Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

19

hadisələr  baxımından  özünəməxsus  məhdudiyyətləri  olur.  Qadının  bütövlükdə  doğuş 

tarixçəsi  məlumatlarının  toplanması  yolu  ilə  qiymətləndirmədə  problemlərin  şişirdilməsi 

və  yaxud  da  azaldılmasını  aradan  qaldırmaq  olar,  lakin  nəsilvermənin  azaldığına  görə 

AzDSS-2011–  də  doğuş  seçməsi  məhdud  idi.  Buna  görə  də  bu  tədqiqatda  ehtimalların/

qiymətləndirmələrin  etibarlılığını  artırmaq  üçün  dünyaya  gələn  uşaqların  cinsinə  görə 

nisbətinin pozulması beş illik dövrlər nəzərə alınmaqla hesablanmışdır. 

Keyfiyyət  üsullarından  istifadə  yolu  ilə  aparılan  tədqiqatda  məlumat  toplamaq  üçün 

intervyular  və  fokus  qrup  müzakirələri  aparılmışdır.  İştirakçılarla  keçirilən  müzakirələr 

nəticəsində kifayət  qədər  mətni  məlumat  toplanmışdır.  İntervyular və  qrup müzakirələri 

qənaətbəxş keyfiyyətdə olsa da, bu tədqiqatda bəzi məhdudiyyətlər vardır. Oğlan uşaqlarına 

üstünlük  verilməsinin  səbəbləri,  nəsilvermənin  azalmasına  zəmin  yaradan  mexanizmlər 

və  dölün  cinsinə  görə  aparılan  selektiv  süni  abortlar  da  daxil  olmaqla  süni  aborta  qarşı 

münasibətlər  və  ondan  istifadə  təcrübəsi  haqqında  zəngin  məlumat  toplanmışdır.  Lakin 

dölün cinsinə görə aparılan selektiv süni abortlar haqqında informasiya məhdud idi. Bu, 

mövzunun həssaslığı və məlumatı paylaşmaq istəyinin olmaması ilə əlaqədar ola bilər və 

beləliklə də dölün cinsinə görə selektiv süni abort əməliyyatları keçirmiş qadınların daxil 

olacağı  daha  məqsədyönlü  seçmə  tərtibatına  ehtiyac  olduğuna  işarə  edir.  Qadınların  öz 

süni abort təcrübələrini paylaşmağa daha açıq olduqlarına baxmayaraq, kişilər süni abort və 

kontraseptivlərdən istifadəni müzakirə etməyə elə də meylli deyildilər. Tədqiqat mövzusunun 

həssas olduğundan iştirakçılar məhdud məlumat verdikləri üçün, tədqiqatçılar tərəfindən 

gələcəkdə daha açıq cavabların alınması üçün  müxtəlif müsahibə texnikalarından istifadə 

tövsiyə olunur. 

Metodologiya



20

3-cü FƏSİL

Azərbaycanın demoqrafik 

sosial-iqtisadi vəziyyəti

B

u  hissədə  Azərbaycanın  demoqrafik,  sosial  və  iqtisadi  strukturu  təqdim  olunur. 



Həmçinin,  Azərbaycanda  qadınların  siyasətdə  iştirakı,  reproduktiv  sağlamlıq  və 

ümumi sağlamlıq məsələləri müzakirə olunur.



3.1. Sosial-demoqrafik vəziyyət

Tarixi  Azərbaycan  torpaqları  Ön  Asiyada  Qafqaz  dağlarından  Urmiya  gölünün  cənub  və 

Cənub-şərqdəki  dağlıq  əraziyədək  210  min  km2-ə  qədər  bir  ərazini  əhatə  edir.  Avrasiya 

materikində,  Asiya  qitəsində,  Qara  və  Xəzər  dənizləri  arasında  əlverişli  coğrafi  mövqeyə 

malik ərazidə yerləşən Azərbaycan daim yadelli qəsbkarların müdaxiləsinə məruz qalmışdır. 

XIX  və  XX  əsrlər  Azərbaycan  xalqı  və  torpaqları  üçün  daha  faciəli  olmuşdur.  1813-cü  il 

Gülüstan  və  1828-ci  il  Türkmənçay  müqavilələri  Azərbaycanın  müstəqilliyinə  son  qoydu 

və Azərbaycanı iki hissəyə böldü. Cənubi Azərbaycan İranın, Şimali Azərbaycan Rusiyanın 

tərkibinə  qatıldı.  1918-ci  ilin  28  mayında  Şimali  Azərbaycanda  Azərbaycan  Demokratik 

Cümhuriyyəti  yaradıldı.  Onun  sahəsi  114  min  km2,  sərhədlərinin  uzunluğu  3504  km  idi. 

1920-ci il 28 apreldə bu ərazi sovet Rusiyası tərəfindən işğal olundu. 1924-cü ildə Göycə 

və  Zəngəzur  mahalları  Ermənistana  verildi.  Qarabağın  dağlıq  hissəsində  Muxtar  Vilayət 

yaradıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası yenidən öz müstəqilliyini bərpa 

etdi. Hazırda Azərbaycan Respublikasının sahəsi (BMT-nin qəbul etdiyi sərhədlər daxilində) 

86,6 min km2-dir. Ölkə 440 və 520 şərq uzunluq dairəsi, 380 və 420 şimal en dairəsində 

yerləşir.  




21

Azərbaycan Respublikası 5 ölkə ilə quru sərhədə malikdir. Şimaldan 390 km məsafədə Rusiya 

ilə, şimal-qərbdən 480 km məsafədə Gürcüstanla, qərbdən 1007 km məsafədə Ermənistanla, 

cənubdan 765 km məsafədə İranla və 15 km məsafədə Türkiyə ilə həmsərhəddir.   

Xəzər  dənizi  vasitəsilə  Azərbaycan  4  ölkə  ilə  su  sərhədinə  malikdir:  Rusiya,  Qazaxıstan, 

Türkmənistan, İran. Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın paytaxtı liman şəhəri 

qədim Bakı 400 paralel üzərində yerləşir. Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 

km, ekvatora qədər olan məsafə 4440 km-dir.

Ölkə ərazisinin 12 faizini meşə və 2 faizini isə su hövzələri təşkil edir. Azərbaycan torpaqlarının 

55 faizi kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. Dünyada mövcud olan 11 iqlim 

tipindən  9-u  Azərbaycanda  vardır;  bura  şərqdən  quru  və  yarımquraq,  cənub-şərqdən 

subtropik, şimaldan dağlardan soyuq və Xəzər dənizi sahilindən isə mülayim iqlim daxildir. 

Ölkə neft, qaz, dəmir filizi, alüminium, molibden, mineral sular və sair  faydalı qazıntılarla 

zəngindir. Azərbaycan Respublikasının tərkibinə Naxçıvan Muxtar Respublikası, 66 inzibati 

rayon  və  14  şəhərdaxili  rayon  daxildir.  Respublikada  78  şəhər,  261  qəsəbə,  4250  kənd 

yaşayış məntəqəsi var.

Rəsmi  məlumatlara  əsasən,  Ermənistanın  Azərbaycana  hərbi  təcavüzü  nəticəsində  ölkə 

ərazisinin  20  faizi  işğal  olunmuş  və  bir  milyon  insan  qaçqın  və  məcburi  köçkün  (İDPs) 

vəziyyətinə düşmüşdür ki, bu da ölkə əhalisinin 12 faizini təşkil edir. Qaçqın və məcburi 

köçkünlərin  687  min  nəfəri  Dağlıq  Qarabağ  və  onun  ətraf    regionlarından  olan  məcburi 

köçkünlərdir, 250 min nəfəri Ermənistandan olan azərbaycanlılar, 50 min nəfəri Mərkəzi 

Asiyadan olan  mesxeti  türkləri və 3 min nəfəri isə sığınacaq axtaran və qaçqın statusu olan 

şəxslərdir (Qaçqın və Məcburi Köçkün Məsələləri üzrə Dövlət Komitəsi, 2007).  

2013-cü ilin əvvəlinə ölkə əhalisinin sayı 9,4 milyon nəfər təşkil edir və  əhalinin 22,3 faizi 

15 yaşdan aşağı və yalnız 5,7 faizi 65 və yuxarı yaşdaolanlardır (DSK, 2013). Əhali şəhər və 

kənd ərazilərində, demək olar ki, bərabər paylanmışdır - əhalinin 53 faizi şəhər ərazilərində 

47 faizi isə kənd ərazilərində məskunlaşmışlar (DSK, 2013). 2000-ci illərin əvvəllərindən ildə 

1 faiz artım göstəricisi ilə ölkədə əhalinin orta artım səviyyəsi əsas etibarilə doğuş nisbətinin 

aşağı enməsi və ölüm səviyyəsinin nisbətən aşağı olmasının nəticəsidir. 2012-ci ildə ümumi 

nəsilvermə  əmsalı  bir  qadına  2.3  uşaq  və  körpə  ölümü  əmsalı  1.000  diri  döğulana  10.8 

olmuşdur. 2012-ci ildə kişilər üçün doğulanda gözlənilən ömür uzunluğu 71.3 yaş, qadınlar 

üçün, 76.6 yaş və hər iki cins üçün bu göstərici 73.9 yaş təşkil etmişdir (DSK, 2013).

Azərbaycan Konstitusiyaya görə dünyəvi dövlətdir;   2009-cu il siyahıyaalınma məlumatlarına 

əsasən  əhalinin 91.6 faizi azərbaycanlılar, 2.02 faizi ləzgilər, 1.35 faizi ermənilər, 1.34 faizi 

ruslar, 1.26 faizi talışlar və qalan 2.43 faizi isə avarlar, türklər, tatarlar, tatlar, ukraynalılar, 

çaxurlar, gürcülər, yəhudilər, kürdlər və digər millətlərdən ibarətdir (DSK, 2013).



Azərbaycanın demoqrafik və sosial-iqtisadi vəziyyəti


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə