda  işləyir,  və  doğuş, 

kontrasepsiya və abort da daxil olmaqla bütün reproduktiv sağlamlıq xidmətləri göstərirlər.

Sörğu olunan 24 qadından yeddisi dul və 17-si ailəli idi. İntervyu aparılmış 24 kişinin hamısı 

evli idi. Yaş kateqoriyası baxımından respondentlərin yarısı 40 və ondan aşağı yaşda, qalanları 

isə 40 yaşdan yuxarı olmuşdur. Seçmə zamanı respondentlər üç təhsil səviyyəsini təmsil 

etmişlər:  ali  təhsil/universitet,  natamam  ali  təhsil/texniki  ixtisas,  və  ümumi  orta  təhsil. 

Qadın iştirakçıların arasında 11 nəfəri ali təhsilli, 7-si natamam ali təhsilli/texniki ixtisaslı və 

6 nəfəri ümumi orta təhsilli idi. Kişi iştirakçıların arasında 12 nəfər ali təhsilli, ikisi natamam 

ali təhsilli/texniki ixtisaslı və 10 nəfəri ümumi orta təhsilli idi. 

Seçmənin kriteriyalarına görə bütün iştirakçıların ən azı bir uşağı var idi. Onların arasında 

28 iştirakçının hər iki cinsdən uşaqları var idi, lakin yedisinin ya bir ya da bir neçə qızı və 

13-nün ya bir ya da bir neçə oğlu var idi. Süni abort təcrübəsi baxımından səkkiz qadın 

heç zaman süni abort əməliyyatı keçirməmiş (bunlardan üçü 40 yaşdan yuxarı və hələ də 

reproduktiv yaşda olmaqla), lakin yeddi nəfərin bir dəfə və doqquz nəfərin çoxlu sayda süni 

abort  təcrübələri  olmuşdur.  Həyat  yoldaşlarının  süni  abort  təcrübəsi/tarixçəsi  haqqında 

məlumat həmçinin kişi respondentlərdən də toplanmışdır, lakin təhlil onu göstərir ki, onlar 

ya kifayət qədər məlumatlı deyildi, ya da bu məlumatı paylaşmaq istəyində deyildilər. Bunu 

nəzərə alaraq 16 nəfər kişi iştirakçısına əsasən onların həyat yoldaşı heç zaman süni abort 

əməliyyatı keçirməmişdir.  

İştirakçıların profilinin digər vacib cəhəti onların kontraseptivlərdən istifadə təcrübəsi olmuşdur. 

Reproduktiv  yaşda  olan  iştirakçılardan  (15-49)  yeddi  nəfəri  hazırda  heç  bir  kontraseptiv 

üsullardan istifadə etmirdi, iki nəfəri ənənəvi üsullardan (təqvim və yarımçıq cinsi əlaqə üsulunun 

birləşməsi) və üç nəfəri müasir üsullardan istifadə edirdi (ya UDV və ya kondom). Kişi iştirakçılar 

arasında yalnız bir nəfər yarımçıq cinsi əlaqə üsulundan istifadə etdiyinə dair məlumat vermiş, 

bir  nəfər  isə    həyat  yoldaşının  kontraseptiv  həblər  qəbul  etdiyini  bildirmişdi.  Yaşlı  iştirakçılar 

arasında kontraseptivlərdən istifadə təcrübəsinin çox məhdud olduğu müəyyən edilmişdir.

Metodologiya



18

Məşğulluq digər müvafiq meyarı təşkil etmişdir. Qadınlar arasında 40 yaşdan aşağı altı nəfər 

və 40 yaşdan yuxarı 10 nəfər məşğulluqlarına dair məlumat vermişdir. Bir yaşlı qadın təqaüdə 

çıxmış, bir nəfər isə evdar qadın idi. Beş nəfər təqaüdə çıxmış kişidən başqa, sorğuda iştirak 

edən bütün kişilərin iş yeri var idi. İştirakçılar əsas etibarilə səhiyyə və təhsil sektorlarında 

işləyənlər idi, bu da iştirakçıların tədqiqata cəlb olunmasında istifadə olunmuş qeyri-rəsmi 

şəbəkələrin rolunun təzahürü kimi də qiymətləndirilə bilər. Təfərrüatlı sorğu iştirakçılarının 

əsas xüsusiyyətləri Əlavə 1-də verilmişdir.



2.3.2. Fokus qruplar 

Qrup  müzakirələri  iştirakçılardan  interaktiv  debatlar  vasitəsilə  məlumat  toplamaq 

məqsədi daşımışdır. Müzakirələrin məqsədi iştirakçıların dünyaya gələn uşaqların cinsinə 

görə nisbətinin pozulması, oğlan uşaqlarına üstünlük verilməsi, oğlan və ya qız övladının 

olmasının  üstün  və  çatışmayan  cəhətlərinə  dair  fikirlərini  öyrənmək,  habelə,  dünyaya 

gələn  uşaqların  cinsinə  görə  nisbətinin  pozulması  probleminin  həllinə  dair  təkliflər  əldə 

etmək olmuşdur. Məlumatlar iştirakçılar arasında canlı ünsiyyət yaratmaq məqsədilə qeyri-

mütəşəkkil müzakirələr vasitəsilə toplanmışdır.

İştirakçılar eyni cins və eyni yaş həddi meyarına uyğun olaraq altı regionda ümumilikdə 24 

qrup müzakirələrinə cəlb olunmuşdur. Hər bir qrupda iştirakçıların sayı 6-10 nəfər olmuşdur. 

Qruplarda aşağıdakı kateqoriyalardan iştirakçılar cəlb olunmuşdur: 

•  Hazırda ailəli olan gənc qadınlar (40 yaşdan aşağı)

•  Nə vaxtsa ailəli olmuş daha yaşlı qadınlar (40 yaşdan yuxarı)

•  Hazırda ailəli olan gənc kişilər (40 yaşdan aşağı)

•  Nə vaxtsa ailəli olmuş daha yaşlı kişilər (40 yaşdan yuxarı)

Altı  rayonda  yuxarıdakı  kateqoriyalardan  hər  birini əhatə  edən  dörd  qrupda müzakirələr 

aparılmışdır.  Ümumilikdə,  fokus  qruplarda  150  nəfər  iştirak  etmişdir:  37  yaşlı  qadın,  38 

gənc qadın, 39 yaşlı kişi və 36 gənc kişi. Qrup müzakirələri iştirakçılarının əsas xüsusiyyətləri 

Əlavə 2-də verilmişdir. 

2.4. Məlumatların keyfiyyəti

Kəmiyyət üsullarından istifadə ilə aparılan təhlil üçün əsas mənbəni yüksək keyfiyyətli hesab 

olunan  AzDSS-2011-də verilmiş məlumatlar təşkil etmişdir. Sözügedən tədqiqatda həm ev 

təsərrüfatlarına əsaslanmış sorğunun, həm də münasib qadınların cavab əmsalı 94.3 faiz 

olması ilə cavablandırma səviyyəsi çox yüksək olmuşdur. Respondentlərin doğum tarixi və 

onlar haqqında əsas verilənlər və s. kimi çatışmayan məlumatların dərəcəsi 1 faizdən azdır 

(SN, 2011). Digər tərəfdən, başqa bir tədqiqatda (Duthé et al., 2012) qeyd edildiyi kimi ev 

təsərrüfatlarına  əsaslanan  sorğu  məlumatlarının,  xüsusən  də  yaxın  keçmişdə  baş  vermiş 



2-ci fəsil


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə