Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

25

Cədvəl 5. İşçi qüvvəsinin iştirakı və məşğulluğun iqtisadi sektorları

 

Qadınlar



Kişilər

Böyüklər arasında (15+) işçi qüvvəsinin iştirak səviyyəsi (%)

1990

66

78



2010

61

68



İşləyən əhalinin iqtisadi sektorlar üzrə paylanması, 2004-2007 (%)

Kənd təsərrüfatı

45

32

Sənaye



4

11

Xidmət sahələri



51

57

Mənbə: DSK, 2013



Azərbaycanda gender təminatları ilə bağlı vəziyyətin digər bir göstəricisi kişi və qadınların 

siyasətdə  iştirakıdır.  Azərbaycanda  qadınların  siyasətə  cəlb  edilməsində  heç  bir  hüquqi 

məhddudiyyətin  olmamasına  baxmayaraq  onların  siyasətdə  iştirakı  aşağıdır.  2012-ci  ildə 

Azərbaycan Milli Məclisində yerlərin yalnız 16 faizini qadınlar tuturdu (Cədvəl 6).



Cədvəl 6. Azərbaycanda parlament üzvlərinin sayı və cinsə görə nisbəti 

İl

Say



Cinsə görə nisbət

Qadınlar Kişilər

Qadınlar (%)

Kişilər (%)

1990

15

335



4.3

95.7


1995

15

109



12.1

87.9


2000

13

109



10.7

89.3


2006

14

111



11.2

88.8


2010

20

105



16.0

84.0


Mənbə: DSK, 2010

3.3. Səhiyyə xidməti və reproduktiv sağlamlıq 

Azərbaycana sovet dövründə qurulmuş çox geniş və yüksək səviyyədə mərkəzləşdirilmiş 

səhiyyə xidməti sistemi mövcuddur və bu sistemin bir çox başlıca xüsusiyyətləri hələ də 

saxlanmaqdadır. Sistemin təşkilati strukturu mühüm səhiyyə siyasəti məsələləri haqqın-

da əksər qərarların respublika səviyyəsində qəbul edilməsi əsasında mərkəzləşdirilmişdir 

(Ibrahimov et al., 2010).

Sovet  İttifaqı  dağıldıqdan  sonra  səhiyyə  sistemi  iqtisadi  problemlər,  idarəetmə  çatışmazlığı 

(əvvəllər  bütün  qərarlar  Moskvadan  verilirdi)  və  məhdud  resursların  məqsədyönlü  şəkildə 

xərclənməməsi səbəblərindən kifayət qədər tənəzzülə uğramışdı. Tibbi vəsaitlərin paylanmasının 

dayandırılması,  tibb  üzrə  fəaliyyət  proqramlarının  olmaması,  ilkin  tibbi  yardım  sisteminin 

zəifləməsi və əhalinin yalnız kiçik bir hissəsinin səhiyyə xidmətləri ilə təmin edilməsi mövcud 

səhiyyə şəbəkəsində baş verən  problemlərin bir qismini təşkil edirdi (ÜST, 1996).  



Azərbaycanın demoqrafik və sosial-iqtisadi vəziyyəti


26

Son zamanlar ictimai səhiyyə xərclərində əhəmiyyətli artımlara baxmayaraq Azərbaycan həm 

bütövlükdə həm də GDP (ümumi daxili məhsul) ilə müqayisəli şəkildə hələ də nisbətən aşağı 

səviyyəli ictimai səhiyyə xərcləri ilə xarakterizə olunur (Cədvəl 7). Rəsmi olaraq bütün ölkədə 

doğuşdan əvvəl tibbi xidmət, doğuşa yardım, neonatal (yeni doğulmuş uşaqlara tibbi xidmət) 

və pediatrk xidmət, immunizasiya, ailə planlaşdırılması kimi səhiyyə xidmətləri ödənişsiz təmin 

edilir.  Lakin  GDP  ilə  müqayisədə  səhiyyə  sahəsinə  ayrılan    dövlət  xərclərinin  az  olması  əsas 

səhiyyə xərcləri yükünün əhalinin üzərinə düşməsinə dəlalət edir, belə ki, təkcə 2007-ci ildə 

ümumi səhiyyə xərclərinin 62 faizinə sərf olunan məbləğ əhalinin öz cibindən ödəmələr (ÖCÖ) 

hesabına olmuşdur  (ÜST 2009). Bu vəziyyət xüsusən yoxsul və həssas qrupa aid olan ailələr 

üçün səhiyyə xidmətlərinin əldə edilməsi baxımından ciddi problemlər yaradır.

Azərbaycanda, demək olar ki, bütün səhiyyə mütəxəssisləri hökumət işçiləridir. Həkim və tibb 

bacılarının adambaşına düşən sayı kifayət deyil, həmçinin səhiyyə işçilərinin coğrafi ərazilər üzrə 

bölgüsü/təyinatı proporsional şəkildə deyil, belə ki, şəhər ərazilərində onların sayı daha çoxdur 

(MOF, 2006). Azərbaycanda ana və uşaqlara göstərilən səhiyyə xidmətləri daha çox ilk yardım və 

ikincili səhiyyə obyektləri tərəfindən aparılır. Demək olar ki, bütün doğuşlar xəstəxanalar və digər 

səhiyyə obyektlərində həyata keçir. 2011-ci il Demoqrafik və Səhiyyə Sorğusunun nəticələrinə 

görə, doğuşların  97,2 faizi təcrübəli səhiyyə mütəxəssisləri tərəfindən aparılmışdır. 



Cədvəl 7. Azərbaycanda seçilmiş səhiyyə xərcləri göstəriciləri 

 

1995



2002

2007


2011

Səhiyyə xərcləri, ümumi (GDP-nin %)

5.8

4.5


5.1

5.2


Adam başına düşən səhiyyə xərcləri (US$)

18

34



191

357


Mənbə: Dünya Bankı, 2013

Səhiyyə Nazirliyi bütün ölkədə ailə planlaşdırılması xidmətlərini göstərmək üzrə cavabdeh olan 

əsas dövlət qurumudur. Ötən onillik ərzində Azərbaycanda qadınlar kontraseptiv vasitələrin 

əsasən ənənəvi üsullarına, xüsusən də yarımçıq cinsi əlaqəyə daha çox etibar edərək, müasir 

kontraseptiv üsullardan demək olar ki, tamamilə istifadə etməmişlər. Azərbaycan qanunlarına 

əsasən hamiləliyin dayandırılması (süni abort) ilk 12 həftə ərzində aparıla bilər. Azərbaycanda 

hamiləliklərin, demək olar ki, yarısı süni abortla nəticələnir (DSS, 2011).

Ümumiyyətlə, ictimai səhiyyə xərclərinin az olması və öz cibindən ödəmələrin (ÖCÖ) geniş 

şəkildə yayılması təcrübəsi; bacarıqlı səhiyyə işçilərinin adambaşına düşən sayının azlığı və 

coğrafi baxımdan qeyri-proporsional şəkildə bölüşdürülməsi; müasir kontraseptiv üsulların 

istifadəsinin çox aşağı səviyyədə olması nəticəsində çox sayda hamiləliklərin süni abort yolu 

ilə dayandırılması Azərbaycanda əsas səhiyyə problemlərindəndir.



3-cü fəsil


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə