Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

27

4-cü FƏSİL

 

Kəmiyyət əsaslı 

məlumatların təhlili

M

illi və beynəlxalq mexanizmlər oğlan uşaqlarına üstünlük verilməsinin ayrıseçkilik və 



insan hüquqlarının pozulması forması kimi ləğvinin zəruriliyini vurğulayır. Ümumdünya 

Səhiyyə Təşkilatı (ÜST) və Avropa Şurası hesab edir ki, dünyaya gələn uşaqların cinsinə 

görə  nisbətinin  pozulması  qızlara  və  qadınlara  qarşı  ayrıseçkiliyin  və  onların  hüquqlarının 

pozulmasının qəbuledilməz göstəricisidir (ÜST, 2011; Avropa Şurası, 2011). Hökumətlərin insan 

hüquqları çərçivəsində qızların və qadınların hüquqlarına hörmət etmək, habelə bu hüquqları 

qorumaq və həyata keçirmək öhdəlikləri var. 1979-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən 

qəbul  edilmiş  və  Azərbaycan  hökuməti  tərəfindən  10  iyul  1995-ci  ildə  ratifikasiya  edilmiş 

Qadınlara Qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Bəyannamənin 1-ci 

Maddəsində qadınlara qarşı ayrıseçkilik anlayışı aşağıdakı kimi müəyyən olunur:

  “Qadınlara  qarşı  ayrı-seçkilik  anlayışı  qadınların  ailə  vəziyyətlərindən  asılı 

olmayaraq,  kişi  və  qadınların  hüquq  bərabərliyi  əsasında  insan  hüquqlarının  və 

siyasi, iqtisadi, sosial, mədəni, mülki və hər hansı digər sahələrdə əsas azadlıqların 

zəiflədilməsinə,  yaxud  tanınmasını,  qadınların  onlardan  istifadə  etməsini,  yaxud 

onları həyata keçirməsini heçə endirməyə yönəldilmiş cinsi əlamətə görə hər hansı 

fərqləndirmə, istisna, yaxud məhdudiyyət deməkdir”

1994-cü ildə qəbul olunmuş və 180-dən çox hökumət tərəfindən imzalanmış Əhali və İnkişaf 

üzrə  Beynəlxalq  Konfransın  Fəaliyyət  Proqramı  (ƏİBK)  sözügedən  sənəddə  əks  olunmuş 

müddəaların  həyata  keçirilməsi  üzrə  hüquqi  öhdəlik    yaratmasa  da,  sənədi  dəstəkləyən 

dövlətlərin aşağıdakı fəaliyyətləri yerinə yetirmək niyyətləri ifadə edilir:

“…qız uşaqlarına qarşı ayrıseçkiliyin bütün formalarını ləğv etmək və qız uşaqlarının 

qətli  və  hamiləlik  dövründə  dölün  cinsinə  görə  selektiv  prinsiplə  bağlı  zərərli, 

həmçinin qeyri-etik təcrübə ilə nəticələnən oğlan uşaqlarına üstünlük verilməsinin 

kökündə duran səbəbləri aradan qaldırmaq.” BMT (1994): paraqraf 4.16.

ƏİBK-nın çərçivə sənədini imzalayan ölkələrdən biri kimi Azərbaycan Respublikası hökuməti 

2006-cı il 10 oktyabr tarixində “Gender bərabərliyinin zəmanətləri” haqqında qanun qəbul 

etmişdir. Qanunun müvafiq maddəsində “gender əsaslı ayrıseçkiliyin” tərifi genişləndirilərək 

cinsi təcavüz və kişi və qadınların bərabər hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran 

və ya qarşısını alan hər-hansı fərqləndirmə və ya üstünlük verilmə də daxil edilmişdir (Maddə 

2.4).



28

Bu  qanunverici  çərçivələrə  baxmayaraq  oğlan  uşaqlarına  üstünlük  verilməsi  faktları 

Azərbaycan  kimi  ölkələrdə  artmaqdadır.  Patriarxal  cəmiyyətlərdə  ailələr  böyüdükdə 

iqtisadi  dəstək  və  təhlükəsizlik  təmin  etmək  baxımından  oğlan  uşaqlarına  etibar  edirlər. 

Nəticədə sosial normalar qız uşaqlarına nisbətən oğlan uşaqlarına daha böyük dəyər verir. 

Nəsilvermənin azalmasına doğru ümumi tendensiya dərin köklərə malik bu məsələni - kişi 

cinsindən olan uşaqlara üstünlük verilməsini gücləndirir. İqtisadi şərait və sosial normalar 

qadınları daha az sayda uşaqlara sahib olmağa sövq etməklə yanaşı, hər bir ailədə ən azı 

bir oğlan uşağının olmasını da diktə edir. Bu sosial normaların təsiri ilə qadınlar oğlan uşağı 

anadan  olana  qədər  uşaq  dünyaya  gətirməyi  davam  edirlər,  bu  isə,  qadının  həyatını  və 

sağlamlığını təhlükə altında qoya bilər. Yeni tibbi texnologiyalar vasitəsilə cinsi seçim artıq 

dölün cinsinin müəyyən edilərək selektiv süni abort yolu ilə hamiləlik zamanı baş verə bilər. 

Süni abort bəzən ailə planlaşdırılması üsulu kimi kontraseptiv üsulları əvəz edir və cinsin 

seçilməsi üçün də əlavə alətə çevrilə bilər. 

Tədqiqatın bu hissəsində dünyaya gələn uşaqların cinsinə görə nisbətinin keçmiş və cari 

göstəriciləri  təqdim  olunur  və  bu  nisbətin  kəmiyyət  əsaslı  tədqiqi  yolu  ilə,  həmçinin 

nəsilvermə,  kontraseptiv  üsulların  istifadəsi,  hamiləliyin  dayandırılması  (süni  abort)  və 

nəsilvermə üzrə əhali arasında olan meyllər haqda məlumatların təhlili vasitəsilə dünyaya 

gələn  uşaqların  cinsinə  görə  nisbətinin  pozulmasının  kökündə  duran  mümkün  səbələr 

araşdırılılr. Əsas məlumat mənbəyi kimi 2011-ci il Azərbaycanda Demoqrafik və Sağlamlıq 

Sorğusu  (SN,  2013)  seçilmişdir  ki,  buna  səbəb  həmin  mənbənin  yüksək  keyfiyyəti  və 

əhalinin subqruplarının təhlilinə imkan yaratmasıdır. AzDSS-2011 məlumatlarının qadınların 

doğum təcrübəsinin retrospektiv modulu bu istiqamətdə dolğun məlumat təmin edir və 

hesablamaların etibarlılığını artırır.



4.1. Doğulan uşaqların cins nisbəti

Azərbaycan, Ermənistan və Gürcüstan 1990-cı illərdən bəri dünyaya gələn uşaqların cinsinə 

görə nisbətinin ən çox pozulmuş ölkələr sırasındadırlar (Mesle, Vallin və Badurashvili, 2005; 

Guilmoto, 2012). Ümumdünya Əhali Perspektivləri (2010 yeni nəşri, BMT, 2011) sənədinə 

görə, Azərbaycan dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulması göstəricilərinə 

görə dünyada ikinci yerdədir (Cədvəl 8).



4-cü fəsil

Cədvəl 8. Dünyaya gələn uşaqların cinsinə görə nisbəti, ölkələr üzrə

Ölkə


1975-

1980


1980-

1985


1985-

1990


1990-

1995


1995-

2000


2000-

2005


2005-

2010


Çin

107


107

110


115

118


121

120


Azərbaycan

107


107

107


107

110


117

117


Ermənistan

107


107

107


107

114


118

115


Gürcüstan

108


108

108


108

111


111

111


Koreya Respublikası 

107


110

114


110

110


110

110


Mənbə: BMT, 2011


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə